Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Google Wallet
Google Wallet — Google tərəfindən hazırlanmış rəqəmsal pulqabı platforması. O, Android, Wear OS və Fitbit OS əməliyyat sistemləri üçün əlçatandır və 11 may 2022-ci ildə 2022 Google I/O açılış mərasimində elan edilmişdir. "Google Wallet" brend adı ilk dəfə şirkətin 2011-ci ildə Android Pay ilə 2018-ci ildə Google Pay adlı yeni proqrama birləşdirilmədən təqdim edilən eyni adlı mobil ödəniş sistemi üçün istifadə edilib. Köhnə Wallet tətbiqi funksionallığı ilə "tay-tuş" ödəniş xidmətinə çevrildi, 2020-ci ildə də layihənin ləğvindən əvvəl Google Pay Send-ə çevrildi. 2020-ci ildə Google Pay tətbiqi Google-un Hindistana yönəlmiş Tez tətbiqi əsasında geniş şəkildə yenidən dizayn edildi və şəxsi maliyyə tətbiqi kimi genişləndi. Google Pay Play Store-da Tez tətbiqini əvəz etdi, 2018-ci ilin Google Pay tətbiqi isə Android smartfonlarında ayrıca, əvvəlcədən quraşdırılmış proqram kimi mövcud olmağa davam etdi. Google 26 may 2011-ci il tarixində keçirdiyi mətbuat konfransında orijinal Google Wallet tətbiqinin orijinal versiyasını nümayiş etdirdi. İlk proqram ABŞ-da yalnız 19 sentyabr 2011-ci ildə buraxıldı. Əvvəlcə proqram yalnız Citibank tərəfindən buraxılmış Mastercard kartlarını dəstəkləyirdi. 15 may 2013-cü ildə Google istifadəçilərə Gmail əlavələri vasitəsilə pul göndərməyə imkan verən Google Wallet və Gmail-in inteqrasiyasını elan etdi.
Pallet
Paletlər və taxta paletlər qutuların vacib bir hissəsi olmaqla yanaşı, paketlənmiş məhsul və malların avtokarın köməyi ilə etibarlı və asan bir şəkildə daşınması üçün hazırlanmış məhsuldur. Palet xarici qablaşdırmanın ən vacib hissəsidir və qablaşdırılmış məhsulların forklift və ya transpaletlə asanlıqla daşına bilməsi üçün ağac, plastik, metal və ya bu materialların birləşməsindən hazırlanır. Ümumiyyətlə taxta materialdan hazırlanan altlıqlar daha davamlı olması üçün qabırğalı xüsusi mismarlarla birləşdirilir. Xarici ticarətlə artan palet dövriyyəsində zərərli həşərat və zərərvericilərin başqa ölkəyə keçməsinin və o ölkənin bitki sağlamlığına zərər verməsinin qarşısını almaq üçün paletlər fumiqasiya və ya istilik müalicəsi ilə zərərvericilərdən təmizlənir. Bu məsələ ilə bağlı ciddi beynəlxalq qaydalar tətbiq edilib. Palet üçün verilən birinci ölçü uzununa dayaq kimi yerləşdirilən uzununa parçanın uzunluğunu, ikinci ölçü isə eninin ölçülməsini verir. Kvadrat və ya kvadrata yaxın paletlərdəki yük devrilməyə daha davamlıdır. Universal standartlaşdırılmış palet ölçüsü yoxdur; şirkətlər və təşkilatlar ehtiyaclarından asılı olaraq müxtəlif ölçülərdə paletlərdən istifadə edirlər. Bununla belə, bəzi palet ölçüləri digərlərindən daha geniş istifadə olunur.
The Classical Music of Azerbaijan:Ballet Volume 2
The Classical Music of Azerbaijan: Ballet Volume 2 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış ikinci albomdur. Albomun adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının balet əsərlərindən parçalar daxil edilmişdir. Ümumilikdə alboma iki Azərbaycan bəstəkarının - Qara Qarayev və Fikrət Əmirovun dörd baletindən parçalar daxil edilmişdir. Əsərlər Yalçın Adıgözəlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrı tərəfindən ifa edilmişdir.
