Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burustan
Burustan (fars. بوروستان‎) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Burustan Kövsər şəhristanının Firuz bəxşinin Zərəcua kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 486 nəfər (kişilər: 221 nəfər - qadınlar: 265 nəfər) olmuşdur. Kənddə 101 ailə yaşayır. == Coğrafiyası == Ərdəbildən ? km cənub-qərbdə, Givi şəhərindən ? km cənub-qərbdə, 37° 35' 26.43" şimal enində və 48° 07' 52.22" şərq uzunluğunda, dəniz səviyyəsindən 1665 m yüksəklikdə yerləşir. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. == Əhali və dil == Kəndin əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.
Luristan
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır. Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Murustana
Murustana (az-əbcəd. موروستانا‎, fars. مورستانه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 235 nəfər yaşayır (76 ailə).
Nuristan
Nuristan vilayəti (puşt. نورستان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 9.225 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 134.1 min nəfər, inzibati mərkəzi Qamdiş şəhəridir. Əhalinin əksəriyyətini nuristanilər təşkil etsə də, vilayətdə az sayda qucaratlılar (hindlilər), taciklər, puştunlar və digər millətlərin nümayəndələri də yaşayır. Vilayət inzibati cəhətdən Məndol, Vama, Vayqal, Nuristan, Qamdiş və Bərgi Matal rayonlarına bölünür. == Əhalisinin etnik tərkibi == Əhalisinin 99.3%-ni nuristanilər, 0.6%-ni qucaratlılar, 0.1%-ni taciklər təşkil rdir.
Xuzistan
Xuzistan ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Əhvaz şəhəridir. Ostanın ərazisi 63.238 km²-dir. 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.274.979 nəfər əhali yaşayır .Əhalinin etnik tərkibini bəxtiyarilər, ərəblər, farslar, lurlar, ləklər, Qaşqaylar və s. təşkil edr.
Muristan
Muristan — (İvrit: מוריסטן, ərəb. مورستان) — Qüdsün Köhnə Şəhərinin Xristian Məhəlləsində yerləşən küçə və mağazalar kompleksi. Müqəddəs Qəbiristanlıq Kilsəsinin cənubundakı ərazi Yəhuda Makkabeyin dövrünə aiddir. Rəvayətə görə, kral V Antiox, Davudun məzarını qarət etdiyinə görə Baş Kahini cəzalandırmaq üçün Yerusəlimə getdi. Qolqotada olarkən padşaha ilahi görüntü ilə Baş Kahini əfv etmək və orada xəstələrə və kasıblara qulluq etmək üçün xəstəxana tikmək tapşırıldı. 1496-cı ildə Uilyam Kaursin yazırdı ki, İuda Makkabaeus və Con Hirkan xəstəxananı həmin yerdə qurdular. == Tarixi == 130-cu ildə Hadrian 66–73-cü illər Birinci Roma-Yəhudi Müharibəsinin nəticəsi olan Yəhudeyadakı Yerusəlimin xarabalıqlarını ziyarət etdi. O, şəhəri yenidən quraraq, onun adını Aelia Capitolina və Roma baş tanrısı Yupiter Capitolinus qoydu. Hadrian ilahə Venera üçün böyük bir məbəd tikdi, onun yerində İmperator Böyük Konstantin sonralar Müqəddəs Qəbir kilsəsini tikdi. ​637-ci ildən sonra ərəb hökmranlığı dini azadlığa icazə verdi.
