Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Unus
Unus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyindədir. Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi vardır. Yaşayış məntəqəsi keçmişdə Piçənis kəndindən çıxmış bir qrup ailənin Unusalı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi türk dilində danışan kiçik yaşayış məntəqəsi olmuşdur. Bəzi tədqiqatçılara unus türk dillərindəki əniz/eniz (çuxur yer, tarla,əkin yeri, örüş, boş çöl ) sözünün təhrif olunmuş şəklidir. Əhalisi 786 nəfərdir. Əhalisi Meyvəçilik, əkinçilik və heyvandarlıqla məşğuldur.
Unut (nom)
Unut (q.misir wnt — "dovşan", yun. ὁ Ἑρμοπολίτης νομός) — Yuxarı Misirin XV nomu (əyaləti). Nomun mərkəzi yun. Ἑρμοῦ πόλις μεγάλη, (q.misir Ḫmnw) şəhəri olmuşdur. Həmin ərazinin totemi dovşan sayılır. Əsas tanrısı Unutdur. Yerli panteona Unut, Tot, Oqdoad, Hathor, Xnum, Seşat daxildir. Nomu əsasən Tot kahinləri idarə ediordilər.
"Just Cause" əməliyyatı
Just Cause əməliyyatı — 20 dekabr 1989-cu ildə ABŞ-nin Panamaya hücümu. İşğal ərzində Panamanın de-fakto lideri Manuel Noryeqa amerikalı hərbçilər tərəfindən əsir götürülərək ABŞ-yə aparılmış, onun yerinə Guilermo Endara Qalimani vəzifəyə təyin olunmuşdur. İşğaldan sonra Milli Müdafiə Qüvvələri (Fuerzas Armadas de Panama) dağıdılıb. == Əmaliyyatın gedişi == 15 dekabr 1989 ildə Manuel Noryeqa Panama parlamentində çıxış edərkən ABŞ-la müharibə şəraitində olduğunu bildirdi. 17–18 dekabr 1989-cu ildə Corc Herbert Uoker Buş Doğru İş (İngiliscə: Just Cause) Əməliyyatı keçirməyi qərara aldı. 20 dekabr gecə saat 2 də Əməliyyat başladı. Səhərə Panamada yerləşən iki hərbi baza ABŞ-nin əlinə keçdi. Hərbi bazalar müqaviməti dayandırsalarda Panama hələ də müqavimət göstərirdi. 25 dekabrın səhəri müqavimət dayandırıldı və "Just Cause" əməliyyatı uğurla başa çatdı. Rəsmi məlumata görə əməliyyat zamanı Panamanın 400 vətandaşı həlak olub.
Just Cause əməliyyatı
Just Cause əməliyyatı — 20 dekabr 1989-cu ildə ABŞ-nin Panamaya hücümu. İşğal ərzində Panamanın de-fakto lideri Manuel Noryeqa amerikalı hərbçilər tərəfindən əsir götürülərək ABŞ-yə aparılmış, onun yerinə Guilermo Endara Qalimani vəzifəyə təyin olunmuşdur. İşğaldan sonra Milli Müdafiə Qüvvələri (Fuerzas Armadas de Panama) dağıdılıb. == Əmaliyyatın gedişi == 15 dekabr 1989 ildə Manuel Noryeqa Panama parlamentində çıxış edərkən ABŞ-la müharibə şəraitində olduğunu bildirdi. 17–18 dekabr 1989-cu ildə Corc Herbert Uoker Buş Doğru İş (İngiliscə: Just Cause) Əməliyyatı keçirməyi qərara aldı. 20 dekabr gecə saat 2 də Əməliyyat başladı. Səhərə Panamada yerləşən iki hərbi baza ABŞ-nin əlinə keçdi. Hərbi bazalar müqaviməti dayandırsalarda Panama hələ də müqavimət göstərirdi. 25 dekabrın səhəri müqavimət dayandırıldı və "Just Cause" əməliyyatı uğurla başa çatdı. Rəsmi məlumata görə əməliyyat zamanı Panamanın 400 vətandaşı həlak olub.
Just Games Interactive
Kung Fu Factory (əvvəllər Just Games Interactive) — ABŞ indi videooyun istehsalçısı. Şirkətin baş qərargahı Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. "Kung Fu Factory" şirkəti "Mortal Kombat" videooyun seriyasında üzərində işləmiş ilk üçüncü partiya istehsalçıdır. Şirkət son vaxtlar mobil oyunların istehsalı ilə məşğuldur.
Just Good Friends
Just Good Friends — Maykl Ceksonun mahnısı.
Just One Last Dance
Just One Last Dance — alman bəstəkarı və müğənnisi Sara Konnorun öz həyat yoldaşı Mark Terenzinin rəhbərlik etdiyi "Natural" qrupu ilə birgə ifa etdiyi mahnı. Müəllifləri Rob Tayger və Kay Denar olan mahnı, cütlüyün övladının doğulmasından bir ay sonra, 2004-cü il mart ayının 1-də təqdim edilib. Mahnı Sara Konnorun 2003-cü ildə çıxardığı Key to My Soul albomundan olan ikinci sinqldır. "German Singles Chart"da birinci yerə yüksələn mahnı həm Sara Konnorun, həm də Natural qrupunun karyerasında ən uğurlu layihələrdən biri sayılır.