The Classical Music of Azerbaijan: Ballet Volume 2
The Classical Music of Azerbaijan: Ballet Volume 2 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış ikinci albomdur. Albomun adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının balet əsərlərindən parçalar daxil edilmişdir. Ümumilikdə alboma iki Azərbaycan bəstəkarının - Qara Qarayev və Fikrət Əmirovun dörd baletindən parçalar daxil edilmişdir. Əsərlər Yalçın Adıgözəlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrı tərəfindən ifa edilmişdir.
Hamlet
"Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı" (ing. The Tragical Historie of Hamlet, Prince of Denmarke), və ya sadəcə "Hamlet" - məşhur ingilis dramaturqu Vilyam Şekspirin 1600-1601-ci illərdə yazdığı faciə. "Hamlet" Şekspirin ən məşhur əsərlərindən biridir. O həmçinin şairin həcminə görə ən nəhəng əsəridir. Pyesdə 4042 sətr və 29 551 söz var. Əsərin məzmunu Danimarka şahzadəsi haqqında bəhs edən əfsanədən götürülüb və ilk növbədə onun intiqamını özündə əks etdirir. Əsər ilk dəfə 1603-cü ildə nəşr edilib. Şekspirin sağlığında "Hamlet" daha 2 dəfə, 1604-cü və 1622-ci illərdə çap olunub. Azərbaycan səhnəsində "Hamlet" ilk dəfə 1926-cı ildə oynanılıb. Baş rolu Azərbaycanın məşhur aktyoru Abbas Mirzə Şərifzadə ifa edib.
Paulet
Paulet (vulkan) — Antarktida ərazisində yerləşən vulkan. Paulet adası — Antarktida ərazisində yerləşən vulkanik ada.
Salfet
Salfet (fr. serviette) — yemək zamanı istifadə olunan süfrə aksesuarı Salfetlərdən istifadə hələ orta əsrlərdə mövcud idi. İnsanlar yemək zamanı salfet kimi işlətdikləri dəsmalları sol çiyinlərinə asırdılar. Kağız salfetlərdən istifadə olunması XIX əsrin ortalarına təsadüf edir. Süfrədə ipək əl dəsmalları ilə yanaşı, kağız dəsmallarda olmalıdır. Bir neçə sadə hərəkətlə adi salfetlərə çox görkəm vermək olar ki, bu da süfrəni daha maraqlı göstərir.
Tablet
Tablet (ing. Tablet, ing. Tablet computer) — rahatcasına insanla daşına bilən kiçik Kompüterdir və mobil Telefondan böyük olduğu halda onun ləms olunan (touch screen) səhifəsi var. Planşetdə kilidlər yerinə onun hiss olunan səhifəsilə ondan faydalanmaq olur.
Valley
Valley- Angilyanın paytaxtı.bu şəhərin 1.169 nəfər əhalisi var.
Waldst.
Frans Adam fon Valdeşteyn (alm. Franz Adam von Waldstein‎; 14 fevral 1759, Vyana – 24 may 1823) — Macarıstan botaniki. Frans Adam fon Valdeşteyn toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. «Descriptiones et icones plantarum rariarum Hungariae», Vena, 1803—1812 Waldsteinia Willd. — Rosaceae fəsiləsinə aid bitki cinsi Növlər: Campanula waldsteiniana Roem. et Schult. Salix waldsteiniana Willd.
Walter
Volter Tomas (ing. Thomas Walter, 1740[…], Hempşir qraflığı[d] – 17 yanvar 1789, Cənubi Karolina) — İngilis mənşəli Amerika botaniki. Flora caroliniana. 1788. Robert Zander; Fritz Encke, Günther Buchheim, Siegmund Seybold (Hrsg.): "Handwörterbuch der Pflanzennamen". 13. Auflage. Ulmer Verlag, Stuttgart 1984, ISBN 3-8001-5042-5.
