Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəlsə
Xəlsə — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Xəlsə oyk., sadə. Kürdəmir r-nunun Qocalı i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Oykonimin ərəb dilindəki xəlisə (xanın bəylərə bağışladığı mülk) sözündən olması ehtimal edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 628 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xəmsə
Xəmsə – "Pənc gənc" ümumi adı ilə fars dilindən tərcümə olunan Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin (1141–1209) beş əsas əsəridir. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatında tamamilə yeni bir səhifə açdı. Nizaminin beş poeması sonralar "Xəmsə" (ərəb. خمسة ‎, ivr. ‏חמסה‏‎ xəmsə həmayili) "Beşlik" adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmağa çalışmış, ancaq baş şairə nəsib olmuşdur. == Ümumi məlumat == Nizami Gəncəvi nin "Xəmsə"si Avstriya Milli Kitabxanasının "Azərbaycan əlyazmaları" sərgisində nümayiş etdirilir. Azərbaycan şairi Nizami Gəncəvinin beş poemadan ibarət "Xəmsə"sinin əlyazması xüsusi əhəmiyyət kəsb etdiyi üçün Heydər Əliyevin himayəsi ilə bərpa prosesinə başlanılıb. Bu qiymətli əsərin bərpa prosesi 2002-ci ildə başlanıb. Bərpa olunmuş əlyazmanın CD variantı artıq Azərbaycanın Mədəniyyət Nazirliyinə göndərilib.
Xəlfə İbrahimov
Xəlfə İmamqulu oğlu İbrahimov (1919, Sündü, Şamaxı qəzası – 24 fevral 1980, Bakı) — Azərbaycan Kommunist Partiyası Ağdaş Rayon, Bərdə Rayon, Qasım İsmayılov Rayon və Daşkəsən Rayon komitələrinin birinci, Şamaxı Rayon Komitəsinin ikinci katibi katibi, SSRİ Ali Sovetinin deputatı. == Həyatı == İbrahimov Xəlfə 1919-cu ildə Şamaxı qəzasının Sündü kəndində doğulmuşdur. Kənd məktəbini bitirdikdən sonra, təhsilini Şamaxı Pedaqoji məktəbində davam etdirmişdir. Təzəcə müəllimlik edirdi ki, Böyük Vətən müharibəsi başlayır. O, cəbhəyə yollanır. Cəbhədə ağır döyüşlərdə şücaətlər göstərir. Xəlfə İbrahimov istehsalatdan ayrılmamaqla təhsilini davam etdirmişdir. O, əvvəl Azərbaycan Dövlət Universitetini, sonra isə Azərbaycan KP MK yanında Ali Partiya məktəbini bitirmişdir. Xəlfə İbrahimov 1980-ci il fevral ayının 24-də Bakı şəhərində vəfat etmişdir. Anası Bahar xanımın məsləhəti ilə Şüvəlan qəsəbəsində — Mir Mövsüm Ağanın qəbristanlığında dəfn edilmişdir.
Xəmsə (Qarabağ)
Xəmsə (erm. Խամսայի մելիքությունները) əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş erməni məsihi məlikliyinin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. 19-cu əsrdə ermənilərin Qarabağa köçürülməsindən əvvəl burada az sayda yerli ermənilər mövcud idi ki, sonradan Rus imperiyasının Türkiyə və İrandan köçürdüyü ermənilərlə qarışaraq sayları artdı. Həmin məlikliklər bunlar idi: Dizaq Vərəndə Çiləbörd Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur) Xaçın 1747-ci ildə Pənah Əli xan Qarabağda xanlıq yaradandan sonra bəzi məliklər onun tərəfini tutdular, bəziləri isə ona qarşı durdular. Üsyançıları susduran Pənah Əli xanın adı artıq erməni tarixçisi Semion İrəvanlının «Cambr» əsərində Xəmsə xanı kimi çəkilir.
Xəmsə (dəqiqləşdirmə)
Xəmsə — Nizami Gəncəvinin beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") Xəmsə (oyun) — beynəlxalq statuslu milli intellektual komanda oyunu. Xəmsə (Qarabağ) — Qarabağ məlikliyi. Xəmsə həmayili — Ərəblər və yəhudilərin işlətdiyi əl ovcu formasında həmayil.
