Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
INSEE
INSEE (fr. codes Insee və ya codes INSEE) — Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut National de la Statistique et des Études Économiques) tərəfindən verilən rəqəmli və ya hərf-rəqəmli kod. == Rəsmi coğrafi kod == INSEE tərəfindən Fransa kommunalarının coğrafi kodları müəyyən edilir. Məsələn, Mets şəhəri INSEE 57463 kodunu daşıyır. Burada, 57 — Mozel departamentinin nömrəsi, 463 isə Mets şəhərinin əlifba sırası ilə nömrəsidir. == Sosial sığorta nömrəsi == Fransada hər anadan olmuş adama 15 rəqəmli sosial sığorta nömrəsi verilir. Bu kodun izahı aşağıdakı kimidir.
Onsen
Onsen (yap.温泉), Yapon dilində isti bulaq deməkdir. Ancaq bu terminə ümumiyyətlə isti bulaq və ətrafındakı müəssisələri də aid etmək olar. Onsen Yapon ənənələrinə görə formalaşmış bir növ kurortdur. Vulkanik ölkə olduğundan onsenlər ölkənin bir çox yerində var. Onsenlər qədim vaxtlardan ictimai hamam kimi istifadə olunur. Hal-hazırda isə Yaponiya daxili (yerli) turizminin vacib bir hissəsidir. Buralarda yapon geyşaları çalışır. Onsenlerin bir çox növü var. Açıq və ya bağlı, bələdiyyə tərəfindən ya da xüsusi olaraq bir hotelin hissəsi və ya pansion olaraq idarə edilən və sair. Sıxlıqla çöl sahələrdə etmələrinə baxmayaraq, böyük şəhərlərdə olanları da vardır.
Bunsen (mətbəəçilik)
Bunsen (文選) – yapon tipoqrafik çap üsulu. Rəqəmsal dövrə qədər Yaponiyada qəzet və kitab çapında geniş istifadə olunurdu. İş masası nəşrinin standartlaşmasından sonra sıradan çıxmışdır. == Tarixi == Bunsen XIX əsrin ikinci yarısında Avropa texnologiyasının Yaponiyaya gəlişindən sonra yaranmışdır. 1877-ci ildə "Shuiesha" nəşriyyatı tərəfindən Yaponiyada bunsen üsulu ilə ilk kitab çap olunmuşdur. 1970-ci illərdə kompüterlə hərf düzmə metodunun ortaya çıxmasından sonra bunsen öz əhəmiyyətini itirməyə başlamışdır. 1990-cı illərdə iş masası nəşrinin yayılması bunsenin ortadan qalxmasına səbəb olmuşdur. Bəzi şirkətlər 2003-cü ilə qədər bunsen ilə kitab çap etməyə davam etmişdir. Hazırda Yaponiyada estetik məqsədlər üçün bu üsulla kitab çap edən sadəcə bir neçə şirkət var. == Proses == Tipoqrafik çap üsulunda qurğuşun çubuqlardan hazırlanmış, yeri dəyişdirilə bilən şriftlərdən istifadə olunur.
Siqrid Unset
Siqrid Unset (dan. Sigrid Undset; 20 may 1882[…] – 10 iyun 1949[…], Lillehammer, Norveç) — danimarka-norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1928). Norveç yazıçısı Siqrid Unset Danimarkada doğulmuşdu. Məşhur Norveç arxeoloqu İnqvald Martin Unsetin üç qızından ən böyüyü idi. İki yaşı olanda ailə atasının Arxeologiya muzeyinin direktoru kimi çalışdığı Osloya qayıtmışdı. Gələcək yazıçının uşaqlıq illəri bu muzeyin eksponatları arasında keçmişdi. Onun başqa bir sevimli məşğuliyyəti isə Norveç saqalarını oxumaq idi. Siqridin 11 yaşı olanda atası ölmüşdü. Ailənin ağır maddi vəziyyəti yeniyetmə qızı gimnaziyadan kommersiya məktəbinə dəyişilməyə, 17 yaşında isə Oslodakı alman şirkətlərindən birində katibə kimi işə düzəlməyə məcbur etmişdi. Siqrid burada uzun müddət qalacağını düşünmürdü.
Useyn Bolt
Useyn Bolt (21 avqust 1986[…]) — Yamayka yüngül otleti, qısa məsafəyə qaçış üzrə ixtisaslaşmış, 8 qat olimpia çempionu və 11 qat dünya çempionu, oyunları ərzində 8 dəfə dünya rekordu qeyd edilən, Qaçışda 100-9.58, 200 – 19.19 göstərici ilə dünya rekordu qazanan. Həmçinin tarixdə 100-200 metr məsafədə ən sürətli sprinteri Hüseyn Bolt Şimalı Yamaykanın Treloni vilayətinin balaca kəndi olan Şervud-Kontent-də meyvə-tərəvə dükanı sahibi Uelsli Bolt və Jennifer Boltun ailəsində anadan olmuşdur. Onun doğma dili yamayka-kreol dilidir. Dini mənsubluğu isə - xristian –katolik sayılır. Həmçinin Useynin balaca qardaşı və Şerin adında böyük bacısı var. Uşaqlıqdan o, çox aktiv uşaq olmuşdu. Onun ən sevimli oyunu- krekit idi. O, bu oyunu öz evlərinin qarşısında top əvəzinə portağalla oynayırdı. Daha sonra valideynləri onu Valdensiya başlanğıc məktəbinə qoydular. Valdensiya məktəbinin direktoru Mamra Fleş öz xatirələrində qeyd edir ki, “Hüseyn Bolt, yaxşı tərbiyəli, enerjili, həyatsevər uşaq olub.
