Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vantoz
Ventoz (fr. ventôse, lat. ventosus — küləkli) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793-cü ilin oktyabrından 1 yanvar 1806-cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən VI ay (19/20 fevral — 20/21 mart) .
Santur
Səntur — toxmaqla çalınan alətdir. Toxmaqla çalındığına görə, həm simli, həm də zərb musiqi aləti sayılır. İranda bu alətin bir qədər kiçik - diatanik növü indi də istifadə olunur. Azərbaycanda isə XIX əsrə qədər istifadə olunub. Sənturun ən qədim növü Şumer mədəniyyətinə qədər gedib çatır. Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi aləti sayılır. == Etimologiya == Səntur haqqında R. Yektabəy yazır: "Bu çalğı aləti çox qədim olub, "Tövrat"da "psanterin", "zəbur" adlandırılır.
Vantaa
Vantaa — Finlandiyada yerləşən şəhər.
Ventoz
Ventoz (fr. ventôse, lat. ventosus — küləkli) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793-cü ilin oktyabrından 1 yanvar 1806-cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən VI ay (19/20 fevral — 20/21 mart) .
Şantun
Şantun (q.türk Şantuŋ, çin. 山东 / 山東; pinyin: Shāndōng; Wade-Giles: Shan-tung) — Çinin şərq sahilində bir vilayyətdir. Şantun Çincə "dağın şərqi" anlamına gəlir. Bölgə bu adı Tayhan dağlarının (太行山) şərqində yer alması səbəbi ilə almıştır. Şantun 92 milyonluq əhalisi ilə Çinin Henan vilayyətindən sonra ən kütləvi ikinci vilayyətidir. Kon Fun Çyının məmləkəti Çufu bu bölgədə yerləşir.
Kantur kilsəsi
== Haqqında == Nasirəddin Şahın Fransa səyahətlərindən sonra; İranda yol tikintisinə baxılmaqla, paytaxtı Avropaya bağlamaq üçün İran şəhərləri arasında magistral yollar çəkildi. Tehrandan Qəzvinə gedən avtomobil yolu Ağa Bağır İsfahani (Qəzvinin növbəti hakimi) tərəfindən tikilmişdir ; Ancaq Çar Rusiyası tərəfindən Qacar ​​hökumətinə bir müqavilə qoyulması ilə Qəzvinə gedən Ənzəli yolu, Anatoliy Nikolayeviç Bestelma adlı bir adamın idarə etdiyi Sığorta və Nəqliyyat Şirkəti adlı bir Rusiya yol inşaat şirkətinə; verilmişdir. İrandakı rəsmi fəaliyyətinin başlanğıcında, Rusiya Sığorta və Nəqliyyat Şirkəti, Qəzvinin indiki Talığani, Buəli, Müdərris və Xəyyam küçələrinin kəsişdiyi yerdə bir təsis kompleksi inşa etdi. Rus dilində "Kantur" adlanan tikili, ofis və idarəetmə deməkdir. Bu tikililərdən biri, rus işçilərinin dini inancları sayəsində kompleksin güneyində dini ibadət üçün tikilmiş, indi turistlərin yaxından görə biləcəyi bir sərgiyə çevrilmiş kiçik bir kilsədir. İndilikdə Qəzvində rusların yaşamamasından asılı olaraq, kilsə ibadət yeri deyil; qolbaq, üzük, boyun bağı, əl işi olan qab-qacaq və heykəlciklər və başqa bəzək əşyaları sərgilənərək satılır. == Memarlığı == Ölçülər baxımından dördbucaqlı planı olan və biri namaz salonunun mərkəzində, başqası qurbangahın üstündə daha kiçik iki böyük günbəzə sahib olan kiçik bir kilsədir. İstifadə olunan materiallar kərpic və harçdır, kərpiclər böyük sənətkarlıqla döşənmişdir və nəticədə çox gözəl bir tikili əldə edilmişdir. Kantur Kilsəsinin iki yanının divarlarında rus xaçları oyulmuş giriş qapısı var. Girişin yuxarı hissəsində balaca günbəzə aparan üç mərtəbəli zəng qülləsi var.
