Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pell-Mell
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Pell Mell (London)
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Bell
Bell — soyad. Dreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı. Meri Bell — Con Bell — Şimali İrlandıyalı fizikaçı.
Dell
Dell (ing. Dell, Inc.) — ABŞ-nin transmilli informasiya texnologiyaları şirkəti. 1984-cü ildə Maykl Dell tərəfindən yaradılmış şirkətin mərkəzi ofisi ABŞ-nin Texas ştatında yerləşir. Dell şirkəti 2013-cü ildə Fortune 500 jurnalının böyük şirkətlər siyahısında 51-ci, 2012-ci ildə HP və Lenovodan sonra dünyada 3-cü böyük kompüter istehsalçısı olmuşdur.
Wall.
Nataniel Vallix (ing. Nathaniel Wallich; 28 yanvar 1786, Kopenhagen – 28 aprel 1854, London) — XIX əsrin birinci yarısında Danimarka və İngiltərə cərrahı və botaniki.
Wella
Wella - Almaniyanın Darmştadt şəhərində yaradılmış dünya səviyyəli kosmetik məhsulların və qadın baxım ləvazimatlarını istehsalı ilə məşğul olan şirkət. 1880-cı ildə yaradılmış şirkət fəaliyyətinin 123-cü ilində Procter & Gamble şirkətinin tərkibinə daxil olmuşdur. Bu gün Wella məhsulları dünyanın 150 ölkəsinə idxal olunur. 1880-cı ildə Darmştadt şəhərində qadın bərbəri kimi işləyən Franz Ströher bu sahədə olan biliklərini biznes mühütində sınamaq qərarına gəlir. Bu baxımdan atılan ilk addım Ströher tərəfindən həmin şəhərdə kiçik dükkanın açılması və hazırlanan məhsualları oradan satılması ilə başlayır. İlk dövrlərdə satılan məhsulların tərkibinə qadın parik saçlarının hazılanmasında istifadə edilən məhsullardan vurulurdu. XIX əsrin sonlarına yaxın Almaniyada parik saçların istifadəsi qadınlar arasında dəb halına almışdı. Bu səbəbdən Wella tərəfindən istehsal edilən ilkin məhsullar Darmştadt şəhərində yaşayan xanımların diqqətini çəkə bilir. Qısa zamanda Franz Ströherin oğullarıda ataları tərəfindən yaradılan biznesə qoşulurlar və onların əsas işi hazır qadın tül saçlarının satışı ilə məşğul olmaq olur. XX əsrin əvvələrində ailə şirkəti olaraq fəaliyyət göstərən Wella sürətlə böyüməyə başlasada, Avropada da təsirləri hiss edilən maliyyə böhranları şirkətdən yan keçmir və nəticədə əldə edilən qazancın böyük hissəsi ziyanların ödənilməsinə sərf edilir.
Aleksandr Bell
Aleksandr Qrem Bell (ing. Alexander Graham Bell; 3 mart 1847[…], Edinburq – 2 avqust 1922[…]) — şotland mənşəli görkəmli alim, ixtiraçı, mühəndis və ilk real telefonun ixtiraçısı kimi tanınan novator. ABŞ-nin telekommunikasiya sahəsinin inkişafında əsas yeri tutan Bell Labs telefon şirkətinin qurucularından biri olmuşdur. Bellin atası, babası və qardaşı natiqlik və nitq üzrə işlə əlaqəli olublar. Anası və həyat yoldaşı Bellin həyat təcrübəsindən dərindən təsirlənərək kar olmuşlar. Onun eşitmə və nitq ilə bağlı axtarışları gələcəkdə eşitmə cihazları ilə bağlı sınağa gətirib çıxartdı və nəhayət Bell 1876-cı ildə ABŞ-nin ilk telefon patenti olaraq mükafatlandırıldı. Bell özünün ən məşhur ixtirasını onun əsl işi olan alimlik fəaliyyətinə ən böyük müdaxilə hesab edirdi və öz fəaliyyətində telefondan imtina etmişdir. Aeronavtika (təyyarəçilik), hava yastıqları və optik telekommunikasiya kimi bir çox digər ixtiralar Bellin həyatının növbəti dönəmində qeyd olunub. 1888-ci ildə Bell Milli Coğrafiya Cəmiyyəti-nin yaradıcı üzvlərindən birinə çevrildi. == Erkən həyatı == Aleksandr Bell 1847-ci ildə 3 mart tarixində Şotlandiyanın paytaxtı Edinburq şəhərində anadan olmuşdur.
