Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yürgen Matzku
Yürgen Matzku (28 may 1966) — Avstriyalı kişi ağır atlet. 94 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Avstriyanı təmsil edir. Yürgen Matzku dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Yürgen Qrabovski
Yürgen Qrabovski (alm. Jürgen Grabowski‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Scherzer, Hartmut (1978). Jürgen Grabowski. München: Copress. ISBN 978-3-7679-0142-1.
Yürgen Rebel
Yürgen Rebel (17 iyul 1963) — Qərbi Almaniyanı təmsil edən stolüstü tennisçi. Yürgen Rebel Qərbi Almaniyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 21-ci pillənin sahibi olub.
Leyda Yürgen
Leyda Yürgen (est. Leida Jürgen; 25 dekabr 1925 – 3 may 2013) — Sovet və eston rəssamı, qravüraçısı, pedaqoq. O, orijinal dizaynlı keyfiyyətli şüşə qablar istehsalı ilə tanınan Tarbeklaasdakı zavodun eston şüşə rəssamı olub. Zavodun məhsullarına bütün Sovet İttifaqında böyük tələbat var idi və onun hüdudlarından kənara da tədarük edilirdi. == Həyatı == Leyda Yürgen 25 dekabr 1925-ci ildə Estoniyanın Viljandi qraflığının Halliste şəhərində anadan olub. 1934-cü ildə ailəsi Olustvere yaxınlığındakı Yaska kəndinə köçüb. 1946-cı ildə Leyda Yürgen Viljandi Sənaye Kollecini geyim dizaynı və modelləşdirmə ixtisası üzrə bitirib. 1946-1952-ci illərdə Tallində Estoniya SSR Dövlət İncəsənət İnstitutunda Maks Roosmanın rəhbərliyi altında bədii şüşə emalı fakültəsində təhsil alıb. 1952-1955-ci illərdə təhsilini başa vurduqdan sonra Estoniya Dövlət İncəsənət İnstitutunda müəllim işləyib. 1955-ci ildə zavodun baş rəssamı Yevgeni Yanovskinin dəvəti ilə Leninqrad Bədii Şüşə Zavodunda işə başlayıb.
Yurgen Habermas
Yürgen Habermas (alm. Jürgen Habermas‎; 18 iyun 1929[…]) — Alman filosof və sosioloq, Qərb fəlsəfəsinin görkəmli nümayəndələrindən biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Amerikan praqmatizminin inkişafında xidmətləri olmuşdur.
Yurgen Klinsman
Yurgen Klinsman (30 iyul 1964[…]) — Alman futbol mütəxəssisi, FİFA 100 siyahısına daxildir.
Yurgen Klopp
Yurqen Norbert Klopp (16 iyun 1967[…], Ştutqart) — alman futbolçu və futbol məşqçisi. Hazırda Premyer Liqa komandalarından olan Liverpulun baş məşqçisi olan Klopp, buna qədər Borussia Dortmund və Mainz05 komandalarında baş məşqçilik edib.
Yurgen Vogel
Yurgen Peter Vogel (29 aprel 1968[…], Hamburq) - Alman aktyor, rejissor, prodüser və müğənnidir.
Yurqen Klopp
Yurqen Norbert Klopp (16 iyun 1967[…], Ştutqart) — alman futbolçu və futbol məşqçisi. Hazırda Premyer Liqa komandalarından olan Liverpulun baş məşqçisi olan Klopp, buna qədər Borussia Dortmund və Mainz05 komandalarında baş məşqçilik edib.
Hans-Yurgen Gede
Hans-Yurgen Gede (alm. Hans-Jürgen Gede‎; d. 14 noyabr 1956, Gelzenkirxen, Qərbi Almaniya) — Almaniyalı futbolçu və futbol məşqçisi.. == Karyerası == === Futbolçu === ==== Klub ==== 1968-ci ildə Drezden "Dinamo"sunda futbolçu həyatına başlamışdır. Keçmiş ADR-in ən tanınmış klubunda altı il çıxış etmişdir. Bu müddətdə beş dəfə ölkə çempionu və kubokun sahibi olub. Peşəkar futbol karyerasına isə 1975-ci ildə doğma şəhərinin klubu olan "Şalke 04"-də yarımmüdafiəçi olaraq başlamışdır. "Şalke"də 1977-ci ilə qədər oynadı və bu müddət ərzində 33 matçda 2 qol vurdu. Daha sonra "Proyssen" klubunda çıxış etməyə başladı və dərhal əsas heyətdə yerini aldı. Gede bu klubda iki mövsüm keçirdi və 71 matçda 10 qol vurdu.