Kvantun yarımadası
Kvantun yarımadası (çin. 關東) — Çinin şimal-qərbində yerləşən yarımada. Lyaodun yarımadasının cənub-qərb qutaracağını təşkil edir. == Tarixi == Sin imperiyası dönəmində Lyaonin vilayəti ərazisinə daxil idi. Çin-yapon müharibəsi sonrası yarımada Simonosek müqaviləsinə əsasən Yaponiyaya verilir. Ancaq Fransa, Rusiya və Almaniyanın təzyiqi ilə ərazi yenidən Çinə qaytarılır. 1897-ci ilin dekabr ayında rus hərbi-dəniz qüvvələri Lyayşunkou limanına daxil olur. Bura rəsmi olaraq Port-Artur adlandırılır. 1898-ci ilin martında Rusiya rəsmi olaraq 25 illiyinə. Admiral Yevgeni Alekseev bölgənin komandanı elan edilir.
Vanatur göytikanı
Vanqut topulqası
Vanqut topulqası (lat. Spiraea × vanhouttei) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Baltikyanı ölkələrdə, Qafqazda və Orta Asiyada əkin şəraitində becərilir. == Botaniki təsviri == Hündürlüyü 2,5 m, çətrinin diametri 2 m olan koldur. Tez böyüyür, çoxlu yan budaqlar əmələ gətirir. Yaşlı budaqları aşağıya doğru sallanır. Yarpaqları rombşəkilli-yumurtavari, ucu biz, 3-5 hissəli, üst hissəsi tünd yaşıl, alt hissəsi isə açıq-yaşıldır, payızda sarımtıl rəng alır. Çiçəkləri ağ, hamar olub, may-iyun aylarında kütləvi çiçəkləyir. Çiçəkləri çoxsaylı olmaqla çətir çiçək qrupuna toplanmışdır. Meyvələri xırdadır.
Xanduz tikmə
Xanduz tikmə - şəbəkəli parça üzərində tikmə üsulu. Azərbaycan milli tikmələrin məhəlli növüdür, əsasən Lənkəran bölgəsində geniş yayılmışdır. == Texnika == Xanduz tikmə üsulunda iynə, şəbəkəli parça, iki ədəd qasnaq və müxtəlif rəngli ipək, iplik, yun sapdan istifadə olunur. Şəbəkəli parça çox vaxt tikici həvəskarların özləri tərəfindən hazırlanırdı. Bunun üçün kətan parçanın əriş-arğacı sayca təkəmseyrək çıxarılıb şəbəkə halına salınır. Sonra həmin şəbəkəli parça vasitəsilə məmulat üzərində naxış salınır. Bunun üçün usta əvvəl şəbəkəli parçanı qasnağa kip keçirilmiş məxmər, atlas, ağ, kətan və s. növ parça üzərinə qoyur və əlində olan hazır naxışlı nümunəyə baxaraq rəngli saplarla say hesabı işləməyə başlayır. Tikici yeni ilmə əldə etmək istədikdə iynəni say üzrə şəbəkəli sapdan eninə və bir də uzununa götürür. Çox vaxt iynə şəbəkəyə çəpəki keçirilir.
Vanatur zımbırtikanı
Vanatur zımbırtikanı (lat. Eryngium wanaturi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zımbırtikan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1b (i,ii,iii)+ 2ab (i,ii,iii). Azərbaycanın nadir növüdür. == Arealı == Türkiyənin şərqindən İranın şimal-qərbinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Eryngium woronowii Bordz. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, boyu 40-50 sm-dir. Kökətrafı yarpaqları çox uzundur, dərivaridir, xətlidir, kənarları bütövdür. Çətirlərinin diametri 10-12 mm-dir, təpədə olan çətirləri 2-3 ədəddir. Sarğı yarpaqcıqları çiçəkdən iki dəfə uzundur və sərtdir.
