Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaşılca
Yaşılca (lat. Callophrys) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinə aid heyvan cinsi.
Yaşılbaş ördək
Yaşılbaş ördək (lat. Anas platyrhynchos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Avstraliya Yaşıllar Partiyası
Avstraliya Yaşıllar Partiyası və ya Yaşıllar (ing. Australian Green или The Greens) — Avstraliyada fəaliyyət göstərən siyasi partiya.
Birlik 90/Yaşıllar
Birlik 90/Yaşıllar (alm. Bündnis 90/Die Grünen‎) və ya sadəcə Yaşıllar – Almaniyanın siyasi partiyalarından biri. 1993-cü ildə Almaniya Yaşıl Partiyası (1979) ilə Birlik 90 (1989) partiyalarının birləşməsi nəticəsində yaranıb. Partiyanın əsas idealogiyası ekoloji, sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılmasıdır. Sədrləri Simone Peter və Cem Özdemirdir. Partiya Bundestaqda 63 yerə (630-dan) sahibdir.
Monqolustan Yaşıllar Partiyası
Monqolustan Yaşıllar Partiyası (monq. Монголын Ногоон Нам) - Monqolustanda siyasi partiya. Monqolustanda demokratiyanın bərqərar olmasından sonra - 1990-cı ildə yaradılmış bu təşkilat Asiyada ilk yaşıllar partiyasıdır. 1996-2000-ci illərdə o, Monqolustan Sosial-Demokrat Partiyası, Demokrat Partiyası və Monqolustan Demokratik Din Partiyası ilə birgə iqtidar koalisiyasında təmsil olunmuşdur. Təxminən 6 min üzvə malik olan partiya Monqolustanda insan hüquqları və demokratiya, həmçinin ətraf mühitin mühafizəsi uğrunda çalışır.
Şotlandiya Yaşıllar Partiyası
Şotlandiya Yaşıllar Partiyası (ing. Scottish Green Party; şot.kelt Pàrtaidh Uaine na h-Alba) – Şotlandiyada mövcud olan siyasi partiya.
Yaşıllar və Sol Gələcək Partiyası
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
İşıqla yazılan tarix (film, 2020)
"İşqla yazılan tarix" — Filologiya elmləri doktoru, professor Rafael Hüseynovun müəllif filmi. AzTV istehsalıdır. Fotoqrafiya sənətinin yaranması və keçdiyi inkişaf yoluna həsr olunmuşdur. Filmdə Milli Arxiv İdarəsi (Azərbaycan) və AzTVnin arxiv materiallarından istifadə olunmuşdur.
Yaşçilan
Yaşçilan (isp. Yaxchilán — hərfi mənası «yaşıl daşlar») — Mayya sivilizasiyasının böyük şəhərlərindən biri. Şəhər Usumasinta çayının sahilində, müasir Meksikanın Çiapas ştatının ərazisində yerləşir. Yaşçilan ərazisində abidələr qorunub saxlanılmışdı. Qədim dövrlərdə şəhər yəqin ki, İzankanak adlanırdı. Bəzən şəhər Mençe (Menché) və Pyer Loriyarın şərəfinə «Loriyar şəhəri» (Ciudad Lorillard) də adlandırılır. Sülalə yaradıcısı Yat Balam 2 avqust 320-ci ildə taxta oturduqda, Yaşçilan hələ kiçik bir qəsəbə idi. Şəhər-dövlət Yaşçilan yavaş-yavaş böyüyüb regionda bir mərkəzə çevrilmişdi. Yaquarın Qalxanının idarəsi zamanı, Yaşçilan bölgədə özünün maksimal təsir güvvəsinə çatdı. Yaşçilan Mayya sivilizasiyasını çox mühüm şəhərlərindən biridir və klassik dövrdə şəhər Usumasinta bölgəsində dominantlıq edirdi.
Basilan
Basilan (taqal Basilan) — Filippinin cənubunda yerləşən ada. == Coğrafi yerləşmə == Filippin arxipelaqına daxil olan 7107 adadan biridir. lokal olaraq isə Sulu arxipelaqının 400 adasından biridir. Adanın sahəsi 1234,2 km², uzunluğu 66 km, eni 44 km təşkil edir. Adada 293 322 nəfər yaşayır (2010). Mindoro adasından 17 km enə malik Basilan boğazı ilə ayrılır. Adanın qərbindən şərqinə dağ silsiləsi keçir. Cənubunda hündürlüyü 1020 metr olan zirvə vardır. == Əhalisi == Ərazisinin 4/5 hissəsi Basilan vilayətinə daxildir. Basilan vilayəti Müsəlman Mindanao Muxtar Bölgəsinə daxildir.
Qasımxan qalası
İsmayıllı rayonunun Qalacıq kəndi yaxınlığında kənddən təqribən 7–8 km şimalda Göyçay çayının mənbəyinə yaxın bir sahədə, "səngər" adlanan ərazidə, qayaların üstündə yerləşir. Qalanın mövcudluğu yalnız torpaq səddən və kərpic qırıntılardan məlum olur. Rayon ərazisində ən çox dağıntıya məruz qalan tarixi abidələrdəndir. "Qasımxan" qalasının XVIII əsrdə tikilməsi güman edilir. Qədim zamanlarda qalanın yaxınlığından Dağıstana yol gedirmiş. Bu yolun qalıqları indi də müşahidə olunur. Qala müdafiə məqsədli istehkamdır. Qalanın özünə qədər nəqliyyat yolu yoxdur. Son 2 km-ə qədər yolu atla və ya piyada getmək lazımdır.
Adilxan Bayramov
Bayramov Adilxan Hüseynəli oğlu (19 fevral 1949, Sadaxlı, Marneuli rayonu – 14 aprel 2021, Bakı) — azərbaycanlı tənqidçi, ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru. == Həyatı == Adilxan Bayramov 1949-cu il 19 fevralda Gürcüstanın Marneuli rayonunun (Borçalı bölgəsi) Sadaxlı kəndində anadan olmuşdur. 1966-cı ildə Sadaxlı kənd orta məktəbini gümüş medalla bitirmişdir. 1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində ali təhsil almışdır. 1971–1979-cu illərdə Sadaxlı 2 saylı kənd orta məktəbində tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1979–1980-ci illərdə Səməd Vurğunun ev-muzeyində elmi işçi, şöbə müdiri işləmişdir. 1980–2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində (indiki Mədəniyyət və Turizm Nazirliyində) böyük inspektor, aparıcı inspektor, baş inspektor, baş idarənin rəis müavini, baş idarənin rəisi, aparatın rəhbəri vəzifələrində çalışmışdır. 2007-ci ilin oktyabr ayında doktorluq dissertasiyası müdafiə etmiş və həmin vaxtdan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktor müavini vəzifəsində çalışır. Adilxan Bayramov elmi-tədqiqat işi ilə də fəal məşğul olur. Əsasən xalq şairi Səməd Vurğunun yaradıcılığını tədqiq edir. 1990-cı ildə "Səməd Vurğun yaradıcılığında xalqlar dostluğu" mövzusunda namizədlik, 2007-ci ildə "Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Dimitra Asilian
Dimitra Asilian (d. 10 iyul 1972) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Dimitra Asilian, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu.
Sigizmundun asılan zəngi
Sigizmundun asılan zəngi (pol. Zawieszenie dzwonu Zygmunta na wieży katedry w roku 1521 w Krakowie) və ya "1521-ci ildə Krakovda kilsə qülləsindən asılan Sigizmund zəngi" - rəssam Yan Mateykonun 1874-cü ildə bitirdiyi rəsm əsərinin adıdır. Rəsmdə 1521-ci ildə Krakovdakı Vavel kilsəsinin qülləsinə Sigizmundun zənginin asılması təsvir edilir. Zəng Sigizmund qülləsinə qurulur və 1521-ci il 13 iyulda ilk dəfə çalınır. Zəng Polşanın milli simvollarından biri kimi qəbul edilir. Bu əsər Yan Mateyko tərəfindən çəkilən tarixi rəsm əsərlərindən biridir. Rəsmdə tarixi əhəmiyyətli insanlardan ibarət olan izdiham təsvir edilir. Rəsm Polşa intibahının qızıl dövrünü və Polşa krallığının gücünü göstərir. Rəsmin bir neçə fərqli adları da mövcuddur. Bu adlara Mieçizlav Treter tərəfindən təklif edilən "Sigizmundun zəngini təqdis etmək…"(pol.