MƏNŞƏ
MƏNTİQ
OBASTAN VİKİ
Qaraağac (məntəqə)
Qaraağac nahiyəsi — Qarabağ ərazisində yerləşən qədim məntəqə. Hazırkı Ağdam və Ağcabədi bölgələrinin ərazisində yerləşib. F.R.Xunci Sultan Yaqubun hakimiyyəti dövründən danışarkən yazır ki, o qış dövrünü ya Təbrizdə, ya da Qarabağda Qaraağacda keçirirdi. Ağqoyunlu tarixçisinin sözlərinə görə, Qaraağac "Təll Sultanın ətəklərində yerləşirdi və zirvəsi düşərgənin ortasında ulduzlara yüksəlirdi. Təəccüblüdür ki, meşənin ortasında ətrafı düzənlik olan belə bir zirvə necə yüksəlmişdi" Ağqoyunlu tarixçisi F.R.Xuncinin məlumatlarından məlum olur ki, bu ərazi Sultanbud torpaqlarında yerləşmişdi. Çünki, Qaraağaca gələn hökmdarı "Sultanbud torpaqları yenicə çiçək açmış gül-çiçəkləri ilə salamlamışdı". Nəzərə almaq lazımdır ki, Ağqoyunlu tarixçisinin xatırlatdığı Sultanbud torpaqları Bərdə-Ağdam yolundan şərqdə yerləşirdi. Səfəvilər hakimiyyəti dönəmində Ağcabədi bölgəsi Qaraağac nahiyəsinə aid idi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə qələmə alınan Osmanlı vergi dəftərində Qaraağac nahiyəsinə bağlı kəndlərin siyahısı verilib. Həmin kəndlər bunlar idi: Ağca kənd Tuğullat Qutni Səralan Xatunabad Əlki Köratuz Sarımusa Kələbəddin Cüneydi Qarabağ-Yekəcik Bənövşəliabad Mübarəkabad Həsən Əgrə Nəhri Mübarəki Arazbun Miyanəci Hacıbəy Murad Öpməcə Usunçayı Ataşa Xuraman Qızqala Mustafa Mustafa Molla Məhəmməd Baban Abdal Xaçıqan 1725-ci ildə qələmə alınan Mirzə Səmianın "Təzkirət əl-müluk" əsərinə görə Qarabağ bəylərbəyiliyi dövlətə 286149 tümən 435 dinar vergi ödəyirdi.
Azaz məntəqəsi
Əzaz məntəqəsi (ərəb. منطقة أعزاز‎) — Suriyada, Hələb mühafazasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Əzaz şəhəridir. Məntəqə şimalda Türkiyənin Kilis ili, cənubda Hələb mühafazasının Cəbəl Səman məntəqəsi, qərbdə Əfrin məntəqəsi, şərqdə isə əl–Bab məntəqəsi ilə həmsərhəddir. == Əhalisi == 2004–cü il siyahıyaalınmasına əsasən Əzaz məntəqəsinin əhalisi 251.769 nəfərdir. == İnzibati bölgü == 2004–cü il siyahıyaalınması tarixinə olan vəziyyətə əsasən məntəqə inzibati cəhətdən 6 nahiyəyə bölünür.
Azəz məntəqəsi
Əzaz məntəqəsi (ərəb. منطقة أعزاز‎) — Suriyada, Hələb mühafazasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Əzaz şəhəridir. Məntəqə şimalda Türkiyənin Kilis ili, cənubda Hələb mühafazasının Cəbəl Səman məntəqəsi, qərbdə Əfrin məntəqəsi, şərqdə isə əl–Bab məntəqəsi ilə həmsərhəddir. == Əhalisi == 2004–cü il siyahıyaalınmasına əsasən Əzaz məntəqəsinin əhalisi 251.769 nəfərdir. == İnzibati bölgü == 2004–cü il siyahıyaalınması tarixinə olan vəziyyətə əsasən məntəqə inzibati cəhətdən 6 nahiyəyə bölünür.
Dilucu sərhəd keçid məntəqəsi
Dilucu sərhəd keçid məntəqəsi — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yerləşən və Azərbaycan-Türkiyə sərhədi üzərində yaradılmış keçid məntəqəsi. Keçid məntəqəsinin digər tərəfi Türkiyə Respublikasının İğdır vilayətinin Aralıq ilçəsidir. Dilucu sərhəd keçid məntəqəsi İğdır vilayətində mövcud olan 3 keçid məntəqəsindən biri olsa da, hal-hazırda fəaliyyət göstərən yeganə məntəqədir, həmçinin bu məntəqə Türkiyə ilə Azərbaycan arasındakı yeganə sərhəd keçid nöqtəsidir. Məntəqə 24 saat fəaliyyət göstərir. Sədərək - Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılır. Bu məntəqənin də yardımı ilə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur. == Haqqında == === Yaradılması === Keçid məntəqəsi 28 may 1992-ci ildə Araz çayı üzərində "Ümid", "Həsrət" və ya "Könül" körpüsü də adlandırılan Sədərək-Dilucu körpüsü istifadəyə verildikdən sonra fəaliyyətə başlamışdır. Məntəqə Aralıq ilçə mərkəzinə 38 km, İğdır il mərkəzinə 85 km uzaqlıqda yerləşir və 36.857 m2'lik bir sahəyə sahibdir. === Fəaliyyəti === 2015-ci ildə məntəqə əsaslı təmir edilmişdir. təmirdən sonra məntəqədə piyadalar üçün 6 giriş və 3 çıxış yolu mövcuddur.
Kuluyevo kənd yaşayış məntəqəsi
Kuluyevo kənd yaşayış məntəqəsi (rus. Кулуевское сельское поселение) — Rusiya Federasiyası Çelyabinsk vilayətinin Arqayaş rayonunda bələdiyyə. İnzibati mərkəzi Kuluyevo kəndidir. == Tarixi == Kənd yaşayış məntəqəsinin statusu və sərhədləri 12 noyabr 2004-cü il tarixli № 292-ЗО "Arqayaş bələdiyyəsi və onun tərkibindəki kənd yaşayış məntəqələrinin statusu və sərhədləri haqqında" qanunu ilə müəyyən edilmişdir.
Siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi
Siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi — ABŞ siyahıyaalma bürosu tərəfindən statistik məqsədlə müəyyənləşdirilmiş ərazilərə verilən ad.
Yanacaq doldurma məntəqəsi
Yaşayış məntəqələri
Yer kürəsindəki yaşayış məntəqələri təxminən 1 mln.kv.km sahəni əhatə edir (bu, təxminən müasir Misirin ərazisinə bərabərdir). Yaşayış məntəqələrinin yaranmasına və onların sonrakı inkişafına ilk növbədə coğrafi mühit təsir göstərir. Məhz elə bu səbəbdən yaşayış məntəqələri bir-birindən fərqlənir. Yaşayış məntəqələrinin əsas tipləri bunlardır: meqapolis, konurbasiya, aqlomerasiya, şəhər, şəhər tipli qəsəbə və kənd. Qədim zamanlarda insanlar heyvandarlıqla məşğul olduqları üçün əsaən köçəri həyat keçirirdilər. Əkinçiliyin inkişafı və bununla bağlı yaşayış məntəqələrinin yaranması ərəzilərin mənimsənilməsində yeni bir mərhələ oldu. Bununla belə, dünyanın ayrı-ayrı yerlərində bu günə kimi də bəzi qəbilələr köçəri həyat sürür, komalarda, çadırlarda, dəyələrdə yaşayırlar; məsələn, Saxara səhrasında və Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər, Şərqi Afrikada yaşayan masailər kimi. Kənd yaşayış məntəqələrinin əhalisinin artması və bu səbəbdən də ərazilərin genişlənməsi onların daha yüksək pilləyə qalxmalarına. Yeni mahiyyət kəsb etmələrinə səbəb olur. Məhz beləliklə də şəhərlər və alqomerasiyalar yaranır.
Yaşayış məntəqəsi
Yer kürəsindəki yaşayış məntəqələri təxminən 1 mln.kv.km sahəni əhatə edir (bu, təxminən müasir Misirin ərazisinə bərabərdir). Yaşayış məntəqələrinin yaranmasına və onların sonrakı inkişafına ilk növbədə coğrafi mühit təsir göstərir. Məhz elə bu səbəbdən yaşayış məntəqələri bir-birindən fərqlənir. Yaşayış məntəqələrinin əsas tipləri bunlardır: meqapolis, konurbasiya, aqlomerasiya, şəhər, şəhər tipli qəsəbə və kənd. Qədim zamanlarda insanlar heyvandarlıqla məşğul olduqları üçün əsaən köçəri həyat keçirirdilər. Əkinçiliyin inkişafı və bununla bağlı yaşayış məntəqələrinin yaranması ərəzilərin mənimsənilməsində yeni bir mərhələ oldu. Bununla belə, dünyanın ayrı-ayrı yerlərində bu günə kimi də bəzi qəbilələr köçəri həyat sürür, komalarda, çadırlarda, dəyələrdə yaşayırlar; məsələn, Saxara səhrasında və Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər, Şərqi Afrikada yaşayan masailər kimi. Kənd yaşayış məntəqələrinin əhalisinin artması və bu səbəbdən də ərazilərin genişlənməsi onların daha yüksək pilləyə qalxmalarına. Yeni mahiyyət kəsb etmələrinə səbəb olur. Məhz beləliklə də şəhərlər və alqomerasiyalar yaranır.
