Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vulkan
Vulkan (lat. Vulcanus) və ya bəzən yanardağ — yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur. == Xüsusiyyətlər == Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər. Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir.
Talka
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Vulva
Vulva (Latınca: Vulva, cəm: vulvae, pudendum femininum) — qadının xarici genitaliya cinsi orqanlarının ümumi adıdır. Beynəlxalq nomenklatura adı "Qadının cinsi hissəsi" kimi adlanır. Bura klitor, balaca cinsi dodaqlar, böyük cinsi dodaqlar və s. genitaliya orqanları daxildir. Əgər qadın Vulvadan xəstələnərsə, bu xəstəlik "Vulvit" xəstəliyi adlanır. Vulvit xəstəliyinə qonoreya, trixomoniaz və s. xəstəliklər səbəb ola bilər.
Andrus (vulkan)
Andrus — Antarktidanın Meri Berd Torpağı rayonunda yerləşən vulkan. Andrus vulkanının hündürlüyü 2978 metr təşkil edir. Üç kraterdən ibarətdir. Ümumi sahəsi 252 km² təşkil edir. Traxitdən təşkil olunmuşdur. 4,5 kilometrlik kaldera əmələ gətirmişdir. Zəif fəaliyyət 1977-ci ildə Kauffman dağında müşahidə edilmişdir. Vulkan amerikan eksoedisiyasının leytenantı, Berd qütb stansiyasının həkimi və rəyisi Karl Andrusun şərəfinə adlandırılmışdır.
Avaça (vulkan)
Avaça (rus. Авача) — Rusiyanın Kamçatka yarımadasının cənubunda, Petropavlovsk-Kamçatski şəhərindən şimalda vulkan. Hündürlüyü 2,741 metr olan vulkan son 230 ildə 12 dəfə püskürmüşdür. Həmişə tüstülənir. == İstinadlar == == Əlavə ədəbiyyat == Авачинская сопка // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978. Брайцева О. А., Базанова Л. И., Мелекесцев И. В., Сулержицкий Л. Д. Крупнейшие голоценовые извержения вулкана Авачинский на Камчатке (этап 7250-3700 лет назад) // Вулканология и сейсмология, 1998.
Berlin (vulkan)
Berlin vulkanı (ing. Berlin) — Antarktida ərazisində yerləşən vulkan. Massiv 3478 metr hündürlüyə malik olaraq 2 kraterdən ibarətdir. Lava axınlarının tərkibi andezit-bazaltdan ibarətdir. Püskürmə müşahidə edilməsə də, aktivlik mövcuddur.
Broun (vulkan)
Broun piki — Antarktidanın Balleni adaları qrupuna daxil olan Struc adasında yerləşən vulkan. Vulkan Viktoriya Torpağı sahilindən bir qədər aralıda yerləşir. Ada ilk dəfə 1839-cu ildə aşkarlanmışdır. Adanı Con Balleni ekspedisiyanı maliyyələşdirən tacir Braunun şərəfinə adlandırmışdır. Zirvənin ikinci adı olan «Rassel piki» Ceyms Klark Rossun ekspedisiyası ilə bağlıdır. Vulkanın aktivliyi barədə son məlumat ABŞ aviasiyasına aiddir. Son zamanlar avtivlik müşahiə edilmir. Vulkan faktiki araşdırılmamışdır.
Etelka Qerster
Etelka Qerster (27 iyun 1855, Kоşitsе, Macarıstan krallığı – 20 avqust 1920) — Macarıstan sopranosu. 1876-cı ildə İtaliyada və növbəti il isə Londonda çıxış etmişdi. == Həyatı == 1878-ci ildə Nyu-York şəhərinin Musiqi Akademiyasında çıxış edən Etelka həmin dövrdə aparıcı müğənnilərindən biri sayılırdı. Qızı dirijor Friç Rayner ilə ailə həyatı qurmuşdu. Qerster övladı doğulduqdan sonra öz səsini itirdi və bir daha heç vaxt oxumadı. 1896-cı ildən 1917-ci ilə qədər Berlində ifaçılıq dərsləri keçirdi. == İstinadlar == == Mənbə == Enciklopedia Slovenska. II. zväzok. Bratislava, 1978. VEDA Seeger, Horst: Opernlexikon.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. == Ümumi məlumat == Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Konusvari vulkan
Konusvari vulkan (rus. формы рельефа кон-вергентные, ing. convergentive landforms)-mərkəzi tipli vulkanın daha geniş yayılmış forması, vulkan boğazında qaymalar, bombalar, lapillər və kül atan buxar və qaz partlayışı və lava axını nəticəsində əmələ gəlir. Vulkanın az yuyulduğu vaxtlarda kəsilmiş zirvəsi düzgün formalaşmış relyef formalarının zahiri görünüşcə bir-birinə oxşaması.
