Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Viktoriya
Viktoriya (lat. victoria – qələbə) — şəxs adı. Viktoriya — Böyük Britaniya kraliçası (1819–1901). Viktoriya Bekhem — müğənni.
I Viktoriya
Kraliça Viktoriya (24 may 1819[…], Kensinqton, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[…] – 22 yanvar 1901[…]) — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı). Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nikahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi.
Kraliça Viktoriya

Viktoriya (Kanada)
Viktoriya (ing. Victoria) — Britaniya Kolumbiyasının paytaxtıdır. Vancouver Adasının cənubunda qalan şəhər 90.000-dən çox əhalisi olan bir şəhərdir.
Viktoriya (ada)
Viktoriya (ing. Victory Island) - Kanada Arktik arxipelaqınına daxil olan Kanadaya məxsus ada. İnzibati cəhətdə Kanadannın Nunavut və Şimal-Qərb əraziləri vilayətlərinə daxildir. Təxmini eni 300–600 km, uzunluğu isə 400–500 km arasında dəyişir. Sahəsi 217 291 km² təşkil edir. Hündürlüyü şimal-qərbdə 665 metrdir. Çoxlu sayda gölləri vardır ki, onunlarında ən iriləri Ferquson, Taha, Tahiryak, Uoşberndir. Baffin Torpağı adasından sonra sahəsinə görə Kanadada ikinci, dünyada isə onuncudur. Sərt iqlim səbəbindən adada cəmi 1707 nəfər (2007 il) yaşayır. Əsas yaşayış məntəqələri: Keymbridj-Bey, Ulukhaktok.
Avqusta Viktoriya
Avqusta Viktoriya Frederika Luiza Feodora Cenni (alm. Auguste Viktoria Friederike Luise Feodora Jenny‎; 22 oktyabr 1858[…] – 11 aprel 1921[…]) — Almaniya imperatriçası və Prussiya kraliçası. Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur. O, 1881-ci ildə sonradan imperator olan Prussiya şahzadəsi Vilhelmlə evlənmişdir. Viktoriya vaxtını xeyriyyə və dini cəmiyyətlərə həsr etmişdir. == Həyatı == Avqusta Viktoriya 22 oktyabr 1858-ci ildə anadan olmuşdur. O, Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur. O, incəsənəti sevirdi və klarnet üçün musiqi parçaları bəstələyirdi. Onun həyat arzusu Parisdəki Luvr muzeyini ziyarət etmək idi. Siyasi səbəblərə görə bunu heç vaxt edə bilməmişdir.
Tarrinqton (Viktoriya)
Tarrington (ing. Tarrington) — Avstraliyada, Viktoriya (ştat)nın cənub-qərbində, Hamilton şəhərindən 9 km və Melburndan 314 km məsafədə yerləşən kənd. Tarrinqton qəsəbəsinin adını alman ərazilərindən (Saksoniyadan) Avstraliyaya köçən sorblar tərəfindən, həmçinin Prussiya və Sakson fermerləri tərəfindən qoyulub. İlk alman köçkünləri 1849-cu ildə Avstraliyanın Varnambuola və 1852-ci ildə Portlendən gəliblər. Onların hamısı din etibarilə əsasən lüteran idi. Sorblar Avstraliyada bir sıra qəsəbələr qurublar: Cənubi Hamilton (ing. South Hamilton), Hochkirch (Tarrington) (ing. Hochkirch/Tarrington),Gnadenthal (ing. Gnadenthal), St. Suite-South Hamilton (ing.
Viktoriya İvleva
Viktoriya Markovna İvleva-York (rus. ́Виктория Марковна Ивлева-Йорк; 1 iyun 1956, Leninqrad) — Rusiya jurnalisti və fotoqrafı. "Azad media" mükafatı laureatı (2008). 1956-cı ildə Leninqradda anadan olub. Leninqrad Mədəniyyət İnstitutunda təhsil aldığı zaman fotoqrafiya ilə məşğul olan rəfiqəsi onu öz hobbisi ilə tanış edib. Fotoqrafiyadan ciddi təsirlənən Viktoriya, nəticədə institutu tərk edib və fotoqrafiya məktəbinə daxil olaraq, oranı bitirib. 1983-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.. SSRİ-nin dağıldığı dönəmdə dünyanın ayrı-ayrı qaynar yerlərində çalışıb. Ruanda və Xocalı soyqırımılarında fotoqraf kimi fəaliyyət göstərib. 1992-ci ildə Çernobıl reaktorunun içindən reportaj hazırladığı üçün "World Press Photo" mükafatına layiq görülüb.
