Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Namizəd açar
Namizəd açar (candidate key)– verilənlər bazası cədvəlinin müəyyən əlaqələr sətrinin unikal idenfikatoru (tanıdıcısı). Namizəd açar həm sadə (bir atribut halında), həm də mürəkkəb (iki və daha artıq atribut halında) ola bilər. Tərifə görə, hər bir əlaqənin (münasibətin) heç olmazsa bir namizəd açarı olur. Əgər namizəd açar təkdirsə, onda o verilmiş münasibət üçün avtomatik olaraq ilkin açar olur. Əgər namizəd açar bir neçədirsə, istifadəçi onlardan birini ilkin açar kimi göstərməlidir. İlkin kimi göstərilməyən hər bir açar alternativ açar olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatların siyahısı
Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatlar — Azərbaycanlı müğənni, aktrisa, bəstəkar, prodüser Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatların siyahısı. Aygün Kazımova 2002-ci ildə Heydər Əliyev tərəfindən "Əməkdar Artist", 2008-ci ildə İlham Əliyev tərəfindən "Xalq Artisti" fəxri adlarına layiq görülmüşdür. 2012-ci ildə Türkiydə ənənəvi olaraq hər il keçirilən, Kral TV Video Müzik Ödülleri-ndə "İlin qadın sənətçisi" və "İlin mahnısı" (Hayat ona güzel) kateqoriyalarında namizəd göstərilmişdir. Aygün Kazımova 2015-ci ildə ABŞ-da hər il keçirilən, Big Apple Music Awards-a namizəd göstərilmişdir. Lakin Aygün Kazımova, təşkilatçılardan birinin erməni olması səbəbiylə, mükafatdan imtina etmişdir. 2016-cı ildə hər il təqdim edilən Daf Bama Music Awards musiqi mükafatında "Azərbaycanın Ən Yaxşı Sənətçisi" mükafatına namizəd göstərilmiş və mükafatı qazanmışdır. Daf Bama Music Awards musiqi mükafatı Asiya, Avropa və Asiyanın ən yaxşı və uğurlu musiqiçilərinə verilir. Mükafatlandırma mərasiminin qaydalarına əsasən hər bir qalib, səhnədə çıxış etməlidir. Erməni müğənni Andre, çıxışdan öncə məşqlərdə "Sarı gəlin" mahnısını ifa etməsi Aygün Kazımovanı qəzəbləndirir və o tədbirin təşkilatçılarına etirazını bildirmişdir. Nəticədə erməni müğənni əsas çıxışı zamanı, başqa bir mahnı ifa etmişdir.
Eyni ildə iki Oskar mükafatına namizəd göstərilən aktyorların siyahısı
Kino Sənətləri və Elmləri Akademiyasının ilk dəfə 1938-ci ildə olmaqla, bir il içərisində aktyorluq kateqoriyalarında iki fərqli "Oskar" mükafatına namizəd göstərilən aktyor və ya aktrisalar olmuşdur. Namizəd olmaq üçün hər iki kateqoriya üzrə Akademiyadan kifayət qədər səs toplamaq şərti ilə, heç bir məhdudiyyət yoxdur. Aktyorlar eyni ildə həm "Ən yaxşı aktyor", həm də "Ən yaxşı ikinci plan aktyor" mükafatına və eynilə aktrisalar da həm "Ən yaxşı aktrisa", həm də "Ən yaxşı ikinci plan aktrisa" mükafatına namizəd göstərilə bilər. Birdən çox namizədliklə əlaqəli sadəcə iki qayda var. Bir aktyor və ya aktrisa eyni kateqoriyada fərqli rollar belə olsa bir dəfədən artıq namizəd göstərilə bilməz (bir baş rol və bir ikinci plan roluna görə namizəd ola bilər, amma iki baş rol və ya iki ikinci plan roluna görə namizəd ola bilməz). Digər qayda isə filmdəki eyni rola görə bir dəfədən artıq namizəd göstərilə bilməməsidir. Bu qayda 1944-cü ildə Barri Fitsceraldın "Öz yolunda get" filmindəki roluna görə həm "Ən yaxşı kişi rolu", həm də "Ən yaxşı ikinci plan kişi rolu"na namizəd göstərilməsindən sonra qəbul edilmişdir.2021-ci ildəki məlumata əsasən 12 aktyor və aktrisa eyni ildə iki "Oskar" mükafatına namizəd göstərmilişdir. Bu aktyorlardan birincisi Fey Beynterdir. O, 11-ci Oskar mükafatında "Ağ bannerlər" və "İezabel" filmlərindəki roluna görə iki namizədlik qazanmışdır. Skarlett Yohansson isə "Evlilik hekayəsi" və "Dovşan Coco" filmlərindəki roluna görə 92-ci Oskar mükafatında qazandığı iki namizədliklə eyni ildə iki namizədlik qazanan son aktyordur.
Uolt Disneyin qazandığı və namizəd olduğu "Oskar" mükafatlarının siyahısı
Amerikalı rəssam-multiplikator, kinoprodüser və "The Walt Disney Company" şirkətinin yaradıcısı Volt Disney öz karyerası ərzində toplam olaraq, iyirmi altı "Oskar" mükafatı əldə edib. Hazırda "Oskar" mükafatını ən çox qazanmış, həmçinin mükafata ən çox namizəd olmuş şəxs rekordu Disneyə məxsusdur. Disney qazandığı və namizəd olduğu bütün "Oskar" mükafatlarını prodüser qismində əldə edib. Disney özünün birinci "Oskar"ını ("Güllər və ağaclar" filminə görə "Ən yaxşı qısametrajlı animasiya filmi" kateqoriyasında) və Kinematoqrafiyaya verdiyi töhfələrə görə Akademiyanın xüsusi mükafatını (Mikki Maus personajını yaratdığı üçün) 1932-ci ildə baş tutmuş 5-ci Oskar mükafatı mərasimində əldə edib. Disneyin işləri — "Üç donuz balası", "Tısbağa və Dovşan", "Üç kimsəsiz pişik balası", "Kənd əmioğlusu", "Köhnə dəyirman", "Öküz Ferdinand" və "Çirkin ördək balası" mükafatlandırmanın sonrakı altı mərasimində (6-cı — 12-ci) "Ən yaxşı qısametrajlı animasiya filmi" kateqoriyasında qalib olublar. Sonralar Disney Akademiyanın daha üç xüsusi mükafatını qazanıb: birini 1939-cu, ikisini isə 1942-ci ildə. 1954-cü ildə baş tutmuş 26-cı "Oskar" mükafatının təqdimetmə mərasimində Disneyin işləri təqdim edilmiş bütün kateqoriyalarda qalib olublar: "Ən yaxşı qısametrajlı animasiya filmi", "Ən yaxşı qısametrajlı canlı hərəkət filmi", "Ən yaxşı tammetrajlı sənədli film" və "Ən yaxşı qısametrajlı sənədli film". Prodüser Akademiyadan sonuncu mükafatını ölümündən sonra, 1969-cu ildə "Vinni Pux və qayğılar günü" cizgi filminə görə qazanıb. == Müsabiqə əsasında "Oskar" == == Xüsusi "Oskar" mükafatları == == İstinadlar == == Xarici keçidlər == Volt Disneyin qazandığı və namizəd olduğu "Oskar" mükafatlarının siyahısı — IMDb səhifəsi "Volt Disney" (ingilis). AllMovie.com saytında.
Volt Disneyin qazandığı və namizəd olduğu "Oskar" mükafatlarının siyahısı