Zanqar qədim yaşayış məntəqəsi
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Şimali Kipr Türk Respublikasının yaşayış məntəqələrinin siyahısı
İnzibati qruluşuna görə Şimali Kipr ilçə adlandırılan 6 bölgəyə ayrılır. Bu bölgələrdəki yaşayış məntəqələrinin sayı aşağıdakı kimidir: ŞKTR-də 9 yaşayış məntəqəsi şəhər statusuna malikdir.
Ən şimalda yerləşən yaşayış məntəqələri
Əhalisinin sayı 100 mindən çox olan şimalda yerləşən şəhərlər.
Əzaz məntəqəsi
Əzaz məntəqəsi (ərəb. منطقة أعزاز‎) — Suriyada, Hələb mühafazasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Əzaz şəhəridir. Məntəqə şimalda Türkiyənin Kilis ili, cənubda Hələb mühafazasının Cəbəl Səman məntəqəsi, qərbdə Əfrin məntəqəsi, şərqdə isə əl–Bab məntəqəsi ilə həmsərhəddir. 2004–cü il siyahıyaalınmasına əsasən Əzaz məntəqəsinin əhalisi 251.769 nəfərdir. 2004–cü il siyahıyaalınması tarixinə olan vəziyyətə əsasən məntəqə inzibati cəhətdən 6 nahiyəyə bölünür.
Seçki məntəqəsi
Seçki məntəqəsi — seçki dairəsinin bir hissəsi. Seçki məntəqəsi hərbi hissələrdə, sərnişin qatarlarında, səfərdə olan gəmilərdə, xəstəxanalarda, sanatoriyalarda, doğum evlərində də yaradılır. SSRİ-də Xalq Deputatları Sovetlərinin və xalq hakimlərinin seçkisi zamanı seçki keçirilməsi, seçki bülletenlərinin verilməsi, qəbulu və səslərin hesablanması üçün yaradılır. Seçki məntəqəsini müvafiq Xalq Deputatları Sovetinin icraiyyə komitəsi ərazi prinsipi üzrə, yəni seçicilərin yaşayış yerləri üzrə (100–300 min nəfərə bir seçki məntəqəsi hesabı ilə) təşkil edir.
Ca n'Oliver İber yaşayış məntəqəsi
Ca n'Oliver — İber yaşayış məntəqəsi. == Haqqında == Ca n'Oliver — indiki Cerdanyola del Vallesdə, əvvəllər Laietania kimi tanınan ərazidə, Collserola dağ silsiləsində tapılan çox böyük İber yaşayış məntəqəsidir. Eramızdan əvvəl 6-cı əsrdən 50-ci ilə qədər və daha sonra orta əsrlərdə məskunlaşmış arxeoloji abidədir. == Tarixi == Yaşayış məntəqəsi iberiyalıların məskunlaşdığı dövrdə yaranmışdır. Başlanğıcda bu, bir araya toplanmış və böyük bir torpaq sahəsi daxilində tikilmiş sadə evlərdən ibarət idi.Tam İberiya dövründə evlər böyüdü və şaxələndi və yaşayış məntəqəsi daha sonra Aralıq dənizinin digər şəhərlərinə satılan kənd təsərrüfatı məhsullarının saxlanması üçün giriş yolu, xəndək və silos sahəsinin tikintisi ilə daha da çiçəkləndi. Yaşayış məntəqəsi eramızdan əvvəl 3-cü əsrin sonu və ya II əsrin əvvəllərində Punik müharibələri (e.ə. 218-206) nəticəsində dağıdılmış, lakin İber dövrünün sonunda yenidən bərpa edilmişdir. İllər sonra, Romalıların tətbiq etdiyi yeni ərazi təşkilatının gəlməsi ilə iberiyalılar qəsəbəni birdəfəlik tərk etdilər. 9-cu və 10-cu əsrlərdə, yüksək orta əsrlərdə, bəzi İber tikililərindən və siloslarından istifadə edərək, qəsəbədə yenidən məskunlaşdılar. == Muzeyləşdirmə == 1 oktyabr 2010-cu ildə, yaşayış məntəqəsinin köhnə karxanasında yerləşən Ca n'Oliver İber Qəsəbəsi və Muzeyi açıldı, burada qazıntılar zamanı aşkar edilmiş böyük həcmli obyektlərin daha geniş seçimi nümayiş etdirilir və yaşayış məntəqəsi "Marşrut" üzərində yerləşdirilir.
Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış
Mahaçqalada yanacaqdoldurma stansiyasında partlayış (rus. Взрыв на АЗС в Махачкале) — Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində 2023-cü ilin 14 avqust tarixində, yerli vaxtla axşam 21:40 radələrində baş vermiş güclü partlayış hadisəsi. == Hadisə == Hadisə 2023-cü ilin 14 avqust tarixində yerli vaxtla axşam saat 21:40 radələrində, şəhərin şimal hissəsində yerləşən köhnə yanacaqoldurma məntəqəsinin inzibati ərazisində baş verib. Partlayış nəticəsində yüzdən çox insanın xəsarət aldığı qeyd olunur. Yaralılardan ən azı on nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, ağır yaralıların xüsusi təyyarə ilə Moskvaya çatdırılması nəzərdə tutulub. Şahidlərin dediyinə görə, alov ərazidəki avtoservisdən yanacaqdoldurma məntəqəsinə keçib. Dağıstan başçısı Sergey Melikov bildirib ki, partlayış yanacaq məntəqəsi yaxınlığında baş verib və çənlər buna görə alışıb. Dağıstan Yanacaqdoldurma Məntəqələri Assosiasiyasının rəhbərinin sözlərinə görə, yanacaqdoldurma məntəqəsinin yerləşdiyi küçənin qarşı tərəfində qanunsuz olaraq 35 ton trotil ekvivalentində 90–100 ton ammonyak nitrat yığılıb və nəticədə partlayışın təsiri dağıdıcı olub. Artıq gecə saatlarında yanğınsöndürənlər alovun söndürülməsinə nail olub.
Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi — nəqliyyat vasitələrinin yanacaqla təmin olunması üçün nəzərdə tutulmuş yol kənarında yerləşən məntəqə. Məntəqədə, karbohidrogen, benzin, dizel, maye qaz və bu kimi məhsullar təqdim edilir. Bundan başqa nisbətən daha az yayılan avtomobil qaz dolduran kompressor (avtomilləri sıxılmış təbii qazla təmin edir) və avtomobil qaz doldurma (avtomobili durulaşdırılmış neft qazı (LPG) ilə təmin edir) məntəqələri də mövcuddur. Həmçinin hidrogen yanacaq doldurma məntəqələrini bir neçə tipi var. Benzin və yanacağın başqa növləri, ilk dəfə apteklərdə satılmağa başlandı. Bu aptek sahibi üçün bu əlavə qazanc mənbəyi və əlavə biznes hesab edilirdi. Yanacaq məhsulları ilk təmin ilk belə aptek Visloh (Almaniya) şəhərində yerləşirdi. Bu aptekdə ilk dəfə avtomobili çənini dolduran Karl Bensin həyat yoldaşı Berta Bens olmuşdur: Beləki, Berta Bens 1888-ci ildə Manheymdən Pforsheymə və əksinə yola düşməzdən əvvəl avtomobil çənini məhz bu aptekdə doldurmuşdur. 2008-ci ildə bu hadisəni əbədiləşdirmək Berta Bens memorial lövhəsi qoyulmuşdur.
Dövlət sərhəd keçid məntəqəsi
Dövlət sərhəd keçid məntəqəsi və ya gömrük buraxılış məntəqəsi əsasən iki ölkənin sərhəd məntəqələrində sərnişinlərin və malların keçidinə nəzarət etmək məqsədilə yaradılmış olan məntəqələrdirlər. Hər hansısa bir ölkənin dövlət sərhədlərinə daxil olmaq üçün adətən keçid icazəsi tələb edilir. Gömrük buraxılış məntəqələri sərhədlərin müəyyən ərazilərində və yaxud da az sayda məntəqələrdə yerləşdirilir. Keçid məntəqələrindəki nəzarət bir tərəfdən Şengen razılaşması kimi razılaşmalarla yumşaldıldığı halda, digər tərəfdən isə, gömrük və immiqrant hərəkətliliyi səbəbindən ağırlaşdırılır. Nəzarət-buraxılış məntəqələri əsasən iki məqsəd üçün yaradılır: Arzuolunmaz şəxslərin (cinayətkarların, dövlətin təhlükəsizliyini təhdid edən şəxslərin və s.) və ölkəyə girişinə qadağa qoyulmuş olan şəxslərin keçməsinin qarşısını almaq. Qeyri-qanuni, məhdudiyyətlərə məruz qalan və yaxud da keçirilməsi gömrük rüsumu tələb edən məhsulların keçirilməsinin qarşısının alınması.

Значение слова в других словарях