Something Just Like This
Something Just Like This musiqisi amerikan qrup The Chainsmokers və Britaniya rok qrupu olan Coldplay tərəfindən ifa olunan mahnıdır. Musiqi ilk dəfə 2017-ci ilin fevral ayının 22-də yayımlanmışdır. 2016-cı ilin sentyabr ayında The Chainsmokers qrupu 2 qısa klip təqdim etməklə tezliklə Kris Martin ilə birgə mahnı hazırlayacaqlarını elan etmişdir. Musiqi üçün hazırlanmış klip ilk dəfə 2017-ci ilin fevral ayının 22-də Vevo kanalında nümayiş etdirilmişdir. Məhz həmin tarixdə 300 milyon insan tərəfindən izlənildiyi qeyd olunur. Something Just Like This nüfuzlu musiqi hit-paradı olan Billboard Hot 100-də debüt olaraq 56-cı nömrə ilə göstərilmişdir. Lakin ikinci həftəsində musiqi beşinci pilləyədək irələməyi bacardı. Bu The Chainsmokers qrupununun "Don't Let Me Down" və "Closer" mahnılarından sonra üçüncü dəfə Coldplay qrupunun isə "Viva la Vida" mahnısından sonra ikinci dəfə ilk beşliyə daxil olduğu mahnıdır. Həmçinin Coldplay və The Chainsmokers qrupları 2017-ci ilin fevral ayının 22-də Londonda yerləşən O2 Arenasında 2017 Brit Mükafatları adlı musiqi mərasimində bu mahnını ilk dəfə canlı ifa etdilər.
I Just Can't Stop Loving You
I Just Can't Stop Loving You – Maykl Cekson və Siedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta Franklin və Agnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi. Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.
Quzlu (Üngüt)
Quzlu (fars. قوزلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (22 ailə).
Təzəkənd Üngüt
Təzəkənd Üngüt — İranın Ərdəbil ostanının Germi şəhristanının Üngüt bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,556 nəfər və 364 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Jüst Fonten
Jüst Fonten (ing. Just Fontaine; 18 avqust 1933[…], Mərrakeş[d], Mərakeşdəki Fransa protektoratı[d] – 28 fevral 2023, Tuluza, Fransa) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu və məşqçisi. Məhsuldarlığı ilə seçilən o, 1958 FİFA Dünya Kubokunda 6 oyuna 13 qol vurdu və bununla da bir Dünya Kuboku turnirində ən çox qol vuran oyunçu kimi tarixə düşdü. 2004-cü ildə Pele, FIFA mükafatlandırma mərasimində onu 125 Ən Böyük Yaşayan Futbolçulardan biri adlandırdı. == Futbolçu karyerası == Atası fransız, anası ispan olan Jüst Fonten Mərakeş şəhərində anadan olmuşdur. Daha sonra o, Kasablankaya köçmüş və orada Lyautey liseyində təhsil almışdır. Fonten həvəskar karyerasına 1950–1953-cü illərdə oynadığı "MİB Kasablanka"da başladı. 1953-cü ildə o, "Nitsa" ilə müqavilə imzaladı və üç mövsümdə klubun heyətində 44 qol vurdu. 1956-cı ildə "Reyms"ə keçidi baş tutdu və 1959–60 mövsümündən Raymon Kopa ilə tandem qurdu. Fonten "Reyms"də keçirdiyi altı mövsüm ərzində 121 qol vurdu.
Sometimes I Sit and Think, and Sometimes I Just Sit
Sometimes I Sit and Think, and Sometimes I Just Sit — Avstraliya indi-rok musiqiçisi Kortni Barnetin(en) debüt studiya albomu. 20 mart 2015-ci ildə buraxılıb.
Çinar (Üngüt-i Qərbi)
Çinar (fars. چنار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (16 ailə).
Çinar (Üngüt-i Şərqi)
Çinar (fars. چنار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 318 nəfər yaşayır (55 ailə).
Sen-Jüst-Şalessen
Sen-Jyust-Şalessen (fr. Saint-Just-Chaleyssin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38408. Kommunanın 2012-ci il üçün əhalisi 2437 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 373 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 23 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Sen-Jüst-de-Kle
Sen-Jyust-de-Kle (fr. Saint-Just-de-Claix) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38409. Kommunanın 2012-ci il üçün əhalisi 1230 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 160 ilə 320 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Sen-Jüst-sür-Vyor
Sen-Jüst-sür-Vyor (fr. Saint-Just-sur-Viaur, oks. Sent Just de Viaur) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12235. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 30 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 204 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 108 nəfərin (15-64 yaş arasında) 82 nəfəri iqtisadi cəhətdən, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.9%, 1999-cu ildə 67.8%).