Turşu yağışı — tərkibində turşular olan, yəni yüksək miqdarda hidrogen ionlarına sahib olan atmosfer yağıntısıdır (alçaq pH).
Turşu yağışının bitkilər, su heyvanları və infrastuktur üzərində zərərli təsirləri ola bilər. Turşu yağışı havanın tərkibində olan kükürd və azot oksidlərinin su molekulları ilə birləşərək turşu əmələ gətirməsinə görə baş verir. Hökumətlər 1970-ci ildə bəri havadakı kükürd-dioksidin miqdarının azaldıması üçün səy göstərirlər. Azot oksidləri təbiətdə ildırım çaxması zamanı kükürd-dioksid isə vulkan püskürmələrindən əmələ gəlir. Turşu yağışındakı kimyəvi maddələr dəmir qurğuların korroziyasına və daş heykəllərin erroziyasına səbəb olur.
1950-ci ildə İsveç və Norveçin əhalisi çay və göllərdən balıqların yoxa çıxmasını müşahidə etməyə başladılar. Bu gün üçün təkcə İsveçdə 14000-dən çox gölün suyu yüksək turşuluğa malikdir. Bu problem Şotlandiyada, Alpın yüksək dağlıq zonasında, Kolsk yarımadasında, Taymırda, Avrasiyanın və Mərkəzi Amerikanın başqa yerlərində də mövcuddur.
Torpağın turşuluğunun yüksəlməsi bitkilərin qidalanması üçün mineral elementlərin azalmasına, onun strukturunda və su-hava rejimində arzuedilməz dəyişikliklərə, bunların nəticəsi kimi isə münbitliyin azalmasına gətirib çıxarır. Torpağın turşulaşması asanlıqla torpaq məhlullarına keçə bilən ağır metal ionlarının qatılığının yüksəlməsi ilə müşayiət olunur ki, onların da yüksək qalıqda olması azot fiksə edən mikroorqanizmlərin fəaliyyətini zəiflədir. Ağır metalların duzları nəinki bitkiləri zəhərləyir, eləcə də üzvi maddələrin parçalanmasında iştirak edən bakteriya və göbələkləri məhv edir.
Müxtəlif orqanizmlərin atmosfer çirklənmələrinə, eləcə də su və torpağın turşuluğuna qarşı həssaslığı fərqlidir. Bu çirkləndiricilərə ən çox həssas olanlar bəzi balıq, göbələk və onurğasız su heyvanları, eləcə də bir çox mamır növləridir.
İnsanlar da atmosfer çirklənmələrinin təsirinə məruz qalır. Çirkləndiricilərin sağlamlığa mənfi təsiri iki yolla ola bilər: birbaşa (zərərli maddələrlə nəfəs almaqla) və (və ya) dolayısı (qida ilə insan orqanizminə daxil olma) yolla.
Avropada turşu yağışlarından hər 40 ağacdan biri ziyan çəkir. Əsas nəticə — meşələrin məhsuldarlığının kəskin aşağı düşməsidir (həm bioloji, həm də təsərrüfat baxımından).
Bizim mədəniyyət nümunələrimiz binaların, tarixi və mədəni abidələrin metaldan, betondan və ya əhəngin istifadəsindən hazırlanan konstruksiyaların ovunması səbəbindən dağılır. Havada kükürd və azot oksidlərinin olması parçalanma prosesinin sürətlənməsinə səbəb olur. Belə təsirə ən çox əhəngli materiallar, mərmər və qumluqlar məruz qalır.
Turşu yağışlarının düşməsi səbəbindən torpaqda tərkibində azot oksidi olan azotlu birləşmələrin miqdarının artması və azot gübrələrinin qalıq miqdarı azot sevən və azotadavamlı növlərin sayının artması və ekosistemdən digər növləri sıxışdırıb çıxarması ilə bioloji müxtəlifliyin azalmasına səbəb olur. Körfəzlərdə, göllərdə, su anbarlarında və dənizdə azotun qatılığının yüksəlməsi yosunların (suyun "çiçəkləməsi") gur inkişafına və oksigenin suda miqdarının kəskin azalmasına (avtrofiya) səbəb olur.
Demək olar ki, kükürd qazının və azot oksidinin əksər hissəsi üzvi yanacağın yandırılması (kömür, mazut, benzin və başqa neft məhsulları, torf və s.) ilə bağlı olan texnoloji proseslərdə əmələ gəlir. Bu proseslərdə eyni zamanda karbon qazı və su buxarları da, "parnik effekti"nə, yəni qlobal iqlim dəyişikliyinə səbəb olanlar da əmələ gəlir .
Ekologiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |