Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şah Vəliyullah Dəhləvi
Əbu Əbdiləziz Qütbəddin Şah Vəliyyullah Əhməd bin Əbdürrəhim bin Vəcihəddin əd-Dəhləvi əl-Faruqi (21 fevral 1703, Dehli – 20 avqust 1762, Dehli) — Hindistanlı alim, islahatçı və mühəddis. == Həyatı == Şah Vəliyyullah Əhməd bin Əbdürrəhim 3 mart 1703-cü il tarixində Dehli şəhərinə bağlı Muzaffərnaqarda doğulmuşdudu. Soyu ata tərəfindən Həzrət Ömərə, ana tərəfindən İmam Musa əl-Kazıma çatır. XIII yüzilin sonlarına doğru Hindistana yerləşmiş bir ailəyə mənsubdur. Həyatına dair qaynaqlarda yer alan bilgilər daha çox "Ənfasül-ʿarifin" adlı əsərindəki avtobioqrafiyasına dayanır. Babası Vəcihəddin ilə atası Əbdürrəhim, Dehli üləmasından olub hər ikisi də "əl-Fətaval-Hindiyyə"ni (əl-Aləmgiriyyə) hazırlayan heyətdə yer almışdı. Şeyx Məhəmməd Pühlətinin qızı olan anası Fəxrünnisa xanım da dini elmlərə vaqıf bir qadın idi. Şah Vəliyyullah kiçik yaşda Quranı əzbərlədi. İlk təhsilini atasının yanında gördü. Hindistanda ondan ən çox istifadə etdiyi müəllimi Şeyx Məhəmməd Əfdal əs-Siyalkutidir.
II Xəlilullah
II Xəlilullah (XIV əsr, Bakı – 1535, Bakı) — Şirvanşahlar dövlətinin qırx birinci, Şirvanşah II İbrahimin oğlu. == Fəaliyyəti == II Şeyx İbrahim (Şeyxşah) h.930 (1524)-cu ildə öldükdən sonra Şirvanı onun böyük oğlu, II Xəlilüllah da adlandırılan Sultan Xəlil idarə etməyə başladı. O, Şah İsmayılın qızı Pərixan xanımla evlənməklə, onun himayəsinə nail oldu. Münəccimbaşının təbirincə, "qardaşlarından heç biri onun əleyhinə çıxa bilmədi". O, mənbələrdə ağıllı və bacarıqlı, dəbdəbəli səfərləri, şərab və əyləncəni sevən hökmdar kimi səciyyələndirilir. Onun alim və şairlərlə ünsiyyəti sevməsi, son dərəcə səxavətli olması və bir o qədər də qəddar olması qeyd edilir. Şirvanşahın Təbriz sarayı ilə əlaqələri daha da möhkəmləndi. === Səfəvilərlə münasibətlər === Şah İsmayıl h.930 (1524)-cu ildə öldükdən sonra Şirvanşaha münasibət dəyişdi. Şah İsmayılın səfəvi taxtına çıxan gənc oğlu və varisi I Təhmasib bacısının əri olmasına baxmayaraq, Xəlilüllahdan şübhələnməyə başladı. Şah Təhmasib Xəlilüllaha etibar eləmir, Şirvanşahlar dövlətini özünə tabe etdirməyə, sülaləni aradan qaldırmağa hazırlaşırdı.
I Xəlilullah
I Xəlilullah (Bakı – 1465, Bakı) — Şirvanşahlar dövlətinin 35-ci hökmdarı, Şirvanşah I İbrahimin oğlu. == Hakimiyyəti == H.820 (1417)-ci ildə Şeyx İbrahimin ölümündən sonra onun yerinə böyük oğlu və varisi Şirvanşah I Xəlilüllah keçdi. Xəlilullah da atası kimi, xarici siyasətində Qaraqoyunlu hökmdarları ilə şiddətli mübarizə aparan Teymurilərə meyl göstərmək mövqeyində dururdu. Xəlilüllah 48 il hökmranlıq sürdükdən sonra h.869 (1465)-cu ildə ölmüşdür. === Teymuri Şahruxla münasibətlər === Gənc Xəlilullah Şirvanşah taxtına çıxan kimi Qaraqoyunlu padşahlarından asılılığını tanımaqdan imtina etdi. 65 yaşlı Qara Yusifin 1420-ci ilin noyabrında Teymurun oğlu Şahruxla (1405–1447-ci illər) müharibə zamanı qəfil ölümü Azərbaycanın siyasi əhvalını dəyişdi və köçəri əmirlərin arasına çaşqınlıq saldı. Onların çoxu Qara Yusifin düşərgəsini tərk edərək dağılışdı. Qara Yusifin oğlu Qara İsgəndər (1420–1429 və 1431–1435-ci illər) bu vaxt Ağqoyunlu tayfasının başçısı Qara Yuluq Osmanla vuruşurdu. Qara Yusifin digər oğlu Cahanşah atasının ölümündən sonra baş verən hadisələrdən xəbər tutaraq Şahruxa tabe oldu və Sultaniyyə şəhərini ona təslim etdi. Təbriz Şahruxun əmiri Əliyə Kükəltaş tərəfindən tutuldu.
Şirvanşah I Xəlilullah