Son həll

Reynxard Heydrixin Martin Lüterə "Yəhudi məsələsində son həll" planının tətbiq olunması məqsədilə inzibati köməklik göstərməsi barədə məktubu, 26 fevral 1942-ci il
Nasional sosializm
Əsas anlayışlar
İdeologiya
Tarix
Şəxslər
Təşkilatlar
Nasist partiyası və hərəkatı
Yaxın anlayışlar

Son həll (alm. Endlösung‎) və ya Yəhudi məsələsində son həll (alm. die Endlösung der Judenfrage‎) İkinci dünya müharibəsi ərzində Nasist Almaniyasının yəhudilərin soyqırımı məqsədilə hazırladığı plandır.[1] Bu siyasətin başlanması barədə qərar 1942-ci ilin yanvarında Berlin yaxınlığında nasist liderləri tərəfindən təşkil olunmuş Vanze konfransında qəbul olunmuş[2], alman işğalı altında olan bütün Avropa ərazisində başlamış və Avropa yəhudilərinin üçdə iki hissəsinin Holokost hadisələri zamanı öldürülməsi ilə öz pik nöqtəsinə çatmışdır.[3][4]

Bu proqram müharibənin ilk 25 ayı ərzində təkmilləşdirilmişdir. 1940-cı ildə Fransanın alman qoşunları tərəfindən işğal olunmasından sonra Adolf Eyxman Avropa yəhudilərinin Madaqaskar planı üzrə bu fransız koloniyasına aparılmasını təklif etsə də, lojistik səbəblərdən, xüsusilə də Almaniyanın dəniz blokadasında olması səbəbilə bu plan baş tutmadı. Bundan başqa, yəhudilərin FələstinSibir ərazilərinə deportasiya olunması məqsədilə də müvafiq planlar hazırlanmışdı.[5] 1941-ci ildə Raul Hilberqin yazdığına görə yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsini nəzərdə tutan birinci mərhələdə mobil ölüm birləşmələri şərq istiqamətində işğal olunmuş ərazilərdə yəhudilərin kütləvi qırğınına başlamalı, ikinci mərhələdə isə "Son həll" planının sistematik tətbiqi məqsədilə alman işğalı altında olan bütün Avropa ərazisində yəhudilər ölüm qatarlarına göndərilməli və toplama düşərgələrində yığılmalı idi.

1939-cu ilin ortalarında içərisində Almaniyadan olan yəhudi qaçqınlar olan alman gəmisi MS Sent Luis Kuba, Kanada və ABŞ-a daxil olmaqdan imtina etmişdi

"Son həll" etnik yəhudilərin məhv edilməsini qarşısına məqsəd qoyan nasistlər tərəfindən təşkil olunmuş plana verilən addır.

Nasistlər hələ 1933-cü ilin yanvarında Almaniyada hakimiyyəti ələ keçirmələrindən etibarən 1939-cu ilin sentyabrında müharibənin başlamasına qədər Almaniyadakı yəhudilərin pul və mülklərini əllərindən almaqla onları ölkədən çıxmağa məcbur edirdilər. Nasist Partiyası tərəfindən qəbul olunmuş Nürnberq qanunlarına görə yəhudilərqaraçılar (daha az sayda olmalarına baxmayaraq) "Avropada yeganə əcnəbi insanlar" hesab edilirdi.[6] 1936-cı ildə Münhen şəhərində fəaliyyət göstərən Qaraçı İşləri üzrə Büronun adı dəyişdirilərək "Qaraçı Təhdidi ilə Mübarizə Mərkəzi" adlandırıldı. 1937-ci ilin sonlarında təqdim olunmuş "Qaraçı məsələsində son həll" planına əsasən bu millətdən olan nümayəndələrin həbs olunaraq Daxau, Buhenvald, Flossenbürq, Mauthauzen, Natzveyler, Ravensbrük və Vesterbork həbs düşərgələrinə aparılmasını nəzərdə tuturdu. 1938-ci ildə Avstriyanın "Anşluss" siyasəti nəticəsində Almaniyaya birləşdirilməsindən sonra VyanaBerlin şəhərlərində yəhudi emiqrasiyasını "asanlaşdırmaq" məqsədilə bu şəhərlərdə xüsusi ofislər təşkil olundu.

Müharibənin başlanması və Polşanın işğal olunması 3.5 milyon Polşa yəhudisinin Nasist Almaniyası və Sovet təhlükəsizlik qüvvələrinin nəzarəti altına keçməsi ilə nəticələndi.[7] Alman işğalı altında olan Polşa ərazilərində məskunlaşmış yəhudilər növbəti əmr imzalanana qədər yüzlərlə müvəqqəti gettoya köçürüldü.[8] İki ildən sonra, 1941-ci ilin iyun ayının sonlarında SSRİ əleyhinə Barbarossa əməliyyatının başlanması ilə birlikdə alman liderləri Hitlerin yeni antisemitizm planını həyata keçirməyə, yəhudiləri uzaqlaşdırmaqdan daha çox başqa məqsədləri həyata keçirməyə başladı.[9] Britaniyaya qarşı hava kampaniyasının uğursuzluğa düçar olmasından sonra yəhudilərin alman nəzarəti altında olan ərazilərdən qovulmasını nəzərdə tutan Hitlerin ilkin ideyaları dəyişikliyə məruz qaldı.[10] Yeni planın memarı olan Henrix Himmler bu planı "Yəhudi məsələsində son həll" adlandırırdı. 31 iyul 1941-ci ildə reyxmarşal Herman Görinq Reynhard Heydrixə yeni planın məqsədə çatması üçün Heydrix qarşısında konkret məqsədlər qoydu.[11]