Hans-Yurgen Ştumpf
Hans-Yurgen Ştumpf (alm. Robert Ritter von Greim‎; 15 iyun 1889, Kolobjeq, Prussiya – 9 mart 1968, Frankfurt-Mayn, Hessen) — alman pilot, hər iki dünya müharibəsinin iştirakçısı, 26 aprel-24 may 1945-ci ildə Lüftvaffenin nümayəndəsi, aviasiya general-polkovniki (19 iyul 1940). == Həyatı == Hans-Yurgen Ştumpf 1907-ci il aprelin 1-də fanen kursantı kimi 12-ci Qrenadyor alayına daxil olub. 1908-ci il noyabrın 19-da o, isə leytenant rütbəsi alıb. 1912-ci ildə Şpandaudakı silah zavoduna göndərilib. Ştumpf 1912-ci il oktyabrın 1-dən — 12-ci Qrenadyor alayında batalyon adyutantı kimi xidmət edib. Ştumpf Birinci Dünya müharibəsi iştirakçısıdır. O, müharibənin ilk vaxtlarında, 1914-cü il avqustun 24-də ağır yaralanır. 1914-cü il sentyabrın 1-dən öz alayının ehtiyat taborunun taqım komandiri, 1915-ci ilin yanvar-may aylarında 254-cü ehtiyat alayının taqımında xidmət edib. Hans-Yurgen Ştumpf 1915-ci il mayın 20-dən — 187-ci piyada briqadasının adyutantı olub.
Gürgən
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Gürgən (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Coğrafiyası və iqlimi == Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. == Adının mənşəyi == Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. == Tarixi == Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Gürgən bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ürgə
Ürgə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Göyşaban kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ürgə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Xəzər dənizin sahilində yerləşən kənd əsasən qumsal torpaqlardan ibarətdir. Lənkəran şəhərindən 8 kilometr məsafədə yerləşir. Göyşaban, Veravul Girdəni kəndləri və Liman şəhəri ilə həmsərhəddir. Əhalisi 2500 nəfərdir. Əhali əsasən XX əsrin 60-cı illərində Marso sovxozu yaradılarkən Lerik və Yardımlı rayonunun kəndlərindən köçüb gələnlərdir. Eyni zamanda əhalinin köçü bu gün də davam edir. Kənddə Ürgə kənd məscidi dini icması fəaliyyət göstərir.
Yuryel
Üryel (fr. Huriel) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Üryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03128. Üryel kəndi Fransanın coğrafi mərkəzi adı uğrunda 8 iddiaçıdan biridir 2008-ci ildə əhalinin sayı 2471 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1563 nəfər (15-64 yaş arasında) 1119 nəfər iqtisadi fəal, 444 fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə bu göstərici 69.1%). Fəal 1119 nəfərdən 1046 nəfər (572 kişi və 474 qadın) işləyir, 73 nəfər işsizdir (31 kişi və 42 qadın). 444 hərəkətsiz olan 109 nəfər arasında şagird və ya tələbə, 185 nəfər təqaüdçü, 150 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Zurqes
Zurqes— Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Zurnabad oyk., mür. Göygöl rayonunun eyniadı i.ə.v.-də kənd. Gəncəçayın sahilində, Kiçik Qafqaz dağlarının ətəyindədir. Oykonim qədim türk dillərindəki zurum (ordu) və abad (yer, ərazi, kənd) komponentlərindən düzəlib, "ordugah, ordu olan yer", "qarnizon" mənasındadır. Bu mənada oykonim Ordubad və Şahnabad toponimləri ilə sinonimlik təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 719 nəfər əhali yaşayır.