Xəmsə (oyun)
Xəmsə — 2007-ci ildə Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionu Faiq Hüseynov tərəfindən yaradılmış beynəlxalq statuslu milli intellektual komanda oyunu. == Oyunun tarixi == Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində geniş auditoriyaya təqdim olunmuşdur. 2007-ci ilin yayından 2018-ci il avqustun 17-dək televeriliş şəklində ilk dəfə İctimai Televiziyada yayımlanıb. Verilişin aparıcısı kanalın idman oyunları şərhçisi Tural Dadaşovdur. 2014-cü ilin sonuna müxtəlif yaş qrupları — məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları mütəmadi keçirilir. 2011-ci ilin iyulundan etibarən "Xəmsə" oyunu Gürcüstanın Batumi şəhərində hər il mütəmadi keçirilən İntellektual oyunlar üzrə Cənubi Qafqaz çempionatının, 2012-ci ildən isə həmin çempionatın yeni formatı olan Qara dəniz açıq çempionatının yarış proqramına daxil edilmişdir. 2011-ci ilin sentyabrında oyun Ukraynanın Odessa şəhərində keçirilən Nə?
Xəmsə həmayili
Xəmsə -(ərəb. خمسة ‎, ivr. ‏חמסה‏‎) — qoruyucu амулет həmayil Ərəblər və yəhudilərin işlətdiyi əl ovcu formasında həmayildir.Onun digər adı Allahın əlidir. "Xəmsə" sözünün mənşəyi sami dil ailəsinə aiddir və "beşlik" deməkdir. Bir qayda olaraq, simmetrik olur, böyük və çeçələ barmaq kənardan ,bərabər uzunluqda görünür və ovuc içinin anatomik formasını təkrarlamır. Buna baxmayaraq, onu həm yəhudilər, həm də müsəlmanlar geniş istifadə edirlər. Məlumdur ki, o, səmavi dinlərin yaranışına qədər mövcud olmuş və qədim finikiyalıların Ay ilahəsi , və Karfagen şəhərinin himayədarı Tanrıça Tanit ilə əlaqədar olmuşdur. == Mənşəyi == Arxeoloji məlumatlar ona dəlalət edir ki, üzü aşağı istiqamətlənmiş Xəmsə regionda hələ monoteist (təkallahlı) dinlərin ardıcılları gəlməmişdən əvvəl istifadə olunub. Universal müdafiə işarəsi , sağ əlin açıq ovcunun obrazı hələ qədim Mesopotamiya artefaktları və Buddanın qoruma təlimində - Dxarmaçakra-mudrasında göstərilmişdir. İlahi müdafiənin əl təsvirinə əsaslanan digər rəmzləri Veneranın əli (Zöhrə və ya Afrodita) və Müqəddəs Məryəmin əlidir ki, onlar da qadınların şər qüvvələrdən müdafiəsi , doğum artımı, laktasiya (süd vermə) , sağlam hamiləliyin təmini , zəif orqanizmin möhkəmlənməsi üçün istifadə olunurdu.
Xəmsə məliklikləri
Xəmsə (erm. Խամսայի մելիքությունները) əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş erməni məsihi məlikliyinin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. 19-cu əsrdə ermənilərin Qarabağa köçürülməsindən əvvəl burada az sayda yerli ermənilər mövcud idi ki, sonradan Rus imperiyasının Türkiyə və İrandan köçürdüyü ermənilərlə qarışaraq sayları artdı. Həmin məlikliklər bunlar idi: Dizaq Vərəndə Çiləbörd Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur) Xaçın 1747-ci ildə Pənah Əli xan Qarabağda xanlıq yaradandan sonra bəzi məliklər onun tərəfini tutdular, bəziləri isə ona qarşı durdular. Üsyançıları susduran Pənah Əli xanın adı artıq erməni tarixçisi Semion İrəvanlının «Cambr» əsərində Xəmsə xanı kimi çəkilir.