Xursan
Xursan – Tarixi Azərbaycan ərazisinin bir hissəsi. Şirvana tabe olan kiçik vilayətlərdən biri. Xursan – Xrsan adına ilk dəfə V əsr müəllifi Yeğişedə rast gəlinir. "Erməni coğrafıyası"nın qədim nüsxəsində Asiya Sarmatiyasının xalqları sırasında xsranların da adı çəkilir. Həmin coğrafiyanın yeni nüsxəsində deyilir: "Qafqaz iki dağ silsiləsinə bölünür. Onlardan biri düz istiqamətdə Şirvan və Xsrvandan keçərək Xorsvemədək uzanır..." Xsranlar, xsrvan adları, görünür, təhrif olunmuş xursanlar, xursan, eləcə də, Xors-Xurs, qayası demək olar, Xorsvem Beşbarmaqdır. IX əsr ərəb müəllifı əl-Yəqubi XIII əsrdə xəzərlərin xəlifə ordusu ilə müharibəsi barədə məlumat verərkən ərəb sərkərdəsi Yəzid ibn Üseydin geri çəkildiyi Ərməniyyədəki Xurs vilayətinin adını qeyd edir. Xursanın adı əl-Bəlazuridə Sasani I Xosrov Ənuşirəvanın (VI əsr) Cənubi Dağıstanda al-ləkzlərin Xursanşah titullu şahını və hal-hazırda mövcud olmayan Məsqət məmləkətinin şahını təyin etməsi münasibətilə çəkilir. Sonra müəllif xəbər verir ki, Mərvan ləkzlərin müqavimətindən sonra (VIII əsrin birinci yarısının sonunda) sülami ərəbi Həşrəmi onlara hakim təyin etdi, özü isə Şirvan hakiminin "dəniz sahilindəki Xirş (Xurs) adı ilə məşhur olan qalasına yollandı. Qalanın hakimi (Mərvanın) öz üzərində hakimiyyətini dərhal tanıdı və düzənliyə endi".
Ağacəri (Xuzistan)
Ağacəri (fars. آغاجاری‎) — İranın Xuzistan ostanının Behbəhan şəhristanının Ağacəri bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 13,152 nəfər və 2,943 ailədən ibarət idi. Bu şəhər İranın neftlə zəngin olan regionlarındandır. Ağacərinin adı Türk ellərindən olan Ağacəri elinin adından alınıb ki behbəhanın ətrafında sakindir. Bu şəhərin əsli və yerli əhalisi Ağacəri elindəndir ki, neftə görə ərəblər, lurlar və fars dillilər də bu şəhərə köçüblər.
Firuzabad (Luristan)
Firuzabad — İranın Luristan ostanının Silsilə şəhristanının Firuzabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,857 nəfər və 614 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.
Gərab (Luristan)
Gərab— İranın Luristan ostanının Kuhdəşt şəhristanının Tarhan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,270 nəfər və 687 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlman və Əhl-i Haqqdırlar.
Gəzin (Xuzistan)
Gəzin (fars. گزین‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Altıncı ostanda, Əhvaz şəhristanının Həftkel bəxşinin Nəft Sefid dehestanına daxil olan Gəzin kəndinin farsca – türkcə danışan və şiə olan əhalisi 500 nəfərdən ibarət idi. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 83 ailədə 165 nəfəri kişilər və 160 nəfəri qadınlar olmaqla cəmi 325 nəfərdir.
Luristan (ostan)
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır. Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Luristan ostanı
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır. Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Luristan quşarmudu
Luristan quşarmudu (lat. Sorbus luristanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Ümumi yayılması == Tyan-Şan, Pamir-Alay, Kopetdağ, Türkiyə, Azərbaycan və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Azərbaycanda Quba, Samur-Dəvəçi ovalığı, Lənkəranda aşağı dağ qurşağından orta dağ qurşağına qədər meşələrdə və Naxçıvan MR-də rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Orta və yuxarı dağ qurşaqlarında qoz, ağcaqayın, palıd meşəliklərində, qayalıq yerlərdə kolluqlarda yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 10 m-ə qədər olan ağac və ya koldur. Budaqları tikansız, cavan zoğları çılpaqdır. Yarpaqları ensiz tərs yumurtavarı, uc tərəfi qısa, sivridir.
Ləşgərgah (Xuzistan)
Ləşgərgah — İranın Xuzistan ostanında şəhər.
Muristan (Ərdəbil)
Muristan (fars. مورستان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 262 nəfər yaşayır (47 ailə).
Nurabad (Luristan)
Nurabad – İranın Luristan ostanının şəhərlərindən və Dilfan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 56,404 nəfər və 12,232 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlman və Əhl-i Haqqdırlar.
