İsmayıllı rayonunun Qalacıq kəndi yaxınlığında kənddən təqribən 7–8 km şimalda Göyçay çayının mənbəyinə yaxın bir sahədə, "səngər" adlanan ərazidə, qayaların üstündə yerləşir. Qalanın mövcudluğu yalnız torpaq səddən və kərpic qırıntılardan məlum olur. Rayon ərazisində ən çox dağıntıya məruz qalan tarixi abidələrdəndir. "Qasımxan" qalasının XVIII əsrdə tikilməsi güman edilir. Qədim zamanlarda qalanın yaxınlığından Dağıstana yol gedirmiş. Bu yolun qalıqları indi də müşahidə olunur. Qala müdafiə məqsədli istehkamdır. Qalanın özünə qədər nəqliyyat yolu yoxdur. Son 2 km-ə qədər yolu atla və ya piyada getmək lazımdır.
Qasımxan qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | İsmayıllı |
Yerləşir | Qalacıq kəndinin yaxınlığı |
Tikilmə tarixi | XVII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
İstinad nöm. | 4363 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|