Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stonewall Kitchen
"Stonewall Kitchen" — ev yeməkləri istehsal edən ABŞ firması. Şirkətin məhsullarına cem, mürəbbə, souslar, marmeladlar daxildir. == Tarixi == Şirkətin əsası 1991-ci ildə Con Kinq və Cim Skot tərəfindən qoyulmuşdur. == Dəyəri == Firma hazırda 100 milyon dollarlıq bir dəyərə sahibdir.
Bash
Bash (Bourne Again Shell)- Unix üçün yazılmış shelldir. 1988-ci ildə Brian Fox tərəfindən yazılmağa başlamış və 1989-cu ildə beta versiya buraxılmışdır. Hal-hazırda Linux və Mac OS X əməliyyat sistemlərində susmaya görə istifadə edilən shelldir. Bash istifadəçi tərəfindən mətn şəklində verilən komandaları emal edir. Bash ilə shell skriptlər də yazmaq mümkündür.
Dash
Dash (Debian Almquist shell) - *nix əməliyyat sistemində shelldir. Bashla müqayisədə çox kiçikdir, həm də xüsusiyyətləri cəhətdən az zəngindir. Almquist shell-in xələfi olan dash, 1997-ci ildə Linux əməliyyat sisteminə port edilmiş, 2002-ci ildə isə adı dəyişdirilərək dash qoyulmuşdur.
Johnny Cash
Conni Keş (R. J. R. Keş; 26 fevral 1932[…] – 12 sentyabr 2003[…], Neşvill) — amerikalı müğənni, gitaraçı, aktyor və yazıçıdır. O ümumilikdə 90 milyondan artıq disk satmaqla bütün zamanların ən çox satan musiqi ifaçılarından biri olmuşdur. ilk olaraq xatirələrə kantri ikonu kimi gəlsə də, onun Rok-n-roll, rockabilly, blüz, Blüz xalq və incil janrlarında musiqiləri var.
Nash tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz.Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. == Tarixi == Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir. == Riyazi tərtibi == Fərz edək ki, ( S , H ) {\displaystyle (S,H)} — n normal formadakı şəxslərlə kooperativ olmayan oyundur , burada S — saf strategiyaların məcmusu və H — qələbə toplusu.
Ha*Ash
Ha*Ash — Pop country üslubunda mahnılar ifa edən Luizianalı musiqi qrupu.
Wish You Were Here
Wish You Were Here — ingilis rok qrupu Pink Floydun 1975-ci ilin sentyabrında buraxılmış 9-cu studiya albomu. Bu albom üçün mahnılar qrupun Avropaya konsert turları zamanı hazırlanmış, səs yazıları isə Londondakı Ebbi Roud studiyasında yazılmışdır. == Mahnıların siyahısı == Bütün sözlər Rocer Uotersə məxsusdur tərəfindən yazılmışdır..
Kitçen burnu
Kitçen burnu — Antarktidanın Cənubi Şetland adalarının Robert adasının şərqindəki Tirizis adası sahillərindən şərqdə yerləşən qayalardan ibarət burundur. Bransfild boğazından cənub-şərqdə, Kozloduy buxtası və Kruni buxtasından şimalda yerləşmişdir.Burun 1821-1822-ci illərdə Ann dəniz gəmisi ilə Cənubi Şetland adalarına gələn kapitan Cozef Kitçenin adını daşıyır. == Yerləşməsi == Kitçen burnu 62°23′14″ c. e. 59°20′42″ q. u. koordinatlarında yerləşmişdir. Robert burnundan 7.25 km şimal-şərqdə, Batuliya burnundan 1.9 km şimalda, Perelik burnundan 1.56 km cənub-şərqdə, Smirnenski burnundan 2.75 km cənub-şərqdə, Nelson adasında yerləşən Ross burnundan isə 12.33 km cənub-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al.
I Was Only Nineteen
"I Was Only Nineteen", "Only Nineteen" və ya A Walk in the Light Green – Avstraliya folk qrupu Redgumun ən məşhur mahnısı.