Gertruda Bell
Gertruda Bell(ing. Gertrude Margaret Lowthian Bell; 14 iyul 1868[…] – 12 iyul 1926[…], Bağdad) — Böyük Britaniya kəşfiyyatçısı, yazıçısı, səyyahı, arxeoloqu. == Həyatı == Gertruda Bell 14 iyul 1868-ci ildə Şimali-qərbi İngiltərənin Durham şəhərində dünyaya gəlmişdi. Londonda Queens Collegedə təhsil gördükdən sonra 1887-ci ildə Oxfordda Lady Margaret Hallün tarix bölümündən məzun oldu. 1891-ci ildə Farsca öyrənməyə başladı və xalasının əri Sir Frank Lascellesin Tehrana elçi olaraq təyin edilməsinə görə 1892-ci ildə onun yanına getdi. Eyni ilin sonunda İngiltərəyə döndü və bu səyahətinə dair qeydlərini nəşrə hazırladı. 1894-cü ildə "Safar Nameh, Persian Pictures" başlığı altında imzasız olaraq çap olunan və İran ilə Osmanlı dövləti haqqındakı görüşlərini Anadolu, İstanbul və Bursaya dair qısa təsvirlərlə anladan bu kiçik kitab ölümündən sonra 1928-ci ildə və 1947-ci ildə yenidən basılmış, 1949-cu ildə da Almanca olaraq nəşr olunmuşdur. Gertruda Bell 12 iyul 1926-cı ildə vəfat edib. == Ədəbiyyat == Bell, Gertrude. Gertrude Bell: From Her Personal Papers 1914–1926.
Hell Energy
Hell Enerji (ing. Hell Energy) — ilk növbədə Avropa və Asiyada yayılmış məşhur bir enerji içki markasıdır. Hell Enerji MMC, 2006-cı ilin aprel ayında xüsusi bir şirkət olaraq quruldu. Üç ildən sonra isə Macarıstanda bazar lideri oldu. Brendin populyarlığı üçün əhəmiyyətli dönüş nöqtəsi isə AT&T Williams Martini Formula 1 Yarış Komandası ilə iki illik sponsorluq müqaviləsi oldu. Burada, Hell Energy, Formula 1 Yarışında iştirakçılara sponsorluq etmiş olan ikinci enerji içkisi olmuşdur. Hell Energy, Rumıniya, Bolqarıstan, Slovakiya, Kipr və Azərbaycanda bazar lideridir və dünyanın 40-dan çox ölkəsində satış etməkdədir. Hell Energy'nin Macarıstan, Türkiyə, Rumıniya, Böyük Britaniya, Rusiya və Kiprdə mərkəzi ofisləri vardır. Hell Energy bir qutusunun kofein miqdarı 90 mg / 250 ml (32 mg / 100 ml) təşkil edir. Bu bir fincan qəhvə ilə eynidir.
Kristen Bell
Kristen Bell (ing. Kristen Anne Bell; 18 iyul 1980, Hantinqton-Vuds[d], Miçiqan) — ABŞ aktrisası və müğənnisi.