Antun Saada
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
Antun Səadə
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
Bantu dilləri
Bantu dilləri ailəsi — Afrikanın orta və cənubi bölgələrində yaygın olaraq danışılan Suahili, Zulu, Çuana, Konqo, Mongo, Gonda və başqa dillərdən oluşur. Bu dil ailəsinin ən çox tanınan dilləri Keniya, Uqanda, Tanzaniya ve Konqoda 15 milyon nəfər tərəfindən danışılan Suahilidir.
Bulbophyllum vanum
Bulbophyllum vanum (lat. Bulbophyllum vanum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Espiritu-Santu
Espiritu-Santu (port. Espírito Santo) — Braziliyanın şərqində yerləşən ştat. Braziliyanın cənub-şərq regionuna daxildir. Şimaldan Baiya, qərbdən Minas-Jeyras və cənubdan Rio-de-Janeyro ilə sərhədə malikdir. Şərqdən Sakit okeana çıxışı vardır. Ştatın inzibati mərkəzi Viktoriyadır. Ştatın portuqalcadan tərcümədə «Müqəddəs ruh» mənasını verir. == Coğrafiya == Atlantik okeanın sahilərində ştatın iqlimi tropikdir. İl ərzində iki mövsüm hakimdir. Şimala doğru iqlim quru və istidir.
Sevasti Xantu
Sevasti Xantu (yun. Σεβαστή Ξάνθου; 1798 – bilinmir) ― Emmanuil Ksantosun həyat yoldaşı. Onun əri "Filiki Eteriya" ("Dostlar Cəmiyyəti") adlı Osmanlı İmperiyasına qarşı yunan konspirativ təşkilatının üzvü və qurucularından biri idi. == Həyatı == Sevasti Xantu anası Mariora və iki bacısı Yefrosinya və Eleni ilə birlikdə İstanbulun Arnavutköy ilçəsində yaşayırdı. 17 yaşında (1815) və "Filiki Eteriya" qurulduqdan bir il sonra Sevasti təşkilatın qurucularından biri Emmanuil Ksantosa ərə getdi. Onların Nikolas, Perikl və Aspasiya adlı 3 uşağı doğuldu. 1821-ci ildə yunan inqilabı başlayanda o, təhlükəsizlikdə qalmaq məqsədilə ailəsi ilə birlikdə İstanbuldan İzmail (indiki Ukrayna şəhəri) şəhərinə köçdü. 1822-ci ildə Sevasti düşmən mühitdə olduqlarını hiss etdi və onun təşəbbüsü ilə onlar İzmaili tərk edərək Kişinyova köçdülər. Emmanuil Ksantos iki səbəbdən ailəsindən çox vaxt uzaq düşürdü, birincisi yunan inqilabını təşkil etmək məsuliyyətini öz üzərinə götürməsi, ikincisi də Margineni monastırında olması ilə bağlı idi. Onun yoxluğunda ailəsinə güvəndiyi insanlar baxırdılar, məsələn onun qayını Mixail Mixaloqlou (Yefrosinyanın həyat yoldaşı) və Mixail Fokianos ailənin maliyyə problemlərini öz üzərinə götürmüşdülər.
Vaduz FK
"Vaduts" (alm. Fussball Club Vaduz‎) — Lixtenşteynin futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 14 dəfə Avropa kuboklarında iştirak edib.
Vanua-Levu
Vanua Levu (ing. Vanua Levu) — Ficinin ərazisində yerləşən və sahəsinə görə ikinci böyük ada. Sakit okeanda, Vanua Levu adaları qrupuna daxildir. Əvvəllər Sandalvud adası adlanırdı (ing. Sandalwood Island). == Adı == Vanua-Levu yerli dillərdə «Böyük Torpaq» adlandırılır. == Coğrafiya == Vanua-Levu adası Viti-Levudan 64 km şimalda yerləşir. Ən yaxın materik Avstraliyadır və ondan 2900 км. Ada cənub-şərqdən Koro dənizi ilə yuyulur. Ada vulkanik və mərcan məşəllidir.
