Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
"Dünya romantizm ənənələri və Hüseyn Cavid" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər.
Dünya romantizm ənənəsı və Hüseyn Cavid | |
---|---|
azərb. Dünya romantizm ənənəsı və Hüseyn Cavid | |
Müəllif | Əjdər Tağıoğlu |
Janr | Elmi əsər |
Orijinalın dili | Azərbaycan dili |
Rəssam | A.Məmmədov |
Nəşriyyat | "Elm" nəşriyyatı |
Nəşr | 1983 |
Səhifə | 220 |
Növ | kitab |
Tiraj | 4000 |
Əjdər İsmayılov monoqrafiyasında, romantik dünya poeziyasının tarixi inkişaf qanunauyğunluqlarını aydınlaşdırmaqda, Şərqdə onun özünəməxsus cəhətlərini ümumiləşdirmək baxımından Hüseyn Cavid yaradıcılığının geniş imkan yaratdığını, bu dahi Azərbaycan şairinin poeziysı öz gərgin mənəvi axtarışlarına, ülvi amalına görə Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli romantik şairlərin poeziyasına yaxınlığını göstərir. Dünya romantik şairlərinin əksəriyyəti öz yaradıcılığına Şərqdən, onun zəngin mifologiyasından, bədii- poetik irsindən daha çox qidalanmış, Şərq ruhunun güclü təsirini duymuşlar. Sözgəlişi Bayronun Şərq dünyasına sönməz marağının onun romantik şair kimi yetişməsində, yaradıcılığının geniş dünya şöhrəti qazanmasında çox böyük, səmərəli əhəmiyyəti olmuşdur. (Bayronun poeziyyasında Şərq nəfəsi sonralar Puşkinə təsir göstərmiş, onun şerlərində öz əksini tapmışdır.) Hötenin “Şərq ruhunu dərindən duyması” (Hegel) sayəsində yaratdığı ” Qərb - Şərq divanı”onun romantik- poetik axtarışlarının üfüqlərini genişləndirmiş, poeziyasını zənginləşdirmiş, şöhrətini artırmışdır.
Bayronun, Hötenin və başqa romantiklərin timsalında Qərblə-Şərq ruhunu sintezinə, qovuşmasına çalışmaq meyili göstərir ki, bu da poeziyasının bəşəri meyillərindən sayılmalıdır. Belə meyil bəşəri mədəniyyətinin mahiyyətlə vəhdətini, bütövlükdə insanlığın mənafeyinə xidmət etdiyini təstiqləyir.
Hüseyn Cavid romantizmi öz bədii-estetik mənşəyinə görə Azərbaycan mədə-niyyətinin dərin tarixi qatlarına bağlı olmuş, Şərq bədii düşüncəsindən, fəlsəfəsindən, o cümlədən, panteist görüşlərdən qidalanmış, Avropa, rus ədəbiyyatlarının ənənələrindən milli zəmində bəhrəlanmışdir.Onun istifadə etdiyi mənbələr nə qədər geniş, rəngarəng olsa belə, onları özünün milli poetik düşüncə tərzinə, poeziyasının ahənginə, min bir çalarlı musiqisinə uyğunlaşdırmış, öz orjinal yaradıcılıq fərdiliyinə, şair “mən”inə sadiq qalmış şəxsiyyətinin bütövlüyünü təstiqləmişdir.
Hüseyn Cavid istər ətraf mühitə, istər yaratdığı bədii gerçəkliyə, oxuduğu, öyrəndiyi sənətkarların dünyasının demonik-yaradıcı gücü ucalığından baxmağı bacarırdı. Filosov – şairin istedadının bu demonik-yaradıcı gücü romantizminin bənzərsiz zənginliyində təcəssüm tapmışdır. Əlbəttə Cavid şəxsiyyətinin mənəvi varlığı , Cavid dühasının təbiətini onun əsərlərindən duymaq olar. Bununla belə onun min bir mənəvi tellərlə dərindən bağlı olduğu qaynaqları araşdırmadan yaratdığı əsərləri istənilən elmi səviyyədə dolğun anlamaq qeyri – mümkündür. Ona görə oxuculaımıza təqdim edilən bu kitabda dünya romantizminin inkişafında tam bir dövr açan Hüseyn Cavid poeziyasına baxışdan əvvəl onun heç olmasa bəzi ilkin qaynaqlarını mümkün qədər tarixən izləmək məqsədəuyğun sayılmışdır. Belə bir ilkin cəhd nə qədər çətin olsa belə, nə qədər ilk baxışda əsas mövzudan uzaqlaşma kimi görünsə belə, yersiz deyildir, şairin dünya romantizminin poeziyasında yerini aşkarlamaq üçün gərəklidir. Bəri başdan onu da qeyd edək ki, hazırkı araşdırmada romantizmidən bir ədəbi məktəb kimi danışmaq məqsədi izlənilmir.Yuxarıda verilən işarədən də aydın olur ki, müəllif Cavid dünya romantizm poeziyası ilə başlayan müxtəlif sənət - estetik bağların yalnız biri haqqında-demonizm poeziyası haqqında araşdırma aparmaq fikrindədir. Lakin kitabın həcmi ilə əlaqədar verilmiş imkanı nəzərə alaraq, fikrini bir neçə sənəd nəhənginin simasında izah etməyə və ümumiləşdirməyə çalışmışdır.
Bu kitabı yazanda müəllif Azərbaycan cavidşunaslığının nailiyyətlərinə, dünya romantizminin öyrənilməsində dünya alimlərin zəngin təcrübəsinə əsaslanmış,onlardan dərin minnətdarlıq hissilə bəhrələnmişdir.