Leksi Bell
Leksi Bell (5 avqust 1987, İndependens[d], Luiziana) – ABŞ pornoaktrisası. Leksi Bell 2012-ci ilin rəsmi məlumatların əsasən 293 pornoqrafik filmdə çəkilmişdir.. == Həyatı == Leksi Bell 5 avqust 1987-ci il tarixində ABŞ-də anadan olmuşdur. Leksi Bell əvvəllər video-maqazində çalışmışdır. Onun MySpace saytında şəklini görən rejissorlardan biri ona nəzər yetirmiş və Leksini filmə dəvət etmişdir. Bu təklifdən 3 ay sonra 2006-cı ildə Leksi ilk dəfə olaraq pornoqrafik film karyerasına başlamışdır. Bu zaman Leksi Bellin 18 yaşı var idi.
Maksimilian Şell
Maksimilian Şell (ing. Maximilian Schell; 8 dekabr 1930[…], Vyana – 1 fevral 2014[…], İnsbruk) — Oskar mükafatına layiq görülən avstriyalı aktyor == Həyatı == Maksimilian Şell 8 dekabr 1930-cu ildə Vyanada anadan olub. "Oskar" mükafatına layiq görülən sənətçi aktyorluqla yanaşı, rejissorluq və ssenaristlik də edirdi. İsveçrəli yazıçı Herman Ferdinand Şellə avstriyalı sənətçi Noe fon Nordberqin övladı olan Maksimilian Şell, İkinci Dünya müharibəsindən sonra alman dilində olan bir filmdəki roluna görə "Oskar" mükafatı alan ilk aktyor oldu. Peşə fəaliyyəti dövründə cəmi 6 dəfə "Oskar" mükafatına namizəd olan Maksimilian Şell aktrisa olan bacısı Mariya Şellin kölgəsində qalmış və yalnız 1962-ci ildə mükafatını ala bilmişdi. Şell 60 illik peşə fəaliyyətindən sonra "Das Urteil von Nürnberg" (Nürnberq hökmü) adlı filmdəki rolu ilə "Oskar" mükafatına layiq görüldü. 2002-ci ildə 17 illik həyat yoldaşı, rus sənətçisi Natalya Andreyçenkodan boşanan Şell, daha sonra alman opera ifaçısı İva Mixanoviçlə ailə həyatı qurmuşdu. 1958-ci ildə Şell Hollivuda gedir və ABŞ-nin məşhur sənətçilərindən olan Marlon Brando ilə ekran qarşısına çıxır. Şell "The Young Lions", "Judgment at Nuremberg", "Topkapi", "Julia", "The Castle", "Erste Liebe" kimi bir çox filmlərdə öz aktyorluq məharətini sərgiləmişdi. Avstriya, Almaniya və Hollivudda bir çox filmlərdə oynayan məşhur aktyor, eyni zamanda, teatr sənətçisi olaraq da tamaşaçılarının qəlbinə yol tapmağı bacarmışdı.
Maksimillian Şell
Maksimilian Şell (ing. Maximilian Schell; 8 dekabr 1930[…], Vyana – 1 fevral 2014[…], İnsbruk) — Oskar mükafatına layiq görülən avstriyalı aktyor == Həyatı == Maksimilian Şell 8 dekabr 1930-cu ildə Vyanada anadan olub. "Oskar" mükafatına layiq görülən sənətçi aktyorluqla yanaşı, rejissorluq və ssenaristlik də edirdi. İsveçrəli yazıçı Herman Ferdinand Şellə avstriyalı sənətçi Noe fon Nordberqin övladı olan Maksimilian Şell, İkinci Dünya müharibəsindən sonra alman dilində olan bir filmdəki roluna görə "Oskar" mükafatı alan ilk aktyor oldu. Peşə fəaliyyəti dövründə cəmi 6 dəfə "Oskar" mükafatına namizəd olan Maksimilian Şell aktrisa olan bacısı Mariya Şellin kölgəsində qalmış və yalnız 1962-ci ildə mükafatını ala bilmişdi. Şell 60 illik peşə fəaliyyətindən sonra "Das Urteil von Nürnberg" (Nürnberq hökmü) adlı filmdəki rolu ilə "Oskar" mükafatına layiq görüldü. 2002-ci ildə 17 illik həyat yoldaşı, rus sənətçisi Natalya Andreyçenkodan boşanan Şell, daha sonra alman opera ifaçısı İva Mixanoviçlə ailə həyatı qurmuşdu. 1958-ci ildə Şell Hollivuda gedir və ABŞ-nin məşhur sənətçilərindən olan Marlon Brando ilə ekran qarşısına çıxır. Şell "The Young Lions", "Judgment at Nuremberg", "Topkapi", "Julia", "The Castle", "Erste Liebe" kimi bir çox filmlərdə öz aktyorluq məharətini sərgiləmişdi. Avstriya, Almaniya və Hollivudda bir çox filmlərdə oynayan məşhur aktyor, eyni zamanda, teatr sənətçisi olaraq da tamaşaçılarının qəlbinə yol tapmağı bacarmışdı.
