Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Venta
Venta (lit. Venta) — Litavanın Akmyansk rayonunun Şyaulyay uezdinin şəhəri. Vyanta eyni adlı starostvalığın inzibati mərkəzidir. Əhalisi 2 867 nəfərdir. (2010). == Coğrafiyası == Venta çayının sağ sahilində yerləşir. Vekşnyai şəhərindən 12 km, Papile şəhərindən isə 9 km aralı yerləşir. Şəhər daxilindən Kurşenay — Maıeykyay şosi keçir. Maıeykyay — Şyaulyay dəmir yol xəttinə yaxındır. == Tarixi == Şəhər 1996-cı ildə Bauskas və Purviay adlı yaşayış məntəqələrinin birləşməsi nəticəsində yaranıb.
Stellamedusa ventana
Stellamedusa ventana (lat. Stellamedusa ventana) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinin yastımeduzlar dəstəsinin ulmaridae fəsiləsinin stellamedusa cinsinə aid heyvan növü.
Viburnum lentago
Viburnum lentago (lat. Viburnum lentago) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Venta şəlaləsi
Venta şəlaləsi (latış. Ventas rumba‎) — Avropanın ən enli şəlaləsi. Latviyanın Kuldiqa şəhəri ərazisində yerləşir. Suyun həcmindən asılı olaraq şəlalənin eni 100-110 metr arasında dəyişir. Bəzən isə eni 279 metr olur. Onun hündürlüyü yerindən asılı olaraqda dəyişə bilir. Hündürlük 1,6 - 2,2 metrdir. Əslində bu Venta çayı üzərində olan bir astanadır. Şəlalə boyunca uzanan astanalar ziqzaqvari forma əmələ gətirir. Venta çayı üzərində olan bu şəlalə təbiət abidəsi elan edilmiş və Venta vadisi təbiət yasaqlığına daxil edilmişdir..
Vətağa
Vətağa — Azərbaycan Respublikasının Beyləqan rayon İmamverdili kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayon Vətağa kəndi dəqiqləşdirilmə qaydasında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Vətağa kəndi İmamverdili kənd ərazi vahidinin tərkibinə verilmişdir. == Coğrafiyası və iqlimi == Qəsəbə Araz çayının sol sahilində, Mil düzündə yerləşir. Ələt-Culfa dəmir yolu xətti kəndin yanından keçir. == İqtisadiyyatı == Kənd əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğul olur.
Vətəgə
Vətəgə — Azərbaycan Respublikasının İmişli rayon Sarıxanlı kənd inzibati ərazi vahidində qəsəbə.
Qaraağac (məntəqə)
Qaraağac nahiyəsi — Qarabağ ərazisində yerləşən qədim məntəqə. Hazırkı Ağdam və Ağcabədi bölgələrinin ərazisində yerləşib. == Tarixi == F.R.Xunci Sultan Yaqubun hakimiyyəti dövründən danışarkən yazır ki, o qış dövrünü ya Təbrizdə, ya da Qarabağda Qaraağacda keçirirdi. Ağqoyunlu tarixçisinin sözlərinə görə, Qaraağac "Təll Sultanın ətəklərində yerləşirdi və zirvəsi düşərgənin ortasında ulduzlara yüksəlirdi. Təəccüblüdür ki, meşənin ortasında ətrafı düzənlik olan belə bir zirvə necə yüksəlmişdi" Ağqoyunlu tarixçisi F.R.Xuncinin məlumatlarından məlum olur ki, bu ərazi Sultanbud torpaqlarında yerləşmişdi. Çünki, Qaraağaca gələn hökmdarı "Sultanbud torpaqları yenicə çiçək açmış gül-çiçəkləri ilə salamlamışdı". Nəzərə almaq lazımdır ki, Ağqoyunlu tarixçisinin xatırlatdığı Sultanbud torpaqları Bərdə-Ağdam yolundan şərqdə yerləşirdi. Səfəvilər hakimiyyəti dönəmində Ağcabədi bölgəsi Qaraağac nahiyəsinə aid idi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə qələmə alınan Osmanlı vergi dəftərində Qaraağac nahiyəsinə bağlı kəndlərin siyahısı verilib. Həmin kəndlər bunlar idi: Ağca kənd Tuğullat Qutni Səralan Xatunabad Əlki Köratuz Sarımusa Kələbəddin Cüneydi Qarabağ-Yekəcik Bənövşəliabad Mübarəkabad Həsən Əgrə Nəhri Mübarəki Arazbun Miyanəci Hacıbəy Murad Öpməcə Usunçayı Ataşa Xuraman Qızqala Mustafa Mustafa Molla Məhəmməd Baban Abdal Xaçıqan 1725-ci ildə qələmə alınan Mirzə Səmianın "Təzkirət əl-müluk" əsərinə görə Qarabağ bəylərbəyiliyi dövlətə 286149 tümən 435 dinar vergi ödəyirdi.
Əntiqə Qonaq
Qonaqova Əntiqə Güləmməd qızı (21 yanvar 1959, Maqsudkənd, Xaçmaz rayonu) — Azərbaycanın ilk qadın hərbi jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). == Həyatı == Qonaqova Əntiqə Güləmməd qızı 21 yanvar 1959-cu il tarixində Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Maqsudkənd 8 illik məktəbini, 1976-cı ildə isə Ləcət kənd orta məktəbini yaxşı və əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetin hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik", "Tələbə dünyası" və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxmışdır. 15 ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərmişdir. 1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlamışdır. Avtomobil Nəqliyyatı Nazirliyinin "Magistral" qəzetində korrektor, müxbir (1984-1990), "Həyat" qəzetində baş müxbir (1990–1992), "Biznes" qəzetində şöbə müdiri (1992-1993), "Ana" müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), "Azərbaycan" qəzetində müxbir (1999-2001), 2001-2017-ci illərdə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətində baş məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğu müşaviridir. Hal-hazırda təqaüddədir.
Ma Venqe
Ma Venqe (27 mart 1968) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Ma Venqe Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın, cüt turnirdə isə 5-ci pillənin sahibi olub.