Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Debra Winger
Debra Winger 16 may 1955[…] An Officer and a Gentleman filmi ilə daha çox məşhurluq qazanmış ABŞ aktrisasıdır
Ninety One
Ninety One və ya 91 (qaz. Тоқсан бір; Toqsan bir; azərb. Doxsan bir‎) — 2015-cü ildə JUZ Entertainment tərəfindən qurulmuş Q-pop qrupu. Qrupun prodüseri ORDA qrupun üzvü, Yerbolat Bedelxandır.Ninety one qrupu 5 üzvdən ibarətdir:ACE,ALEM,ZAQ,A.Z,BALA Qrupun adı Qazaxıstanın müstəqilliyini qazanması ilə əlaqəlidir( Qazaxıstan öz müstəqilliyini 1991-ci ildə qazanmışdır).Qrup 2014-cü ildə K-Top Idols layihəsi əsasında yaradılmışdır. ZAQ ilə A.Z. bu layihənin qalibləri idi, ALEM ilə BALA isə onlara kastinq nəticəsində qoşulmuşdur. Cənubi Koreyanın S.M. Entertainment agentliyində oxuyandan sonra, ACE də qrupa qoşulub. Əvvəl qrupun adları KTI-boys və W idi. Amma, 2015-ci ilin sentyabrın 1-də Aýıptama (kiril Айыптама qaz. Qınama) adlı ilk sinqlı və onun musiqi videosunu buraxıb, qrupun adını indikinə dəyişiblər. Həmin musiqi videosu 20 həftə ərzində Qazaxıstan kanalların musiqi çartlarında baş yerləri tutmuşdur.
Bulbophyllum iners
Bulbophyllum iners (lat. Bulbophyllum iners) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Karl Diner
Karl Diner — (alman dilində: alm. Karl Diener‎; 1862–1928) — Vyana Universitetinin paleontologiya professoru. 1883–1885-ci illərdə fəlsəfə doktoru olan Karl Diner Suriyaya səyahət etdi və Livanda, Antilivanda geoloji tədqiqatlar apardı. 1886-cı ildən Vyana Universitetinin fiziki-coğrafiya kafedrasının dosenti, 1897-ci ildən professoru oldu. 1897-ci ildə Mərkəzi Himalaya geoloji və paleontoloji tədqiqarlar üçün səyahət edən ekspedisiyada iştirak etdi. Karl Diner 1 dekabr 1923-cü ildən Rusiya Elmlər Akademiyasının fizika-riyaziyyat elmləri bölməsinin (biologiya elmləri (paleontologiya) dərəcəsi üzrə) müxbir üzvü oldı.
Norbert Viner
Norbert Viner (ing. Norbert Wiener; 26 noyabr 1894[…], Kolumbiya[d], Missuri, ABŞ – 18 mart 1964[…], Stokholm) — ABŞ riyaziyyatçısı, kibernetikanın əsas müddəalarını qısa və dürüst ifadə etmişdir. "Kibernetika" əsərinin müəllifidir. Riyazi analiz və ehtimal nəzəriyyəsi sahələrində də çalışmışdır. Norbert Viner 26 noyabr 1894-cü ildə Kolumbiya şəhərində anadan olmuşdur. Atası poliqlot, slavist, ədəbiyyat bilicisi, tərcüməçi idi. Viner kiçik yaşlarından qədim dilləri, təbiət elmlərini öyrənir, çox mütaliə edirdi. O, fövqəladə istedada malik idi: orta məktəbi 11, ali məktəbi isə 14 yaşında bitirmişdi (onda elmlər bakalavrı dərəcəsini almışdı). 17 yaşında incəsənət magstri olmuş, 18 yaşında isə riyazi məntiq sahəsində fəlsəfə doktoru adını almışdır. Harvard universitetinin təqaüdünü alan Viner Kembric və Gyottingen universitetlərdinə təcrübə keçirdi.
Teddi Riner
Teddi Pyer-Mari Riner (fr. Teddy Pierre-Marie Riner; 7 aprel 1989[…]) — 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən fransalı cüdoçu. Üçqat olimpiya, onikiqat dünya, beşqat Avropa və dəfələrlə Fransa çempionu. Cüdo üzrə dünya çempionatları tarixində ən titullu idmançı. O, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransa bayrağını daşıyıb. "Pari Sen-Jermen" idman klubunun üzvüdür. Riner cüdo aləmi üçün unikal sayıla biləcək nəticəyə malikdir. Belə ki, o, 2008-ci ildən bu günədək peşəkar səviyyədə yalnız üç dəfə — 15 avqust 2008-ci ildə Pekin Olimpiadasının yarımfinalında Özbəkistanlı Abdulla Tanqriyevə, 13 sentyabr 2010-cu ildə Tokio mundialının finalında yerli Dayki Kamikavaya və 30 iyul 2021-ci Tokio Olimpiadasının dörddəbir finalında Tamerlan Başayevə məğlub olub. Riner Fransa dövləti tərəfindən 2008-ci ildə "Xidmətlərə görə" ordeni ilə, 2013-cü ildə isə “Fəxri legion” ordeni ilə təltif olunub. 2012-ci ildə Fransada ilin idmançısı seçilib.
Viner-Nyoyştadt adası
Viner-Nyoyştadt adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 620 m. Bu həmdə arxipelaqın ən hündür nöqtəsidir. Sahəsi 237 km²-dir. Adanın az bir hissəsi buzdan azddır. Buna misal kimi Vasilev burnunu göstərmək olar. Burada Forbs buzlağı yerləşir. Ada Payer-Vayrext ekspedisiyası tərəfindən Avstriya-Macarıstanın bir şəhəri olan Viner-Noyştadt şəhəri şərəfinə adlandırılmışdır. Adanın sahillərini Barens dənizi yuyur.