Alget
Məscidli Gorarxı (3 avqust 1959-cu ildən: gür.: g.ə. ალგეთი, l.ə. algeti) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Məscidli Gorarxı" adlandırırlar. Məscidli Gorarxı adlandırılmasının səbəblərindən biri başqa Gorarxı adında ərazinin olması ilə əlaqədardır. Daha çox "Qanlı Gorarxı adı ilə də tanınır. Ancaq "Qanlı Gorarxı" dedikdə nəinki yalnız "Alget" həmçinin digər dörd kənd də (Təzəkənd, Əzizkənd, Haciisəkənd, Sabirkend) nəzərdə tutulur. 17–24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 99%-i azərbaycanlılardan ibarət 5.017 nəfər (2.498 nəfəri kişilər, 2.519 nəfəri qadınlar) əhali yaşayır.
Allel
Allel bir genin müxtəlif formalarını ifadə edir. Bir əlamətin müxtəlif formasına allel əlamətlər və onların inkişafına səbəb olan genlərə allel genlər deyirlər. Allel genlər homoloji xromosomların eyni sahəsində (lokosunda) yerləşir. Allel əlamətlərə misal olaraq insanda qara göz-mavi göz; qara rəngli saç-açıq rəngli saç; qıvrım saç-hamar saç; uza boy-qısa boy; iyi göz-xırda göz; tünd rəngli dəri-açıq rəndli dəri bə i.a. göstərmək olar. Allel əlamət və genləri hərflərlə işarə edilər. Dominant əlamət böyük hərflərlə, resessiv əlamət isə həmin hərfin kiçiyi ilə yazılır. Məsələn, qara gözü A hərfi ilə yazsaq, mavi gözü a ilə yazmaq lazımdır. Başqa allerləri yazanda da bu qayda tətbiq edilir. F1 -onlardan alınan birinci nəsil (övlad); AA – qara gözlü, aa – mavi gözlü valideyn; A və a – onların cinsi hüceyrələri – qametləri; Aa birinci nəsil (övlad.) Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir.
Alqet
Alqet Tiflis quberniyasının Borçalı qəzasında (indi Tetriskaro rayonunda) çay adı. Alqet Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Alqet hidroniminin adı Trialeti mahalında qədim gürcü mənbələrində çəkilir. Alqet - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Suxumi dairəsində Alqat kənd və Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Alqet kənd adları ilə mənaca eynidir. Türk dillərində al "geniş" və qat, kat- "dağın meşəsiz gündüşən tərəfi" sözlərindən ibarətdir. Adın "qet" hissəsinin türkcə olması ondan görünür ki, Şimali Qafqazın Stavropol quberniyasının Veden dairəsində Max-Ket dağ adı vardı. Azərbaycanda Xanqet dağ adı ilə müqayisə oluna bilər. (Aşıq Alıda: Əyricə, Versdağı, Xanget buxarı, Ağ sürülər Sarıyaldan yuxarı). Tiflis quberniyası anl.az/down <B.Ə.Budaqov, Q.Ə.Qeybullayev.
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Halle
Halle (alm. Halle‎) — Almaniyada şəhər. Maqdeburq ilə yanaşı, Saksoniya-Anhalt əyalətində əhali sayına görə ən böyük şəhərdir: 2016-cı ilin məlumatına görə bölgədə təxminən 240 min insan yaşayır.
Lalle
Lalle (fr. Lalley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38204. Kommunanın 2005-ci il üçün əhalisi 195 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 673 ilə 2045 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Şalle
Şalle (fr. Challex) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01078. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 100 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 60 km şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1225 nəfər təşkil edirdi. 2010-cu ildə 798 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 618 nəfər iqtisadi fəal, 180 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.4%, 1999-cu ildə 71.7%). Fəaliyyət göstərən 618 sakindən 575 nəfər (309 kişi və 266 qadın) işləyir, 43 nəfər işsizdir (23 kişi və 20 qadın).
Atlet
Atlet bu mənaları ifadə edə bilər: Atlet yaxud mayka — alt geyimi. Atletçi — atletika idman növləri ilə məşğul olan şəxs.