Viktoriya (dəqiqləşdirmə)
Mifologiyada Viktoriya — Qədim Roma mifologiyasında qələbə ilahəsi. Coğrafiyada Viktoriya — Afrikada, Zambezi çayı üzərində şəlalə. Viktoriya — Afrikanın ən böyük gölü. Viktoriya — Avstraliyada əyalət. Viktoriya — Seyşel adalarının paytaxtı. Viktoriya (boğaz) — Viktoriya (Kanada) — Britaniya Kolumbiyasının paytaxtıdır. Böyük Viktoriya səhrası — Avstraliyanın Qərbi Astraliya və Cənubi Avstraliya ştatları ərazılərində yerləşən qumlu-şoran səhra Digər Viktoriya və Albert muzeyi — Londonda muzey. Viktoriya memorialı (London) — İngiltərənin paytaxtı London şəhərində yerləşən abidə və ya heykəl.
Viktoriya Amelina
Viktoriya Yuriyevna Amelina (ukr. Вікторія Юріївна Амеліна;1 yanvar 1986, Lvov, SSRİ – 1 iyul 2023, Dnepr, Dnepropetrovsk vilayəti, Ukrayna) — sonradan Viktoriya Amelina kimi tanınan ukraynalı yazıçı. O, iki romanın və uşaq kitabının müəllifi, Cozef Konrad Ədəbi mükafatın laureatı və Ədəbiyyat üzrə Avropa İttifaqı mükafatının finalçısı olub. Viktoriya Amelina Lvovda anadan olub. O, on dörd yaşında atası ilə birlikdə Kanadaya mühacirət etsə də, daha sonra Ukraynaya qayıdıb. 15 yaşında Moskvada rus dilində keçirilən müsabiqədə Lvovu təmsil etmək üçün seçilib. Lvovda kompüter elmləri üzrə təhsilini başa vurduqdan sonra, Amelina 2015-ci ildə tam ştatlı yazıçı və şair olmamışdan əvvəl İT sahəsində karyerasına başlamışdır. 2015-ci ildən, Синдром листопаду, або Homo Compatiens (Payız sindromu: haqqında və ya Homo Compatiens) adlı ilk kitabı nəşr edildikdən sonra o, vaxtını yalnız yazmağa həsr etdi. Onun debüt romanı 2014-cü ildə Maydanda baş verən hadisələrdən bəhs edir; romanın ön sözünü isə Yuri İzdrık yazmışdır. Roman bir neçə ədəbi mükafata layiq görülüb.
Viktoriya adası
Viktoriya (ing. Victory Island) - Kanada Arktik arxipelaqınına daxil olan Kanadaya məxsus ada. İnzibati cəhətdə Kanadannın Nunavut və Şimal-Qərb əraziləri vilayətlərinə daxildir. Təxmini eni 300–600 km, uzunluğu isə 400–500 km arasında dəyişir. Sahəsi 217 291 km² təşkil edir. Hündürlüyü şimal-qərbdə 665 metrdir. Çoxlu sayda gölləri vardır ki, onunlarında ən iriləri Ferquson, Taha, Tahiryak, Uoşberndir. Baffin Torpağı adasından sonra sahəsinə görə Kanadada ikinci, dünyada isə onuncudur. Sərt iqlim səbəbindən adada cəmi 1707 nəfər (2007 il) yaşayır. Əsas yaşayış məntəqələri: Keymbridj-Bey, Ulukhaktok.
Viktoriya boğazı
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Viktoriya Modesta
Viktoriya Moskaļova ( rus. Виктория Москалёва; 25 fevral 1988, Dauqavpils) və ya daha çox tanınan adı ilə Viktoria Modesta – Latviya əsilli ingilis müğənni-bəstəkar, ifaçı, yaradıcı direktor və model. Modestanın ayağı doğuş zamanı zədələnib. 2007-ci ildə könüllü olaraq amputasiya etdi. O, IMG Models-ə model kimi imza atıb və bir musiqiçi kimi "Bionic Pop Artist" kimi də tanınır. Onun " Prototip " adlı klipi Kann Film Festivalında Gümüş Aslan mükafatına layiq görülüb. O, həmçinin 2012 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində çıxış etdi və 2019-cu ildə Parisdə Crazy Horse-da qonaq ulduz oldu.
