Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vicdan
Vicdan, insanın öz əxlaqi dəyərlərini əsas alaraq öz niyyətləri və ya hərəkətləri ilə bağlı nə etdiyini və ya edəcəyini müəyyənləşdirdiyi şəxsi xüsusiyyətidir. Vicdan anlayışı əksər dinlərdə, bir çox fəlsəfi cərəyanlarda, mistisizmdə böyük ölçüdə əhəmiyyət verilmiş bir anlayışdır . Bu gün bəziləri “ictimai vicdan” anlayışını ortaya atda da nə dini, nə mistik və s. sahələrdə belə bir anlayış mövcud deyil, vicdan anlayışı bu sahələrdə həmişə fərdi vicdan mənasında işlədilib. Fəlsəfəyə görə insanın daxili rahatlığını və ya daxili narahatçılığını yaradaraq insanın hərəkətlərinə istiqamət verən vicdan bir anlayış deyil, insani keyfiyyətdir. Fəlsəfədə metafizik anlayış bu qabiliyyətin anadangəlmə olduğunu, dünyəvi anlayış isə insana ətrafındakı sosial şəraitinin müəyyən etdiyi ədəb və biliyin təsiri nəticəsi olduğunu iddia edir. Fridrix Nitsşeyə görə vicdan borclanmağı bacarmaq əxlaqından asılı olaraq ortaya çıxıb inkişaf etmiş, “söz verə bilən heyvan yetişdirə bilmək” məqsədi ilə uydurulmuş bir anlayışdır.
Vicdan azadlığı
Vicdan azadlığı — vətəndaşların istədikləri dinə sitayiş etmək və ya heç bir dini qəbul etməmək və dinlər haqqında sərbəst şəkildə fikirlərini ifadə etmək hüququdur.
Vicdan əzabı
Vicdan əzabı — keçmişdə etdikləri əməllərə görə peşman olan bir insanın həyasız, incidici və ya səhv hesab etdiyi narahat bir duyğudur. Vicdan əzabı günahkarlıq və özünə yönəlmiş küskünlüklə sıx bağlıdır. Bir şəxs əvvəlki hərəkət və ya hərəkətsizlikdən peşman olduqda, peşmanlıq hissi və ya hərəkətə və ya hərəkətsizliyə görə cəza da daxil olmaqla digər müxtəlif nəticələrə cavab ola bilər. İnsanlar peşman olduqlarını üzr istəmək, düzəltməyə çalışmaq və ya öz cəzalarını tətbiq etməklə bildirə bilər. Qanuni bir kontekstdə, cinayətkarın qəbul etdiyi peşmanlıq məhkəmələr, hökmlər, şərti olaraq dinləmələr və bərpaedici ədalət zamanı Qərb ədliyyə sistemləri tərəfindən qiymətləndirilir. Bununla birlikdə, cinayətkarın peşmançılıq səviyyəsini qiymətləndirməkdə epistemoloji problemlər var.Peşman olmağı bacarmayan bir insana tez-tez Psixi Rahatsızlıqların Diaqnostik və Statistik Təlimatında izah edildiyi kimi antisosial şəxsiyyət pozuqluğu diaqnozu qoyulur. Ümumiyyətlə, psixopatik xüsusiyyətləri inkişaf etdirmək üçün insanın qorxu və peşmançılıq hissi keçirə bilməməsi lazımdır. Sığorta kimi hüquqi və işgüzar peşələr, ilk növbədə potensial məhkəmə və maliyyə nəticələrinə görə üzr istəməklə peşman olduqlarını ifadə etmək üçün araşdırmalar aparmışlar. == Üzr istəmək haqqında tədqiqatlar == Üzr istəməyə dair iki tədqiqat vardır — Qeri Çepmen və Cennifer Tomasın "Üzr istəməyin beş üsulu" ing. "The Five Languages of Apology" və Aaron Lazarın "Üzrlər" ing.