De Bunsen Komitəsi
De Bunsen Komitəsi İngiltərə hökumətinin Dünya Müharibəsi zamanı və sonrasında Osmanlı İmperiyasına qarşı izləyəcəyi siyasətləri müəyyən etmək üçün 8 aprel 1915-ci ildə İngiltərə Baş naziri Herbert Henri Askvit tərəfindən qurulan və Ser Moris de Bunsenin sədrlik etdiyi ilk komitə idi. Birləşmiş Krallığın Yaxın Şərq siyasətləri bu komitənin yazdığı hesabatlar əsasında formalaşıb. Komitə müharibədən sonra İngiltərənin bölgədəki (Yaxın Şərq) maraqlarını Fransanın bölgədəki təşəbbüslərinə qarşı qorumaq, İngiltərə hökumətinin ambisiyalarını reallaşdıracaq məqsəd və proqramı irəli sürmək üçün yaradılmışdır. Osmanlı İmperatorluğunun parçalanması ilə bağlı Rusiya, Fransa və İtaliya ilə aparılan danışıqlarda və danışıqlarda Britaniya İmperiyasının tələb və iddiaları bu komitənin hesabatları əsasında formalaşmışdır. == Komitə üzvləri == Komitə aşağıdakı üzvlərdən ibarət idi: Ser Moris de Bunsen, Prezident Koloniyalar Bürosunu təmsil edən G. R Clark, Hindistan Bürosunu təmsil edən Tomas Holderness, Hərbi Dəniz Qüvvələrini təmsil edən admiral Henri Cekson Müharibə Bürosunu təmsil edən C. E. Callwell, Llewellyn-Smith, Ticarət Şurasını təmsil edir, Müharibə məsələləri üzrə dövlət katibi Lord Kitçeneri təmsil edən Mark Sayks == Komitənin hesabatı == De Bunsen Komitəsi dörd mümkün həll yolunu müzakirə etdi; Osmanlı İmperatorluğunun parçalanması və Anadoluda kiçik bir dövlət olaraq qalması; Osmanlı İmperiyasının böyük dövlətlərin siyasi və ticari təsir zonalarına bölmək; Osmanlı İmperiyasını olduğu kimi saxlamaq; Mərkəzi hakimiyyətdən məhrum federativ Osmanlı dövlətinin qurulması və ölkənin beş əyalətə bölünməsi: Suriya Fələstin Ermənistan Anadolu Cəzirə və İraq (Mesopotamiyanın şimal və cənubu) 30 iyun 1915-ci ildə "İmperator maraqlarının müdafiəsi üçün yaradılmış komitənin hesabatı: Asiya Türkiyəsi" adı altında dərc edilən hesabatda sonuncu variantın bəlkə də ən asan yol oluduğuna görə imperiyanın müdafiəsi üçün ən faydalı variant olduğu bildirilirdi.
Roman fon Ungern Şternberq
Roman fon Ungern Şternberq (29 dekabr 1885 (10 yanvar 1886), Qrats, Avstriya-Macarıstan – 15 sentyabr 1921, Novosibirsk, RSFSR[d]) — Rusiyada Vətəndaş müharibəsi dövründə iştirak etmiş alman əsilli rus komandiri. Ağ ordunun general-leytenantı, Uzaq Şərqdə Ağ hərəkatın görkəmli fiqurlarından biri. Georgiyevsk ordeninin kavaleri. Sakit okeandan Xəzər dənizinə qədər Çingiz xan imperiyasının bərpa olunması ideyasının müəllifi. IV dərəcəli Müqəddəs Georgi ordeni — 25 aprel 1915-ci il IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınc və bantla birlikdə) — 12 noyabr 1915-ci il IV dərəcəli Müqəddəs Anna ordeni ("qəhrəmanlığa görə" yazısı ilə) — 9 may 1916-cı il III dərəcəli Müqəddəs Anna ordeni (qılınc və bantla birlikdə) — 6 sentyabr 1916 Georgiyevsk silahı — 31 oktyabr 1916-cı il III dərəcəli Müqəddəs Stanislav ordeni (qılınc və bantla birlikdə) — 1 dekabr 1916-cı il "Kalinov most" qrupunun 2007-ci ildə çıxmış "Ledyanoy poxod" (azərb. Buz yürüşü‎) albomununda "Veçnoe nebo" (azərb. Əbədi səma‎) musiqisi Ungernə həsr olunub. "Kalinov most" qrupunun 2013-cü ildə çıxmış "Contra" albomunda "Prikaz № 15" (azərb. №15 qərar‎) mahnısı da Ungernə həsr olunub. Yevgeniy Yurkeviç "fon Ungern Şternberqə" musiqisini Ungernə həsr edib.