1941-ci ilin iyununda işğal olunmuş Polşa ərazilərindən başlayan Barbarossa əməliyyatının başlanğıcında SSOrpo batalyonunun mobil ölüm birləşmələri Sovet nəzarəti altında olan Polşanın şərqinə göndərildi və işğal olunmuş Sovet respublikalarının içərilərinə doğru irəliləyərək bütün yəhudiləri öldürməyə cəhd etdilər. Qırmızı Ordunun geri çəkilməsindən sonra, 1941-ci ilin iyul ayının əvvəllərində Belostok şəhərinə səfər edən Himmler alman-Sovet cəbhə xəttinin arxasında yerləşən bütün yəhudiləri partizan adlandırdı. Onun yeni göstərişləri SS və polis liderlərinə cəbhə xəttinin arxasında yerləşən bütün yəhudilərə qarşı kütləvi qırğın həyata keçirməyə icazə verirdi. Yəhudilərin aradan götürülməsinin ikinci mərhələsində mərkəzi, qərbi və cənub-şərqi Avropada yaşayan yəhudilər Holokost qatarları vasitəsilə yeni inşa olunmuş qaz kameraları olan həbs düşərgələrinə aparıldı. Daimi qaz kameraları ilə təchiz edilmiş AuşvitsTreblinka ölüm düşərgələri çox sayda yəhudinin qısa vaxt ərzində öldürülməsi məqsədilə inşa olunmuşdu.

Bütün Avropa yəhudilərinin öldürülməsini nəzərdə tutan planın qəbul olunduğu Vanze konfransı 20 yanvar 1942-ci ildə Berlin yaxınlığında baş tutmuşdu. Heydrixin başçılığı ilə təşkil olunan bu konfransda Nasist Partiyası və alman hökumətinin 15 yüksək rütbəli rəsmisi də iştirak edirdi. Bu konfransda iştirak edənlərin əksər hissəsi daxili işlər nazirliyi, xarici işlər nazirliyi və ədalət nazirliyini təmsil edirdi. Konfrans zamanı Heydrix bildirirdi ki, "Son həll" variantı təqribən 11 milyon Avropa yəhudisini əhatə edəcəkdi. Bu rəqəm təkcə Nasist Almaniyasının nəzarəti altında olan ərazilərdə olan yəhudiləri deyil, qalan bütün neytral Avropa dövlətlərini də əhatə edirdi. Bu konfransın bir neçə dəqiqəlik çıxışının surəti 1947-ci ilin martında Antihitler koalisiyası tərəfindən tapılsa da, bu sənədin ilk Nürnberq prosesində sübut kimi iştirak etməsi üçün artıq çox gec idi.[12]

  1. Browning i, Christopher. The Origins of the Final Solution: The Evolution of Nazi Jewish Policy, September 1939 – March 1942. U of Nebraska Press. "In a brief two years between the autumn of 1939 and the autumn of 1941, Nazi Jewish policy escalated rapidly from the pre-war policy of forced emigration to the Final Solution as it is now understood—the systematic attempt to murder every last Jew within the German grasp. 2007.
  2. "Wannsee Conference and the Final Solution". United States Holocaust Memorial Museum. 2018-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2019.
  3. David S. Wyman; Charles H. Rosenzveig. The World Reacts to the Holocaust. JHU Press. 1996. səh. 99. ISBN 0801849691.
  4. Holocaust Encyclopedia. "'Final Solution': Overview". United States Holocaust Memorial Museum. 2 mart 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2019.
  5. Niewyk, Nicosia, 2000. səh. 76
  6. Ian Hancock. Jonathan C. Friedman (redaktor). The Routledge History of the Holocaust. Taylor & Francis. 2010. səh. 378. ISBN 1136870601. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
  7. Lukas, Richard. Out of the Inferno: Poles Remember the Holocaust. University Press of Kentucky. 1989. 5, 13, 111, 201. ISBN 0813116929.
  8. Holocaust Encyclopedia. "German Invasion of Poland: Jewish Refugees, 1939". Washington, DC: United States Holocaust Memorial Museum. 2018-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
  9. Grenke, Arthur. God, Greed, and Genocide: The Holocaust Through the Centuries. New Academia Publishing. 2005. səh. 92. ISBN 097670420X. 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
  10. Browning, Christopher R. The Path to Genocide: Essays on Launching the Final Solution. Cambridge University Press. 1995. 18–19, 127–128. ISBN 978-0-521-55878-5. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08 – Google Books vasitəsilə.
  11. Göring, Hermann. "Authorization letter of Hermann Göring to Heydrich, 31 July 1941" (PDF). House of the Wannsee Conference. 31 iyul 1941. 19 February 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2019.
  12. "Protocol of Conference on the final solution (Endlösung) of the Jewish question" (PDF). House of the Wannsee Conference. 2020-01-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]