Susmuş vicdan (film, 2010)
== Məzmun == Filmdə iki dostun və bir ailənin başına gələn faciələrdən bəhs olunur. İki dost öz sevgililəri ilə Qubada istirahətə gedirlər. Lakin səbəbsiz yerə bir dostu bıçarlayaraq öldürürlər və bu hadisədə haqsız yerə dostu Aqşin günahlandırılır. Beləliklə iki dostun ailələri arasında münaqişə yaranır. Bu münaqişənin axarıyla hadisələrə yeni obrazlar daxil olur. == Film haqqında == Filmin büdcəsi 2000 AZNdir. Titrlər: Serialda canlandırılmış obrazlar təxəyyülün məhsuludur və reallığı əks etdirmir. Serialın çəkilişində Azərbaycan bayrağı ordenli İbad Hüseynovun şəxsi arxivinin materiallarından istifadə olunmuşdur.
Vicdan haqqı (teleserial, 2016)
Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Məzmun == Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir. == Serial haqqında == Serialın ilk mövsümü 5 fevral 2016-24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir.
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! (film, 2011)
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! — qısametrajlı sənədli televiziya filmi 2011-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film ANS televiziyasının yaranmasının 20 illiyinə həsr olunub. == Məzmun == Film ANS televiziyasının yaranmasının 20 illiyinə həsr olunub.
Vicdanlı etirazçı
Vicdanlı etirazçı — vicdan azadlığı, fikir azadlığı və din azadlığına əsaslanaraq, hərbi xidmət keçməkdən imtina etmək hüququnun olduğunu iddia edən şəxs.
Vicdanlılıq
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Vildan Atasever
Vildan Atasever (d. 26 iyul 1981, Bursa) — türk kino aktrisası.
Hicran
Hicran — qadın və kişi adı.
Sirdan
Sirdan — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşində şəhər. == Tarix == Tarım bölgəsi, tarix baxımından Azərbaycanın ən zəngin bölgələrindən biridir. Bura 9-cu əsrdən bəri Azərbaycan tarixinə dərin izlər qoymuş Salarilər kimi böyük sülalələrin mərkəzinə çevirilmişdi, belə ki Tarım bölgəsindəki Kəngər və ya Qız qalası vaxtıilə Salarilərin paytaxtı imiş. Bölgənin başqa önəmli qalalarından Qız qalası, Oğlan qalası, Niyərikdəki Narınqala, Üməra qalası, Firdövs qalası və Səngan kəndindəki Talıbxan qalasının (Talfan qayası) adını çəkmək olar. Sirdan uzun bir tarixə malik olaraq, İslamdan sonra Tarım bölgəsinin (Yuxarı Tarım və Aşağı Tarım) mərkəzi olub. 1928-ci ildə burada 2,000 insan yaşamaqda imiş. Sirdan ilk olaraq şəhərin şərqindən axan çayın qırağından təşkil edilərək quzey, qərb və güneyə doğru genişləməyə başlayıb. Şəhərin evləri sıx və bir-birinə yaxın tikilsədə 1980-ci ildən dağınıq şəkildə evlərin tikilməsinə başlayıb. Hazırda Sirdanın sahəsi 17 hektardır. == Coğrafi Yerləşməsi == Sirdan şəhəri Qəzvin, Zəncan və Gilan ostanlarının kəsişdiyi yerdə, Şamadəşt dağının şimal-şərq yamacında yerləşir.
Vaddan
Vaddan — Liviyanın cənub-qərbindəki şimal-şərqdəki Fezzan bölgəsində, Böyük Səhrada bir vahə şəhəridir. Cufra rayonunda yerləşir. == Tarixi == Liviya Vətəndaş müharibəsi zamanı NATO qüvvələri qəsəbədəki silah-sursat anbarını bombaladı. 8 sentyabr 2011-ci ildə şəhərin Milli Keçid Şurası ilə müttəfiq olan qüvvələrin nəzarəti altında olduğu bildirildi.
