Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzunbabalı
Uzunbabalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Uzunbığlı qumlaqçı
Uzunbığlı qumlaqçı (lat. Romanogobio ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Azsaylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Bədəni nisbətən hündürdür. Boğazında 8-10 ədəd dağınıq yerləşən tünd ləkələr olur. Bığları uzundur və bədən uzunluğunun orta hesabla 10%-ni, başın uzunluğunun 50%-ni təşkil edir. Xarici görünüşünə görə Kür qumlaqçısına oxşayır, lakin ondan başının qısa olması ilə fərqlənir. Azərbaycan sularında yaşayan fərdlərinin uzunluğu 13.7 sm-ə qədər olur. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi qumlu, daşlı, axar sularda yaşayır. Ömrün uzunluğu orta hesabla 2-3 il olur.
Əhməd Özənbaşlı
Əhməd Özənbaşlı (d. 10 fevral 1893, Bağçasaray - ö. 4 dekabr 1958, Leninabad, Tacikistan SSR) — Krım tatar Milli Firqə hərəkatı rəhbərlərindən biri, siyasətçi, İsmayıl Qaspiralının ardıcıllarından biri, Krım millətçisi və filosof. == Həyatı == Bağçasarayda məşhur mədəniyyət xadimi Seyid Abdullah Özənbaşlının ailəsində anadan olmuşdur. === Təhsili === 1914-cü ildə Ağməsciddə liseyi bitirdikdən sonra 1915-ci ildə Odessaya gedib Noqorossik Universitetində tibb fakültəsinə daxil olmuşdur. Əhməd Özənbaşlı liseydə oxuyarkən, tatar xalqının tarixi və mədəniyyəti ilə maraqlanırdı. Tərcüman qəzetində nəşr olunan ədəbi materiallarla Rəşid Mədiyənin fikirlərini öyrəndi. O zamanlarda Krım Milli Tələbə Cəmiyyətinə qatıldı, bu addım Milli Hərəkata qatılmasına kömək etdi. 1917-ci ildə Odessadakı lisey və universitet tələbələri bir dərnək qurdu və Əhmət Özənbaşlı dərnəyin rəhbəri oldu. == Siyasi mübarizəsi == Krıma geri gəldikdən sonra Krım Müsəlmanları Konqresində yaradılan Krım İcra Komitəsinə üzv seçildi.
Üzüybaşı dağı
Üzyübaşı dağı - Azərbaycan Respublikası Yardımlı rayonunda yerləşən dağ. Talış dağlarının Peştəsər silsiləsinin baş zirvəsidi. Hündürlüyü 2200 metrdir.