Mary Bell
Meri Bell (ing. Mary Flora Bell; d. 26 may 1957) — .
Meri Bell
Meri Bell (ing. Mary Flora Bell; d. 26 may 1957) — .
Qrehem-Bell
Qrehem-Bell — Frans-İosif Torpağı arxipelaqının ucqar şərqində, Barens dənizində, Avropanın şimalında yerləşir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Sahəsi 1,7 min km² təşkil edir. Ada 1899-cu ildə amerikalı meteoroloq İvlin Briqqs Bolduin tərəfindən kəşf edilmiş və Aleksandr Qreyam Bellin şərəfinə adlandırılmışdır. Ən hündür nöqtəsi 509 metrdir. Ən iri gölləri — Melkoe, Şimal gölü. Ən ucqar nöqtələri— Aerosyomki burnu, qərb — Semerıx burnu, şərq Olni burnu, şimal Kolzat burnu, cənub Leyter burnu. Qərbində Matuseviç köfəzi, şərqində isə İlistaya buxtası yerləşir. Ən yaxın adaları — Perlamutovıy və Tryoxluçevoy. Qərbində yerləşən Vilçek Torpağından Morqan boğazı ilə ayrılır.
Bell & Ross
Bell & Ross — İsveçrəli dizaynerlərin, Bruno Belamişin rəhbərlik etdiyi fransız saat markası. == Tarixi == Bell & Ross 1992-ci ildə yaradılıb. Onun əsasını çoxdankı dostlar — dizayner Bruno Belamiş və iş adamı Karlos Rosillo qoyub. Təsisçilərin adlarının ilk hecaları yeni brendin adı üçün əsas olub. Onların yaratdığı saat modeli öz spesifikliyinə görə dərhal NATO və şirkətin gələcək taleyini təyin edən xüsusi xidmət orqanlarını maraqlandırdı. Brendin Əhəmiyyətinin artmasına səbəb olan hadisə 1997-ci ildə şirkətdə böyük bir pay alan və onun kütləvi bazara çıxmasına imkan verən Chanel ilə bağlanmış müqavilə idi. == Ədəbiyyat == « La montre présidentielle à l'heure de vérité », in Hallier, tout feu tout flamme, İjon-Piser Sullyet, 2023, p.83.
Raymond Weil
Raymond Weil (Fransızca tələffüz: [ʁemɔ̃ vɛːj]) — 1976-cı ildə Cenevrədə Raymond Vayl və Simone Bedat tərəfindən qurulmuş İsveçrə lüks saat istehsalçısı. 1996-cı ildə Simone Bedat və oğlu "Bedat & Co" brendi altında saat istehsalçısını yaratmaq üçün şirkəti tərk etdi. Raymond Vayl 2002-ci ildə təqaüdə çıxana qədər şirkətə rəhbərlik etdi; 2014-cü ildə vəfat edib. Şirkəti hazırda Vaylın nəvəsi Elie Bernhaym idarə edir. Vayl əvvəlcə dizaynlarını Cenevrədəki piştaxtada qatlana bilən körpü masasından satdı. Bu seriyaya həm ənənəvi yay və dişli mexaniki İsveçrə saatları, həm də kvarsla işləyən saatlar daxildir. O aşağı-lüks saat alıcılarına beynəlxalq səviyyədə satdı. 2014-cü ildən etibarən şirkət orta hesabla 1000 funt sterlinq qiymətə ildə 200.000 saat satmışdır. 2018-ci ilin iyul ayında şirkət baş ofisini Mançesterdəki Müqəddəs Pyotr meydanına köçürdü.
Laurel Hell
Laurel Hell — amerikalı müğənni Mitskinin altıncı studiya albomu. 4 fevral 2022-ci ildə Dead Oceans tərəfindən buraxılıb. Albomun prodüserliyini Patrik Haylend etmişdir. Albomun mahnıları sinti-pop, indi-pop və elektronik rok janrındadır.
Bell (dəqiqləşdirmə)
Coğrafiyada Bell adası — Bell (ada) — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. Bell-Ayl (boğaz) — Kanadanın şərqində Labrador yarımadasını Nyufaundlend adasından ayırır. Tibbdə Bell fenomeni — sinir xəstəliyi Bell iflici — xəstəlik.
Ştefan Hell
Ştefan Hell – (23 dekabr 1962 il, Santana, Rumıniya) — alman fiziki, Maks Plank Cəmiyyətinin Biofiziki Kimya İnstitutunun direktorlarından biridir. 2014 il-də “Yüksək ayırdetmə qabiliyyətinə malik flüoresan mikroskopiyasının inkişafına görə”Kimya üzrə Nobel mükafatı laureatı adına layiq görülüb. ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (2016il), Papa Elmlər Akademiyasının üzvü (2019il). == Bioqrafiyası == Ş.Heelin ailəsi Banat Svab sülaləsindən idi. Orta məktəb təhsilini Timişoara şəhərində alıb. 1979-cu ildə valideynləri ilə birlikdə Almaniyaya mühacirət edib. Ştefan Hell 1981-ci ildə Heydelberq Universitetinə (Almaniya) daxil olub və 1990-cı ildə həmin universitetdə fizika üzrə doktorluq dərəcəsi alıb. Onun elmi rəhbəri bərk cisim fizikası üzrə mütəxəssis prof. Zieqfrid Hunqlinger və dissertasiyasının mövzusu “Şəffaf mikrostrukturların konfokal mikroskopda təsviri” olub. Bir müddət Ştefan Hell müstəqil bir ixtiraçı kimi və konfokal mikroskopiyada sahə dərinliyini (eksenel optik ayırdetmə) yaxşılaşdırmaq üzərində çalışdı və bu, sonradan 4Pi mikroskopunun ixtirasına səbəb oldu.
Tell (arxeologiya)
Tell zamanla torpaqla örtülmüş və təpəyə çevrilmiş köhnə yaşayış məntəqələrinə verilən addır. Tellər, ümumiyyətlə, üst-üstə yığılmış çoxfazalı məskunlaşma çöküntüləridir və müasir dövr ilə müqayisədə ən yaxını yuxarıda olmaqla ən qədim dövrə qədər uzanan təbəqələşmə nümayiş etdirir. Onların hündürlüyü 1–40 metr, eni isə 1000–1500 metr ola bilər. Onlar sivilizasiyaların öyrənilməsində mühüm istinadlardırlar.
Tell Abad
Abada - İraqın Diyala çayı hövzəsində yerləşən arxeoloji abidə. Yaşayış yenində arxeoloji qazıntılar 1977-1978-ci illərdə Sabah Abboud Jasimin rəhbərliyi ilə aparılmışdır. Orada Übeyd mədəniyyətinə aid dulusçuluq aşkar edilmişdir (III səviyyə), bir hissəsi Samərra, Çoqa Mami və Xassuna mədəniyyətindən götürülmüşdür. Burada 14-16 otaqdan ibarət böyük evlər də tapıldı. Daha sonra Hacı Məhəmməd tipli keramika, habelə böyük evlər, o cümlədən ictimai bina olma ehtimalı olan bir ev 2-ci səviyyədən aşkar edilmişdir. Bu təbəqələrdən çox miqdarda çaxmaqdaşı , gil heykəlciklər, sümük və daş əşyalar, uşaq qəbirləri və s. aşkarlandı. Qalinj Ağa D tipli keramika parçaları və Dalma təpə tipli barmaq basqılı keramika nümunələri, Übeyd IV tipli keramikanın tək örnəkləridir. Sabah Abboud Jasim, « Excavation of Tell Abada, Iraq », Paléorient, 7/2, 1981, p. 101-104.
Yell boğazı
Yell boğazı - (ing. Yell Sound) Şotlandiyanın Şetlənd arxipelaqına daxil olan Yell və Meylənd adaları arasında yerləşir. Boğaz sahillərində kiçik Biqqa, Lamba, Linqa, Littl-Po, Littl-Xolm, Makl-Xolm, Orfasey, Brozer, Semfri, Fiş-Xolm və Yunari adaları vardır. Sahilləri girintili-çıxıntılıdır. Bu səbəbdən burada çoxlu buxta və körfəz vardır. Ən irisi Sallom-Vo şimalda, qərb hissədə Ronas-Xill körfəzləri vardır. Yell adası sahillərində Barrovo, Komister, Ulsta, Vest-Senduik, Meylənd adasında Brey, Nirt-Po, Ollaberri, Toft, Xampavo kəndləri yerləşir. Toft və Ulsta arasında gəmi bərə fəaliyyət göstərir. Sallom-Vo buxtasında <<Sallom-Vo>> Neft terminalı vardır. Skotsda hava limanı vardır.
Vilhelm Tell
Vilhelm Tell — XIII əsrdə və XIV əsrin əvvəllərində yaşadığı iddia edilən əfsanəvi isveçrəli qəhrəmandır. İsveçrədə Bürgen kəndində yaşadığı iddia edilir. Yüksək oxçuluq qabiliyyətilə məşhurlaşmışdır. Vilhelm Tellin XIV əsrin əvvəlində, İsveçrəni Avstriya aslılığından qurtarmağa kömək etdiyinə inanılır. İsveçrəni imperator I Albert adına idarə edən Vali Gessler, imperatorluq papağını Altdrof meydanında bir dirəyə asdırır və gəlib keçənin buna salam verməsini əmr edir. Tell, Gesslerin papağını salamlamadığı üçün tutulur. Tellin oxçuluqdakı məşhurluğundan xəbərdar olan Gessler, Tellin oğlunun başına qoyulacaq bir almanı oxla vura bilmədiyi halda ikisini də həbs edəcəyini dedi. Tell bu çətin işi bacarır və oğlunu yaralamadan almanı ikiyə bölür. Lakin atışı etmədən öncə əlinə iki ox aldığını görən Gessler, bunun səbəbini soruşduqda, Tell, ikinci oxu oğlunun ölməyəcəyi halda Gessleri öldürmək üçün istifadə edəcəyini bildirdi. Buna görə, Gessler tərəfindəm həbsə məhkum edilir və qalaya göndərilir.