Xəmsə əfşarları
Xəmsə əfşarları — Əfşar boyunun coğrafi bölgü əsasında formalaşmış qruplarından biri. == Haqqında == Əfşarların Cənubi Azərbaycandakı bir digər qrupu Xəmsə əfşarları idi və onlar burada gümanki Səfəvi dövründən etibarən məskunlaşmışdılar. Xəmsə Qəzvin ilə Zəncan arasındakı inzibati bölgənin adıdır. Bu inzibati bölgənin əsas şəhəri də Zəncan idiş. Altı hissədən meydana gələn bu inzibati bölgədə əfşarlar əsasən Qəzvinin cənub-qərbindəki yerdən (bu yer hələ də Əfşar adlanmaqdadır) başlayaraq Sayınqala və Sultaniyyəyə qədər uzanan yerlərdə, şimaldakı Yuxarı Tarum, Aşağı Tarumda, hətta Xalxal çevrəsində sıx bir şəkildə yaşamaqda idilər. Bu bölgədəki əfşarlra əsasən Xəmsəli əfşarları deyilməkdədir. XVIII əsrə aid qaynaqlarda buranı idarə edən Əfşar bəyləri də XƏmsəli, Tarumi və ya Xalxali deyə anılmaqda idi. Xəmsə əfşarlarının çoxunun Eberlü oymağından olduğu bilinməkdədir. Sümerə görə, XVIII əsrdə adı keçən Qutulu Əfşarının Xəmsə əfşarlarından olması ehtimalı mövcuddur. H. Fieldə görə, əfşarlar əslində burada 5 min ailədən ibarət olsalar da, 1920-ci ildən etibarən sayları azalmış və min ailəyə düşmüşdür.
Xəmsə əlyazması (1418)
Xəmsə əlyazması — Nizami Gəncəvi Xəmsəsinin 1418-ci ilə aid əlyazma nüsxəsidir. Əlyazması Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Əvvəl əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılırdı. == Təsviri == Əlyazmasında yalnız "İsgəndərnamə"poemasının "Şərəfnamə" adlı birinci hissəsi saxlanmışdır. Mətn, krem rəngli cilalanmış kağız üzərində, İki üztun və dioqanal sahələrdə yaxşı nəstəliq xətti ilə yazılmışdır. Mətn qırmızı və mavi xəttlərdən ibsarət çərçivəyə alınmış, sütunlar bir-birindən qırmızı xəttlə ayrılmışdır. Başlıqlar kinovarla yazılmışdır. Mətnin başlanğıcında yerləşdirilmiş ünvan qzıl, kinovar və mavi boya ilə yazılmışdır. Əlyazmasının 84а səhifəsidə miniatür vardır. Naməlum rəssam tərəfindən çəkilmiş"İsgəndərin atəşgahları dağıtdırması" adlı miniatür ehtimal ki, Şiraz miniatür məktəbinə aiddir.
Xəmsə əlyazması (1636)
Xəmsə əlyazması М-207 — Nizami Gəncəvinin "Xəmsə"sindən dörd poemanı ehtiva edən 1636-cı ilə aid əlyazma. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında poemalar aşağıdakı ardıcıllıqla düzülmüşdür: "Sirlər xəzinəsi" (1b−38b), "Yeddi gözəl" (39b−129a), "Xosrov və Şirin" (129b−242a), "İsgəndərnamə" (242b−408a). Əlyazması yüksək keyfiyyətdə icra edilmişdir. Əlyazması, qızıl suyu, lazur, belillər və qırmızı boyalarla icra edilmiş yüksək bədii keyfiyyətli çiçək ornamentli frontispislə başlayır. Hər bir poemanın başlanğıcında həmin boyalarla çəkilmiş çox incə və yüksək zövqlü ünvan səhifələri vardır. Əlyazmaya daxil olan on bir incə miniatür İran miniatür məktəblərinə aid olmaqla, XVII əsr miniatür sənətini öyrənmək üçün əhəmiyyət kəsb edir. Əlyazmanın mətnləri dəqiq kalliqrafik nəstəliq ilə dörd sütun şəklində nazik noxudu şərq kağızı üzərində yazılmış və mavi, qara və qızılı xəttlərlə çərçivələnmişdir. Səhifələrin sahələrində nadir hallarda qlosslara rast gəlinir. Əlyazması moruq rəngli dəri ilə üzlənmişdir.
Xəmsə Milli İntellektual Oyunu
Xəmsə — 2007-ci ildə Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionu Faiq Hüseynov tərəfindən yaradılmış beynəlxalq statuslu milli intellektual komanda oyunu. == Oyunun tarixi == Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində geniş auditoriyaya təqdim olunmuşdur. 2007-ci ilin yayından 2018-ci il avqustun 17-dək televeriliş şəklində ilk dəfə İctimai Televiziyada yayımlanıb. Verilişin aparıcısı kanalın idman oyunları şərhçisi Tural Dadaşovdur. 2014-cü ilin sonuna müxtəlif yaş qrupları — məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları mütəmadi keçirilir. 2011-ci ilin iyulundan etibarən "Xəmsə" oyunu Gürcüstanın Batumi şəhərində hər il mütəmadi keçirilən İntellektual oyunlar üzrə Cənubi Qafqaz çempionatının, 2012-ci ildən isə həmin çempionatın yeni formatı olan Qara dəniz açıq çempionatının yarış proqramına daxil edilmişdir. 2011-ci ilin sentyabrında oyun Ukraynanın Odessa şəhərində keçirilən Nə?