When I Was Older
"When I Was Older" — amerikalı müğənni Billi Aylişin mahnısı. Meksikalı rejissor Alfonso Kuaronun 2018-ci ildə çəkdiyi "Roma" filminin soundtrekində yer alıb. Mahnı 9 yanvar 2019-cu ildə Sony Masterworks tərəfindən sinql kimi buraxılıb. Mahnı sonralar onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
Grimgar of Fantasy and Ash
Grimgar of Fantasy and Ash və ya Yaponiyada tanınan adı ilə Hai to Gensou no Grimgar (灰と幻想のグリムガル, Hai to Gensō no Gurimugaru, azərb. Fentezi və Kül Qrimqarı‎) – Eyri Şirayın rəssamlığı ilə Ao Cuumonci tərəfindən yazılan ranobe seriyası. Bir qrup insanın özlərini qəfildən Qrimqar adlı fentezi dünyasında tapmasından və bu dünyaya adaptasiya olub sağ qalmağa çalışmasından bəhs edir. Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildən bu yana 19 cildi buraxılmışdır. Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında serializasiya olunmuşdur. 2016-cı ildə ranobe əsasında A-1 Pictures studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir. Ranobe J-Novel Club və Seven Seas Entertainment, manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerikada lisenziyalaşdırılmışdır. == Məzmun == Günlərin bir günü bir qrup gənc özlərini Qrimqar adlı fentezi dünyasında oyanmış halda tapırlar. Sadəcə adlarını xatırlayan bu insanlar bu dünyaya haradan gəldiyini bilmirlər, lakin buraya aid olmadıqlarını hiss edirlər. Oyunda ilişdiklərindən xəbərləri olmayan bu insanların tək çarəsi yeni dünyaya adaptasiya olub sağ qalmaqdır.
If Love Was a Crime
If Love Was a Crime (azərb. Əgər sevgi cinayət olsaydı...‎) — Bolqarıstanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Poli Genova "If Love Was a Crime" mahnısı ilə Bolqarıstanı İsveçin paytaxtı Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Borislav Milanov, Sebastian Arman, Yoakim Persson, Conni Palmer və Poli Genova tərəfindən bəstələnmişdir.
What Was I Made For?
"What Was I Made For?" — amerikalı müğənni Billi Aylişin "Barbi" filminin soundtrek albomuna daxil edilən mahnısı. 13 iyul 2023-cü ildə Atlantic, Darkroom və Interscope Records tərəfindən buraxılıb. "What Was I Made For?" Avstraliya, İrlandiya, İsveçrə və Birləşmiş Krallıqda birinci pilləyə yüksəlib.
The Witcher
Cadugər (pol. Saga o wiedźminie) — Polşalı yazıçı Andjey Sapkovski tərəfindən yazılmış Gerlat Of Rivia (Rivialı Geralt) adındakı canavar(bədheybət) ovçusu haqqında fantastik janrda hekayə və roman seriyası/ == Mövzu == Sapkovskinin kitablarında "Witcher", canavarlar ilə savaşmaq üçün, gənc yaşda qılınc dərsləri alan və böyük mutasiyalar keçirən canavar ovçusudur. Diqqətə çarpan xüsusiyyətləri pişiyəoxşar gözləri, kürəklərində daşıdıqları 2 uzun qılınc (biri canavarlar, biri insanlar üçün) və təhsil aldıqları məktəbin boyunbağıdır (Geraltın təhsil aldığı məktəb qurd məktəbi adlanır). Bu kitablar bir film , bir televiziya serialı , video oyunu seriyası, vizual roman və "Witcher Saga" olaraq da bilinən roman seriyası şəklində təqdim edilib.Hekayələr və romanlar İngilis dili də daxil olmaqla, bir çox dillərə tərcümə olunub. == Kitablar == The Witcher qısa hekayələri, 1980-ci illərin əvvəlində Fantastyka adındaki polşa jurnalında yayınlanırdı. İlk hekayə "Wiedźmin" ("The Witcher") (1986), jurnal tərəfindən təşkil edilən müsabiqə üçün yazılmışdı və üçüncü yeri qazanmışdı. Sehrbaz Geralt haqqındaki ilk dörd hekayə, 1990-cı ildəki qısa hekayə kolleksiyası olan Wiedźmin ilə başlamışdı. Çıxış adı "Droga, z której się nie wraca" ("Qayıdışı Olmayan Bir Yol") olan seriya Witcher hekayələrinin başındaki dünya və Geraltın ailəsi haqqındadır. İkinci nəşr olunan qısa hekayə kolleksiyası Miecz przeznaczenia (Taleyin Qılıncı)-dır. Ostatnie życzenie (Son Arzu), Taleyin Qılıncından sonra nəşr olunmasına baxmayaraq, "Qayıdışı Olmayan Bir Yol" istisna olmaqla (Geraltsız tək hekayə) bütün Witcher hekayələrini topladığı üçün ilk kitab olaraq qəbul edildi.
Bitches Broken Hearts
"Bitches Broken Hearts" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı Ayliş və prodüserlər Emmit Fenn və Finneas O'Konnell tərəfindən yazılıb. İlk dəfə 10 noyabr 2017-ci ildə SoundCloud üzərindən buraxılıb, sonradan 30 mart 2018-ci ildə sinql kimi bütün platformalar üçün yenidən yayımlanıb. Mahnı "You Should See Me in a Crown" sinqlının 7 düymlük vinil formatında B tərəfi kimi yer alıb. Mahnı həmçinin Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin genişləndirilmiş versiyasında və 2019-cu ildə buraxılmış studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
Kiten burnu
Kiten burnu və ya Qara-Burun (ukr. Китень) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri, Krımın Leninski rayonu ərazisində yerləşən burun. Arabat körfəzinə daxil olur. Semyonovka kəndi yaxınlığında yerləşir. Ərazisində Kerç şəhərinin mikrorayonlarından biri yerləşir. Cənubdan sahilləri hamar, şimaldan isə sıldırımlı və girintili-çıxıntılıdır.
Lord Kitchener Wants You
Lord Kitçener səni istəyir (ing. Lord Kitchener Wants You) — Böyük Britaniya ordusuna çağırışa səsləyən, 1914-cü ildə çəkilmiş plakat. Plakatdan, əsasən, Birinci dünya müharibəsi illərində istifadə olunmuşdur. Plakatda təsvir edilən Lord Kitçener rəsmi Alfred Let tərəfindən çəkilmişdir.
Bath
Bat (İngiltərə)
Cask
Cask — İranın Hörmüzgan ostanının şəhərlərindən və Cask şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,133 nəfər və 2,406 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Cass.
Alexandre Henri Gabriel de Cassini (fr. Alexandre Henri Gabriel de Cassini; 1781, Paris — 1832) — Fransa botaniki, tanınmış Kassini nəslinin sonuncu nümayəndəsi. Kassini tərəfindən adlandırılmış taksonlar: Brachyscome (1816) Carphephorus Dracopis Cassini Emilia Cassini Eurybia (Cassini) S.F. Gray Euthamia (Nuttall) Cassini 1825 Facelis Cassini Guizotia Cassini Helianthus pauciflorus Nuttall ssp. pauciflorus, (Stiff Sunflower), Helianthus laetiflorus var. rigidus və 'H. rigidus (Cassini) Desf. kimi də təqdim olunub Heterotheca Cassini Ixeris (Cassini) Cassini Ligularia Cassini Pallenis Cassini Pluchea Cassini Sclerolepis Cassini Youngia Cassini Taraxacum Cassini == Mənbə == Cassini, Henri. 1813. Observations sur le style et le stigmate des synanthérées. Journal de Physique, de Chemie, d'Histoire Naturelle et des Arts 76: 97–128, 181–201, 249-75. King, Robert M., Paul C. Janaske, & David B. Lellinger (compilers).
Kasa
Kasa (bürc) — Göyün cənub yarımkürəsində bürc. Kasa (mətbəx) — Yemək yemək üçün istifadə olunan qab.
İaso
İaso (yun. Ἰησώ, Iēsō) — yunan mifalogiyasında sağaltma, müalicə ilahəsi. Asklepin qızı . Higeya və Panakeyanın bacısı eyni zamanda Apollonun nəvəsi.
Cas9
Cas9 (CRISPR ilə əlaqəli protein 9) - antiviral xüsusiyyətlərə malik bakterial mənşəli bir proteindir . DNT-ni xüsusi ardıcıllıqla kəsmək qabiliyyəti onu geniş istifadə perspektivləri olan molekulyar biologiya vasitəsinə çevirmişdir . Elmi qurucularımızdan biri olan Dr. Emmanuel Charpentier CRISPR/Cas9 gen redaktəsini icad etmişdir. O vaxta qədər insanlar “CRISPR” sözünü yalnız bəzi bakteriya növlərinin antiviral mexanizmin bir hissəsi kimi istifadə etdiyi genetik məlumatın "Clustered Regularly Interspaced Short Palindromic Repeats" üçün qısaldılmış adı kimi bilirdilər. İndi, bir gen redaktə vasitəsi olaraq, CRISPR/Cas9 biotibbi tədqiqatlarda inqilab etdi və tezliklə bir neçə bioloji yeniliyin əvvəllər olduğu şəkildə tibbi sıçrayışlara imkan verə bilər. CRISPR/Cas9 DNT-ni dəqiq şəkildə kəsərək və sonra təbii DNT təmiri proseslərini öz üzərinə götürməklə genləri redaktə edir. Sistem iki hissədən ibarətdir: Cas9 fermenti və bələdçi RNT. == İstifadəsi == === Tibb və Sağlamlıq === CRISPR metodunun tibb və sağlamlıqda yeni dərman inkişaf işlərində, xəstə genlərin müəyyən edilməsində və müalicədə istifadə oluna biləcəyi düşünülür. Məsələn, tədqiqatçılar oraq hüceyrəli anemiya və hemofiliya kimi xəstəliklərə səbəb olan genetik pozğunluqlar üçün məqsədyönlü, effektiv müalicələr hazırlamaq üçün CRISPR-dən istifadə edirlər . 2019 - cu ildə aparılan bir araşdırma, genetik korluğu olan yetkin siçovulların CRISPR gen terapiyasından istifadə edərək müalicə oluna biləcəyini göstərdi.
Anton Fase
Anton Fase (6 fevral 2000, Harlem[d]) — Eerste Diviziya təmsilçilərindən olan Yonq AZ klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == Fase AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. Fase öz peşəkar karyerasında debütünü 1 sentyabr 2017-ci ildə etmişdir. O, 86-cı dəqiqədə Yonq Utrext klubu ilə qarşılaşmada El Hasnaouini əvəz etmişdir. Həmin görüşdə Yonq AZ liqa görüşündə Yonq Utrextə 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == 22 sentyabr 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Bahh Tee
Bahh Tee (tam adı: Bəxtiyar Əliyev 5 oktyabr 1988, Moskva) — Azərbaycan əsilli Rusiya repçisi. == Həyatı == Bahh Tee 1988-ci il oktyabr ayının 5-də Moskvada dünyaya gəlmişdir. === Şəxsi həyatı === == Diskoqrafiya == Bahh Tee-nin diskoqrafiyasına 2 studiya albomu daxildir.
Bask dili
Bask dili (Euskara) – baskların danışdığı dili. Bask dili, dil bilimciləri tərəfindən Hind-Avropa dilləri Avropaya yayılmamışdan öncə Avropada danışılan dillərdən qalan dillərdən biri olaraq qəbul edilir. Bu səbəbdən bu dilin dünyada danışılan başqa heç bir dillə yaxından qohum olmayan çox qədim bir dil olduğu düşünülür.
Bask Ölkəsi
Basklar ölkəsi (isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyillər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir. İspaniya nın şimalında avtonom bölgədir. Sahəsi 7,234 km ² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir.
Lasi
Lasi (lat. Latium) — qədim İtaliyada müasir roman dillərinin ilkin vətəni olan region. Romalıların bir xalq kimi formalaşdığı regiondur. Onun ərazisi hal-hazırda müasir İtaliyanın daha böyük inzibati-ərazi quruluşu olan Latsionun bir hissəsidir .
Lush
Lush — amerikalı müğənni Mitskinin ilk studiya albomu. 31 yanvar 2012-ci ildə yayımlanıb. Mitski albomu SUNY Purcase-də təhsil alarkən tələbə layihəsi kimi hazırlayıb. == Trek siyahısı == Bütün mahnılar Mitski tərəfindən yazılmış və bəstələnmişdir.
Bass boğazı
Bass boğazı — Sakit okeanı Hind okeanı ilə birləşdirən coğrafi boğaz. Avstraliya materikini Tasmaniya adasından ayırır. Boğazın eni 240 km, orta dərinliyi isə 50 m təşkil edir. Boğazın əmələ gəlməsi 10,000 il bundan əvvələ təsadüf edir. Belə ki, Tasman adası materikin bir hissəsi olmuşdur. Suyun qalxması nəticəsində Tasman adası əmələ gəlmişdir. Adına gəldikdə isə onu ilk dəfə üzüb keçən Metyu Flinders tərəfindən gəmi həkimi Corc Bassın şərəfinə vermişdir (1798). 21 oktyabr 1978-ci ildə boğazın üzərindən uçan Federik Valentik səssiz-səmirsiz itkin düşmüşdür.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Qass
Qass — Azərbaycan Respublikasının Zaqatala rayonunun Əli Bayramlı kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Əli Bayramlı kənd inzibati ərazi vahidi tərkibindəki Qass kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == Kənddə Qafqaz Albaniyasının tayfası olan saxurlar yaşayır.