Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meteor yağısı
Meteor seli hər ilin eyni ayda gedən qısamüddətli və sıx (dəqiqədə 1000-dən çox) meteorların dəstəsi. Böyük meteor seli radiantının daxil olduğu bürcə görə adlandırılır. Yerdən görən kimi meteor seli meteor yağışı adlanır. Əsas meteor seliləri Kvadratidlər, Liridlər, η-Akvaridlər, δ-Akvaridlər, Perseidlər, Drakonidlər, Orionidlər, Tauridlər, Leonidlər, Germinidlər və Ursidlərdir.
Qar yağışı
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Turşu yağışı
Turşu yağışı — tərkibində turşular olan, yəni yüksək miqdarda hidrogen ionlarına sahib olan atmosfer yağıntısıdır (alçaq pH). Turşu yağışının bitkilər, su heyvanları və infrastuktur üzərində zərərli təsirləri ola bilər. Turşu yağışı havanın tərkibində olan kükürd və azot oksidlərinin su molekulları ilə birləşərək turşu əmələ gətirməsinə görə baş verir. Hökumətlər 1970-ci ildə bəri havadakı kükürd-dioksidin miqdarının azaldıması üçün səy göstərirlər. Azot oksidləri təbiətdə ildırım çaxması zamanı kükürd-dioksid isə vulkan püskürmələrindən əmələ gəlir. Turşu yağışındakı kimyəvi maddələr dəmir qurğuların korroziyasına və daş heykəllərin erroziyasına səbəb olur. 1950-ci ildə İsveç və Norveçin əhalisi çay və göllərdən balıqların yoxa çıxmasını müşahidə etməyə başladılar. Bu gün üçün təkcə İsveçdə 14000-dən çox gölün suyu yüksək turşuluğa malikdir. Bu problem Şotlandiyada, Alpın yüksək dağlıq zonasında, Kolsk yarımadasında, Taymırda, Avrasiyanın və Mərkəzi Amerikanın başqa yerlərində də mövcuddur. Torpağın turşuluğunun yüksəlməsi bitkilərin qidalanması üçün mineral elementlərin azalmasına, onun strukturunda və su-hava rejimində arzuedilməz dəyişikliklərə, bunların nəticəsi kimi isə münbitliyin azalmasına gətirib çıxarır.
Çiçək Yağışı (1971)
Kinooçerk çiçəklər haqqında lirik hekayədir. Güllər həmişə insanlara, evə sevinc, gözəl əhvali-ruhiyyə, gümrahlıq, həyata məhəbbət gətirir. Filmdə insanın gülə münasibəti, qarşılıqlı əlaqəsi barədə söhbət açılır. Kinolentdə incə-lirik səhnələrlə yanaşı kəskin dramatik anlar da vardır. Rejissor: Rasim Ocaqov Ssenari müəllifi: Arif Əliyev Operator: Rasim Ocaqov Bəstəkar: Emin Sabitoğlu Mahnıların mətninin müəllifi: Vaqif Səmədoğlu Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Çiçək yağışı (film, 1971)
Kinooçerk çiçəklər haqqında lirik hekayədir. Güllər həmişə insanlara, evə sevinc, gözəl əhvali-ruhiyyə, gümrahlıq, həyata məhəbbət gətirir. Filmdə insanın gülə münasibəti, qarşılıqlı əlaqəsi barədə söhbət açılır. Kinolentdə incə-lirik səhnələrlə yanaşı kəskin dramatik anlar da vardır. Rejissor: Rasim Ocaqov Ssenari müəllifi: Arif Əliyev Operator: Rasim Ocaqov Bəstəkar: Emin Sabitoğlu Mahnıların mətninin müəllifi: Vaqif Səmədoğlu Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Naqilsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Naqilsiz Qoşulma Protokolu
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir. WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür.