Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dramatizm
Dramatizm [yun. Drama] – estetik kateqoriya; Yunan dilində drama – hərəkət deməkdir. İnsan həyatının ziddiyyətlərini və münaqişələrini, insanın onu əhatə edən ictimai və təbii mühitlə qarşılıqlı münasibətini əks etdirir və ümumiləşdirir.
Romantizm
Romantizm (fr. romantisme) — XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Avropa və Amerika mədəniyyətində ideya-bədii cərəyan. Romantizm ədəbi-estetik anlayış kimi Almaniyada "Yena məktəbi" nümayəndələrinin (Şleqel qardaşları, F.Novalis, L.Tik, V.Vakkenroder) fəaliyyəti (1798-1802) sayəsində yayılmağa başlamışdır. Romantizmin estetik əsasını "bədii ideallaşdırma" prinsipi, müstəsna şəraitdə müstəsna xarakterlərin yaradılması, həyatın olduğu kimi deyil, "olmalı olduğu kimi" təsviri təşkil edir. A. S. Puşkin, M. Y. Lermontov, E. Hofman, C. Q. Bayron, P. B. Şelli, C. Kits, V. Hüqo, F. R. Şatobrian, A. Vinyi, C. Leopardi, A. Mandzoni, Ş. Petefi, M. Eminesku, T. Şevçenko romantizmin ən görkəmli nümayəndələri hesab olunurlar. Azərbaycan ədəbiyyatında romantizm isə H. Cavid, M. Hadi, A. Səhhət, A. Şaiq və b. tərəfindən icra olunmşdur. == Romantizm rəsm əsərlərində == Romantizm, XVIII əsr Avropasının həyəcan və coşğusunu, azadlıq ehtiraslarını dilə gətirən bir axındır. Ağıldan çox duyğuya səslənən bir sənətdir. Romantik şəklin qabaqcıllarından Gericaultnun Napoleona Ordusundan Bir Süvarini göstərən əsəri (Louvre, Paris) ilə Davidin Napoleoneu qarışlaşdırıldığında aradakı üslub fərqi açıqca görülər.
Romatizma
Revmatizm — Orqanizmin birləşdirici toxumalarını zədələyən və ürək qüsurlarına gətirib çıxaran xəstəlik.Çox vaxt prosses diz,topuq,dirsək oynaqlarında gedir.Zədələnmiş oynaqlar şişir dəri isə qızarır.Rematik prosses nəticəsində ürəyin zədələnməsi Remakardid adlanır.
Xromatid
Xromatid — Xromatida (Yunan Xrōmat- "rəng" + -id), təkrarlanan xromosomun yarısıdır. Replikasiyadan əvvəl bir xromosom bir DNT molekulundan ibarətdir. Replikasiyada bir DNT molekulu kopyalanır və iki molekula xromatidlər deyilir. Hüceyrə bölgüsünün sonrakı mərhələlərində bu xromatidlər uzununa bölünür və ayrı - ayrı xromosomlara çevrilir. Xromatid cütləri ümumiyyətlə genetik cəhətdən eynidir və homoziqot hesab olunur. Ancaq mutasiyalar baş verərsə, kiçik fərqlər olacaq və bu halda heteroziqot olacaqlar. Xromatidlərin cütləşməsi bir orqanizmin ploidliyi ilə, yəni bir xromosomun homoloji versiyalarının sayı ilə qarışdırılmamalıdır. == Qız xromatidlər == Qız xromatidlər, ümumi bir sentromer ilə bağlanan bir xromosomun iki xromatidindən biridir. Qız xromatidlərin ayrılmasından sonra (cinsi çoxalma zamanı mitozun anafazası və ya meyozun II anafazası zamanı) yenidən xromosomlar adlanır və hər biri öz valideynini təşkil edən fərdi xromatidlərdən biri ilə eyni genetik kütləyə malikdir. İki bacı xromatidin DNT ardıcıllığı tamamilə eynidır (çox nadir DNT kopyalama səhvləri istisna olmaqla).
Xromatin
Xromatin — Xromatin, eukariotik hüceyrələrdə olan bir DNT, protein və RNT kompleksidir. Əsas funksiyası uzun DNT molekullarını daha kompakt, daha sıx strukturlara qablaşdırmaqdır. Bu, tellərin dolaşmasına mane olur və hüceyrə bölünməsi zamanı DNT-nin möhkəmləndirilməsində, DNT zədələnməsinin qarşısının alınmasında və gen köçrülməsinin və DNT replikasiyasının tənzimlənməsində mühüm rol oynayır. Mitoz və meyoz zamanı xromatin anafazda xromosomların düzgün quruluşunu asanlaşdırır; bu mərhələdə görünən xromosomların xarakterik formaları, DNT-nin yüksək qatılaşdırılmış xromatinə bükülməsinin nəticəsidir. Xromatinin əsas protein komponentləri, DNT-yə bağlanan və iplərin sarıldığı "lövbər" kimi fəaliyyət göstərən histonlardır. Ümumiyyətlə, xromatin təşkilatının üç səviyyəsi vardır: DNT histon zülallarını əhatə edir, nükleosomlar və meydana gətirir (xromatin). Birdən çox histon, ən kompakt formada (heteroxromatin) nükleosom massivlərindən ibarət olan 30 nanometrlik bir lifə bükülür. 30 nm lifin daha yüksək səviyyəli DNT-nin üst-üstə sarılması metafaz xromosomunu (mitoz və mayoz zamanı) əmələ gətirir.Lakin bir çox orqanizm bu təşkilati qanunauyğunluqları izləmir. Məsələn, quşların sperma və eritrositlərində əksər eukarotik hüceyrələrə nisbətən daha sıx dolu xromatin var və tripanosomatoid protozoa xromatinlərini görünən xromosomlara ümumiyyətlə qatışdırmır. Prokarotik hüceyrələr DNT-lərini təşkil etmək üçün tamamilə fərqli strukturlara malikdirlər (prokarotik xromosomun ekvivalenti genofor adlanır və nükleoid bölgəsində yerləşir).
Romantizm epoxası
Romantizm dünya ədəbiyyatında maarifçi ədəbi tərəqqinin bir dövrüdür. Ona görə romantizmi metod, cərəyan və s. kimi təqdim etmək əsassızdır. Romantizm terminini ilk dəfə işlətmiş alman nəzəriyyəçisi Fridrix Şlegel 1798-1800-cü illərdə yazdığı silsilə jurnal məqalələrində romantizmi dövrün tələblərinə ən uyğun olan müasir sənət forması kimi təqdim edirdi. Romantizm dünya ədəbiyyatında maarifçi ədəbi tərəqqinin bir dövrüdür. Ona görə romantizmi metod, cərəyan və s. kimi təqdim etmək əsassızdır. Romantizm terminini ilk dəfə işlətmiş alman nəzəriyyəçisi Fridrix Şlegel 1798-1800-cü illərdə yazdığı silsilə jurnal məqalələrində romantizmi dövrün tələblərinə ən uyğun olan müasir sənət forması kimi təqdim edirdi. Əlbəttə, Şlegel haqlı idi, çünki onun dövründə romantizm ədəbi tərəqqinin ən yeni tendensiyalarını təmsil edirdi. Bu da keçid mərhələsi idi.
Cinsi xromatin
== Barr cisimciyi == Kişi və Qadın hüceyrələrində autosomların sayının bərabər olması ilə yanaşı X-xromosomlarının miqdarında fərq vardır. Nəzəri olaraq, qadınlarda X-ilişikli genlərin hamısı ikiqat dozada olduğu üçün qadının somatik hüceyrələrində bu geblər iki dəfə çox məhsul sintez etməlidir. Lakin artıq məlumdur ki, kariotipə X-xromosomunun əlavə olunması müxtəlif patalogiyalara səbəb olur . Kariotipdə X-xromosomunlarının sayı artdıqca onun klinik təzahürü daha ağır olur . Deməli, belə bir nəticəyə gəlmək olat ki, hətta X-xromosomların normal (XX) ikiqat dozasında belə X-ilişikli genlərin ikiqat ekspressiyası baş vermir. Başqa sözlə, X-ilişikli genlərin ekspressiyasının özünəməxsus xüsusiyyətləri vardır və bu genlərin dozasının kompensasiya olunması tam fərqli mexanizmklə baş verir.1949-cu ildə Murrey L.Barr və Evart Bertram pişiyun interfazada olan sinir hüceyrələrini elektrik cərəyanı ilə qıcıqlandırdıqdan sonra tədqiq edərkən dişi pişiyin sinir hüceyrələrində tünd rənglənən xromatin cisimciklər aşkar etdilər. Erkək pişiyin hüceyrələrində isə buna rast gəlinmir. Deməli, dişi pişiklərdə elektrik qıcıqlandırıcılarınınq təsiri altında sinir hüceyrələrinin nüvə pərdəsi altında xromatin yığımlar əmələ gəlir. Sonrakı mərhələdə qıcığın təsiri kəsilərsəq, hüceyrənin funksional vəziyyətindən asılı olaraq xromatin yığmları yerini dəyişə bilər, ya da hem görünməyə bilər. Xromatin yığımların dişi pişiklərin hüceyrələrində nüvş pərdəsi altında çox toplanması, erkəkkərdə isə nadir hallarda rast gəlinməsi bunun bilavasitə cinsiyyətlə bağlı olduğunu göstərir.
