Susami
Susami (すさみ町, Susami-chō) — Yaponiyanın Vakayama prefekturasının Nişimuro qəzasında yerləşən qəsəbə. 1 avqust 2014-cü ilin məlumatına görə qəsəbənin əhalisi 4.291 nəfər, əhali sıxlığı hər km2-da 24,56 nəfər təşkil edir. Qəsəbənin sahəsi 174,71 km2-dır.
== Coğrafiya ==
Qəsəbənin Honşu adasının Kansai regionunda, Vakayama prefekturasının Nişimuro qəzasında yerləşir. Qəsəbənin Kuşimoto, Kozaqava və Şirahama qəsəbələri ilə qonşudur..
== Əhali ==
2014-cü ilin məlumatına görə qəsəbə əhalisi 4.291 nəfərdir, hər km² ərazidə 24,56 nəfər yaşayır.
Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:
== Simvolika ==
Qəsəbənin simvolik ağacı kastanopsis, simvolik çiçəyi Crinum asiaticum, simvolik quşu yapon ağgözüdür..
== Maraqlı fakt ==
Susami qəsəbəsinin sahil hissəsində qəsəbənin poçt sisteminin rəsmi hissəsi olan sualtı poçt qutusu yerləşir. Bu poçt qutusu dünyada ən dərində yerləşən sualtı poçt qutusu (10 metr) olduğundan Ginnesin Rekordlar Kitabına düşmüşdür. Deyilənə görə, ən işlək vaxtda bu poçt qutusuna gündə 200 məktub çatdırılır.