Krater (vulkan)
Vulkan krateri (lat. crater q.yun. κρατήρ sözündən götürülmüşdür) — Yer kürəsi və digər nəhəng səma cisimlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Bunlardan ən əsasları vulkanik dağlar üzərində yerləşən vulkan aktivliyi nəticəsində yaranan kraterlər və kiçik-xırda səma cismlərinin səthə düşməsindən yaranan kraterlər - zərbə kraterləri (meteor kraterləri). == Haqqında == Vulkan kra­teri- (rus. кратер вулканический, ing. volcanic crater) (yun. krater-kasa, piyalə) –vulkan konusunun zirvəsində və ya yamacında əmələ gəlmiş qıf yaxud kasa şəkilli çökəklik. Köndələn kəsimi nadir halda -2, -2,5 km-dən böyük , dərinliyi isə bir neçə on metrdən yüz metrlərə qədər olur. Vulkan kraterinin dibində maqma ocağından qalxan lava və başqa vulkan məh­sullarının yer üzünə çıxması üçün bir və ya bir neçə ağız yerləşir.
Maskarin (vulkan)
Maskarin — Cənubi Afrika Respublikasına məxsus olan Prins-Eduard adaları qruouna daxil olan Marion-Aylend adasında yerləşən vulkan. == Haqqında == Cənubi Afrika Respublikasına aid olan Prins-Eduard arxipelaqının Marion-Aylend dasında yerləşir. Pikin hündürlüyü 1230 metrdir. Vulkanın sonuncu püskürməsi 2004-cü ilə təsadüf edilir. == Həmçinin bax == Volcano Live == İstinadlar == == Xarici keçidlər == Vulkan nədir? Dünyanın Ən Təhlükəli 10 Vulkanı Vulkanlar Volcanoes Live, Worldwide.
Melburn (vulkan)
Melburn (ing. Melbourne) — Antarktidada fəaliyyətdə olan vulkan. Vulkan kraterinin araşdırılması onu göstərir ki, vulkan 1750-ci ilə qədər aktiv olmuşdur. Kraterdə aktiv fumorlar mövcuddur. Yaxşı havada Ross adasından Terror və Melbrun vulkanlarını görmək olur. Zirvəsində helikopterlərin eniş meydançası və qütb stansiyası fəaliyyət göstərir. == Xarici keçidlər == "Global Volcanism Program. Melbourne" (ingilis). Smithsonian Institution. 2012-05-11 tarixində arxivləşdirilib.
Merfi (vulkan)
Merfi (ing. Mount Murphy) — Antarktida ərazisində yerləşən sönmüş vulkan. Zirvəsinin hündürlüyü 2703 metrdir. Bu hündürlük Andrus-Uaiş-Merfi massivində yerləşən ikinci hündürlükdür. Son püskürmə haqqında məlumat yoxdur. Meri Berd Torpağında yerləşən Ayı yarımadasının cənubunda yerləşir. Smit dağı və Hayns buzlağı ilə əhatələnir. Vulkan Amerikan Təbiət taroxi muzeyinin işçisi Robert Kuşman Merfinin şərəfinə adlandırılmışdır. O, antarktik və subantarktik quşları üzrə mütəxəssis olmuşdur.
Nəmrud (vulkan)
Nəmrud (türk. Nemrut Dağı, erm. Սարակն Sarakn, kürd. Çiyayê Nemrud) ― Şərqi Türkiyədə Van gölünə yaxın yerləşən yatmış vulkan. Vulkan bu bölgəni təxminən eramızdan əvvəl 2100-cü ildə idarə etdiyi deyilən Kral Nəmrudun adını daşıyır. Nəmrudun ən güclü püskürmələri Pleystosendə meydana gəlmişdir. Holosen dövründə də sonuncusu 1650-ci ildə baş vermiş bir çox kiçik püskürmə olmuşdur. Vulkanın üst hissəsi üç krater gölünə ev sahibliyi edən böyük kalderadır. == Baxış == Nəmrud bölgədəki seysmik və vulkanik aktivliyi təyin edən Ərəbistan və Avrasiya tektonik tavaların toqquşma zonasında yerləşən poligenik stratovolkandır. Bu tavaların toqquşması Orta Eosendə başlamış və Mezozoyda Tetis okeanı əmələ gəlmişdir.
Parazit vulkan
Parazit vulkan — iri mərkəzi vulkanın yamacında çox zaman radial çatlar boyu yan püskürmə nəticəsində əmələ gəlir. Özünün baş kanaldan ayrılan ayrıca kanalı olur. Çatların daha yüksək nöqtəsində (subterminal püskürmə) şlak konusu əmələ gəlir, aşağı hissələrində isə (lateral püskürmə) lava axını baş verir. Parazit vulkan həmçinin eksentrik püskürmə nəticəsində də əmələ gələ bilər. Sinonim: Əlavə vulkan, Yan vulkan. == Həmçinin bax == Mərkəzi vulkan Yan püskürmə Şlak konusu == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Paulet (vulkan)
Paulet vulkanı — Antarktida ərazisində yerləşən vulkan. Vulkan Antarktik yarımadasında şərqdə yerləşən Paulet adasında yerləşir. Vulkanın hündürlüyü 353 metr təşkil edir. Vulkanın krateri adanın cənubunda qərarlaşır. Ola bilsin ki, vulkan min il öncəyə qədər aktiv olmuşdur. Adada vulkanın yeraltı istiliyi səbəbindən il boyu buz qatından azad olur. Vulkanik ada pinqivinlərin müvəqqəti istirahət yeridir.
Poligen vulkan
Poligen vulkan - monogen vulkanın əksinə, konusu uzun fasilələrlə müxtəlif vaxtlarda püskürmə nəticəsində əmələ gələn vulkandır.
Popokatepetl (vulkan)
Popokatepetl fəaliyyətdə olan vulkan. İstaksiuatl sönmüş vulkanın yanındadır. Bu iki dağın adları - Popokatepetl və İstaksiuatl xalq arasında yayılmış əfsanənin qəhrəmanların adlarıdır. Vulkanın ətrafında Puebla (vulkanın şərq hissəsində) ştatının paytaxtlarından ən əhəmiyyətli konurbasiya cəmlənmişdir, şimal-şərqdən Tlaskala və şimal-qərbdə Mexiko şəhəridir. (Mexiko şəhərində 20 milyondan çox insan yaşayır) .
Qarışıq vulkan
Qаrışıq vulkаn və ya strаtоvulkаn — Vulkan lava ахınlаrındаn və qırıntаl-оvunuq mаteriаl yığnalаrındаn ibarət pоligen vulkаn. Belə vulkаnlаrdа püskürmə аdətən qırıntаl-оvunuq mаteriаl – bоmbа, lаpil, kül və b. аtılmаsı ilə bаşlаnır. Sоnrа qırıntаl-оvunuq аtqılаr lava ахınlаrı ilə örtülür. Strаtоvulkаn, mərkəzi vulkаn tiplərinin ən geniş yаyılmış fоrmаsıdır. Onun kоnusu bir neçə yüz metrdən bir neçə kilometrə çаtır. Krаteri əksərən divаrlаrının çökməsi nəticəsində diаmetri bir kilometr və dаhа çох genişlənmiş çаlаdаn ibаrət оlur. Strаtоvulkаnlаrın fəаliyyət tərzi dаimа kəskin dəyişir. Belə ki, sırf eksplоziv, vulkаnın sоnrаkı оyаnışındа yenidən effuziv-ekstruziv fəаliyyətlə əvəz оlunur. Bu gedişаt vulkаnın bütün оyаnışlаrındа аrdıcıl təkrаr edilir və nəticədə vulkаn qurğusu dəfələrlə pirоklаstik аtqılаrı ilə lаvа örtüklərinin lаylаşmış növbələşməsindən yığcаmlаşır.
Sen-Vyulba
Sen-Vülba (fr. Saint-Vulbas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Stromboli (vulkan)
Stromboli (lat. strongulē, yun. στρογγύλη — "girdə, dairəvi"; it. Stromboli, sic. Struògnuli) — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yrləşmiş kiçik eyniadlı adada, sönməmiş vulkan. Stromboli gümbəzli vulkanı daim aktiv olub, öz xırda püskürmələri ilə məşhurdur. Onu adanın bütün nöqtələrindən seyr etmək mümkündür. Sonuncu böyük püskürmə 13 aprel 2009-cu ildə baş vermişdir. Vulkan dəniz səviyyəsindən 926 m hündürlüyə malikdr. Dənz dibi səviyyəsindən isə 2000 m-dən çoxdur.