Xarkov romantizm məktəbi
Xarkov romantizm məktəbi (ukr. Харківська школа романтиків) — 1930–1940-cı illərdə fəaliyyət göstərən Xarkov Universitetinin gənc ukraynalı şairləri, müəllimləri və tələbələri qrupu. "Məktəb" termini onların əsərlərinin tədqiqatçısı və naşiri Aqapi Şamray tərəfindən təklif edilmişdir. == Nümayəndələr == Xarkov romantizm məktəbinin əsas nümayəndələri bunlardır: == İdeyalar == Romantizm dövrünün digər xalqları kimi bu şairlərin fəaliyyəti də milli şüurun oyanması ilə bağlıdır. Odur ki, bunun nəticəsində xalq yaradıcılığına maraq yaranmışdı. Xarkov romantikləri regional xalq sənətini toplamış, yayımlamış və təqlid etmişdilər. Onlar xalq mahnıları, nağıllar, əfsanələr əsasında mövzular tərtib etmiş, tarixi motivlərə müraciət etmişdilər. Bu marağın nəticəsidir ki, Xarkov romantikləri xalqı öz sələflərindən (İvan Kotlyarevski, Qriqori Kvitka-Osnovyanenko) fərqli görürdülər. Onlar xalqa yuxarıdan, təbiətin sadəlövh övladı kimi yox, mənəvi canlanma, güc, poetik ilham mənbəyi kimi baxırdılar.Bu yeni baxışı hətta Ukrayna xalqının milli dirçəlişinin mümkünlüyünə inanmayan kiril-metodistlər ilə (Panteleymon Kuliş, Taras Şevçenko) qarşıdurmasından qorxan qrup üzvləri də bölüşürdülər (məsələn, Amvrosiy Metlinski). Əvvəlki nəsil tərəfindən yetişdirilən yazılı burleski qınayan Xarkov romantikləri (Panteleimon Kulişin dediyinə görə) Ukraynanın təhsilli sinfinə xatırlatdılar ki, "onun ana dili var ki, ondan təkcə diqqətsiz insanı təhqir etmək üçün istifadə etmək olmaz".Xalqa qarşı bu yeni münasibətin təzahürü Kostomarov tərəfindən Kiyevə köçdükdən sonra yazılmış və Ukrayna messianizmi ideyasının ilk dəfə sistemləşdirildiyi "Ukrayna xalqının varlığı kitabı"dır.
Dünya romantizm ənənəsı və Hüseyn Cavid (kitab)
"Dünya romantizm ənənələri və Hüseyn Cavid" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər. == Məzmun == Əjdər İsmayılov monoqrafiyasında, romantik dünya poeziyasının tarixi inkişaf qanunauyğunluqlarını aydınlaşdırmaqda, Şərqdə onun özünəməxsus cəhətlərini ümumiləşdirmək baxımından Hüseyn Cavid yaradıcılığının geniş imkan yaratdığını, bu dahi Azərbaycan şairinin poeziysı öz gərgin mənəvi axtarışlarına, ülvi amalına görə Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli romantik şairlərin poeziyasına yaxınlığını göstərir. Dünya romantik şairlərinin əksəriyyəti öz yaradıcılığına Şərqdən, onun zəngin mifologiyasından, bədii- poetik irsindən daha çox qidalanmış, Şərq ruhunun güclü təsirini duymuşlar. Sözgəlişi Bayronun Şərq dünyasına sönməz marağının onun romantik şair kimi yetişməsində, yaradıcılığının geniş dünya şöhrəti qazanmasında çox böyük, səmərəli əhəmiyyəti olmuşdur. (Bayronun poeziyyasında Şərq nəfəsi sonralar Puşkinə təsir göstərmiş, onun şerlərində öz əksini tapmışdır.) Hötenin “Şərq ruhunu dərindən duyması” (Hegel) sayəsində yaratdığı ” Qərb - Şərq divanı”onun romantik- poetik axtarışlarının üfüqlərini genişləndirmiş, poeziyasını zənginləşdirmiş, şöhrətini artırmışdır. Bayronun, Hötenin və başqa romantiklərin timsalında Qərblə-Şərq ruhunu sintezinə, qovuşmasına çalışmaq meyili göstərir ki, bu da poeziyasının bəşəri meyillərindən sayılmalıdır. Belə meyil bəşəri mədəniyyətinin mahiyyətlə vəhdətini, bütövlükdə insanlığın mənafeyinə xidmət etdiyini təstiqləyir. Hüseyn Cavid romantizmi öz bədii-estetik mənşəyinə görə Azərbaycan mədə-niyyətinin dərin tarixi qatlarına bağlı olmuş, Şərq bədii düşüncəsindən, fəlsəfəsindən, o cümlədən, panteist görüşlərdən qidalanmış, Avropa, rus ədəbiyyatlarının ənənələrindən milli zəmində bəhrəlanmışdir.Onun istifadə etdiyi mənbələr nə qədər geniş, rəngarəng olsa belə, onları özünün milli poetik düşüncə tərzinə, poeziyasının ahənginə, min bir çalarlı musiqisinə uyğunlaşdırmış, öz orjinal yaradıcılıq fərdiliyinə, şair “mən”inə sadiq qalmış şəxsiyyətinin bütövlüyünü təstiqləmişdir. Hüseyn Cavid istər ətraf mühitə, istər yaratdığı bədii gerçəkliyə, oxuduğu, öyrəndiyi sənətkarların dünyasının demonik-yaradıcı gücü ucalığından baxmağı bacarırdı. Filosov – şairin istedadının bu demonik-yaradıcı gücü romantizminin bənzərsiz zənginliyində təcəssüm tapmışdır.