Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
KamAZ "Shuttle"
KamAZ "Shuttle" (KamAZ "Chelnok") — 2016-cı ildə KamAZ və METAAMİ (abr. Mərkəzi Elmi Tədqiqat Avtomobil və Avtomobil Mühərrikləri İnstitutu) tərəfindən birgə istehsal edilən kiçik elektrikli avtobus. İlk dəfə 2016-cı ildə Moskva Beynəlxalq Avtosalonunda nümayiş edilmişdi. Yandex, yol və nəqliyyatın intensivlik məlumatlarının emalı üçün infrastrukturun qurulması üçün məsuliyyət daşıyırdı və ona görə də avtobusun layihə inkişaf komandası ilə əlaqə saxlamışdır. Engadget:Russia's search giant is making a self-driving shuttle bus. (ing.) КАМАЗ и НАМИ показали автомобиль под названием «Шатл». (rus.) Видео от редакции журнала «Drive2».
Little Big
Little Big — Sankt-Peterburqda yaradılan, reyv- və hip-hop-qrupu. Little Big musiqi qrupu 2013-cü ildə yaranmışdır. Onların 2018-ci ildə ifa etdikləri "Skibidi" mahnılası böyük populyarlıq qazanmışdı. Qrup Rusiyanı 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.
Little Boy
Little Boy (azərb. Balaca oğlan‎) – hücum məqsədləri üçün istifadə edilən dünyanın ilk atom bombasıdır. 6 avqust 1945-ci il tarixində ABŞ tərəfindən Yaponiyanın Hiroşima şəhərinə atılmışdır. Xirosima şəhərinin 550 metr yüksəkliyində partladılan nüvə bombasının partlayış gücü 18000 ton TNT (Trinitrotoluolen) partlayıcıya bərabər idi. Gücünü uran atomunun parçalanmasından çıxan enerjidən alan bu bomba ABŞ-nin İkinci Dünya Müharibəsi dövründə gizli bir formada həyata keçirmiş olduğu Manhattan Layihəsi nəticəsində hazırlanmışdır. Xirosima partlayışı ABŞ-də həyata keçirilmiş olan Trinity Testindən sonra tarixdə baş vermiş olan ikinci nüvə partlayışıdır. Bundan üç gün sonra Naqasakiyə "Gonbul Adam" adlı dünyanın üçüncü atom bombası atılmışdır. Bomba Enola Gay adlı B-29 bombardmançı təyyarəsindən 6 avqust 1945-ci ildə yerli vaxtla 8:15 radələrində atılmışdır. Hərbi təyyarənin pilotu ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Paul Warfileld Tibbets olmuşdur. 44.4 saniyəlik sərbəst düşmədən sonra barometrik tətiklərin açılması ilə detonasiya mexanizmi işə salınmışdır.
Little Caesars
Little Caesar Enterprises Inc. (fəaliyyət göstərdiyi ad: Little Caesars) — 1959-cu ildə ABŞ-də yaradılmış pizza restoranları şəbəkəsi. Little Caesars ABŞ-də Pizza Hut və Domino's-dan sonra üçüncü ən böyük pizza şəbəkəsidir.
Armstrong Whitworth Whitley
Armstrong Whitworth Whitley— İngiltərədəki Armstrong Whitworth Aircraft şirkəti tərəfindən istehsal edilən orta bombardmançıdır. Təyyarə 1930-cu illərdə Vickers Wellington və Handley Page Hampden ilə birlikdə hazırlanmış və 1937-ci ildə istifadəyə verilmişdir.
Norwegian Air Shuttle
Norwegian (Norwegian Air Shuttle) IAG Group şirkətinin nəznində xidmət göstərən Norveçin milli aviaşirkəti.
Barry White
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi. Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir. Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır. Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
White Fox
White Fox Ltd. (株式会社 WHITE FOX, Kabushiki Gaisha Howaito Fokkusu) — 2007-ci ilin aprelində Qaku İvasa tərəfindən qurulmuş Yaponiya anime studiyası. White Fox OLM studiyasının spun off studiyasıdır. Tears to Tiara (2009) Katanagatari (2010) Steins;Gate (2011) Jormungand (2012) Jormungand: Perfect Order (2012) The Devil Is a Part-Timer! (2013) SoniAni: Super Sonico The Animation (2014) Is the Order a Rabbit? (2014) Akame ga Kill! (2014) Utawarerumono: Itsuwari no Kamen (2015) Is the Order a Rabbit??
My Little World
My Little World, Waterloo & Robinson tərəfindən səsləndirilən və 1976 Avroviziya Mahnı Müsabiqəsində Avstriyanıı İngilis dilində səsləndirilərək təmsil edən mahnı.
Black Or White
Black or White — Maykl Ceksonun Dangerous albomundan olan ən uğurlu sinql. Sinql 8 noyabr 1991-ci ildə satışa çıxarılmışdır. Mahnı rok və dans-pop janrlarının qarışdırılması əsasında yaradılmışdır. İrqi ayrıseçkiliyə qarşı yazılmış mahnının söz və musiqi müəllifi, həmçinin aranjimançısı Cekson özü, rep parçanın müəllifi isə Bill Bottrelldir. Mahnın girişindəki və eləcə də mahnı boyu səslənən gitar musiqi parçasının ifaçısı məşhur gitaraçı Slashdır. Mahnı satışa çıxarıldığı gündən US Billboard Hot 100 və UK Singles Chart da daxil olmaqla iyirmi ölkənin hit paradlarında birinci yerə yüksəlmiş, həmçinin 1991-ci ilin ən çox satılan sinqlı olmuşdur. Tamaşaçılarda maraq oyatmaq üçün Epic Records mahnıya çəkilmiş klipin təqdimatının keçirilməsndən yalnız iki gün əvvəl mahnının radiolarda yayımlanmasına icazə vermişdi. Mahnının tanıtımı 1991-ci ilin noyabrında New York və Los-Anceles şəhərlərində başlanıldı və yalnız bundan bir həftə sonra sinql rəsmən satışa çıxarıldı. Mahnıya çəkilmiş klip ilk dəfə 1991-ci 14 noyabr tarixində MTV, BET, VH1, və Fox telekenallarında yayımlanmışdır. Klipdə Jacksonla birgə Macaulay Culkin, Tess Harper, və George Wendt də rol almışdır.
C.T.White
Kiril Tenison Vayt (ing. Cyril Tenison White; 17 avqust 1890, Brisben – 16 avqust 1950) — Avstraliya botaniki. An Elementary Textbook of Australian Forest Botany (1922). Principles of botany for Queensland farmers (1938).
Cyril Tenison White
Kiril Tenison Vayt (ing. Cyril Tenison White; 17 avqust 1890, Brisben – 16 avqust 1950) — Avstraliya botaniki. An Elementary Textbook of Australian Forest Botany (1922). Principles of botany for Queensland farmers (1938).
Edward Higgins White
Edward Higgins "Ed" White II (14 noyabr 1930, San Antonio, Texas – 27 yanvar 1967, Kanaveral hərbi hava qüvvələri bazası, Florida) Amerikalı aviasiya mühəndisi, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti, test pilotu və NASA astronavtı. 1952-ci ildə West Pointi bakalavr dərəcəsi ilə bitirdikdən sonra Vayt uçuş təliminə göndərildi və Qərbi Almaniyanın Bitburg Hava Bazasındakı 22-ci Qırıcı Eskadronuna təyin edildi. Orada F-86 Sabre və F-100 Super Sabre donanmalarında uçdu. 1958-ci ildə aviasiya mühəndisliyi ixtisası üzrə Michigan Universitetinə yazıldı. White daha sonra Ohayo ştatının Wright-Patterson Hərbi Hava Qüvvələri Bazasında Aviasiya Sistemləri Bölməsində test pilotu vəzifəsinə təyin edilməzdən əvvəl Kaliforniyadakı Edwards Hərbi Hava Qüvvələri Bazasında test pilotu təhsili almışdır. White ikinci astronavt qrupundan biri olaraq seçildi. Komanda pilotu James McDivittin yanında Gemini 4 pilotu olaraq təyin edilmişdir. White 3 iyun 1965-ci ildə kosmosda gəzən ilk amerikalı oldu. Daha sonra ilk ekipajlı Apollon missiyası olan Apollon 1-in baş pilotu vəzifəsinə təyin edildi. White, 27 yanvar 1967-ci ildə Floridada Cape Canaveralda Apollon 1 üçün kosmosa uçuşdan əvvəlki test əsnasında Virgin "Gus" Grissom və Roger B. Chaffee ilə birlikdə yanğında öldü.