Esme Kallen
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Fallen Frontier
Fallen Frontier (azərb. Ölmüş Sərhəd‎) — "Moonshot Games" tərəfindən hazırlanan və atıcılıq və sayd-skroller janrlarında olan ləğv edilmiş videooyunu. Oyun Xbox 360, PlayStation 3 və Microsoft Windows platformaları üçün hazırlanırdı. Oyun 2009-cu ildə keçmiş "Bungie" işçiləri tərəfindən qurulan "Moontshot Games" şirkətinin ilk videooyunu olacaqdı. Oyunun demosu 2011-ci ildə keçirilən PAX East tədbirində buraxılmışdır. Oyun 2013-cü ilin yanvar ayında ləğv olunmuşdur.
Haller güləbətini
Haller güləbətini (lat. Pulsatilla halleri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü.
Halley kometası
Halley kometası — Hər 75-76 ildən bir günəş sisteminə daxil olan və yer kürəsinin yaxınlığından keçən "quyruqlu ulduzdur". Bu ulduza, onunla maraqlanan Edmund Halleyin şərəfinə "Halley kometi" adı verilib. Halley kometi, normal insan gözü ilə görülə bilən tək kometdir. Kometani ilk dəfə görən insanlar, bunu "şeytanın xəbərçisi" kimi qəbul edirdilər. Yəni bu komet, bir növ şeytani bir qüvvəyə sahib bir varlıq kimi qəbul edilirdi. Təbii ki, o dönəmdə buna, kometin "şeytani varlıq" olduğuna inananların sayı çox idi. Lakin Edmund Halley, mövhumata inanıb, onunla razılaşmaq əvəzinə elmi seçdi. Kometin 1682-ci ildə təkrar göründüyü deyilir. Elə Halley də öz müşahidələrinə bu zaman başlamışdı. İlkin olaraq, Halley, hesablamalarına əsasən 1532 və 1607-ci illərdə (eyni zamanda 1682ci ildə) görünən kometlər ilə bu kometin eyni olduğunu və kometin təkrarən 1758-ci ildə geri dönəcəyi nəzəriyyəsini irəli sürdü.
Halley kometi
Halley kometası — Hər 75-76 ildən bir günəş sisteminə daxil olan və yer kürəsinin yaxınlığından keçən "quyruqlu ulduzdur". Bu ulduza, onunla maraqlanan Edmund Halleyin şərəfinə "Halley kometi" adı verilib. Halley kometi, normal insan gözü ilə görülə bilən tək kometdir. Kometani ilk dəfə görən insanlar, bunu "şeytanın xəbərçisi" kimi qəbul edirdilər. Yəni bu komet, bir növ şeytani bir qüvvəyə sahib bir varlıq kimi qəbul edilirdi. Təbii ki, o dönəmdə buna, kometin "şeytani varlıq" olduğuna inananların sayı çox idi. Lakin Edmund Halley, mövhumata inanıb, onunla razılaşmaq əvəzinə elmi seçdi. Kometin 1682-ci ildə təkrar göründüyü deyilir. Elə Halley də öz müşahidələrinə bu zaman başlamışdı. İlkin olaraq, Halley, hesablamalarına əsasən 1532 və 1607-ci illərdə (eyni zamanda 1682ci ildə) görünən kometlər ilə bu kometin eyni olduğunu və kometin təkrarən 1758-ci ildə geri dönəcəyi nəzəriyyəsini irəli sürdü.
Hamlet Aslanov
Aslanov Hamlet Qurbanəli oğlu (10 dekabr 1938, Sultanabad, Amasiya rayonu) — görkəmli meliorator alim, kənd təsərrüfatı elmləri doktoru, professor. 10 dekabr 1938-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunun Şurabad kəndində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Bakı Hidromeliorasiya Texnikumuna daxil olmuşdur, 1959-cu ildə Texnikumu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsinə daxil olmuşdur. İnstitutda təhsil illərində, ictimai fəaliyyətinə və fərqlənmə təhsilinə görə III kursdan Lenin təqaüdçüsü olub. 2002-ci ildə Amerika Hidrologiya İnstitutun AR üzrə təmsilçisi seçilmişdir; 2002-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının üzvi seçilmişdir; 2004-cü ildə isə həmin institutun “Peşəkar Hidroloq” tituluna layiq görülmüşdür. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib institutun “Hidromeliorasiya“ kafedrasında assistent vəzifəsində saxlanılmışdır. 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun “Hidrotexniki tikililər və qurğular“ ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1970-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi almışdır. Aspiranturanı bitirdikdən sonra “Hidromeliorasiya“ kafedrasında baş müəllim işləmişdir. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılması ilə əlaqədar olaraq keçirilmişdir.