Antun Avqustinçiç
Antun Avqustinçiç (xorv. Antun Augustinčić; 4 may 1900[…], Klanets[d], Avstriya-Macarıstan – 10 may 1979[…], Zaqreb) — Xorvatiya heykəltaraşı, beş dövlətin (Polşa, Yuqoslaviya, Albaniya, Argentina, Xorvatiya) başçılarına abidələrin müəllifi. İvan Meştroviç və Franyo Krşiniç kimi ustalarla yanaşı, Antun Avqustinçiç XX əsrin ən böyük xorvat heykəltaraşlarından biri hesab olunur. Onun ən məşhur əsərləri "Sülh" (BMT-nin Nyu-Yorkdakı binasının pedimentində quraşdırılmış) və "Şaxtaçı" (ÜTT-nin Cenevrədəki baş qərargahının binasının pedimentində quraşdırılmış) heykəlləridir. == Həyatı == 1918-ci ildə Zaqrebdə heykəltaraşlıq ixtisası üzrə təhsil almağa başlamışdır, 1924-cü ildə oranı itirmişdir. Fransa hökumətinin əməkdaş kimi 1924–1926-cı illərdə Parisdə yaşamışdır. O, burada təhsil almışvə Fransa Sənətkarları Sərgisi və Azad Sənətkarlar Sərgisində sərgilənmişdir. Zaqrebdə 1929-cu və 1932-ci illərdə sərgilədiyi "Yer" bədii qrupunun yaradıcılarından biri olmuş, ideoloji fərqlərə görə 1933-cü ildə bu kollektivi tərk etmişdir. Moskva və Belqraddan sonra 1946-cı ildən Zaqrebdə yaşamış, elə həmin il Rəssamlıq Akademiyasının professoru olmuşdur. 1949-cu ildən bir çox xorvat heykəltaraşlarının yetişdirildiyi heykəltaraşlıq emalatxanasına rəhbərlik etmiş, həmin il indiki Xorvatiya Elmlər və İncəsənət Akademiyasının üzvü olmuşdur.
Vanatur göytikanı (Zımbırtikan)
İzabel duş Santuş
İzabel duş Santuş (port. Isabel dos Santos; 20 aprel 1973, Bakı, SSRİ) — ictimai xadim, Anqola prezidenti Joze Eduardu duş Santuşun qızı. Forbes jurnalının 2013-cü ilin martına olan məlumatına görə, Afrikanın ilk milyarder qadınıdır. == Həyatı == İzabel Bakıda, Anqola inqilabçısı Joze Eduardu duş Santuşun və sovet vətəndaşı ailəsində doğulmuşdur. Luandanın dövlət məktəbində təhsil almışdır. Valideynlərinin boşanmasından sonra (1979), İzabel anası ilə Londonda yaşayır. Orada o məşhur Kings kollecində oxuyur. İzabel 2002-ci ildə incəsənət əsərləri kolleksiyaçısı Sindika Dokolo ilə ailə həyatı qurmuşdur. == İstinadlar == == Xarici keçidlər == Afrikanın bakılı milyarderi- Fotolar Arxivləşdirilib 2015-08-24 at the Wayback Machine.