Xəmsə əlyazması (1539-1543)
I Şah Təhmasibin Xəmsə əlyazması — Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən 1539-1543-cü illərdə köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazma həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazma Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmanı tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli irsin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmaya Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
Xəmsə əlyazması (1617/8)
Xəmsə əlyazması С-201 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında poemalar ənənəvi sıralama ilə verilmişdir. Mətn parlaq və nazik şərq kağızı üzərində dörd sütunla mirvari kalliqrafik nəstəliq xətti ilə yazılmışdır. Başlıqlar qırmızı mürəkkəb ilə yazılmışdır. Orta Asiya mənşəli üzlük yaşıl rəngdə olmaqla lakla örtülmüş və tünd-moruğu rəngli medalyonlarla bəzədilmişdir. Kiçik medalyonlardan biri üzərində üzlükçü ustanın adı – Molla Məhəmməd Tarsun və üzlənmə tarixi – hicri 1027 (1617/1618) – qeyd edilmişdir. 285 səhifəlik əlyazmasının ölçüləri 19 × 30 sm-dir. == İstinadlar == == Ədəbiyyat == Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж. В. Каграманов.
Xəmsə əlyazması (M—462)
Xəmsə əlyazması М-462 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasının mətni dörd sütun şəklində mirvari kalliqrafik nəstəliq ilə yazılmış və və müxtəlif rəngli xətlərlə çərçivəyə alınmışdır. Başlıqlar mavi mürəkkəb ilə yazılmışdır. Əlyazmasının səhifələri noxud rəngli parlaq şərq kağızıdır. 1b — 8b, 351a — 356b səhifələri restavrasiya edilmişdir. 15–16, 139–140, 146–147 səhifələrində lakunalar var, əlyazmasının sonunda isə bir neçə səhifə isə çatışmır. Əlyazmasının ölçüləri 17 × 27 sm-dir. Daha sonrakı dövrə aid üzlük qalın kartondan hazırlanmışdır. Paleoqrafik xüsusiyyətlərinə görə əlyazması XVIII əsrə aid edilir.
Xəmsə əlyazması (Or. 2265)
I Şah Təhmasibin Xəmsə əlyazması — Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən 1539-1543-cü illərdə köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazma həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazma Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmanı tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli irsin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmaya Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
Xəmsə əlyazması (М—156)
Xəmsə əlyazması М-156 — farsdilli epik ədəbiyyatın klassiklərindən biri olan Nizami Gəncəvinin poemalarının toplandığı tarixi əlyazma. Əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında "Xəmsə" poemalarından ikisinin ardıcıllığı pozulmuşdur. Belə ki, "Sirlər xəzinəsi"ndən (1b — 26b) sonra "Leyli və Məcnun" (128b — 77a), daha sonra isə "Xosrov və Şirin" (78b — 118a) gəlir. Əlyazmasında dördüncü poema olan "Yeddi gözəl", digər poemalardan daha əvvəl - XVI əsrin I yarısında yazılmışdır. Həmin poemanın mətni incə əl işi olan və qızıl suyu, açıq mavi və qara boyalarla işlənmiş nəbati naxışlarla bəzədilmiş ünvan səhifəsi ilə başlayır. Poemanın mətni noxud rəngli yüksək keyfiyyətli şərq kağızı üzərində dörd sütun şəklində kalliqrafik nəstəliq ilə yazılmış, səhifənin kənarı isə qızılı və mavi rəngli xətlərlə çərçivələnmiş, qızılı və qara çərçivələrə alınmışdır. Sütunlar iki incə qızılı xəttlə bir-birindən ayrılmışdır. Çərçivələr arasındakı boşluqlar qızıl suyu ilə çəkilmiş nəbati naxışlarla doldurulmuşdur. Səhifələrin bəzədilməsində də eyni formada, qızıl suyu ilə çəkilmiş nəbati naxışlardan istifadə olunmuşdur.
Xəmsə əlyazması (М—439)
Xəmsə əlyazması М-439 — Nizami Gəncəvi "Xəmsə"sinin iki poemasından ibrarət olan əlyazması nüsxəsi. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında "Xəmsə"yə daxil olan "Leyli və Məcnun" və "Yeddi gözəl" poemaları vardır. Əlyazmanın bir çox yerlərində tikmə zamanı düzülüşün pozulması müşahidə edilir. Mətnlər kalliqrafik nəstəliq ilə dörd sütun şəklində yazılmış və müxtəlif rəngli xətlərdən çərçivəyə alınmışdır. Əlyazmasının kağızı Orta Asiya mənşəlidir. Əlyazmasında Herat miniatür məktəbinə məxsus üç miniatür vardır. Əlyazma mətninin başlanğıcında rəngli divan vardır. Şərq mənşəli üzləməsi qəhvəyi rəngli dəridən hazırlanmış və romb formalı medalyonla bəzədilmişdir. Ölçüləri 14 × 24 sm olan 84 səhifəli əlyazması hicri 1110-cu ildə (1698/1699) hazırlanmışdır.
Xəmsə əlyazması (М—500)
Xəmsə əlyazması М-500 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmanın siyahısı tam deyil və "İsgəndərnamə"nin "İqbalnamə" hissəsi yoxdur. Buna baxmayaraq, poemaların sıralanması ardıcıllığı ənənəvidir. Əlyazmasının səhifələrində dioqanal üzrə Əmir Xosrov Dəhləvinin "Xəmsə"si də yazılmışdır. Əlyazmasının mətni yüksək keyfiyyətli və krem rəngli parlaq şərq kağızı üzərində yaxşı keyfiyyətli nəstəliq xətti ilə iki sütun şəklində yazılmış və qızıl suyu ilə çəkilmiş iki xətlə çərçivəyə alınmışdır. Həmçinin səhifələrdəki yazı sütunları da oxşar iki sütunla bir-birindən ayrılmışdır. Başlıqlar isə qızıl suyu ilə süls xətti ilə yazılmışdır. Poemaların hər birinin başlanğıcında rəngarəng, çiçəkli bədii ünvan səhifəsi vardır. Ünvan səhifəsi qızıl suyu, lazur, kinovar və beyllərlə işlənmişdir.
I Şah Təhmasibin Xəmsə əlyazması
I Şah Təhmasibin Xəmsə əlyazması — Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən 1539-1543-cü illərdə köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazma həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazma Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmanı tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli irsin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmaya Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
Arvids Pelse
Arvids Pelse (latış. Arvīds Pelše‎;26 yanvar (7 fevral) 1899 – 29 may 1983, Moskva) — Sovet Latviya partiya və dövlət xadimi, tarixçi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1969, 1979). 1915-ci ildən partiya üzvü; Oktyabr inqilabının iştirakçısı. 1919-cu ildə - Sovet Latviya Xalq Komissarlığının əməkdaşı. 1941-ci ildən - katib, 1959-1966-cı illərdə - Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi. Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri (1966-1983). Latviya SSR Elmlər Akademiyasının müxbir üzvü (1946). == Həyatı == O, 1899-cu il yanvarın 26-da [7 fevral] saat 14-də Kurland əyalətinin Bauska rayonunun İecava volostunun Mazie fermasında “həyət sahibi” Yohan Pelşe və həyat yoldaşı Lizanın kəndli ailəsində anadan olmuşdur. Həmin il martın 14-də kənd kilsəsində vəftiz olundu. 1915-ci ildə Latviya Ərazisinin Sosial Demokrat Partiyasına (SDLC), daha sonra Bolşevik Partiyasına qoşuldu.
Bəldə
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Gəlmə
Gəlmə — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 963 000 manat vəsait ayrılmışdır.
Kilsə
Kilsə — Xristianlığın ibadətlərinin və digər bəzi dini vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ictimai bina, məbəd. == İstinadlar == == Xarici keçidlər == •Xristian kilsəsinin parçalanması. Avropa xristianlarının şərq-müsəlmanölkələrinə qarşı apardıqları Səlib yürüşləri dünya tarixində böyük təsir gücünə,mühüm nəticələrəsəbəb olmuşdur. Xristian-katolik kilsəsinin başçılığı altında aparılan bu yürüşlər amansızlıq və qəddarlığı ilə yadda qalmışdı. IV əsrdə Roma imperiyasının parçalanması ilə xristian kilsəsi də bölündü. Qərbi Avropada xristian kilsəsinin başçısı Roma papası, Şərq (Bizans) kilsəsində isə Patriarx sayılırdı.Qərbi Roma imperiyasının xarabalıqları üzərində öz dövlətlərini quran Avropanın "barbar" başçılığı xristianlığı qəbul edərək bu hakimiyyətin İsa Peyğambər tərəfindən onlara verildiyini iddia etməyə başladılar. Bütün bunlar Qərbi Avropada xristian dinini möhkəmləndirdi. Papa və Patriarx arasında xristianların vahid lideri olmaq üstündə mübarizə 1054-cü ildə xristian dini və kilsəsinin rəsmi olaraq bölünməsi ilə nəticələndi. Qərb kilsəsi katolik (ümumdünya), Şərq isə pravoslav (həqiqi din) kilsəsi adlandı. 1091-ci ildə peçeneqlər Konstantinopola hücum edəndə Bizans imperatoru kömək üçün Roma papasına müraciət etdi.
Kəllə
Kəllə (lat. cranium) — onurğalı heyvanlarda və insanda başın skeleti. Onurğalılarda kəllə ox və ya beyin kəlləsi, visseral, yaxud üz kəlləsinə bölünür. Ox kəlləsi gövdənin ox skeletinin önə doğru davamı olub beyinin, qoxu orqanının və daxili qulağın ətrafında inkişaf edir. Visseral kəllə bağırsaq borusunun ön şöbəsinin (udlağın) skeletidir. İlk dəfə qəlsəmə yarıqlarını bir-birindən ayıran visseral qövslərdən təşkil edilmişdir. == Heyvanların kəlləsi == Kəllənin təkamül prosesiidə dəyişilməsi beyinin və duyğu orqanlarının mütərəqqi inkişafı, qəlsəmə tənəffüsünün ağciyər tənəffüsü ilə əvəz edilməsi və orqanizmin su mühitindən quru mühitinə keçməsi ilə əlaqədar müxtəlif qidalanma üsullarının dəyişilməsi nəticəsində olmuşdur. İbtidai balıqlarda ilk dəfə qığırdaq kəllə meydana çıxır. Ali balıqlarda və quru onurğalılarında isə qığırdaq kəllə ancaq embrional dövrdə olur. Suda-quruda yaşayanlarda qığırdaq kəllə sümüklə daha çox əvəz edilir və kəllə sümüklərinin miqdarı sümüklü balıqlara nisbətən az olur.
Vəlgə
Koqqiqriya sarağanı (lat. Cotinus coggygria) - sarağan cinsinə aid bitki növü.
Vələs
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Xalisə
Xalisə və ya Xass — IX əsrdə yaranmış torpaq mülkiyyət forması. Azərbaycan xanlıqlarında da yaranmışdır. Xanlıqlarda torpaqların çoxu xanın mülkiyyətində idi. Bilavasitə xan və onun ailə üzvlərinə məxsus olan torpaqlar xass torpaqları adlanırdı. == İstinadlar == == Ədəbiyyat == Ənvər Çingizoğlu, Mаis Əmrаhоv, Habil Həsənоv. Qаrаbаğ хаnlığı. Bakı: "Mütərcim". 2008. 208 səh.
Xəlifə
Xəlifə (ərəb. خليفة‎‎ — müavin, çanişin, varis, xələf) — Məhəmməd peyğəmbərin vəfatından (632) sonra müsəlman icması və teokratik müsəlman dövlətinin (Xilafət) dini və dünyəvi başçısı. Xəlifələr əvvəllər Məhəmməd peyğəmbərin, Ələvilər dövründən isə Allahın yer üzündə canişini (müavini) hesab edilirdilər. Abbasilər xilafətinin süqutundan (XIII əsr) sonra Məmlük xilafəti (1250 - 1517) tarix səhnəsində öz yerini almışdır. Yavuz Sultan Səlimin Misiri fəth etməsilə (24 yanvar1517) xəlifə ünvanı İslamçı bütün ünsürlərin yetkin beyəti ilə Osmanlı xilafətinə (indiki Türkiyə Cümhuriyyəti) keçmişdir. Xəlifəlik ünvanına 1924-cü il Türkiyə Böyük Millət Məclisinin uyğun qərarı ilə xitam verilmişdir. İlk xəlifələr Əbu Bəkr (8 iyun 632-ci ildə xəlifə seçilib), Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib olmuşlar.