Vilvan
Vilvan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Vilvanın kəndinin yaranması haqqında müxtəlif fikirlər var. Vilvan ərazisində aparılmış qazıntılar zamanı tapılmış keramika nümunələrinə istinadən bu yerlərdə eramızın IV əsrində yaşayış məskəni olduğunu tarixi faktlarla sübut edir. Təxminən 5-6 hektar ərzidə tapılmış maddi-mədəniyyət nümunələrinə əsasən ərazinin keçmişdə kənd məskənin qalıqları olduğu ehtimal edilir. Kənddə atəşpərəstlik dinin əks etdirən tarixi, maddi-mədəniyyət abidələri də olmuşdur. Qədim məzarlıqda qəbirüstü abidələrdə günəş simvolları öz əksini tapırdı. Qəbirüstü nümunələr kompozisiyası, quruluşu, ornament motivləri baxımından atəşpərəstlik dövrünün abidələrindən idi. Kənddə gələn tarixçi-alimlərdən biri qəbirüstü abidələrin tünc və daş dövrünə aid olduğunu bildirmişdi. Təəssüf ki, bu yerlər baxımsızlıq üzündən dağıdılmışdı. 1988-ci ildə AMEA-nın Tarix İnstitutunun arxeoloqları tərəfindən aşkara çıxarılmış kurqanlara istinad etsək, deyə bilərik ki, Vilvanın yaranma tarixi 4 min ilə yaxındır.[mənbə göstərin] == Toponimiyası == Tədqiqatçılar Vilvan kəndinin mənasını müxtəlif variantlarda izah edirlər.
Vilyan
Vilyan (latış. Viļānu novads‎)-Latviyanın şərqində inzibati ərazi vahididir. 3 hissədən və 1 şəhərdən ibarətdir. Varaklyan, Rezeknens və Riebinsk əyalətləri ilə sərhədlənir. Bura 1 iyul 2009-cu ildə Latviya inzibati ərazi vahidi kimi Rezeknens rayonuna daxil edilib. == Əhali == 2015-ci ildə əhalinin sayı 6026 nəfər olmuşdur. 1 yanvar 2010-cu ildə isə 7168 nəfər əhali qeydə alınmışdır. Ərazisinin sahəsi- 285,1 кm²-dir.
Zindan
Zindan — Orta əsrlərdə məhkumların saxlanılması üçün nəzərdə tutulmuş yerlər. Zindanlar adətən qəsrlərin zirzəmilərində yerləşirdi. Zindanlarda verilən işgəncələr barədə İntibah dövrü mənbələrində geniş məlumatlar mövcuddur.
Vitxan
Vitxan (vyet. Vị Thanh) — Vyetnamın cənubunda vilay't tabeliyində olan şəhər, Xauzyan vilayətinin inzibati mərkəzi (2004-cü ildən). Bu, Kantxo şəhərindən təxminən 60 km, Hanoydan 1,930 km və Hoşimin şəhərindən 211 km məsafədə yerləşir. == Əhalisi == 2009-cu ildə əhalinin sayı 41,713 nəfər idi. Sahəsi təxminən 118 km2-dir.
Gican
Gican — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Gican oyk, düz. Qusar r-nunun Düztahir i.ə.v.-də kənd. Qafqaz silsiləsinin yamacındadır. Gecan variantında da qeydə alınmışdır. Oykonim gic (sərt tirə, dərin yarğan, burulğan) sözündən və -an (məkan bildirir) şək.-sindən ibarət olub, "sərt tirələrdən, dərin yarğanlardan ibarət yer" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 543 nəfər əhali yaşayır.
Kican
Ballıqaya (əvvəlki adı:Kican) — Azərbaycan Respublikasının Ağdam rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kiçan kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Kican kəndi Ballıqaya kəndi adlandırılmışdır. Kənd Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == 1992-ci Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb.
Mican
Mican — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Ləğv edildikdən sonra ərazisi İsmayıllı şəhərinə qatılmışdır. Rayon mərkəzindən 1 km şimal qərbdə, İsmayıllı-Qəbələ avtomobil yolunun kənarında, Qovdağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi əsasən əkinçilik, tütünçülük və heyvandarlıqla məşğul olur. Vaxtı ilə kənddə heyvandarlıq və quşçuluq kompleksləri fəaliyyət göstərirdilər. Hal-hazırda Micanda orta məktəb, klub və kitabxana fəaliyyət göstərir. == Tarixi == 13 dekabr 2011-ci ildə Mican kənd inzibati ərazi dairəsi tərkibindəki Mican kəndi ləğv edilərək Dövlət reyestrindən çıxarılmışdır. Ləğvindən sonra kəndə aid olmuş 11.70 km² təşkil edən ərazisi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, İsmayıllı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Əhali == 1859–1864-cü ilə olan məlumata əsasən Mican kəndində 68 evdə 201 nəfəri kişilər, 179 nəfəri isə qadınlar olmaqla 380 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Əhalisi 3090 nəfərdir ki onunda 1501 nəfəri kişi, 1589 nəfəri qadındır.
Vicia
Lərgə (lat. Vicia) - paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Viqan
Viqan və ya rəsmi olaraq Viqan şəhəri (Ciudad ti Bigan, Filipince: Lungsod ng Vigan) — Filippinin Cənubi İlokos əyalətinin bir mahalı və paytaxtıdır. Şəhər Cənubi Çin dənizinə baxan böyük Luzon adasının qərb sahilində yerləşir. 2015-ci il siyahıyaalınmasına əsasən, əhali 53879 nəfərdir. YUNESKO tərəfindən Dünya İrsi Mirası olaraq tanınan şəhər, Filippində və İspaniyada toxunulmaz qalan bir neçə İspan şəhərlərdən biridir. Şəhər döşəmə daşları ilə Filippin və Şərq memarlığını müstəmləkə İspan memarlıq dizaynları ilə birləşdirən özünəməxsus memarlığı ilə tanınır. 2015-ci ilin may ayında Viqan şəhəri Beyrut, Doha, Durban, Havana, Kuala-Lumpur və La-Pas (Boliviya) ilə birlikdə rəsmi olaraq dünyanın 7 möcüzəsindən biri olaraq tanınıb.
Fəridə Hicran
Fəridə Hicran — azərbaycanlı folklorşünas alim ,filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Türk xalqları ədəbiyyatı" şöbəsinin böyük elmi işçisi, Azərbaycanda yuxu yozumlarının əsas tədqiqatçılarından biridir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şura üzvüdür. Publisist yazıçı, şairə və I Qarabağ müharibəsi qazisidir. Azərbaycan Yazıçılar birliyinin üzvüdür.. Qarabağ gerçəkliklərini Haaqa Ədalət Məhkəməsinə çatdıran ilk yazar və məşhur "Qarabağda talan var" kitabının müəllifidir. Bu kitab müəllif tərəfindən Haaqa Ədalət Məhkəməsinin kitabxanasına təqdim edilmişdir == Kitabları == Yuxu və onun rəmzləri. Bakı: Elm, 1990. Qarabağda talan var. Bakı: Gənclik, 1992, 160 səh. Azərbaycan mühacirət folklorşünaslığı.
Hicran (Piranşəhr)
Hicran (fars. حجران‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 247 nəfər yaşayır (25 ailə).
Hicran (dəqiqləşdirmə)
Hicran (teatr tamaşası, 1983) —
Hicran Bağırova
Hicran Firudin qızı Bağırova (1951) — Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasının müdiri, Azərbaycanın Əməkdar həkimi (2008), Azərbaycanın elm xadimi(2021), tibb elmləri doktoru (2000), professor. == Həyatı == Bağırova Hicran 1951-ci ildə anadan olub. 1967-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1973-cü ildə institutu bitirmişdir. 1975–1977-ci illərdə Moskva şəhərində Ümumittifaq Onkologiya Elmi Mərkəzində kliniki ordinatura keçmiş və 1977-ci ildən 1993-cü ilə qədər həmin Elmi mərkəzin ginekologiya şöbəsində baş laborant, həkim, kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1984-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə SSRİ Elmlər Akademiyası tərəfindən "ali dərəcəli həkim" adı verilmişdir. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasında assistent, 1998-ci ildə dosent vəzifəsinə seçilmiş, 2003-cü ildən hal-hazıra qədər kafedra müdiri vəzifəsinə təyin edilmişdir. ATU-nini Böyük Elmi Şurasının, II Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının üzvüdür, Respublika mama-ginekoloqlarının elmi cəmiyyətinin sədr müavinidir, ATU-nun nəzdindəki D.03.011 Dissertasiya Şurasının üzvü, ETMGİ-nin Elmi Şurasının üzvüdür, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi tibbi Şuranın plenum üzvüdür, Alman-Azərbaycan mama-ginekoloqlar cəmiyyətinin sədridir. 2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülmüşdür.
Hicran Hüseynov
Hüseynov Hicran Soltan oğlu (6 may 1942, Qutqaşen rayonu – 1 mart 2013, Bakı) — diktor, Azərbaycanın əməkdar artisti (2006). == Həyatı == Hicran Hüseynov 1942-ci ilin may ayının 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1959-cu ildə Qəbələ rayon orta məktəbini bitirdikdən sonra Bakı Kitabxanaçılıq Texnikumuna daxil olmuşdur. 1961-ci ildə həmin texnikumu bitirdikdən sonra sovet ordusu sıralarına çağırılmış və 1964-cu ildə sovet ordusu sıralarından tərxis olunmuşdu. 1964-cu ilin avqust ayinda Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram Teatrına aktyor kimi göndərilmişdi. Həmin teatrda bir il işlədikdən sonra yenidən sovet ordusuna zabit vəzifəsinə çağırılmışdı. İki illik vəzifə borcunu yerinə yetirdikdən sonra Azərbaycan Televiziyasında elan edilən müsabiqənin iştirakçısı olmuş və üçüncü müsabiqədən keçərək AZTV-yə diktor vəzifəsinə dəvət edilmişdi. 1971-ci ildən AZTV-də əmək fəaliyyətinə başlamış, ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlmişdir. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, "Günün ekranı" və "Xəbərlər" proqramlarının daimi aparıcısı kimi fəaliyyətini davam etmişdir. 2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü.
Hicran Hüseynova
Hicran Kamran qızı Hüseynov (13 avqust 1955, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (2006–2020), Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1972–1977-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. 1985-ci ildə dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi dərəcəsi alıb. 2001-ci ildə "Azərbaycan Avropa inteqrasiya sistemində" mövzusunda dissertasiyanı müdafiə edib və siyasi elmlər üzrə doctor dərəsi alıb. 2007-ci ildə isə Azərbaycanın Prezidenti yanında Ali Atestasiya Komissiyası tərəfindən ona professor adı verilib. == Fəaliyyəti == Hicran Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edildi.2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Hicran Hüseynova, 32,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Hicran Hüseynova, Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri oldu. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə azad edildi. == Ailəsi == Hicran Hüseynova ailəlidir, 2 övladı var.
Hicran Kərimli
Hicran Kərimli (tam adı: Kərimli Hicran Vasif oğlu) — Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı. == Həyatı == Ordubad Konserv Zavodunun baş iqtisadçısı vəzifəsində işləmişdir. 1995-ci ildən 1998-ci ilə kimi Belarusda yaşamış, daha sonra isə Rusiyaya köçmüşdü. === Parlamentdə === Hicran Kərimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən – 339 nömrəli Ordubad seçki dairəsindən deputat seçilmişdir. O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
Miçman
Miçman (ing. michman) sözündən; hərfi mənası — "gəmi ortasındakı insan") — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində hərbçilərə verilən hərbi gəmi rütbəsi.
Sıçuan
Sıçuan (çin dili 四川 Sìchuān) —Çin mərkəzinin cənubunda əyalət. Paytaxtı və ən iri şəhəri — Çendu. Əhalisi 80 418 200 nəfər (Çin əyalətləri içində 4-cü; 2010-cu il məlumatı). Adı 川峡四路 (« nın dörd vilayəti») sözünün qısaldılmış formasıdır. Sun imperiyası dövründə bu ərazi sonradan dırd vilayətə bölünən Çuansya ərazisi idi.
Viçada
Viçada (isp. Vichada) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şərq hissəsində Orinoko çayı, şimal hissəsində Venesuela ilə sərhəddir. İnzibati mərkəzi Puerto-Karreno şəhəridir.
Şırdan
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Siçan
Ev siçanı (cins)
Baş miçman
Baş miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçmandan daha yüksək, kiçik leytenant kimi zabit rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.