Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
INSEE
INSEE (fr. codes Insee və ya codes INSEE) — Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut National de la Statistique et des Études Économiques) tərəfindən verilən rəqəmli və ya hərf-rəqəmli kod. == Rəsmi coğrafi kod == INSEE tərəfindən Fransa kommunalarının coğrafi kodları müəyyən edilir. Məsələn, Mets şəhəri INSEE 57463 kodunu daşıyır. Burada, 57 — Mozel departamentinin nömrəsi, 463 isə Mets şəhərinin əlifba sırası ilə nömrəsidir. == Sosial sığorta nömrəsi == Fransada hər anadan olmuş adama 15 rəqəmli sosial sığorta nömrəsi verilir. Bu kodun izahı aşağıdakı kimidir.
Onsen
Onsen (yap.温泉), Yapon dilində isti bulaq deməkdir. Ancaq bu terminə ümumiyyətlə isti bulaq və ətrafındakı müəssisələri də aid etmək olar. Onsen Yapon ənənələrinə görə formalaşmış bir növ kurortdur. Vulkanik ölkə olduğundan onsenlər ölkənin bir çox yerində var. Onsenlər qədim vaxtlardan ictimai hamam kimi istifadə olunur. Hal-hazırda isə Yaponiya daxili (yerli) turizminin vacib bir hissəsidir. Buralarda yapon geyşaları çalışır. Onsenlerin bir çox növü var. Açıq və ya bağlı, bələdiyyə tərəfindən ya da xüsusi olaraq bir otelin hissəsi və ya pansion olaraq idarə edilən və sair. Sıxlıqla çöl sahələrdə etmələrinə baxmayaraq, böyük şəhərlərdə olanları da vardır.
Siqrid Unset
Siqrid Unset (dan. Sigrid Undset; 20 may 1882[…] – 10 iyun 1949[…], Lillehammer) — danimarka-norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1928). == Həyatı == Norveç yazıçısı Siqrid Unset Danimarkada doğulmuşdu. Məşhur Norveç arxeoloqu İnqvald Martin Unsetin üç qızından ən böyüyü idi. İki yaşı olanda ailə atasının Arxeologiya muzeyinin direktoru kimi çalışdığı Osloya qayıtmışdı. Gələcək yazıçının uşaqlıq illəri bu muzeyin eksponatları arasında keçmişdi. Onun başqa bir sevimli məşğuliyyəti isə Norveç saqalarını oxumaq idi. Siqridin 11 yaşı olanda atası ölmüşdü. Ailənin ağır maddi vəziyyəti yeniyetmə qızı gimnaziyadan kommersiya məktəbinə dəyişilməyə, 17 yaşında isə Oslodakı alman şirkətlərindən birində katibə kimi işə düzəlməyə məcbur etmişdi. Siqrid burada uzun müddət qalacağını düşünmürdü.
Useyn Bolt
Useyn Bolt (21 avqust 1986[…]) — Yamayka yüngül otleti, qısa məsafəyə qaçış üzrə ixtisaslaşmış, 8 qat olimpia çempionu və 11 qat dünya çempionu, oyunları ərzində 8 dəfə dünya rekordu qeyd edilən, Qaçışda 100-9.58, 200 – 19.19 göstərici ilə dünya rekordu qazanan. Həmçinin tarixdə 100-200 metr məsafədə ən sürətli sprinteri Hüseyn Bolt Şimalı Yamaykanın Treloni vilayətinin balaca kəndi olan Şervud-Kontent-də meyvə-tərəvə dükanı sahibi Uelsli Bolt və Jennifer Boltun ailəsində anadan olmuşdur. Onun doğma dili yamayka-kreol dilidir. Dini mənsubluğu isə - xristian –katolik sayılır. Həmçinin Useynin balaca qardaşı və Şerin adında böyük bacısı var. Uşaqlıqdan o, çox aktiv uşaq olmuşdu. Onun ən sevimli oyunu- krekit idi. O, bu oyunu öz evlərinin qarşısında top əvəzinə portağalla oynayırdı. Daha sonra valideynləri onu Valdensiya başlanğıc məktəbinə qoydular. Valdensiya məktəbinin direktoru Mamra Fleş öz xatirələrində qeyd edir ki, “Hüseyn Bolt, yaxşı tərbiyəli, enerjili, həyatsevər uşaq olub.
Roman fon Ungern Şternberq
Roman fon Ungern Şternberq (29 dekabr 1885 (10 yanvar 1886), Qras, Avstriya-Macarıstan – 15 sentyabr 1921, Novosibirsk, RSFSR[d]) — Rusiyada Vətəndaş müharibəsi dövründə iştirak etmiş alman əsilli rus komandiri. Ağ ordunun general-leytenantı, Uzaq Şərqdə Ağ hərəkatın görkəmli fiqurlarından biri. Georgiyevsk ordeninin kavaleri. Sakit okeandan Xəzər dənizinə qədər Çingiz xan imperiyasının bərpa olunması ideyasının müəllifi. == Ailəsi və təhsili == == Mükafatları == IV dərəcəli Müqəddəs Georgi ordeni - 25 aprel 1915-ci il IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınc və bantla birlikdə) - 12 noyabr 1915-ci il IV dərəcəli Müqəddəs Anna ordeni ("qəhrəmanlığa görə" yazısı ilə) - 9 may 1916-cı il III dərəcəli Müqəddəs Anna ordeni (qılınc və bantla birlikdə) - 6 sentyabr 1916 Georgiyevsk silahı - 31 oktyabr 1916-cı il III dərəcəli Müqəddəs Stanislav ordeni (qılınc və bantla birlikdə) - 1 dekabr 1916-cı il == Xatirəsi == === Musiqidə === "Kalinov most" qrupunun 2007-ci ildə çıxmış "Ledyanoy poxod" (azərb. Buz yürüşü‎) albomununda "Veçnoe nebo" (azərb. Əbədi səma‎) musiqisi Ungernə həsr olunub. "Kalinov most" qrupunun 2013-cü ildə çıxmış "Contra" albomunda "Prikaz № 15" (azərb. №15 qərar‎) mahnısı da Ungernə həsr olunub. Yevgeniy Yurkeviç "fon Ungern Şternberqə" musiqisini Ungernə həsr edib.