ALAQARANLIQ

sif.
1. Bir az qaranlıq, yarıişıq, yarıqaranlıq.
Onu [Tanyanı] həbsxananın qalın divarları, alaqaranlıq koridorları sıxır, [o] qaçıb qurtulmağa çarələr düşünürdü. A.Şaiq.
Qəza icraiyyə komitəsi dəftərxanasında ən dibdəki alaqaranlıq otağa girsəydiniz, bir neçə dolab və bir masa ilə bir kürsü görərdiniz. H.Nəzərli.

2. Səhər çağı, sübh gün çıxmaq üzrə olanda, dan yeri sökülən vaxt. Hava alaqaranlıq ikən biz kəndə girdik.
Kənd təzətəzə oyanırdı. S.Rəhimov.
Cahandar ağa başa düşdü ki, pristav onu alaqaranlıqda boş-boşuna yanına çağırmır. İ.Şıxlı.
[Qəhrəman] atası ilə birlikdə səhər ala-qaranlıqdan (z.) dükana gedər, axşam gün batandan sonra evə qayıdardı. M.İbrahimov.

Синонимы

  • ALAQARANLIQ sübhdən — tezdən — obaşdan
ALAQAPI
ALAQARĞA
OBASTAN VİKİ
Alaqaranlıq
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. == Təyin edilməsi == Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Alaqaranlıq naharı (film, 1998)
Alaqaranlıq naharı (yap. 超いんらん 姉妹どんぶり) – 1998-ci ildə istehsal olunmuş Yaponiyanın Erotik filmidir. == Məzmun == Filmdə cavan iki bacılardan və onları yanında işləməyə götürən kişidən danışılır. Böyük bacı tərəfindən kiçik bacı yoldan çıxır. Kiçik bacı daha çox seksual fikirlərdən fikirləşməyə başlayır...
Alaqaranlıqda kilsə mənzərəsi (rəsm əsəri)
Alaqaranlıqda kilsə mənzərəsi — 1883-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri.

Значение слова в других словарях

запетля́ть запруди́ться люстри́н недобро́тный несто́йкость размини́роваться скро́мник сопе́ть спири́т безору́жный взмути́ться позапрошлого́дний сла́нец хрестомати́йно loggerhead shrike mallemock otherwise-minded spin out straightbred tryst истекать люминал магний стетоскоп трёхчлен