Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uzunbabalı
Uzunbabalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Uzunbığlı qumlaqçı
Uzunbığlı qumlaqçı (lat. Romanogobio ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Azsaylı, yerli (aborigen) növdür. Bədəni nisbətən hündürdür. Boğazında 8-10 ədəd dağınıq yerləşən tünd ləkələr olur. Bığları uzundur və bədən uzunluğunun orta hesabla 10%-ni, başın uzunluğunun 50%-ni təşkil edir. Xarici görünüşünə görə Kür qumlaqçısına oxşayır, lakin ondan başının qısa olması ilə fərqlənir. Azərbaycan sularında yaşayan fərdlərinin uzunluğu 13.7 sm-ə qədər olur. Şirin su balığı olub, dibi qumlu, daşlı, axar sularda yaşayır. Ömrün uzunluğu orta hesabla 2-3 il olur.
Əhməd Özənbaşlı
Əhməd Özənbaşlı (d. 10 fevral 1893, Bağçasaray - ö. 4 dekabr 1958, Leninabad, Tacikistan SSR) — Krım tatar Milli Firqə hərəkatı rəhbərlərindən biri, siyasətçi, İsmayıl Qaspiralının ardıcıllarından biri, Krım millətçisi və filosof. Bağçasarayda məşhur mədəniyyət xadimi Seyid Abdullah Özənbaşlının ailəsində anadan olmuşdur. 1914-cü ildə Ağməsciddə liseyi bitirdikdən sonra 1915-ci ildə Odessaya gedib Noqorossik Universitetində tibb fakültəsinə daxil olmuşdur. Əhməd Özənbaşlı liseydə oxuyarkən, tatar xalqının tarixi və mədəniyyəti ilə maraqlanırdı. Tərcüman qəzetində nəşr olunan ədəbi materiallarla Rəşid Mədiyənin fikirlərini öyrəndi. O zamanlarda Krım Milli Tələbə Cəmiyyətinə qatıldı, bu addım Milli Hərəkata qatılmasına kömək etdi. 1917-ci ildə Odessadakı lisey və universitet tələbələri bir dərnək qurdu və Əhmət Özənbaşlı dərnəyin rəhbəri oldu. Krıma geri gəldikdən sonra Krım Müsəlmanları Konqresində yaradılan Krım İcra Komitəsinə üzv seçildi.
Səyid Abdulla Özənbaşlı
Səyid Abdulla Özənbaşlı (krımtat. Seid Abdulla Özenbaşlı; 1867, Bağçasaray, Tavriya quberniyası[d] – 1924, Simferopol) — Krım tatar yazıçısı, dramaturq, musiqiçi. Əhməd Özənbaşlının atası. == Həyatı == Səyid Abdulla Özənbaşlı 1867-ci ildə Bağçasarayda anadan olub. İbtidai təhsilini yerli müəllim Hüseyn Əfəndidən alıb. Çalışqanlığı və istedadı sayəsində müstəqil olaraq ərəb, fars və rus dillərini öyrənib. Gəncliyində kommersiya fəaliyyətinə üstünlük verərək, məşhur varlı Hacı Abdullanın ticarət evində mühasib işləyib. Eyni zamanda “Tərcüman” qəzetində çalışıb. Baxçasarayda, "Avropa" çayxanasında bir növ yeni ideyalar klubu yaradıldı. Hər gün sağ tərəfdə qızğın müzakirələr gedirdi.
Üzüybaşı dağı
Üzyübaşı dağı - Azərbaycan Respublikası Yardımlı rayonunda yerləşən dağ. Talış dağlarının Peştəsər silsiləsinin baş zirvəsidi. Hündürlüyü 2200 metrdir.