Viktoriya (boğaz)
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Viktoriya (mifologiya)
Viktoriya — Qədim Roma mifologiyasında qələbə ilahəsi. Yunan mifologiyasında isə qələbə ilahəsi Nikadır. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Viktoriya (ştat)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Viktoriya (əyalət)

Viktoriya Abril
Viktoriya Abril (ing. Victoria Abril, əsl adı Viktoriya Merida Roxas; isp. Victoria Mérida Rojas; 4 iyul 1959[…], Madrid) — İspaniya teatr və kino aktrisası. Viktoriya səkkiz yaşından bəri baletlə məşğul olur. 1975–1976-cı illərdə gənc balerina filmlərdə epizodik rollara dəvət olunmağa başlam;şdır. Nəhayət, baletdən ayrılıb aktyorluq peşəsini seçmək qərarı, qızda görkəmli ifaçılıq istedadını təxmin edən İspaniya rejissoru Visente Arandanın "Cinsi dəyişdir" (1977) filmində iştirakı ilə əlaqələndirilir. Abril Arandanın lentlərində oynadığı rollara görə tanınmışdır.
Viktoriya Apanasenko
Viktoriya Apanasenko (ukr. Вікторія Апанасенко 18 iyun 1994) ukraynalı model və gözəllik kraliçası, "Miss Universe Ukraine 2022" müsabiqəsinin qalibidir.
Viktoriya Azarenko
Viktoriya Azarenko (31 iyul 1989, Minsk) — tennisçi. Viktoriya Azarenko Dünya reytinqinin lideri illik (2012-ci il) qazancda da rəqibləri geridə qoydu. London olimpiadasında qarışıq cütlərin mübarizəsində çempion olan tennisçi fərdi yarışları bürünc medalla bitirdi. "Uimbldon" turnirinin, həmçinin "Böyük dəbilqə"nin Avstraliya mərhələsində qalib gəlmiş Viktoriya ABŞ mərhələsinin finalçısıdır. İdman ilinin yekununda 7.923.920 dollar qazandı ki, indiyədək heç bir tennisçi mövsümdə bu qədər pul əldə etməyib. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, № 49(49), 08.12.2012. səh.14.
Viktoriya Bekhem
Viktoriya Bekhem (17 aprel 1974[…], Harlov[d], Esseks[d]) — müğənni, futbolçu Devid Bekhemin həyat yoldaşı. Viktoriya Bekhem 1974-cü il aprelin 17-də İngiltərədə anadan olub. Kifayət qədər imkanlı ailədə böyüyüb. İlk əvvəl teatr məktəbində, daha sonra Leyn Arts teatr kollecində təhsil alıb. Oxuduğu illərdə hobbisi rəqs idi. Model kimi işləyirdi. Qəzetdə oxuduğu elan bütün həyatını dəyişdi. Pop qrupun yaradılması məqsədilə oxumağı, oynamağı bacaran 5 qız tələb olunurdu. “Spice girls” qrupu onun həyatında silinməz izlər buraxdı. 2000-ci ildə qrupun qızları solo layihələr üzərində işləməyi qərara aldılar.
Viktoriya Dauyotite
Viktoriya Dauyotite (latış. Viktorija Daujotytė-Pakerienė‎; 1 oktyabr 1945 və ya 1945, Telşyay rayonu[d]) — Litva ədəbi tənqidçisi. 1971-ci ildən bəri işlədiyi Vilnüs Universitetini bitirib. 1975-ci ildən Litva Yazıçılar Birliyinin üzvüdür. Emlər doktoru, Vilnüs Universitetinin professoru, Litva Elmlər Akademiyasının ekspert üzvüdür. Milli Mükafat laureatı (1993), "Razılıq" mükafatının ("Santarvės premija", 1996) sahibidir. Litva Böyük Hersoqu Qyadiminas ordeni ilə təltif edilmişdir (2002). Yurgis Baltruşaytis adına Rusiya-Litva Əməkdaşlıq Fondunun üzvüdür. Məktəblər və ali təhsil müəssisələri üçün bir çox dərsliyin, ədəbiyyat nəzəriyyəsi, Litva poeziyası, Yurqis Baltruşaytis, Salome Neris, Yanin Diaqutite, Yustinas Martsinkeviçin tərcümeyi-halı, bioqrafiyası və fəaliyyəti, qadın ədəbiyyatına dair monoqrafiyaların müəllifidir. Litva nəsr şeirləri (1987), seçilmiş əsərlər, məktublar, Vinsas Putinas (1982), Moteyus Qustaytis (1984), Salomei Neris (1994; 1999), Marselius Martinaytis (1998) və s.
