Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Esseks Universiteti
Esseks Universiteti ― İngiltərənin Esseks şəhərində yerləşən dövlət tədqiqat universiteti. 1959-cu ildə Esseks Şəhər Bələdiyyəsi bölgədə bir ali təhsil qurumunun yaradılması istiqamətində verilmiş təklifi qəbul etdi və 1963-cü ildə ilk professorların təyinatı ilə universitetin əsası qoyuldu. 1965-ci ildə kral imtiyaznaməsi alan ali təhsil müəssisəsi, 1964-cü ildən ilk tələbələrini qəbul etmişdir. Esseks Universiteti 1961–1965-ci illərdə Birləşmiş Krallıqda təsis edilən "Plitə şüşə universitetləri" kateqoriyasına aid edilir. Esseks Universiteti təlim-tədris keyfiyyətinə görə Birləşmiş Krallıq hökuməti tərəfindən tərtib olunmuş "Tədris Mükəmməlliyi Çərçivəsi"nə görə qızıl kateqoriyada yerləşir. Birləşmiş Krallıq üzrə milli sıralamada ilk 30 ali təhsil müəssisəsi arasında yer alan Esseks Universiteti, qlobal miqyasda isə The Higher Education jurnalının 2022-ci ildə dərc edilmiş sıralamasında ən nüfuzlu 350 universitet sırasındadır. Universitetin 3 fakültə nəzdnində humanitar, sosial elmlər və elm və səhiyyə sahəsini əhatə edən 21 məktəb və departamentdə təhsil alan 15 minə yaxın tələbəsi vardır. Ümumən Esseks Universitetinin beynəlxalq səviyyədə 16 akademik tərəfdaşlığı mövcuddur. Universitetin əsas kampusu Esseksin hüdudları daxilindəki Kolçester şəhərindəki Vivenho Parkında, digər iki kampusu isə Sausend və Lauton şəhərlərində yerləşir. Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Esseks Universitetinin məzunları sırasında Kosta Rika prezidenti və Nobel Sülh mükafatı lauratı Oskar Sançes, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Xristofor Pisserides, Böyük Britaniya İcmalar palatasının spikeri Con Berkau, İraqın xarici işlər naziri Hoşyar Zəbari, Birləşmiş Krallığın daxili işlər naziri Priti Patel və Yunanıstanın maliyyə naziri Yanis Varufakis də vardır.
Kaspar Vessel
Kaspar Vessel (ing. Caspar Wessel; 8 iyun 1745[…] – 25 mart 1818[…], Kopenhagen) — danimarkalı alim; ilk dəfə kompleks ədədlərin həndəsi təsvirini vermişdir.
Eqbert (Uesseks kralı)
Eqbert (VIII əsr, Uesseks krallığı[d] – 839, Uesseks krallığı[d]) — 802-839-cu illər arasında Uesseks kralı. O, 829-cu ildə Mersiyanı məğlub etmişdir və buna görə də İngiltərə kralı hesab edilə bilər.
Ferdinand de Lesseps
Ferdinand Mari, vikont de Lesseps (fr. Ferdinand Marie vicomte de Lesseps; 19 noyabr 1805[…], Versal, Birinci Fransa İmperiyası – 7 dekabr 1894[…]) — fransız diplomatı, Süveyş kanalının tikilməsinə rəhbərlik etmişdir. == Fəaliyyəti == === Süveyş kanalı === 1825–1849-cu illərdə Avropa və Afrikanın bir sıra ölkələrində, o cümlədən 1831–1837-ci illərdə Misirdə müxtəlif diplomatik vəzifələr tutmuşdur. Misir məhkəməsinin nümayəndələri ilə şəxsi əlaqələrdən istifadə edərək, 1854-cü ildə Misir hökmdarı Səid Paşadan Süveyş kanalının inşası üçün güzəşt almışdır. 1859–1869-cu illərdə bu kanalın tikintisinə rəhbərlik etmişdir. İnşaatın uğurla başa çatması və kanalın açılması ona layiq bir şöhrət gətirdi: Lesseps bir çox elmi cəmiyyətin üzvü oldu, Fəxri Legion ordeni ilə təltif edildi. === Panama kanalı === Panama kanalının inşası üçün 1879-cu ildən bu yana rəhbərlik etdiyi Panama səhmdar cəmiyyəti ilə yaşanan qalmaqal onun nüfuzuna xələl gətirə bilməzdi. 1889-cu ildə bu şirkətin dağılması on minlərlə kiçik səhmdarların məhvinə səbəb oldu. Oğurluq, sui-istifadə və maliyyə çətinliklərini gizlətmək üçün şirkət heyəti fransız nazirlərə, senatorlara, müavinlərə və qəzet redaktorlarına rüşvət verdi. Rəsmi araşdırmadan sonra Lesseps və oğlu Şarl 1893-cü ilin fevralında beş il həbs cəzasına məhkum edildi.
Peter Vessel Zapffe
Peter Vessel Zapffe (18 dekabr 1899, Tromsø – 12 oktyabr 1990, Asker[d], Akersxus[d]) — Norveçli filosof, yazıçı və alpinist. Pessimizm cərəyanının önəmli simalarındandır, həmçinin antinalizmin müdafiəçisi kimi tanınır. Tanınmış qütb səyyahı Fritz Zapffenin oğludur. İnsan həyatı haqqında fikirlərini "Son Məsih" adlı essesində irəli sürmüşdür. Bu esse onun "Tragediya haqqında" adlı əsərinin qısa versiyasıdır. == Həyatı == O fəlsəfəyə başlamazdan əvvəl yumoristik yazı müəllifi kimi və təbiətsevər alpinist kimi tanınırdı. 1923-cü ildə Oslo Universitetindən hüquq diplomu əldə etmişdir. Daha sonra isə fəlsəfə doktoranturası təhsili almışdır. Zapffe iki dəfə evlənmiş və öz seçimi ilə övlad sahibi olmamışdır. 1990-cı ildə vəfat etmişdir.
Dehşəms-i Böyük (Üşnəviyyə)
Dehşəms-i Böyük (fars. ده شمس بزرگ‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 767 nəfər yaşayır (126 ailə).
Dehşəms-i Kiçik (Üşnəviyyə)
Dehşəms-i Kiçik (fars. ده شمس كوچك‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 253 nəfər yaşayır (42 ailə).
Esseks (dairə, Nyu-Cersi)
Esseks (ing. Essex County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi.