Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qodman
Qodman — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Qodman kəndinin adı talış dilindəki "ğıdımon" - sözündən olub, mənası "gəlmələr" deməkdir. Kəndin əsasını aşağıbaşlılar (kəndin şərq hissəsi) qoymuşlar. Onlar bir neçə nəsildir və Lerik, Lənkəran bir də İrandan köçüb gəlmişlər. Qodman kəndinin tən ortasından bir küçə keçir ki, həmin küçənin qərbində seyidlər yaşayır. Onlar Məmmədrzakücə kəndindən buraya son zamanlar gəliblər. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş və bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində cəmi 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişi, 134 nəfəri qadın) şiə təriqətli müsəlman əhali yaşayırdı. Hazırda kənd əhalinin sayı 1255 nəfərdir.
Odman
Odman - türk və altay xalq mədəniyyətində kiçik oğul mənasını verir. Otman, Otoman və ya Utman olaraq da deyilir. Ocağın, ev atəşinin davamlılığını təmin edən, evdə qalan uşaq. Nağıllardakı daim müvəffəqiyyətli olan kiçik oğul fiqurudur. Türk mədəniyyətində böyük qardaşlar özlərinə yeni ev açar lakin ən kiçik oğul evdə qalar. Beləcə ocaq atəşinin davamını təmin edər. Osmanlı İmperatorluğunun kurcusu Osman Bəyin gerçək adının Otman olduğunu irəli sürən tarixçilər vardır. Bu adın İslamiyyəti qəbul edən türklərdə səs bənzəməsi ilə Osmana çevrildiyi deyilməkdədir. Hətta məcaz olaraq Səlcuqlu Dövlətinin varisi olduğu və digər bəyliklər içində olduqca kiçik olduğu halda Anadoludakı türk dövlətinin ocağını davam etdirdiyi üçün bu adla uyğun içində olduğu da düşünülə bilər. Həqiqətən də bu ad Avropa qaynaqlarında Ottoman olaraq iştirak edər.
Emma Goldman
Emma Qoldman (27 iyun 1869[…], Kaunas, Kovno quberniyası[d], Rusiya imperiyası – 14 may 1940, Toronto) — Anarxist yazıçı. XX əsrin ilk yarısında ABŞ və Avropada anarxist görüşün yayılmasında və inkişafında böyük rol oynamışdır. == Həyatı == Emma Qoldman 27 iyun 1869-cu ildə, Litvada yəhudi ailəsində anadan olmuşdur. Valideynlərinin kiçik mülk sahibləri olduğu Popelan kəndində böyüyən Emma Qoldman 13 yaşı olarkən ailəsiylə birlikdə Sankt-Peterburqa köçdü. Burada 6 ay məktəbdə oxuduqdan sonra ailəsi tərəfindən təhsili dayandırıldı və bir fabrikdə işləməyə başladı. Atasının tez-tez döydüyü və 15 yaşı olarkən məcburən evləndirmək istədiyi Emma Qoldman bununla razılaşmadı və Amerikaya ögey bacısının yanına köçdü. Bura yerləşdikdən az vaxt sonra Şərqi Avropadan gələn digər immiqrantlar kimi bir fabrikdə işləməyə başladı. 17 yaşı olan gənc Emma Qoldmanı anarxizmə yönəldən, 4 may 1886-cı ildə Çikaqonun Haymarket meydanındakı anarxistlərin keçirtdiyi mitinqdə bir polis qrupuna qumbara atılması və bu hadisənin səbəbkarı kimi 5 anarxistin həbsi, "anarxist olduqları üçün" dördünün edamı, birininsə edamından əvvəl özünü öldürməsi oldu. Bu hadisələr bir nəslin şüurunu formalaşdırmaqla yanaşı Emmanın da düşüncələrində yeni bir yol açmış oldu. Emma Qoldman Çikaqolu anarxistlərin edamı günü inqilabçı olmağa və edam olunan anarxistlərin ideyalarını yaşatmağa qərar verdi.