Vastus lateralis əzələsi
Vastus lateralis əzələsi (/ˈvæstəs ˌlætəˈreɪlɪs, ˈræ-/) və ya vastus externus — budun anterolateral hissəsində yerləşən səthi və palpasiya olunan bir əzələ. Hər bir alt əzada (ayaqda) olduğu üçün bir cüt əzələdir. Quadriseps qrupunun digər əzələləri ilə birlikdə diz oynağını uzatmağa, aşağı ayağı irəli aparmağa xidmət edir. Bud sümüyünə bağlanmış bir sıra düz, geniş vətərlərdən əmələ gəlir və diz qapağının üst kənarında olur. Vastus lateralis əzələsi virelessus lateralis, vastus medialis, vastus intermedius və rectus femoris ilə birlikdə insan vücudunda dördbucaqlı adlanan ən güclü əzələni əmələ gətirir. Vastus lateralis isə dördün ən böyüyüdür. Vastus lateralis, 7 aydan az olan və yeriyə bilməyən, əzələ tonusunun itməsi olan körpələrdə əzələdaxili inyeksiya üçün tövsiyə edilən yerdir. == Mənşəyi == Bu əzələ daha böyük trokanterin alt hissəsindən və intertrokanterik xəttin yuxarı hissəsindən əmələ gəlir və bütün sümüyün xarici səthində aşağıya doğru hərəkət edir. Lifləri maili olaraq xaricə düzülmüşdür və uzanmalarının 3/4 hissəsi ərzində daha çox trokanterdən qaynaqlanan aponevroz adlanan lifli kollagen membrana möhkəm yapışdırılır. == Funksiyası == Vastus lateralis əzələsi diz qapağının arxasında bir qüvvə yaratdığından, büküldükdə, onun stabilliyində iştirak edir.
Şantun zəlzələsi (1668)
Şantun zəlzələsi — 25 iyul 1668-ci ildə Çinin indiki Şantun əyalətində baş vermiş çox şiddətli zəlzələ. Dünyanın ən böyük zəlzələləri arasında sayılan bu zəlzələ, 1668-ci ildə dünyanın müxtəlif yerlərində baş verən 8 Rixter miqyaslı zəlzələ fəlakətlərindən biridir. Təxmini böyüklüyü 8,5 Ms aralığında idi və Merkalli intesivlik şkalasında XII idi. Bu, Şərqi Çində indiyə qədər qeydə alınan ən güclü zəlzələ, Çində indiyə qədər qeydə alınan ən güclü zəlzələlərdən biri və quruda qeydə alınan ən güclü zəlzələlərdən biri kimi tarixə düşdü. Zəlzələnin episentri Linyinin şimal-şərqində olub. Zəlzələ 1.000 km diametrdə dağıdıcı təsir göstərdi və bir neçə yüz kilometr məsafədə ciddi dağıntılara səbəb olub, xüsusən də zəlzələnin episentrinin yerləşdiyi Şantun ilə Szyansu, Anhoy, Çjejiang, Fucyen, Szyansi, Hubei, Henan, Hebei, Şansi, Şensi və Lyaonin əyalətlərinin 379 bölgəsinə ziyan vuraraq, bu ərazilərdəki tikililəri məhv etdi. Zəlzələ o qədər güclü idi ki, onun təsirindən nəinki Linyi şəhəri yerlə yeksan oldu, həm də hadisə yerindən 100 kilometr məsafədə yerləşən şəhərlər yerlə yeksan oldu. Tarixi qeydlər bölgədə mümkün sunamini də sənədləşdirib. Sahil şəhərlərinin su altında qaldığı, çayların daşdığı bildirilib. Təqribən, 43.000–50.000 insan həlak oldu.
Bantu dil ailəsi
Bantu dilləri ailəsi — Afrikanın orta və cənubi bölgələrində yaygın olaraq danışılan Suahili, Zulu, Çuana, Konqo, Mongo, Gonda və başqa dillərdən oluşur. Bu dil ailəsinin ən çox tanınan dilləri Keniya, Uqanda, Tanzaniya ve Konqoda 15 milyon nəfər tərəfindən danışılan Suahilidir.
Nantüa (rayon)
Nantüa (fr. Nantua) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — En. Suprefektura — Nantüa. Rayon əhalisi 2006-cı ildə 84 159 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 91 nəf / km². Rayon ərazisi — 924 km².
Novdeh Xandüz
Novdeh Xandüz- İranın Gülüstan ostanının Azadşəhr şəhristanının Çeşməsaran bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,095 nəfər və 562 ailədən ibarət idi.