Yeni Yergən (Xaybulla)
Yeni Yergən (başq. Яңы Ергән) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Yeni Yergən kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Yeni Yergən kəndinin milli tərkibi: başqırdlar 100 %. Məsafələr: rayon mərkəzindən (Akyar):11 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 60 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Yurse
Ürse (fr. Urçay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03293. 2008-ci ildə əhalinin sayı 287 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kani Gürgə (Bükan)
Kani Gürgə (fars. كاني گرگه‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (20 ailə).
Ürgə bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ernst Yunqer
Ernst Yunqer (alm. Ernst Jünger‎; 29 mart 1895[…], Heydelberq, Baden knyazlığı[d], Almaniya imperiyası – 17 fevral 1998[…], Ridlingen[d]) — alman yazıçı, yüksək təltif edilmiş hərbçi, filosof və entomoloq idi, o ən çox I Dünya Müharibəsi vaxtı yazdığı gündəlliyi "Polad Fırtınası" ilə ictimaiyyət arasında məşhurlaşdı. Uğurlu bir iş adamının və kimyaçının oğlu olan Yunqer, zəngin bir tərbiyəyə qarşı üsyan etdi, Fransa Xarici Legionunda qısa müddət xidmət etməkdən qaçmadan əvvəl, Wandervogel Alman gənclər hərəkatında macəra axtardı. Atasının səyləri ilə Almaniyada mühakimə olunmaqdan qaçdığına baxmayaraq, Yunqer 1914-cü ildə I Dünya Müharibəsi başlayanda Alman ordusuna yazıla bildi. 1918-ci ildə uğursuz bir hücum zamanı Yunqer aldığı çoxsaylı yaralara görə və göstərdiyi qəhrəmanlıq nəticəsində rütbəsinə görə nadir mükafat olan Pour le Mérite ordeni ilə təltif edildi.
Korbinian Burger
Korbinian Burger (27 aprel 1995-ci ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Sonnenhof Qrosaşpax klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Qroyter Fürth === Burger Bayern Münhen akademiyası vasitəsilə inkişaf etmişdir. 28 iyul 2017-ci ildə o, Qroyter Fürth klubuna transfer olmuşdur. O, peşəkar karyerasında debütünü 13 avqust 2017-ci ildə Morlautern klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Almaniya Kuboku görüşündə Qroyter rəqibinə 5-0 hesabı ilə qalib gəlmişdir. === Sonnenhof === 16 iyul 2018-ci ildə Burger Sonnenhof Qrosaşpax klubu ilə müqavilə imzalamışdır. Burger klub ilə debütünü 28 iyul 2018-ci ildə Karl Zeiss Jena klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 3.Bundesliqa görüşündə Sonnenhof rəqibinə 2-3 hesabı ilə məğlub olmuşdur.
Kurgeh (Soyuqbulaq)
Kurgeh (fars. كورگه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (9 ailə).
Qurgen Antonyan
Qurgen Gerasimoviç Antonyan (erm. Գուրգեն Գերասիմի Անտոնյան; 3 yanvar 1911, Çıraqlı – 7 may 1984, Bakı) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor (1950), Azərbaycan SSR əməkdar elm xadimi (1973), V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun erməni dili və ədəbiyyatı kafedrasının müdiri (1943–1974). Qurgen Gerasimoviç Antonyan 1911-ci il yanvarın 3-də bügünkü Tərtər rayonunun Qasapet kəndində anadan olmuşdur. 1933-cü ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1934–1937-ci illərdə həmin universitetin aspiranturasında oxumuşdur. Elmi rəhbəri Arsen Terteryan olmuşdur. 1937–1974-cü illərdə Bakıda V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) çalışmışdır. 1943–1974-cü illərdə həmin institutun erməni dili və ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 1974–1984-cü illərdə Stepanakert Pedaqoji İnstitutunda çalışmışdır. 7 may 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Qurgen Arutyunyan
Qurgen Mixayloviç Arutyunyan (9 (22) iyun 1905, Yelizavetpol – 2 yanvar 1973, Stepanakert) — erməni sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1957). Qurgen Arutyunyan 22 iyun 1905-ci ildə hazırkı Gəncə şəhərində anadan olub. Səhnə fəaliyyətinə 1929-cu ildə Bakı Erməni Teatrında başlamışdır. 1949-cu ildən Stepanakert Dövlət Teatrındakı tamaşalarda aktyor kimi çıxış etmişdir. Əsasən komik və xarakter rollarını ifa etmişdir. Qurgen Arutyunyan 1941-ci ildən Sov. İKP üzvü olmuşdur. O, 2 yanvar 1973-cü ildə hazırkı Xankəndidə vəfat etmişdir. Azərbaycan SSR əməkdar artisti fəxri adı — 17 iyun 1943 Azərbaycan SSR xalq artisti fəxri adı — 16 may 1957 "Şərəf nişanı" ordeni Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский.