Nuristan vilayəti
Nuristan vilayəti (puşt. نورستان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 9.225 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 134.1 min nəfər, inzibati mərkəzi Qamdiş şəhəridir. Əhalinin əksəriyyətini nuristanilər təşkil etsə də, vilayətdə az sayda qucaratlılar (hindlilər), taciklər, puştunlar və digər millətlərin nümayəndələri də yaşayır. Vilayət inzibati cəhətdən Məndol, Vama, Vayqal, Nuristan, Qamdiş və Bərgi Matal rayonlarına bölünür. == Əhalisinin etnik tərkibi == Əhalisinin 99.3%-ni nuristanilər, 0.6%-ni qucaratlılar, 0.1%-ni taciklər təşkil rdir.
Səfiabad (Xuzistan)
Səfiabad— İranın Xuzistan ostanının Dezful şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,054 nəfər və 1,893 ailədən ibarət idi.
Sərdəşt (Xuzistan)
Sərdəşt— İranın Xuzistan ostanının Behbahan şəhristanının Zeydun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,972 nəfər və 1,074 ailədən ibarət idi.
Veys (Xuzistan)
Veys — İranın Xuzistan ostanının Bavi şəhristanının Veys bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,024 nəfər və 2,478 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Xubistan (Miyanə)
Xubistan (fars. خوبستان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kəndin sakinləri azərbaycanlılardır. Kənddə 2006-cı il siyahıya alınmaya görə 591 nəfər yaşayır (105 ailə).
Xuzistan (ostan)
Xuzistan ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Əhvaz şəhəridir. Ostanın ərazisi 63.238 km²-dir. 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.274.979 nəfər əhali yaşayır .Əhalinin etnik tərkibini bəxtiyarilər, ərəblər, farslar, lurlar, ləklər, Qaşqaylar və s. təşkil edr.
Xuzistan ostani
Xuzistan ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Əhvaz şəhəridir. Ostanın ərazisi 63.238 km²-dir. 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.274.979 nəfər əhali yaşayır .Əhalinin etnik tərkibini bəxtiyarilər, ərəblər, farslar, lurlar, ləklər, Qaşqaylar və s. təşkil edr.
Xuzistan ostanı
Xuzistan ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Əhvaz şəhəridir. Ostanın ərazisi 63.238 km²-dir. 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.274.979 nəfər əhali yaşayır .Əhalinin etnik tərkibini bəxtiyarilər, ərəblər, farslar, lurlar, ləklər, Qaşqaylar və s. təşkil edr.
Gülüstan
Gülüstan — Fars dilindən tərcümədə gül bağı, güllük mənasını verən mürəkkəb söz. Yaşayış məntəqələri Gülüstan məlikliyi — XVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Gülüstan nahiyəsi — Osmanlı dövlətinin inzabiti vahidi Gülüstan (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd; Gülüstan (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd; Gülüstan (Gəncə) — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə. Gülüstan ostanı — İranın şimal-şərqində ostan. Mərkəzi Gürgan şəhəridir . Yuxarı Gülüstan (Marağa) Aşağı Gülüstan (Marağa) Gülüstan (Nir) Bu adı olan tanınmış insanlar Gülüstan Əliyeva — Müğənni Əsərlər Gülüstan (Sədi Şirazi) — Sədinin əsəri. Gülüstan (poema) — Bəxtiyar Vahabzadənin əsəri. Gülüstani-İrəm əsəri, müəllifi Abbasqulu ağa Bakıxanov.
Gürcüstan
Gürcüstan (gürc. საქართველო – Sakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır.
Kürdüstan
Kürdüstan və ya Kürdistan (tələffüzü: kyɾd'y'stɑn; kürd. Kurdistan/کوردستان, translit. Kurdıstan, ; mənası – "Kürdlərin ölkəsi") və ya Böyük Kürdüstan — Qərbi Asiyada, əsasən kürdlərin məskunlaşdığı dağlıq vilayət. Kürdüstan kürd mədəniyyətinin, dillərinin və milli kimliyinin tarixən əsaslandığı bir ərazidir. Vilayət təxminən Zaqros dağlarının şimal-qərbini və Tavr dağlarının şərqini əhatə edir. Ərazi kürd irredentist iddialarına uyğun gəlir. Bölgənin kürd diyarı kimi ilk dəfə Mahmud Kaşğarinin dünya xəritəsini hazırladığı və əl-İraq və Əş-Şam arasındakı bölgəni "Ərz-əl-Əkrad" kimi qeyd etdiyi "Divanü Lüğat-it-Türk" əsərində xatırladıb. Ərz-əl-Əkrad, ərəb dilində "kürdlərin ölkəsi" deməkdir. Kürdüstan adı ilk dəfə 1150-ci ildə Böyük Səlcuq hökmdarı Sultan Səncər tərəfindən qərbi İranı təsvir etmək üçün istifadə edilmişdir. Bu ad daha əvvəllər istifadə olunan Kurdiya və qədim Korduena toponimləri ilə əlaqədardır.
