Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nouvelle Vague
Nouvelle Vague — Mark Kollen və Olivye Libonun rəhbərliyi altında fransız musiqi kollektivi. 2003-cü ildə yaradılmış və bu günə qədər də fəaliyyət göstərir. Kollektivin adı söz oyunudur, onun fransız incəsənətində "new-wave" stilinə (daha dəqiq desək, fransız kinosunun "yeni dalğa"sına münasibətini) münasibətini əks etdirir. Qrupun mahnıları — məşhur pank-rokların, postpank və new-wave kompozisiyalarının bossa-nova stilində kaver-versiyasıdır. Özlərinin birinci albomu sayılan "Nouvelle Vague"-da qrup köhnə new-wave erasına məxsus mahnıları bossa-nova stilində ifa etmişdir. Mahnıların akustik əsası üçün rəqs ritmləri əlavə olunmuş, vokalistlər qismində isə müxtəlif ölkələrdən müğənnilər dəvət olunmuşdu ( 6 fransız qız,1 braziliyalı və 1 amerikalı qız). Depeche Mode, XTC, Modern English, Joy Division, The Undertones və digər kollektivlərin mahnılarının kaver versiyaları bu cür şəkildə yazılmışdır. Nouvelle Vague qrupunun müğənniləri ancaq özlərinin eşitmədiyi mahnıların orijinal versiyalarını ifa edirlər. Bununla müğənnilər səslənmənin təzəliyinə çalışırlar. Qrupun ikinci albomu Bande a Parta Buzzcocks, Never Order, Echo qurplarının kompozisiyaları daxildir.
Vaqula gölü
Vaqula gölü (est. Vagula järv; Vaqqola) — göl Estoniya ərazisində yerləşir. Bırumaa qəzası ərazisində, Vıru şəhərindən 2 km qərbdə qərarlaşır. 2 km aşağıda Tamula gölü qərarlaşır. Gölün sahilində Yavere, Roozizare və Yoba kəndləri yerləşir. Gölün cənubunda isə Vaqula dəmiryolu stansiyası mövcuddur. Gökün ümumi sahəsi 518,7 hektardır. Şərqdən qərbə uzunluğu 4,6 km, şimaldan cənuba eni isə 1,7 kilometrdir.. Gölün maksimal dərinliyi 11,5 metr, orta dərinliyi isə 5,2 metrdir. Sahilləri düzənlikdir, əsasən qum və gildən təşkil olunmuşdur.
Raquel del Rosario
Rakel del Rozario Masias (3 noyabr 1982, Teror, Qran Kanariya, Las Palmas) — ispanıyalı müğənni, "Morfeyin yuxusu" (isp. Sueño de Morfeo) qrupunun solisti. == Həyatı == Rakel ailədə 6 uşaqdan 2-cisidi. O, 14 yaşından mahnılar yazmağa başlayıb. 17 yaşında kelt musiqi qrupunu rəhbərlik edən Asturias`dan David Feito`ya rast gəlir. 2000-ci ildə Rakel doğma Gran Kanariyanı Asturias üçün tərk edir və Xemà qrupuna qoşulur,nəhayət onlar ilk albomlarını çıxardırlar. Tezliklə David və Rakel Juan Luis Suárez`ə rast gəlirlər, və onlar El Sueño de Morfeo qrupunu yaradırlar. Rakel del Rosario ispan vokalistidir, David və Juan`nin köməyi ilə özlərinin bir çox mahnılarinı yazır və tərtib edir. == Şəxsi həyatı == 17 noyabr 2006-ci ildə Formula 1 pilotu Fernando Alonso ilə evlənir. Onlar İsveçrənin Mont-sur-Rolle şəhərinə köçmədən öncə İngiltərənin Oksford şəhərində yaşamışdırlar.