Xəlitə
Xəlitə ya Ərinti iki və daha artıq metallardan alınmış, metal xassəli makroskopik bircinsli sistemdir. Xəlitələr əsas elementin adı ilə adlanır (məsələn: dəmir xəlitəsi, çuqun xəlitəsi, alüminium xəlitəsi və s.). Xəlitəyə daxil edilən elementlərə legirləyicilər, prosesə isə legirləmə deyilir. == Alınması == Xəlitələr iki üsulla alınır: 1. Metallarla birlikdə əridilərək qarışdırılır və soyudulur 2. Metal tozlarının qarışığı yüksək təzyiq və temperaturda bişirilir (tozvari metallurgiya üsulu). == Quruluşu == Xəlitələr kristallik halda çoxlu sayda kiçik, bir-birinə nisbətən müxtəlif səmtlərə malik kristallardan (dənəciklərdən) ibarət olan polikristallik cismdir. Kristal xəlitələrin fazaları bərk məhlul və ya iki və daha artıq elementin kimyəvi birləşməsindən təşkil olunur. Xəlitənin strukturu fazaların forması, ölçüsü və qarşılıqlı yerləşməsi ilə təyin olunur. Xəlitələrin əldə olunması onun ərinti şəklində olan təşkiledicilərinin ardıcıl bərkiyərək kristal və ya amorf strukturu yaratması ilə baş verir.
Xələc
== Digər == Xələc dili — Türk dillərinin Arqu qrupuna daxil olan dil. Xələclər — İranda, Əfqanıstanda, Pakistanda və digər ölkələrdə məskunlaşmış türkköklü xalq. Xələc yaşayış yeri — Şərur rayonunda arxeoloji abidə. Xələclər sülaləsi — 1290-cı ildən 1320-ci ilədək Dehlidə hökmüranlıq etmiş türk xanədanıdır. Xələc etrapı — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. == Qəsəbələr == Xələc — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Xələc etrapının inzibati mərkəzi. == Kəndlər == === Azərbaycan kəndləri === Xələc (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Xələc (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Xələc (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Xələc (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Xələt
Xələt — adətən bütün bədəni örtən uzunqol və uzunətək geyim növü. Xələt müxtəlif təyinatlı ola bilər: hamam xələti, çimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.
Xəmrə
Xəmrə - buğda unu, maya və sudan hazırlanan, müəyyən hissəsi xəmirin yoğrulmasına, qalan hissəsi isə xəmrənin özünün təzələnməsinə (yenidən istehsalına) sərf olunan yarımfabrikatdır. == Xəmrənin hazırlanması == Qatılığına görə xəmrə iki cür olur: qatı xəmrə, çox qatı xəmrə və maye xəmrə. Bütün xəmrələr əvvəlcə becərmə dövründə, sonra isə istehsalat dövründə hazırlanır. Çovdar unundan, çovdar və buğda unları qarışığından çörək istehsalı zamanı xəmir çox qatı xəmrə ilə; dəm tətbiq et-məklə maye xəmrə ilə; dəm tətbiq etmədən maye xəmrə ilə; qa-tılaşdırılmış mayasız süd turşulu xəmrə ilə hazırlanır. Xəmrələr tam becərmə dövrü üzrə hər bir müəssisədə müəyyənləşdirilmiş qrafik üzrə ildə 1÷2 dəfə, yaxud qaldırma qüvvəsi pisləşdikdə, turşuluğun toplanması kifayət etmədikdə, dadı və qoxusu pisləşdikdə, məcburi boş dayanmalar nəticəsində, yaxud müəyyənləşdirilmiş texnoloji rejimin pozulması zamanı digər qüsurlar meydana çıxdıqda yenidən hazırlanır .
Xəmsi
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. == Təsviri == Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur. Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir.
Şəlvə
Şəlvə (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Şəlvə (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Xəstə
Xəstəlik (lat. morbus) və ya Sayrılıq — morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir. Müasir baxımdan xəstəlik əmələ gəlməsində bir sıra xarakterik xüsusiyyətlər mövcuddur: xarici (insanlar üçün, əsasən, sosioloji) və etioloji amillər, orqanizmin müdafiə qabiliyyəti (insanlarda psixoken amillər də böyük rol oynayır) və s. Xəstəlikdən təcrid olunmuş orqan və toxuma yoxdur. Hər hansı bir xəstəliyə bütün orqanizm qoşulur. Xəstəlik aşağıdakı mərhələlərlə keçir: gizli dövr (bu dövr bir neçə saniyədən bir neçə ilə qədər çəkə bilər) prodromal dövr (ilkin əlamətlərin əmələ gəldiyi dövr) tam inkişaf dövrü sağalma dövrü. Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır.