The White Guard
Ağ Qvardiya (rus. Белая гвардия) 20-ci əsr rus yazıçısı Mixail Bulqakovun sonralar "The Master and Margarita" adlı tənqidçilər tərəfindən bəyənilən bir romanıdır. Ağ Qvardiya ilk dəfə 1925-ci ildə Sovet İttifaqı dövründə nəşr olunan "Rossiya" lakin serial tamamlanmadan jurnal bağlandı. 1966-cı ilə qədər Rusiyada yenidən çap olunmadı. White Guard ilk iki hissələri Rossiya dərc edilmişdir sonra, Bulgakov mərhələ üçün bir versiyası yazmaq üçün dəvət olunub. O deyilən Başla <i id="mwGg">Turbins günləri</i> . Bu, Moskva İncəsənət Teatrında böyük bəyənmə ilə hazırlandı: "Turbinlər Günü … bir teatr əfsanəsinə çevrildi. . . Prodüser 1926-cı ildən 1941-ci ilə qədər davam etdi, 987 tamaşa var idi. . . Stalin … 20 dəfədən az olmayaraq gördü ". Əslində tamaşa kitabı tamamilə kölgədə qoydu, hər halda istənilən formada praktik olaraq əlçatmaz idi.
The White Stripes
The White Stripes – 1997-ci ildə ABŞ-nin Detroyt ştatında qurulmuş rok duosu. Qrup Cek Vayt (bəstəkar, vokal, gitara, piano və mandolin) və Meq Vaytdan (zərb alətləri və vokal) ibarət idi. Detroyt musiqi səhnəsində bir neçə sinql və üç albom buraxdıqdan sonra, The White Stripes 2002-ci ildə qaraj rokunun canlanması səhnəsinin bir hissəsi kimi məşhurlaşdı. Onların uğurlu təqdirəlayiq albomları "White Blood Cells" və "Elephant" ABŞ və Böyük Britaniyada müxtəlif media orqanlarının diqqətini çəkdi. "Seven Nation Army" adlı sinqlları onların ən tanınan mahnılarından biri oldu. Qrup 2005-ci ildə Get Behind Me Satan və 2007-ci ildə Icky Thump adlı daha iki albom yazdı və səsyazmada uzun fasilədən sonra 2011-ci ildə dağıldı.
White Blood Cells
White Blood Cells — ABŞ rok duosu The White Stripes-ın üçüncü studiya albomu. 3 iyul 2001-ci ildə Sympathy for the Record Industry tərəfindən buraxılıb.
Stuart Little: The Animated Series
Stuart Little: The Animated Series (ing. Stuart Little: The Animated Series) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli filmdir. Proqram 1 mart 2003-ci il ilə 24 may 2003-cı il arasında yayımlanmışdır. Stüart Littl — Internet Movie Database saytında.
While My Guitar Gently Weeps
While My Guitar Gently Weeps (azərb. Gitaram Sakitcə Ağlayarkən‎ ) — The Beatles qrupunun 1968-ci ilin noyabrında buraxılmış "The White Album" albomundan Corc Harrisonun bəstələdiyi mahnısıdır. "Beatles"ı mahnıda solo gitaraçı kimi Erik Klapton müşayiət edib.
I Want a Little Sugar in My Bowl (Nina Simone)
Fincanım üçün azacıq şəkər istəyirəm (ing. I Want a Little Sugar in My Bowl) — Nina Simonenın Sings the Blues singlına daxil olan mahnılarından biri.