Qurgen Dalibaltayan
Qurgen Harutyun oğlu Dalibaltayan (5 iyun 1926, Böyük Swift[d] – 1 sentyabr 2015, İrəvan) — erməni əsilli SSRİ və Ermənistan hərbiçisi, Ermənistan ordusunun yaradıcılarından biri, "qəhramanı", Qarabağ müharibəsində Azərbaycana qarşı hərbi əməliyyatların aktiv iştirakçısı, Ermənistan silahlı qüvvələrinin general-polkovniki. Bu soyad "Dəlibaltayan", azərbaycanlılardan oğurladıqları yüzlərlə soyadlardan biridir. Bu soyadın mənbəyi ermənilərin türkləri qətlə yetirdikləri Türkiyənin Qars vilayətində günahsız insanları işgəncə ilə, qadın, uşaq, qoca demədən işgəncə verib, balta ilə doğrayan bir nəslin nümayəndələrinə verilən "dəli baltalar" ləqəbindən götürülüb. Müsahibələrinin birində baba qardaşının Göycə mahalında, Andranik Ozanyanın dəstəsində Şişqaya, Zod və digər kəndlərdə günahsız azərbaycanlıları qətlə yetirən dəstənin baş bilənlərindən olduğu ilə fəxr edən Dalibaltayan daim bu fikirləri erməni millətinə təlqin etmişdir. O zaman, Göycə mahalında 150 kənddən 30-u yerlə-yeksan edilmiş, sonrakı geriyə dönmək məqamında da həmin kəndlərdə yaşayan olmamışdı, yəni, əhali qalmamış, eləcə də Basarkeçər və Çəmbərək bölgəsinin 60-dan artıq kəndinin əhalisi amansız zülmün, xüsusilə də, terror əməliyyatının qurbanı olmuşdur. Məhz bu terrorçuların davamçısı, onların əməllərini özünə soyad götürüb, daşıyıçısı olan Qurqen Harutyun oğlu Dalibaltayan SSRİ-də yüksək hərbi vəzifələrdə xidmət etmiş, XX əsrin 90-cı illərdə Ermənistana gələrək babasının etdiyi eyni hərəkətləri Şuşada etmişdir. Bunun nəticəsində Şuşada 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Vəfatından sonra Ermənistan ictimayəti həmin cəlladı xalqın qəhrəmanı, igid oğlu, xilaskarı kimi dəfn edir. Bu dəfə erməlilər üçün balta igidlik rəmzinə çevriləcək.
Qurgen Markaryan
Qurqen Markaryan (erm. Գուրգեն Մարգարյան; 26 sentyabr 1978, İrəvan – 19 fevral 2004, Budapeşt) — erməni leytenantı. Qurqen Markaryan 2004-cü ilin 2 fevralında Ramil Səfərovla münaqişə əsnasında ölmüşdür.
Qurgen Melkumyan
Melkumyan Qurgen Allahverdiyeviç (7 noyabr 1915, Şuşa qəzası – 18 noyabr 2007, Xankəndi) — Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi Qurgen Melkumyan 7 noyabr 1915-ci il tarixində Şuşa qəzasında kəndli ailəsində doğulmuşdur. Sov. İKP MK-nın 3 illik Ali Partiya Məktəbini bitirmişdir.