Türküstan
Türküstan (türklərin yurdu) — Mərkəzi Asiyanın tarixi Türküstan ərazisinə müasir Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sintsyan-Uyğur milli rayonu, Sibir cənubunun türkdilli regionları, Əfqanıstanın şimalı və İranın şimal-şərq hissəsi aid edilir. İlk dəfə olaraq "Avesta" da" iti sürətli atlara malik olan" tur tayfasının adı ilə bağlı Turyana (Turan) ölkəsinin adı çəkilir."Avesta" da turlar İran dillərində danışan müasir xalqların ulu əcdadları olan Arilərin qatı düşməni,həm də onlardan fərqli etnos kimi göstərilir və Turan İrana(ari etnonimindən) qarşı qoyulur.İranda Sasanilər sülaləsi dövrünə aid ədəbi abidələrdə,IX əsr və sonrakı dövr tarixçilərin əsərlərində və Firdovsinin "Şahnamə"sində Turan Türküstan, Turanlılar isə türklər adlandırılır.Azərbaycanın XIV əsrin ikinci yarısı və XV əsrin I yarısında yaşamış görkəmli coğrafiyaşünas alimi Əbdürrəşid Bakuvi Türküstanın bütün Türk ölkələrinin ümumı adı olduğunu və onun sərhədlərinin 1-ci iqlim qurşağından başlayaraq şərqin dərinliklərinə doğru 7-ci iqlimə qədər uzandığını yazmışdır.Bakuvi həmçinin türklərin cənubdan şimala doğru bütün iqlimlərdən şərqdə yaşadıqlarını göstərmişdir. XVII–XIX əsrin əvvəllərində Qərbi Avropa və rus tədqiqatçıları Türküstanın mühüm ticarət, siyasi və mədəni mərkəzi olan Buxaranın adı ilə indiki Mərkəzi Asiyanı bəzən "Böyük Buxariyə",ondan şərqdə yerləşən torpaqları isə" Kiçik Buxariyə"adlandırırdılar. XVIII əsrin ortalarında Türküstanın Mərkəzi Asiyadan şərqdəki ərazisi ("Kiçik Buxariyə") Çinə birləşdirildikdən sonra çinlilər ona Sintszyan (" Yeni sərhəd", "Yeni ərazi") adı veriblər. XVIII–XIX əsrlərdə Şərqdə,sonra isə Rusiya və Avropada Böyük Buxariyə və Kiçik Buxariyə birlikdə Türküstan adlandırıldı və həm də "Buxara Türküstanı" və Çin Türküstanı hissələrinə bölünürdü. XIX əsrin ortalarından başlayaraq Buxara Türküstanı Qərbi Türküstan, Çin Türküstanı isə Şərqi Türküstan adlandırılmağa başlanmış və sonralar bu coğrafi istilahlar vətəndaşlıq hüququ qazanmışdır. XIX əsrdə və XX əsrin əvvəllərində müasir Mərkəzi Asiya və Qazaxıstan,Mərkəzi Asiyanın türk xalqları yaşayan hissəsin əhatə edən coğrafi vilayət Türküstan adlanır və şərti olaraq Qərbi (və ya Rusiya), Şərqi (və ya Çin), Cənubi (və ya Əfqanıstan) Türküstanına bölünürdü. Rusiyaya birləşdirilmiş Qərbi Türküstanda 1867-ci ildə Türküstan general-qubernatorluğu təşkil olunmuşdu. 1886-cı ildən "Türküstan ölkəsi" adı rəsmiləşdirildi. 1918-ci ilin aprel ayında Qərbi Türküstan ərazisində RSFSR-in tərkibinə daxil olan Türküstan MSSR yaradılmışdı.
