Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vebsayt
Veb-sayt (ing. website, web – hörümçək toru, site — "yer") – HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, vahid mövzulu veb-səhifələrin sistemidir. Veb saytların ümumi yığımı Ümumdünya hörümçək torunu yaradır. Dövlət qurumları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər öz xidmətləri və imkanları haqqında məlumatları yaymaq üçün veb-saytlardan istifadə edirlər. Veb-saytlar konkret məzmuu olan informasiya platforması kimi, ya da gəlir qazanmaq üçün yaradılır. Ölü sayt — (ing.gravesite, ru. мертвый узел) – 1. Fəaliyyət göstərən, ancaq heç bir dəstəyi olmayan veb-sayt. 2. İstifadəçilər arasında qabaqcadan nəzərdə tutulmuş populyarlığı olmayan veb-sayt.
Antonin vəbası
Antonin vəbası — Miladdan sonra 165-180-cı illər aralığında Roma imperiyası ərazisində baş vermiş vəba epidemiyası. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Mütəxəssislər insanların kütləvi ölümünə səbəb olan xəstəliyin təbii çiçək və ya qızılca ola biləcəyini təxmin edilsə də, əsil səbəbləri məlum deyil. Epidemiya Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuş Lusi Verin ölümünə də səbəb olmuşdur. Vəbanın Antonin olaraq adlandırılmasının səbəbi də imperatorun ailə adı olan Antoninusdan gəlməkdədir. Romalı tarixçi Cassius Dio öz yazılarında epidemiya zamanı Romada gündəlik 2.000 nəfərin vəfat etdiyini bildirir. Bu rəqəmə istinad edilsə xəstəliyin imperiya əhalisinin 25% təsir göstərdiyini demək mümkündür. Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir. Roma ordusu epidemiya nəticəsində tamamilə dağılmaq həddinə gəlmişdir.
Böyük London vəbası
Böyük London vəbası (ing. Great Plague of London) — 1665–1666-cı illərdə İngiltərənin paytaxtı London şəhərində baş vermiş sonuncu vəba epidemiyası. Bubon taunu nəticəsində 100 mindən çox insan ölmüşdür. Həlak olanların sayı London əhalisinin 1/4 təşkil etməkdə idi.
Rəqs vəbası (1518)
Rəqs vəbası (ing. Dancing plague of 1518) — 1518-ci ilin iyun ayında Müqəddəs Roma imperiyasının Elzas bölgəsinin Strasburq şəhərində baş vermiş müəmmalı hadisələrə verilmiş ümumi ad. Hadisə nəticəsində yüzlərlə şəhər sakini səbəbsiz şəkildə saatlarla, günlərlə dayanmadan rəqs etmiş və nəticədə bir çoxu yorğunluqdan və ürək problemləri səbəbindən ölmüşdür. Şəxslərin hansı səbəbdən rəqsə başladıqları və hadisələrə nələrin səbəb olduğu heç bir zaman müəyyənləşdirilməmişdir. Müasir Fransa ərazisində yerləşən Strasburq şəhərində baş vermiş hadisə nəticəsində azı 400 nəfər şəhər sakini dayanmadan rəqs etdiyi üçün sağlamlıqlarında yaranmış qəfil problemlər səbəbindən ölmüşdür. == Hadisə == 1518-ci ilin iyun ayında Müqəddəs Roma imperiyasının Elzas bölgəsinin Strasburq şəhərində yaşayan orta təbəqədən olan Troffea adlı qadın evinin yaxınlığındakı küçədə hərəkət etdiyi zaman, qəfildən rəqs etməyə başlamışdır. Troffeanın bu rəqsinin dörd və ya altı gün davam etdiyi, bir həftənin tamanında isə ona daha 34 nəfərin qoşulduğu məlumdur. Bir ay ərzində şəhərdə anlaqsız formada rəqs edən şəxslərin sayı 400 nəfər çatmışdır və bu insanların əksəriyyəti qadınlardan ibarət olmuşdur. Rəqs edənlərin demək olar ki, hamısı dayanmadan və çox çılğın şəkildə rəqs etdiklərindən yorğunluq hissi özünü göstərmiş və bir çoxu ürək-damar sistemində yaranmış problemlər səbəbindən yerindəcə vəfat etmişdir. Həmin dövrün tarixi sənədlərinə görə anormal rəqslər nəticəsində gün ərzində azı 15 nəfər vəfat edirdi.