Emma Qoldman
Emma Qoldman (27 iyun 1869[…], Kaunas, Kovno quberniyası[d], Rusiya imperiyası – 14 may 1940, Toronto) — Anarxist yazıçı. XX əsrin ilk yarısında ABŞ və Avropada anarxist görüşün yayılmasında və inkişafında böyük rol oynamışdır. == Həyatı == Emma Qoldman 27 iyun 1869-cu ildə, Litvada yəhudi ailəsində anadan olmuşdur. Valideynlərinin kiçik mülk sahibləri olduğu Popelan kəndində böyüyən Emma Qoldman 13 yaşı olarkən ailəsiylə birlikdə Sankt-Peterburqa köçdü. Burada 6 ay məktəbdə oxuduqdan sonra ailəsi tərəfindən təhsili dayandırıldı və bir fabrikdə işləməyə başladı. Atasının tez-tez döydüyü və 15 yaşı olarkən məcburən evləndirmək istədiyi Emma Qoldman bununla razılaşmadı və Amerikaya ögey bacısının yanına köçdü. Bura yerləşdikdən az vaxt sonra Şərqi Avropadan gələn digər immiqrantlar kimi bir fabrikdə işləməyə başladı. 17 yaşı olan gənc Emma Qoldmanı anarxizmə yönəldən, 4 may 1886-cı ildə Çikaqonun Haymarket meydanındakı anarxistlərin keçirtdiyi mitinqdə bir polis qrupuna qumbara atılması və bu hadisənin səbəbkarı kimi 5 anarxistin həbsi, "anarxist olduqları üçün" dördünün edamı, birininsə edamından əvvəl özünü öldürməsi oldu. Bu hadisələr bir nəslin şüurunu formalaşdırmaqla yanaşı Emmanın da düşüncələrində yeni bir yol açmış oldu. Emma Qoldman Çikaqolu anarxistlərin edamı günü inqilabçı olmağa və edam olunan anarxistlərin ideyalarını yaşatmağa qərar verdi.
Nordman apollonu
Nordman apollonu (lat. Parnassius nordmanni) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. Qafqazın yüksək dağ endemikidir. Qanadları açıq halda 70-94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir.
Nordman appolonu
Nordman xulu
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Silvan Qoldman
Silvan Qoldman (15 noyabr 1898, Ardmor[d], Oklahoma – 25 noyabr 1984) — Amerikalı iş adamı və alış-veriş arabasının ixtiraçısı idi. Onun dizaynı dörd təkərli boruvari metal mötərizələrlə birləşdirilmiş bir cüt böyük tel zənbil idi. Silvan Qoldman 1898-ci il noyabrın 15-də Amerikanın Oklahoma ştatının Ardmor şəhərində Latviyadan olan mühacir ailəsində anadan olub. Atası kiçik bir mağazanın sahibi idi. Oğlanın valideynləri varlı olmasalar da, kiçik oğlunu oxutmaq üçün heç bir xərc çəkmədilər. Silvan ilkin bilik yükünü kifayət qədər varlı valideynlərin uşaqlarını göndərdiyi özəl məktəbdə əldə etdi. Təhsil ocağı adi məktəblərdən fərqli olduğu üçün onun şagirdlərinə daha yüksək səviyyəli biliklər verilirdi. 16 yaşında Silvan ən dəhşətli hadisə ilə — Birinci Dünya Müharibəsi ilə üzləşməli oldu. Bir çox güclü cinsin nümayəndələri qohumlarını qorumaq üçün cəbhəyə getməyə məcbur oldular. Bu zaman gənc oğlan bir qalateriya mağazasını saxlamağa kömək etməli idi.
Jan-Jak Qoldman
Jan-Jak Qoldman (fr. Jean-Jacques Goldman; 11 oktyabr 1951[…], Paris, Fransa) — ən populyar fransız müəllif və ifaçılarından biri. == Ailəsi == Fransa Müqavimət Hərəkatı iştirakçısının oğlu solçu intellektual və inqilabçı internasionalist Pyer Qoldmanın qardaşı. 1975-ci ildə Katrin adlı xanımla evləndi və onların Karolina (1977), Maykl (1979) və Nina (1984) adlı üç uşağı oldu. 22 illik evliliyindən sonra 1997-ci ildə boşandılar. 13 oktyabr 2001-ci ildə Marseldən olan 22 yaşlı tələbə Natali ilə evləndi. Onların Maya (2001), Kimi (2004) və Rouz (2007) adlı üç qızları var.
Luru-Odman
Luru-Odman (fr. Louroux-Hodement) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03153. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 351 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 266 nəfər arasında (15-64 yaş) 180 nəfər iqtisadi fəal, 86 hərəkətsiz (fəaliyyət göstərici 67,7%, 1999-cu ildə 67.4%) idi. Fəal 180 nəfərdən 117 nəfəri (69 kişi və 48 qadın), 63 nəfəri işsizdir (38 kişi və 25 qadın). 86 hərəkətsiz 26 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 50 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Azerbaijan Woman Awards
When a Man Loves a Woman
"When a Man Loves a Woman" (azərb. Kişi qadını sevəndə‎) — Persi Slecin mahnısı. Mahnı Kelvin Lüis və Endrü Rayt tərəfindən yazılıb. Slec sinqlı 17 fevral 1966-cı ildə Alabama ştatının Şeffild şəhərində yerləşən Norala Sound Studio səsyazma studiyasında yazdırıb. Mahnı "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutub. 2004-cü ildə Rolling Stone jurnalı "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 54-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 53-cü yerdə qərarlaşıb. "When a Man Loves a Woman" mahnısının Persi Slecin ifasında olan versiyası eyni zamanda "Rok-n-Roll Şöhrət Zalı" tərəfindən tərtib edilən — 500 Songs That Shaped Rock and Roll siyahısına daxildir.