Hamlet Qoca
Hamlet Göyüş oğlu Qoca (22 dekabr 1942, Ağdaş – 7 may 2019, Bakı) — Azərbaycan yazıçısı, nasir-tərcüməçi, ictimai xadim. SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Fransa Mədəniyyət Nazirliyinin "İncəsənət və ədəbiyyat Komandoru" ordeni və fəxri adı laureatı. Hamlet Qoca 1942-ci ilin 22 dekabr tarixində anadan olub. Orta təhsil illərindən Avropa dillərini öyrənməyə başlamış, Ağdaş şəhərində 1 saylı tam orta təhsil məktəbini bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki ADU) fransız dili və ədəbiyyatı fakultəsinə qəbul olunmuşdur. Təhsil illərində əlaçı olmuş, fransız dili ilə bərabər ingilis dilini də mükəmməl öyrənməyə səy göstərmiş, fransızca səlis, qramatik nitqə və tərcüməçilik qabiliyyətinə malik olmuşdur. 1963-cü ildə Tbilisidə keçirilən Tələbə Elmi Cəmiyyətlərinin Ümumittifaq konfransında fransız dilində məruzəsinə Fransalı nümayəndələr yüksək qiymət vermiş və təhsilinin davamı üçün onu Sarbon universitetinə dəvət etmişdilər, lakin dövrün məlum siyasətinin qoyduğu qadağalar qarşısında o, dəvətdən imtina etməyə məcbur olmuşdur. Hamlet Qoca hələ tələbə ikən 1964–1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunda fransız dilində olan elmi-tarixi arxiv materiallarını ana dilimizə çevirməklə iş fəaliyyətinə başlamışdır. İnstitutu əla qiymətlərlə bitirəndən sonra 1966-cı ildə Afrikaya, Mali Respublikasındakı sovet səfirliyinə mütərcim təyinatı alır. 1968-ci ilə qədər burada çalışır və eyni zamanda Malinin tarixi-mədəni, ictimai-sosial, etnik xüsusiyyətlərini araşdırmaqla məşğul olur ki, bu da sənədli memuar tipli ilk əsərinin, "Tam-tamlar ölkəsində" (1971) kitabının yazılmasına imkan yaradır və sonralar bu silsiləni davam etdirərək işlədiyi, ezamiyyətdə olduğu Afrika ölkələrinin özəlliklərini əks etdirən "Afrikada gördüklərim" (1986), "Üç Afrika ölkəsi" (1989) kimi əsərlərini qələmə alır.
Hamlet Qurbanov
Hamlet Ağadadaş oğlu Qurbanov (13 oktyabr 1938, Bakı – 16 noyabr 1995, Bakı) — Azərbaycan-sovet kino və teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). Hamlet Qurbanov 13 oktyabr 1938-ci ildə teatr və kino aktyoru Ağadadaş Qurbanovun və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olmuşdur. H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədov kursunu bitirmişdir. O,1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaratmışdır. C.Məmmədquluzadənin "Dəli yığıncağı" pyesində (1978) doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilmişdir. Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. Hamlet Qurbanov aktyor Ağadadaş Qurbanovun və opera müğənnisi Gülxar Həsənovanın oğludur. Aktrisa Gülşən Qurbanovanın və rejissor və kino rəssamı Firəngiz Qurbanovanın ögey qardaşıdır (ata bir, ana ayrı). 2013-cü ildə 75 illik yubleyi münasibətilə İTV-də "Xatırlananlar" adlı xatirə verilişi hazırlanmışdır.
Millət
Millət — insanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin, mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyi. "Millət" sözü ərəb mənşəli isimdir.