Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vedmak (ağac)
Vedmak (pol. Wiedźmin), həmçinin Meşko (pol. Mieszko) —— Polşanın Lyobuş voyevodinası, Krosnenski rayonu, Komorov kəndində böyüyən hamar qarağac ağacı. Avropanın ən böyük qarağacı olaraq, rəsmiləşdirilmişdir. Ağacın adı Andjey Sapkovskinin eyni adlı romanının adı ilə adlandırılmışdır. Bu ad yerli səsvermənin nəticələrinə əsasən seçilmişdir. İkinci adı olan «Meşko» Polşa şahzadəsi I Meşkonun şərəfinə adlandırılmışdır. Bu ad yerli meşəbəylər tərəfindən istifadə olunur. Ağacın daxilində enli bir boşluq mövcuddur. Gövdənin qalınlığı 1,3 m yüksəklikdə 930 sm-ə çatır (2011-ci il məlumatına görə).