Viktoriya Georgiyeva
Viktoriya Georgiyeva (bolq. Виктория Георгиева; 21 sentyabr 1997, Varna) — Bolqarıstan müğənnisi və bəstəkarı. 25 noyabr 2019-cu il tarixində Bolqarıstanın BNT telekanalı Viktoriyanın ölkəni Rotterdamda keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Viktoriya Georgiyeva 11 yaşından oxumağa başlamışdır. Bir müddət sonra o "Angel Voices" vokal studiyasında müəlliməsi Atanaska Lipçevadan dərs almağa başlamışdır. Georgiyeva Bolqarıstanın X Factor yarışmasının dinləmələrinə qatılmış, lakin az yaşlı olması səbəbindən ilkin mərhələni adlaya bilməmişdir. 2015-ci ildə o X Factor yarışmasına qatılmağa nail olmuşdur. Viktoriya yarışmanın 9-cu həftəsində şounu tərk etmişdir. X Factor-da qələbə qazana bilmədiyi halda Viktoriya Virginia Records albom şirkəti tərəfindən təklif almış, lakin ifaçı təklifdən imtina etmişdir. 2016-cı ildə isə o Monte Music şitkəti ilə müqavilə imzalamışdır.
Viktoriya Jilinskayte
Viktoriya Jilinskayte (d. 6 mart 1989; Uray, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. Viktoriya Jilinskayte Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. Daha sonra Viktoriya Jilinskayte Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Viktoriya Krivelli
Viktoriya Krivelli (d. 30 sentyabr 1990; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. Viktoriya Krivelli Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Marianna Viktoriya (Portuqaliya kraliçası)
Marianna Viktoriya (isp. Mariana Victoria de Borbón; port. Mariana Vitória) (31 mart 1718, Madrid – 15 yanvar 1781, Ajuda sarayı[d]) — Portuqaliya kralı I Jozefin xanımı. Atası İspaniya kralı V Filipp, anası isə onun ikinci xanımı Elizabet Farnesidir. Hələ 7 yaşında ikən Fransa kralı XV Lüdoviklə nişanlansa da, yaş etibarilə bu evlilik baş tutmadı. 1729-cu ildə Portuqaliya kralı V Conun varisi İnfant Jozeflə evləndirildi. Ərinin ömrünün son illərində və ardından taxta çıxan qızı Mariyaya naibə olaraq xidmət etdi. == Mənbə == Armstrong. Edward: Elisabeth Farnese: The Termagant of Spain, 1892 Myrl. Jackson-Laufer.
Mariya Viktoriya dal Pozzo
Mariya Viktoriya dal Pozzo (it. Maria Vittoria Carlotta Enrichetta Giovanna dal Pozzo della Cisterna) (9 avqust 1847, Paris, Fransa – 8 noyabr 1876, San-Remo, İtaliya krallığı) — İtalyan əsilzadəsi və İspaniya kralının xanımı. == Mənbə == de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. ‘’Le Petit Gotha’’. Nouvelle Imprimerie Laballery, Paris 2002, p.
Vellinqton Viktoriya Universiteti
Vellinqton Viktoriya Universiteti (ing. Victoria University of Wellington) — Yeni Zelandiyanın Vellinqton şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Əsasən hüquq, sosial elmlər və bəzi elm displinlərinə görə fərqlənsə də universitet geniş akademik proqramlar təklif edir. 1897-ci ildə Parlamentin aktı əsasında təsis edilmişdir və Yeni Zelandiya Universitetinin kolleclərindən biri olmuşdur. Universitet Britaniya kraliçası Viktoriyanın hakimiyətinin 60-cı ildönümü ilə əlaqəli kraliçanın şərəfinə adlandırılmışdır. İlk kampusu Vellington şəhərinin Trondon deyilən ərazisində qurmaq planlaşdırılsa da, sonradan məkan olaraq Kelburn seçilmişdir. Hazırda universitetin əsas kampusu Kelburndadır. Kelbur kampusundakı qədimi Hanter Binasının (ing. Hunter Building) əsası 1904-cü ildə qoyuldu. Universitetin ilk adı Viktoriya University College idi və universitet Yeni Zelandiya Universitetinin bir hissəsi idi.
Viktoriya-qalib (teleserial, 2010)
Viktoriya qələbə deməkdir (ing. Victorious) — Nickelodeondə yayımlanan bir ABŞ sitkomudur. Serial 27 mart 2010 - də başladı.
Viktoriya (Seyşel adaları)
Viktoriya (fr. Victoria [viktɔʁja]) — Seyşel adalarının paytaxtı, yeganə şəhəri və limanı. Mae adasının şimal-şərq sahilində yerləşir. Viktoriya adanın əhalisinin 1/3-ni təşkil edir. 1841-ci ildə adada limanın əsası qoyulmuş və Böyük Britaniya Kraliçası Viktoriyanın şərəfinə Port Viktoriya, 1960-cı ildən isə Viktoriya adlandırılmışdır. Liman olduqca dərindir, bu, eyni zamanda bir neçə gəminin olduğu kimi böyük gəmilərin qəbuluna imkan verir. Limanın daxili su sahəsi kiçik gəmilər üçün lazımi avadanlıq təmin edir. 1971-ci ildə Viktoriya yaxınlığında beynəlxalq hava limanı tikildi. Maliyyələşdirmə mənbəyi İngiltərə dövlət istiqrazları və dövlət zəmanəti ilə qiymətli kağızlar idi. Beləliklə, Böyük Britaniya 1965-ci ildə bir sıra adaların dövlətdən müvəqqəti çıxarılması üçün kompensasiya etdi.
Viktoriya və Abdul
18 yaşında taxta çıxan Viktoriya Böyük Britaniya, İrlandiya, daha sonra isə Britaniya Hindistanının imperatriçəsi olur. Hakimiyyətin saysız-hesabsız işlərinə başı qarışan Viktoriyanın həyatına Abdul Kərim daxil olur. Sanki yerdən çıxan Abdul tezliklə kraliçanın hörmətini qazanır. Müəyyən bir müddət sonra sarayın bəzi işçiləri Abdula paxıllıq və nifrət etməyə başlayır. Abdul ilə kraliçanın münasibəti isə təkcə İngiltərədə deyil, bütün dünyada müzakirə mövzusuna çevrilir.
Kraliça Viktoriya Xatirə Medalı
Avropa Biznes Assembleyası — The Times qəzetinin "saxta mükafatlar" adlandırdığı şöhrətpərəstlik mükafatları satan təşkilat. "Beynəlxalq Sokrat Mükafatı" və "Kraliça Viktoriya Xatirə Medalı"nın da daxil olduğu mükafatlar Oksford Universiteti ilə əlaqəli deyil və ya təsdiqlənmir. "Qalib" 10.000 avronu keçdiyi bildirilən məbləği ödədikdən sonra mükafat Londondakı Oksford Bələdiyyə Binası və Direktorlar İnstitutu kimi yerlərdə keçirilən mərasimdə təqdim olunur. Assambleyanın keçmiş nümayəndəsinin "pulunu ödəmisənsə alırsan" dediyi bildirilir. == Zəmin == Assembleya 2000-ci ildə ukraynalı iş adamı Anton Savvov tərəfindən təsis edilib və şirkətin direktoru olan Oksford Brookes Universitetinin keçmiş tələbəsi oğlu İvan Savvovla birlikdə Oksford və Ukraynadan idarə edir. Assembleya özünü "Oksford institutu" kimi reklam edir, lakin Oksford Universiteti ilə birbaşa və ya dolayı yolla heç bir əlaqəsi yoxdur. == Fəaliyyətlər == Assembleya müxtəlif "mükafatlar", "akademik birlik" və "almanax" təklif edir. Mükafatlar Oksford Town Hall və Londondakı Direktorlar İnstitutu da daxil olmaqla, trubaçılar, çantalar, yürüşlər və dövr geyimləri daxil olmaqla mərasimlə təqdim olunur. Mükafatları tez-tez Oksford Bruks Universitetinin keçmiş müəllimi, vaxtilə İvan Savvova dərs deyən Con Nettinq təqdim edir. Qaliblər mükafatlar və mərasimlərdə iştirak üçün pul ödəyirlər.
Viktoriya (Hessen və Reyn şahzadəsi)
Hessen və Reyn şahzadəsi Viktoriya (5 aprel 1863, Vindzor sarayı – 24 sentyabr 1950, London) — IV Lüdovik və I Viktoriya və Konsort şahzadə Albertin qızı Böyük Britaniya şahzadəsi Alisin qızı;
HMS Viktoriya (1620)
HMS Victoriya — 1620-ci ildə suya salınan və XVII əsrdə İngiltərə-Hollandiya müharibələri zamanı aktiv xidmətdə olan İngilis Donanmasının böyük gəmilərindən biri idi. Yetmiş illik dəniz karyerasından sonra o, 1691-ci ildə Vulviç tərsanəsində parçalandı və hissələri başqa gəmilərin tikintisində yenidən istifadə edildi.
Viktoriya İnqrid Dezira Bernadot, İsveç Vəliəhdi
Viktoriya İnqrid Alisa Dezire (isv. Victoria Ingrid Alice Désirée; 14 iyul 1977, Stokholm) — İsveç vəliəhdi şahzadəsi, Vestergotland hersoginyası. Kral XVI Karl Qustav və Kraliça Silvianın böyük övladıdır. 1979-cu ildə İsveç konstitusiyasına edilən dəyişikliklərdən sonra o, İsveç taxt-tacının varisi oldu. == Erkən həyatı və təhsili == Şahzadə Viktoriya 14 iyul 1977-ci ildə Stokholmda anadan olub. Atası İsveç kralı XVI Karl Qustav, anası isə Almaniya əsilli Silvia Sommerlatdır. Viktoriyanın kiçik qardaşı Karl Filip və kiçik bacısı şahzadə Madlen var. Viktoriya 1980-ci ilin 1 yanvarında vəliəhd şahzadə elan edildi. O, İsveç tarixində taxt-tacına birbaşa varislik hüququ olan ilk qadındır. Bu, 1979-cu ildə qəbul edilmiş yeni varislik qanununun nəticəsi idi, hansı ki, cinsi ayrı-seçkiliyi aradan qaldıraraq monarxın ən böyük övladının, cinsindən asılı olmayaraq, taxta çıxmasını təmin edirdi.
Viktoriya İnqrid Dezira Bernadot (İsveç vəliəhdi)

Viktoriya (Almaniya imperatriçası)
Viktoriya (alm. Victoria Adelaide Mary Louisa‎; 21 noyabr 1840[…], Vestminster borosu, Böyük London və ya London – 5 avqust 1901[…]) — Birləşmiş krallığın monarxı Kraliça Viktoriyanın qızı, Almaniya imperatriçası və Prussiya kraliçası. Kraliça Viktoriya və Konsort şahzadə Albertin ən böyük övladı olan Viktoriya 1841-ci ildə Krallığın Şahzadəsi (ing. Princess Royal) ünvanı aldı. Kiçik qardaşı Şahzadə Edvardın doğumuna qədər Britaniya taxt-tacının varisi oldu. O, eyni zamanda Almaniya imperatoru II Vilhelmin də anasıdır. Atasının nəzarətində təlim-tərbiyə edilən Viktoriya hələ 17 yaşında ikən Prussiya taxt-tacının vəliəhdi Şahzadə Fridrixlə evləndirildi və cütlüyün bu nigahdan 8 övladı doğuldu. Ancaq ingilis əsilli və konstitusiyalı monarxiya tərəfdarı olması səbəbilə Hohensollernlər və Berlin saray əhalisi tərəfindən xoş qarşılanmadı. Bu vəziyyət ən sadiq siyasi rəqiblərindən biri olan Otto fon Bismarkın 1862-ci ildə hakimiyyətə gəlməsiylə daha da artdı. Yalnız bir neçə ay Almaniya imperatriçası olan Viktoriya ərinin ani vəfatının ardından taxta çıxarılan oğlu II Vilhelmin səltənətində də siyasi gücünü itirmədi.
Vittoriya
Vittoriya (it. Vittoria) — İtaliyanın Siciliya regionunda şəhər.