Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vakuum
Vakuum — heç bir şeyin olmadığı yerdir, başqa sözlə desək, boşluqdur. Bu söz latınca "vakuus" sözündən yaranmışdır və "boşluq" mənasını verir. Əslində tam vakuum mövcud deyil. Siz metal qabdan havanı nə qədər sorub çıxarsanız da, havanın müəyyən miqdarı yenə də orada qalacaqdır. Belə qismən boş olan yer yarımçıq vakuum adlandırılır. Hava həmişə vakuumu doldurmağa çalışır və bizim ağciyərlərimizin işi bu prinsipə əsaslanmışdır. Biz nəfəs verəndə сiyərlərimizdə yarımçıq vakuum alınır və nəfəs aldığımız zaman hava onu doldurmağa çalışır. Amma boşluq heç də həmişə hava ilə dolmur. Əgər biz stəkandakı limonadı çöplə içsək, onda ağzımızda olan yarımçıq vakuum hava deyil, limonad dolduracaqdır. Yarımçıq vakuum təyyarələrə havada qalmağa yardım göstərir.
Vakuum borusu
Vakuum borusu (Vacuum tube) – elektron selini idarə etmək üçün metal elektrodlardan və tordan ibarət şüşə boru; vakuum yaratmaq üçün həmin borudan, demək olar ki, bütün qazlar çıxarılıb. 1950-ci illərdə yarımkeçiricilərin meydana çıxmasından qabaq vakuum boruları elektron sxemlərdə gücləndirici və açarların funksiyasını yerinə yetirirdi. Onlardan bu gün də müəyyən qurğularda, məsələn, çox yüksək səviyyəli gücün tələb olunduğu katod-şüa borularında istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Vakuumda tökmə
Vakuumda tökmə — üsulunda qəliblərin doldurulması vakuum şəraitində aparılır. Vakuumda qəliblərin məcburi doldurulması zamanı onun qazlardan mühafizə olunması mümkün olur ki, bu da nəticədə nazik divarlı, sıx və yüksək keyfiyyətli töküklərin alınması şərait yaradır. Vakuumda tökmənin müxtəlf üsulları tətbiq olunur: şərini üzərində yerlışmiş qəlibə metalın sorulması ( burada bərkimə atmosfer və ya yüksək təzyiqdə baş verir), ərintinin alt hissəsində yerləışmiş qəlibə metalın vurulması, vakuumda təzyiq altında tökmə (bu məqsədlə tökmə maşınlarında vakuumlaşdırılmış pres qəliblərdən istifadə olunur), vakuumda mərkəzdənqaçma tökmə və s. Fasonlu hissələrin hazırlanmasında vakuumda tökmə əksər hallarda vakuumda xüsusi polad və xəlitələrin əridilməsi ilə kombinasiya edilir. Tətbiq olunan üsuldan asılı olaraq vakuum 40-0,3 N/m² arasında yerləşir.
Vakuumsfer
Vakuumsfer (latınca vacuum-boşluq və sphaire-şar, təbəqə) - atmosferin ən üst təbəqəsidir. İonosferin sərhədindən yuxarıda (1200 km-ə qədər) yerləşir və çox seyrək olduğundan radio dalğalarını əks etdirmir.[1] == Həmçinin bax == Atmosfer təbəqələri İonosfer Kriosfer == İstinadlar == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.
Vakuol
Vakuol (lat. Vakulus – boş) — əsasən bitki hüceyrələri üçün xarakterikdir. Onlar iri və kiçik ölçülü olur. Mərkəzi vakuol sitoplazmadan tək membranla – tonoplastla ayrılır. İri mərkəzi vakuol endoplazmatik şəbəkədən ayrılan kiçik qovuqcuqlardan əmələ gəlir. Vakuolun boşluğu suda həll olan qeyri-üzvi maddələr, üzvi turşular və digər maddələrlə dolur. Mərkəzi vakuol hüceyrədə turqor təzyiqini tənzimləmək funksiyasını yerinə yetirir. Vakuolda fotosintez üçün lazım olan su və maddələr mübadiləsi nəticəsində əmələ gələn çöküntü maddələri toplanır. Lakin çöküntü maddələri hüceyrədən xaric olunur. Vakuollarda həmçinin, rəngləyici maddələr olan antosianlar da toplanır.
Aksum
Aksum (tiqr. ኣኽሱም Ak̠ʷsəm; amh. አክሱም Ak̠sum; q.yun. Ἄξουμις və Αὔξουμις) — Efiopiyanın Tiqray regionunda şəhər. Aksum Aksum Krallığının tarixi paytaxtı olmuşdur. Şəhər artıq 66,800 nəfər əhalisi olan (2015) turizm şəhəridir.Aksum İmperiyası bölgəni eramızdan əvvəl 400-cü ildən 10 əsrə qədər idarə edən bir dəniz və ticarət gücü idi. 1980-ci ildə UNESCO Aksumun arxeoloji ərazilərini tarixi dəyərinə görə Ümumdünya irsi siyahısına əlavə etdi. Aksum, Tiqray regionunun Mekelay zonasında, Adva dağlarının bazasına yaxın yerdə yerləşir. 2,131 metr (6,991 ft) yüksəkliyə malikdir 2,131 metr (6,991 ft) və Lailay Maiçev rayonu ilə əhatə olunmuşdur. == Tarix == Axum, Roma dövrü yazılarının ən erkən qeydlərində üzə çıxan və Aksum İmperiyası adlanan dəniz ticarəti gücünün mərkəzi idi.
Aksum Krallığı
Aksum krallığı və ya Aksum padşahlığı — Efiopiyanın şimalında qədim dövlət. İndiki Sudan ərazisi də Aksum krallığına aid olmuşdur. Adı Aksum şəhərindən götürülmüşdür. Aksum krallığı haqqında ilk məlumat II əsrə aiddir. Əsasən II-XI əsrlərdə aid olmuşdur. Hindistandan və Şərqi Afrikadan Aralıq dənizinə gedən ticarət yollarının Aksum krallığından keçməsi onun iqtisadi inkişafına yardım etmişdir. == Tarixi == Aksum krallığı e.ə. I minillikdə Cənubi Ərəbistanda mövcud olmuş Sami mənşəli Sah krallığınin yerində qurulmuşdur. III əsrin axırlarında Aksum krallığı çox güclənmiş və III-VI əsrlərdə Afrikanın şimal-şərqindəki ən böyük ticarət mərkəzi olmuşdur. İsgəndəriyyədən Nil sahillərinə qədər olan ərazidə bütün ticarət bu krallığın nəzarəti altında gerçəkləşmişdir.
Aksum padşahlığı

Aksum çarlığı

Alyssum vagum
Alyssum alyssoides (lat. Alyssum alyssoides) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü. == Sinonimləri == Adyseton alyssoides (L.) Nieuwl. Adyseton calycinum Scop. Adyseton campestre Moench Adyseton mutabile Moench Alyssum alsinifolium Host Alyssum alyssoides f. albineum Farw. Alyssum alyssoides var. alyssoides alyssoides Alyssum alyssoides var. depressum T.R. Dudley Alyssum alyssoides var. hispanicum Dudley Alyssum alyssoides subsp.
Bulbophyllum vanum
Bulbophyllum vanum (lat. Bulbophyllum vanum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.