Əhməd Özənbaşlı

Əhməd Özənbaşlı (d. 10 fevral 1893, Bağçasaray - ö. 4 dekabr 1958, Leninabad, Tacikistan SSR) — Krım tatar Milli Firqə hərəkatı rəhbərlərindən biri, siyasətçi, İsmayıl Qaspiralının ardıcıllarından biri, Krım millətçisi və filosof.[1][2]

Əhməd Özənbaşlı
krımtat. Amet Özenbaşlı
Doğum tarixi
Doğum yeri Bağçasaray, Krım, Rusiya imperiyası
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Leninabad, Tacikistan SSR, SSRİ
Dəfn yeri Bağçasaray, Zəncirli mədrəsəsi
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→<
SSRİ SSRİ
Milliyyəti Krım tatarı
Təhsili Nogorossik Universiteti
Krım Dövlət Universiteti
İxtisası Doktor
Fəaliyyəti Jurnalistika
Yazıçılıq
Siyasət
Millətçilik
Əsərlərinin dili Krım tatarcası
Tanınmış əsərləri O yıxıntılar altında (1917)
Çarlıq hakimiyyətində Krım faciəsi (1926)

Bağçasarayda məşhur mədəniyyət xadimi Səyid Abdulla Özənbaşlının ailəsində anadan olmuşdur.

1914-cü ildə Ağməsciddə liseyi bitirdikdən sonra 1915-ci ildə Odessaya gedib Noqorossik Universitetində tibb fakültəsinə daxil olmuşdur. Əhməd Özənbaşlı liseydə oxuyarkən, tatar xalqının tarixi və mədəniyyəti ilə maraqlanırdı. Tərcüman qəzetində nəşr olunan ədəbi materiallarla Rəşid Mədiyənin fikirlərini öyrəndi. O zamanlarda Krım Milli Tələbə Cəmiyyətinə qatıldı, bu addım Milli Hərəkata qatılmasına kömək etdi. 1917-ci ildə Odessadakı lisey və universitet tələbələri bir dərnək qurdu və Əhmət Özənbaşlı dərnəyin rəhbəri oldu.

Siyasi mübarizəsi

[redaktə | mənbəni redaktə et]

Krıma geri gəldikdən sonra Krım Müsəlmanları Konqresində yaradılan Krım İcra Komitəsinə üzv seçildi. Bundan etibarən siyasi fəaliyyətlərini artıraraq davam etdirdi. Daha sonra Əhməd Özənbaşlı Birinci Milli Qurultayın nümayəndəsi və onun fəal üzvlərindən biri olaraq ön plana çıxdı. Vətəndaş müharibəsi zamanı "Millət" qəzetinin yazıçısı, sonra Milli Firqənin öndərlərindən biri oldu.

1920-ci ilin sonunda vətənindən xaricə getməyi rədd edən Əhməd ÖzənbaşlıKrımda Sovet hakimiyyəti qurulduqdan sonra Krıma geri gəldikdən sonra Krım Müsəlmanları Konqresində yaradılan Krım İcra Komitəsinə üzv seçildi. Bundan etibarən siyasi fəaliyyətlərini artıraraq davam etdirdi. Daha sonra Əhməd Özənbaşlı Birinci Milli Qurultayın nümayəndəsi və onun fəal üzvlərindən biri olaraq ön plana çıxdı. Vətəndaş müharibəsi zamanı "Millət" qəzetinin yazıçısı, sonra Milli Firqənin öndərlərindən biri oldu.

1920-ci ilin sonunda vətənindən xaricə getməyi rədd edən Əhməd ÖzənbaşlıKrımda Sovet hakimiyyəti qurulduqdan sonra xalqının haqq və hüququ üçün bu hakimiyyət çərçivəsində mübarizə aparmağa qərar verdi. 1922-1924-cü illərdə Totayköydəki Krım Tatar Pedaqoji Texnikumunun direktoru və psixologiya müəllimi olub. 1921-ci ildə Totay kənd məktəbində müdirlik etməyə başladı. 1922-ci ildə isə Krım Dövlət Universiteti Tibb fakültəsini bitirib, əsəb xəstəlikləri doktoru oldu.

Əhməd 1922-ci il 12 apreldə Krım tatarlarının millətçi qruplaşmasına mənsub olduğuna görə həbs edildi.1924-1927-ci illər arasında Krım Muxtar Respublikasının maarif nazirinin köməkçisi oldu. Ondan sonra isə təkrar doktorluq etməyə başladı.

10 dekabr 1928-ci il tarixində 25 il həbs cəzasına məruz qaldı. Ancaq 30 yanvar 1931-ci il tarixində məhkəmə bu hökü 10 illik düşərgə cəzasına endirdi. 1934-cü ildə Krım xaricində yaşaması şərtiylə sərbəst buraxıldı. Sibirin Novosibirsk, Pabloqrat şəhərlərində sürgün həyatı yaşadı və həkimlik etdi. II Dünya müharibəsi zamanı Krımın almanlar tərəfindən işğal edilməsindən sonra Krıma geri döndü.

Rumıniyaya qaçırılması və əsarəti

[redaktə | mənbəni redaktə et]

1943-cü ildə Sovet ordusu Krımı yenidən ələ keçirməmişdən əvvəl Ağməsciddən ayrılaraq əvvəl Odessaya köçdü, sonra da Rumıniyaya getdi. Rumıniyada qısa müddətlik Köstencedə qaldı. Bu dövrdə müxtəlif vasitələrlə Avropadakı Krım diasporasının lideri Mustafa Edige Krımal ilə görüşdü. Köstencenin işğalından sonra Sovet agentləri onu xüsusi təyyarə ilə qaçıraraq, həbs edib Moskvaya apardılar. 20 sentyabr 1947-ci ildə isə 25 il düşərgə cəzasına məhkum edildi.

Qızı Məryəm Özənbaşlı bu dövrdən 2007-ci ilin sentyabr ayında Avropa Zaman qəzetində belə bəhs edir:

" II Dünya hərbi olduğu vaxtda atam Krıma geri döndü. Almanlar burada olduqları vaxt gəldi. Ondan əvvəl atamın gəlmə haqqı yox idi. Onu tutub həbsə atardılar. Almanlar gəlincə ailəliklə gəlim Krıma Ukraynaya yerləşdik. Bir müddət qaldıqdan sonra mühit o qədər dəyişdi ki. İki vəhşinin arasında qaldıq. Atam və digər krımlı ailələr bu iki vəhşidən qaçmaq istədi. Biri Hitlerin faşist çizməsi, ikinsi isə Stalinin faşist çizməsi idi. Biz krımlılar ikisinin arasında qalmışdıq. İkisi də tatarlara xor baxırdı. Alman hökumətindən tələbləri vardı. Bunun üçün bir müddət sonra almanlar da atamdan narahat oldu. Onu həbsə atacaqlardı. O, alman hökumətindən milli haqlarını istədi. Ancaq almanlar bunları heç vaxt qəbul etmədilər. İstədikləri atamın "kolloborsionist", yəni işbirlikçi olması idi. Ona elə bir mövqe təklif etdilər. Atam bu siyasəti heç vaxt qəbul etmədi, bundan sonra Krımdan qaçmaq məcburiyyətində qaldı. "

Yazıçılıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əhməd Özənbaşlı özünü eyni zamanda bacarıqlı yazıçı və jurnalist olaraq da tanıtmışdır. 1917-ci ildə "O yıxıntılar altında" pyesini yazmış, "Krım", "Məktəb işləri", "İrəli" jurnal və qəzetlərində tarix, etnoqrafiya və pedoqoji sahələrinə aid məqalələr ilə müntəzəm formada yazılar yazmışdır. Bir çox ədəbi əsərə, o cümlədən Həmdi Giraybəyin əsərlərinə də araşdırmalar yazmışdır. Onu hər kəsin tanımasını təmin edən ən önəmli əsəri isə Krım xalqının vətənindən köç etməsindən bəhs edən "Krım faciəsi" adlı tarixi əsəridir. 1926-cı ildə ayrı kitab olaraq çıxan bu əsər "Ulduz" jurnalının 1992-ci il I və II sayılarında nəşr edilmişdir. Əsər 1933-1936-cı illər arasında, o tarixlərdə Köstencedə Müstəcib Ülküsalın çıxardığı Əməl jurnalında günlük olaraq hissə-hissə yayımlanmışdır. 1997-ci ildə isə Ağməsciddə ayrı kitab formasında nəşr edilmişdir.[3][4]

1955-ci ildə Əhmədi ağır xəstə vəziyyətdə azad etdilər Ömrünün son illərini Tacikistanın Leninabad şəhərində ailəsi ilə birlikdə keçirdi. 4 dekabr 1958-ci ildə vəfat etdi. Nəəşi Özbəkistandan Xokand şəhərində torpağa verildi. 1933-cü ildə cəsədi Krıma gətirildi və Bağçasarayda Zəncirli mədrəsənin baxçasında İsmayıl Qaspiralının yanına dəfn edildi. Özü kimi doktor olan qızı Məryəm Özənbaşlı da sürgündən döndükdən sonra 2007-ci ildə Krımın Ağməscid şəhərində həyata gözlərini yumdu.

  1. "https://web.archive.org/save/http://emelvakfi.org/emeldergisi/dr-ahmet-ozenbasli/". emelvakfi.org. 2019-11-12 tarixində orijinalından arxivləşdirilib.
  2. Brian Glyn Williams. The Crimean Tatars: The Diaspora Experience and the Forging of a Nation. səh. 236.
  3. "O Yıkıntılar Altında". www.turkcebilgi.com. 2020 10 iyun tarixində arxivləşdirilib.
  4. "Çarlık Hakimiyetinde Kırım Faciası". www.nadirkitap.com. 2020 10 iyun tarixində arxivləşdirilib.