Xəlil
Xəlil — kişi adı. Xəlil Rza Ulutürk — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi. Xəlil bəy Xasməmmədov — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. Xəlil Məmmədov — Azərbaycan-sovet hərbi və dövlət xadimi, Sovet İttifaqı Qəhrəmanı (1945). Xəlil Məliki — İranlı sosialist, intellektual və siyasi xadim.
Belde
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Belle
Belle (fr. Belley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01034. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 8755 nəfər təşkil edirdi.
Belsı
Belsı və ya Beltsı (mold. Bălţi/Belisty) — Moldovada şəhər. == Əhali == Doğulanlar (2010): 1573 (1000 nəfərə 10.6) Ölənlər (2010): 1447 (1000 nəfərə 9.7) Təbii artım (2010): 126 (1000 nəfərə 0.9) Etknik qruplar, 2014: Qeyd: * Moldovada etnik olaraq rumınlar və moldovanları ayırmaqda müəyyən mübahisələr var. Siyahıyaalınmalara görə Belsının illər ərzində əhalisi sayındakı dəyişmə.
Elşən
Elşən — Kişi adı. Elşən Həşimov — Milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). Elşən Abuzərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Elşən Aslanov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmidov — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmzəyev — Azərbaycanlı deputat. Elşən Səmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Helme
Helme (est. Helme vald) — Estoniyanın cənubunda Valqa qraflığı tərkibində kənd bələdiyyəsi; əhalisi 2,525 nəfər (1 yanvar 2009-cu il tarixinə olan məlumata görə), ərazisi 312.73 km2. == Coğrafiya == === Yaşayış məntəqələri === Helme kiçik rayon (est. alevik) və 14 kənddən (est. küla) ibarətdir. Həmin kəndlər aşağıdakılardırː Ala, Holdre, Yıqeveste, Kyahu, Kalme, Karyatnurme, Kirikukyula, Koorkyula, Linna, Möldre, Patkula, Pilpa, Roobe və Taagepera. == Qalereya == == Xarici keçidlər == Helmenin rəsmi veb saytı Riigi teataja: Riigikogu, vabariigi presidendi ja vabariigi valitsuse õigusaktid. I osa, Issues 105-126.
Keşlə
Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılmışdır. Qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur.
Qeleşe
Qeleşe (alb. qeleshe, plis, qylaf) -Baş geyimi. Albanların yaşadığı ərazilərdə geniş yayılmışdır və hal hazırda Albaniya xalq geyimlərinin tərkib hissəsidir. Baş geyiminin hündürlüyü və ölçusu bölgədən bölgəyə dəyişir . Əsasən Albaniya dağlılarının ənənəvi geyiminin bir hissəsini təşkil edir . Qeleşe Albaniyanın milli simvollarından biri kimi qəbul edilir. == Etimologiya == Baş geyimi Alban dilində qeleshja və plisi adlanır. Qeleşe adı alban dilində olan "lesh" (tərcümədə yun deməkdir) sözundəndir. Baş geyiminin digər adı "plis" adlanır. Plis qədim alban dilində olan p(i)litja sözundəndir və buda öz növbəsində Alman dilində olan filiz, Latın dilindəki pellis və Yunan dilində olan πῖλο ilə əlaqəlidir.
Çelsi
Çelsi (ing. Chelsea) — London şəhərinin rayonudur. Rayonda hər il dünyanın ən iri gül və landşaft sərgisi açılır. İngiltərə Premyer Liqasında çıxış edən Çelsi FK rayonunda yerləşir. == Tarixi == == Mədəniyyəti == === İdman === İngiltərə Premyer Liqasında çıxış edən Çelsi FK rayonda yerləşir.
Aşağı Kilsə
Aşağı Kilsə — İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km cənub-qərbdə, Hallavarla Güllüdərə kəndləri arasında yerləşir. Quqark rayonunda tarixən Kilsə kəndi olmuşdur. Sonra Kilsə kəndindən ayrılanlar yeni kənd salırlar. Yeni salınan kənd Kilsə kəndindən fərqləndirilmək üçün Aşağı Kilsə kəndi adlandırılmışdır. Toponim «aşağı» fərqləndirici sözü ilə «dini məbəd» mənasında işlənən kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 87, 1926-cı ildə 110, 1931-ci ildə 128 nəfər, 1987-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin dekabr ayında ermənilər kəndə hücum edərək azərbaycanlıları zor və qırğınlarla öz doğma kəndlərindən qovmuşlar. İndi burada yalnız ermənilər yaşayır.