Svetulka adası
Svetulka adası (bolq. остров Светулка, ‘Ostrov Svetulka’ \'os-trov sve-'tul-ka\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqının ən şimalda yerləşən adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 150 m, eni 90 metrdir. Osenovlaq adasından 20 m məsafədə yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada Cənubi Bolqarıstanda yerləşən Svetulka şəhərinin adını daşıyır. == Yerləşməsi == Svetulka adası 62°20′49″ c. e. 59°40′45″ q.
Terror (vulkan)
Terror — Antarktida ərazisində yerləşən vulkan. Vulkanın püskürməsi indiyənə kimi müşahidə edilməmişdir. Terror Erebus vulkanınından 30 km aralıda yerləşir. 820 000 il öncə hündürlüyü 3230 m olan vulkan formalaşmışdır. Ross adasının şərq hissəsinin ərazisini əmələ gətirir. 2000-ci ildə vulkan ətrafında güçlü zəlzələ baş vermişdir. Vulkanın adı Ceyms Rossun təşkil etdiyi ekspedisiyasında iştirak etmiş Terror gəmisinin şərəfinə 1841 ildə adlandırılmışdır.
Vulkan (mifologiya)
Vulkan — Roma mifologiyasında dəmirçilik tanrısı. Daimi məskəni Etna vulkanıdır. == İstinadlar == == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Tülkü
Tülkü (lat. Vulpes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Canavarlardan fərqli olaraq, tülkülərin, uzunsov sifəti, böyük sivri qulaqları, vertikal oval şəkilli göz bəbəkləri var. Azərbaycanın bütün ərazilərində mövcuddur. Adi, ya da kürən tülküsü daha geniş yayılıb. Onların bədəninin uzunluğu 90 sm, quyruğu isə 60 sm çatır. Belinin rəngi kürən, qarnı ağ, hərdən qara olur. 14-15 yarımnöv mövcuddur, onların çoxluğu arealın böyük olmasıyla bağlıdır. Yalnız meşələrdə və dağlarda yox, o cümlədən açıq yerlərdə yaşayır və balalayırlar. == Həyat tərzi == Özü qazdığı ya da boş yuvalarda məskən salır.
Mərkəzi vulkаn
Mərkəzi vulkаn – bu tip vulkаnlаrdа püskürmə аdətən dаimi bоruvаri çıхış kаnаlındаn (bоğаzdаn) bаş vеrir. Lаvа və süхur qırıntılаrının yığmı nəticəsində bо- ğаz ətrаfındа – təpəsində krаtеr (tiyаn) yеrləşən yüksəklik əmələ gəlir. Yüksəkliyin fоrmаsı püskürmə tipi ilə müəy- yən еdilir.Mərkəzi vulkаnlаr Bir bоğаzlı mərkəzi püskürmə Mərkəzi lаvа -kül püskürməsi Görkəmlərinə və ölçülərinə görə möhtəşəm strаtоvul- kаnlаrdаn kiçik еgiş kоnuslаrınа (mааr, pаrtlаmа bоrulаrı) qədər müхtəlif tipli vulkаnlаr mərkəzi vulkаnlаrа аiddir. Mərkəzi vulkаn üst hissəsində gеnişlənmə, yəni krаtеrlə bitir. Bu, vulkаn hər dəfə püskürdükcə vulkаn qurğusu yüksəlir. Mərkəzi vulkаnlаrın yаn və yа аsаlаk krаtеrləri də оlа bilər (dаirəvi çаtlаrdа, vulkаn yаmаclаrındа). Tеz- tеz mərkəzi vulkаnlаrın krаtеrlərində mаyе lаvа gölləri оlur. Əgər mаqmа sıyıqdırsа, sıхılmа gümbəzləri əmələ gəlir və bunlаr bоğаzı tıхаyır ki, bu hаldа güclü pаrtlаyışlа müşаyiət оlunаn püskürmə bаş vеrir. Bu zаmаn güclü qаz ахını "tıхаcı" bоğаzdаn аtır. Mərkəzi tip vulkаnlаrın fоrmаsı mаqmаnın tərkibindən və sıyıqlığndаn аsılı оlur.