Son həll
Son həll (alm. Endlösung‎) və ya Yəhudi məsələsində son həll (alm. die Endlösung der Judenfrage‎) İkinci dünya müharibəsi ərzində Nasist Almaniyasının yəhudilərin soyqırımı məqsədilə hazırladığı plandır. Bu siyasətin başlanması barədə qərar 1942-ci ilin yanvarında Berlin yaxınlığında nasist liderləri tərəfindən təşkil olunmuş Vanze konfransında qəbul olunmuş, alman işğalı altında olan bütün Avropa ərazisində başlamış və Avropa yəhudilərinin üçdə iki hissəsinin Holokost hadisələri zamanı öldürülməsi ilə öz pik nöqtəsinə çatmışdır. Bu proqram müharibənin ilk 25 ayı ərzində təkmilləşdirilmişdir. 1940-cı ildə Fransanın alman qoşunları tərəfindən işğal olunmasından sonra Adolf Eyxman Avropa yəhudilərinin Madaqaskar planı üzrə bu fransız koloniyasına aparılmasını təklif etsə də, lojistik səbəblərdən, xüsusilə də Almaniyanın dəniz blokadasında olması səbəbilə bu plan baş tutmadı. Bundan başqa, yəhudilərin Fələstin və Sibir ərazilərinə deportasiya olunması məqsədilə də müvafiq planlar hazırlanmışdı. 1941-ci ildə Raul Hilberqin yazdığına görə yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsini nəzərdə tutan birinci mərhələdə mobil ölüm birləşmələri şərq istiqamətində işğal olunmuş ərazilərdə yəhudilərin kütləvi qırğınına başlamalı, ikinci mərhələdə isə "Son həll" planının sistematik tətbiqi məqsədilə alman işğalı altında olan bütün Avropa ərazisində yəhudilər ölüm qatarlarına göndərilməli və toplama düşərgələrində yığılmalı idi. "Son həll" etnik yəhudilərin məhv edilməsini qarşısına məqsəd qoyan nasistlər tərəfindən təşkil olunmuş plana verilən addır. Nasistlər hələ 1933-cü ilin yanvarında Almaniyada hakimiyyəti ələ keçirmələrindən etibarən 1939-cu ilin sentyabrında müharibənin başlamasına qədər Almaniyadakı yəhudilərin pul və mülklərini əllərindən almaqla onları ölkədən çıxmağa məcbur edirdilər.
Təll Bənat
Təll Bənat İraqın Neynəvə mühafəzəsinin Səncər qəzasında kənd. Təll Bənat kəndi Səncər dağlarının güneyində yerləşərək; mübahisəli bölgəyə aiddir. Əhalisi əsasən Yezidilərdən ibarət olaraq; burada eləcə 1,400 nəfər Şiə Türkman da yaşamaqdadır. 2014-cü ilin avqustunda İraq və Şam İslam Dövləti Təl Banatdan 200-dən çox qadın və uşağı qaçırmışdı.
Rough cut
Rough Cut istehsal zamanı əldə edilən media fayllarını istehsalın ssenari gedişatına uyğunlaşdırmaqla vahid media qeydinin yaradılmasına aiddir. Bu şəkildə montaj etməkdə məqsəd təsvirləri və səsləri ssenari ilə sinxronlaşdırmaqdır. Rough Cut mərhələsində hələ çəkilməmiş səhnələr əvəzinə "Storyboard" kadrları və ya düzəldilməmiş səs faylları ola bilər. Bu mərhələdə əlavə edilən media şəkillərinin uzunluğu az əhəmiyyət kəsb edir. Bu səbəbdən bu redaktə mərhələsində ani səs sıçrayışları və sürətli səhnə keçidləri görülür.
J.E.Wright
Corce Eduardo Rayt (isp. Jorge Eduardo Wright; 20 aprel 1922, Buenos-Ayres – 4 yanvar 2005) — Argentina mikoloqu. == Elmi fəaliyyəti == Corce Eduardo Rayt mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == E.O. Albertó., B.E. Lechner, J.E. Wright. 2004. The genus Pleurotus in Argentina. Mycologia 96 ( 4 ): 849 - 857 B.E. Lechner, J.E. Wright, E.O. Albertó. 2005. The genus Pleurotus in Argentina: mating tests. Sydowia 57 ( 2) : 233 - 245.