Gürcüstan arzusu-Demokratik Gürcüstan
Gürcü arzusu — Demokratik Gürcüstan (gürc. ქართული ოცნება–დემოკრატიული საქართველო, gürcücə "Kartuli osneba-demakratiuli Sakartvelo" kimi oxunur) — Gürcüstanın hakim partiyası, 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.
Alakəbud (Kürdüstan)
Alakəbud - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Xosrov kəndistanında, Bicar şəhərindən 12 km şərqdədir.
Alan (Kürdüstan)
Alan — İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qərvə bölgəsinin Xudabəndalu kəndistanında, Gültəpə qəsəbəsindən 7,5 km şimalda, Həmədan-Bicar avtomobil yolunun üstündədir.
Ağcaqaya (Kürdüstan)
Ağcaqaya - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qorvə bölgəsinin Xudabəndəli kəndistanında, Gültəpə qəsəbəsindən 20 km cənub-şərqdədir.
Ağcaxaraba (Kürdüstan)
Ağcaxaraba - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qorvə bölgəsinin Xudabəndəli kəndistanında, Gültəpə qəsəbəsindən 31 km cənub-şərqdədir.
Ağdaş (Kürdüstan)
Ağdaş — İranın Kürdüstan ostanı, Sənəndəc şəhristanına daxil olan kənd. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qurvə bəxşinin Xudabəndəli kəndistanında, Gültəpə qəsəbəsindən 25 km şərqdədir.
Baci (Gürcüstan)
Baci (gürc. ბაჯი) — Gürcüstanda, Raça-Leçxumi və Aşağı Svaneti bölgəsində, Ambrolauri bələdiyyəsində yerləşən kənd. Rioni çayının üzərində, Ambrolauri şəhərindən 22 kilometr uzaqlıqda yerləşir.
Cənubi Kürdüstan
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. == Tarixi == === İraq mandatı === Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
Daştəpə (Gürcüstan)
Daştəpə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Gülüstan (Culfa)
Gülüstan (əvvəlki adı: Cuğa) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Culfa şəhər inzibati-ərazi vahidi tərkibindəki Cuğa kəndi Gülüstan kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndi Culfa şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Gülüstan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Araz çayının sahilində yerləşir. V əsrə aid mənbələrdə Naxçıvana köçürülmüş midiyalıların yaratdıqları yaşayış məntəqələrindən biri kimi qeyd olunub. Kənd indi Gülüstan adlanır. Qədim Culfa şəhəri bu kəndin yaxınlığında, Araz çayı boyunca uzanan karvan yolu üzərində yerləşmişdir. Bura Cənubi Qafqaz, İran, eləcə də şərqlə qərb arasında mühüm ticarət əlaqələrinin keçid məntəqəsi olub. == Əhalisi == Əhalisi 541 nəfərdir.
Gülüstan (Goranboy)
Gülüstan — Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1813-cü il Gülüstan müqaviləsi burada imzalanıb. Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçiriblər. Lakin 1992-ci ilin iyun ayında hücuma keçən Azərbaycan Silahlı Qüvvələri kəndi erməni işğalından azad edib. Lakin kəndin Azərbaycanın nəzarətində olduğu dövlərdə erməni ordusu bura bir neçə dəfə həmlə edərək mülki əhalini və hərbçiləri öldürməyə cəhd etmişdir. 19 sentyabr 1992-ci ildə erməni birləşmələrinin Gülüstan kəndinə silahlı basqın nəticəsində 22 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır. Qarabağ müharibəsindən sonra neytral ərazidə qalan Gülüstan kəndi xarabalıqlar içindədir və orada əhali yaşamır. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan ordusu Gülüstan kəndi istiqamətində bəzi yolları işğaldan azad edərək cəbhə xəttində irəliləyib. == Toponimikası == Gülüstan kəndi Murovdağ silsiləsinin yamacındadır. Kənd İncəçayın sahilindəki qədim Gülüstan qalasının adı ilə adlanmışdır.
Gülüstan (Gəncə)
Gülüstan — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə.