Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yatro kimya
Yatro kimya — Kimya ilə tibbin birləşməsi. Yunanca "yatros" sözündən olub, mənası "həkim" deməkdir. Bu sahənin tədqiqatçıları xəstəliklərin baş verməsində əsas rolu orqanizmdə kimyəvi proseslərin pozulmasına aid etmiş və onların müalicəsi üçün kimyəvi maddələr tapmaq vəzifəsini qoymuşlar. Yatrokimyanın yaranması və inkişafı yatrokimyanın əsas müddəalarını formalaşdıran və Leyden Universitetində analiz üçün ilk kimyəvi laboratoriyanı açan Paracelsus, Ya.B.van Helmont və Sylviusun fəaliyyəti ilə bağlıdır. Yatrokimyanın nümayəndələri həzm proseslərinin öyrənilməsinə xüsusi diqqət yetirmişlər. = istinadlar = 1. https://bigenc.ru. Böyük rus ensiklopediyası.
Pedro Pardo de Sela
Pedro Pardo de Sela (1420 – 3 avqust 1483) — XV əsrdə Qalisiya qubernatoru, Xuan Nuns Pardonun oğlu. Katolik krallara qarşı öz milli mənafeyini müdafiə etdiyi üçün xalq arasında qəhrəman kimi tanınır. Feodal zümrəsinə məxsus idi. IV Henrinin ölümündən sonra taxta çıxmağa namizəd olan İnfanta Xuana la Beltraneyanı dəstəkləmişdir. 1478-ci ildə işindən azad edilmişdir. 1483-cü ilin 17 dekabrında oğlu Peter ilə birlikdə katolik monarxların əmri ilə Mondenedo kilsəsinin qabağında başı kəsilərək edam edilmişdir.
Badoo
Badoo — 2006-cı ildə rusiyalı sahibkar Andrey Andreev tərəfindən qurulmuş tanışlıq mərkəzli sosial şəbəkəsidir. Baş ofisi Limasolda, Kiprdə və Londonda və digər ofisləri isə Böyük Britaniyada, Malta, Rusiya və ABŞ-də yerləşir. O, 190 ölkədə fəaliyyət göstərir və 47 fərqli dildə mövcuddur ki, bu da onu dünyanın ən çox istifadə edilən tanışlıq şəbəkəsinə çevirir. Proqram iOS, Android və internetdə mövcuddur. Badoo əsas xidmətlərdən ödənişsiz istifadə oluna bilən freemium modelində işləyir. == Tarixi == Badoo rusiyalı sahibkar Andrey Andreev tərəfindən təsis edilib və 2006-cı ilin noyabrında Moskvada işə salınıb. O vaxtdan bəri ən populyar tanışlıq saytları arasında yer alır. 2016-cı ildə 21 ölkədə ən çox yüklənən tanışlıq proqramı idi.2011-ci ildə Wired Badoo-nu Braziliya, Meksika, Fransa, İspaniya və İtaliyada "kütləvi fenomen" kimi təsvir etdi.
Didro
Deni Didro (5 oktyabr 1713[…], Lanqr[d][…] – 31 iyul 1784[…], Paris) — görkəmli Fransa maarifçisi, filosof və yazıçısı, ensiklopedist. == Həyatı == Fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didro (1713–1784) sənətkar ailəsində doğulmuşdur. D. Didro əvvəl "Fəlsəfi düşüncələr" ardınca isə "Korların məktubu və gözlülərə nəsihət" adlı əsərlərini yazır. İctimai formasiyanın tənqidinə həsr olunan əsər hökumət tərəfindən mənfi reaksiya görür. Bu əsərə görə də onu həbs edirlər. O, həbsdən sonra həyatını elm, incəsənət və sənət ensiklopediyasını nəşr etmək işinə həsr edir. Fransız maarifçilərini çox vaxt ensiklopediyaçılar adlandırırlar. Onların çoxu ensiklopediya və ya elm, incəsənət və sənətlərin izahlı lüğətinin hazırlanmasında iştirak etmişlər. Didro dövrünün tanınmış intellektuallarını ensiklopediya ətrafına toplayırdı. Ensiklopediya tərəqqidə olan yeni cəmiyyət arasında böyük nüfuza malik idi.
Hadron
Hadron (yun. ἁδρός, adrós, "qalın, güclü, ağır") kvant fizikasında mürəkkəb hissəcik. Hadronlar iki və ya daha çox kvarkdan ibarət olurlar. Üç kvarkdan ibarət hadron barion, iki kvarkdan ibarət hadron mezon adlanır. Ətrafda gördüyümüz hər şey, özümüz də daxil olmaqla maddə daşıyıcıları olan barionlardan ibarətdir. Elementlərin nüvəsini təşkil edən protonlar və neytronlar barion qrupundan olan hadronlardır. Hadronun ölçüsü təqribən 1 fm (femtometr-dir (1 fm 10−15 metrə bərabərdir). == Xüsusiyyətləri == Standart Model nəzəriyyəsinə görə kvark zərrəciklərinin 6 növü var. Bu kvark növləri şərti olaraq up (yuxarı), down (aşağı), strange (qəribə), charm (ovsun, tilsim), top (üst), bottom (alt) adlandırılmışlar. Həmin adlara uyğun olaraq kvark növləri u-kvark, d-kvark, s-kvark, c-kvark, t-kvark, b-kvark kimi işarə edilirlər.
Hazro
Hazro Diyarbəkir in şimal-şərqində yerləşən kiçik bir dağ ilçesidir.
Padrao
Padrao (port. Padrão) - Portuqaliyalı dəniz səyyahları tərəfindən yeni kəşf edilən ərazilərdə yerləşdirlən üzərində Portuqaliyaya aid simvollar və xaç daşı. Padrao xaç daşları ilk dəfə Bartolomeu Dias və Vasko da Qama kimi səyyahlar tərəfindən tikilmişdir. Bununla da kəşf olunan ərazilərin Portuqaliya krallığına məxsus olduğu göstərilirdi.
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Tadao
Tadao — ad.
Yahoo
Yahoo — internet portalı. Yahoo! (inc. yahu) - İnternetdə ən populyar axtarış sistemlərindən birinə sahib olan və Yahoo! Directory portalı vasitəsilə bir sıra xidmətlər göstərən şirkət. Portala ən “yaşlı” və ən populyar elektron poçt xidmətlərindən olan Yahoo! Mail də daxildir. Yahoo! şirkətinin əsası 1994-cü ildə Stenford Universitetinin aspirantları Devid Faylo (David Filo) və Cerri Yanq (Jerry Yang) tərəfindən qoyulub. Baş ofisi ABŞ-də, Kaliforniya ştatının Sanniveyl (Sunnyvale) şəhərində yerləşir.
Yahoo!

Yardi
Yardi (ing. Yardie) — Yamayka əsilli Britaniya mafiya qruplaşması. Yardilər 1950-ci illərdə Britaniyaya mühacir etmiş Yamaykalılardır. Onlar tez-tez cinayətkar dəstələr arasında baş verən qırğınlarda iştirak etmiş və Yardi adıyla tanınmışdılar.Onlar əsasən narkotik alveri və odlu silahdan istifadəyə görə cinayət məsuliyyətinə cəlb olunurlar. Heç vaxt hüquq-mühafizə orqanlarının sıralarına öz adamlarını daxil etməyə cəhd göstərmədiklərindən digər mafiya qruplaşmaları qədər güclü sayılmırlar.
ASAN Radio
ASAN Radio — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən radio. 24 dekabr 2015-ci il tarixində 100.0 MHz tezliyində Bakı və Abşeron ərazisində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır. == Yaradılması == ASAN radionun açılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıq vermişdi. 8 sentyabr 2015-ci ildə radionun açılması ilə Milli Televiziya və Radio Şurası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində Azərbaycan üzrə teleradio yayımın aparılması üçün 6 illik lisenziya verib. Oktyabr ayında televiziya və radio sahəsində böyük təcrübəsi olan Emin Musəvi ASAN Radionun direktoru təyin olundu. 2015-ci ilin sonlarında, 24 dekabr tarixində ASAN radio test yayımına başladı. Radio ilk olaraq yalnız Bakı və Abşeron rayonları ərazisində yayımlanırdı. ASAN Radionun formalaşdırılmasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi iştirak edib.
Adron atom
Adron atomu – mənfi yüklənmiş adronlu (π- -, κ-- mezonlar, antiproton və s.) mezoatom. Adron atomları-kulon cazibəsi hesabına müsbət yüklənmiş nüvənin mənfi adronu tutub saxlayan atomabənzər sistemdir. Pion (π-), kaon (κ-), antiproton və hiperon atomları müşahidə olunmuşdur. A.a.-nın öyrənilməsi həm adron və həm də nüvə (adronun kütləsi və maqnit momenti, nüvədə maddənin paylanması, adron və nüvənin polyarlaşması), həmçinin onların qarşılıqlı təsiri (nüvənin adronu səpməsi və udması) haqqında məlumat verir. A.a. maddədə mənfi adronun yavaşıması ilə yaranır. Adron atom tərəfindən tutulur və baş kvant ədədi n›(m\m4)½ olan yüksək həyəcanlanmış hal yaranır, adronun kütləsi, elektronun kütləsidir. Atomun həyəcanlanması çoxsaylı, ardıcıl oje-keçidlər və adronun rentgen şüalanması ilə müşayiət olunan bir səviyyədən digərinə elektrik dipol keçidləri hesabına aradan qalxır. Bu zaman dairəvi orbitlərin məskunlaşması üstünlük təşkil edir. Adron halı n-nin kiçik qiymətlərinə çatanda güclü qarşılıqlı təsir effektləri əhəmiyyətli olur, bu isə adronun nüvə tərəfindən tutulmasına səbəb olur.Rentgen şüalanması ilə müşayiət olunan adron keçidinin baş verdiyi atom səviyyələri əsasən atomlardakı adi elektron səviyyələri təbiətinə malikdirlər.
Adron atomu

Andre Malro
Andre Malro (fr. André Malraux, 3 noyabr 1901[…], XVIII arondisman (Paris)[d] – 23 noyabr 1976[…], Kretey[…]) — fransız yazıçısı, mədəniyyətşünası. == Həyatı == Andre Malro 1901-ci ildə Parisdə anadan olub və 75 il ömür sürüb. Malro tanınmış diplomat və mədəniyyət xadimi olub, general de Qoll hakimiyyəti dövründə mədəniyyət naziri işləyib. Onun “Antimemuar” adlı əsərinin nəşri dövrünün mühüm ədəbi hadisəsi sayılıb. 10 gün ərzində əsərin 170.000 nüsxəsi satılıb. Müəllif söhbətlərindən birində deyib: “Memuardan da gözəl bir əsər yazmaq olarmı?” Amma əvvəllər nəşr etdirdiyi “Nifrət dövrü” (1935) və “Altenburqda boğulanlar” (1948) adlı əsərləri də oxucuların diqqətindən kənarda qalmayıb.
Andro Kobaladze
Aktyor — gürcü əsilli aktyor Sovet filmlərində əsasən Stalin rollarında çəkilib.
Avto Radio
Avto Radio – 3 oktyabr 2013-cü il tarixində Avto FM adı ilə fəaliyyətə başlayıb 1 sentyabr 2016-cı il tarixində Avto Radio adı ilə yayımlanan radio kanalıdır.Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Badra İrgit
Badra Üjüneyoğlu İrgit (Tuva türkcəsi: Бадра Үжүней-оглу Иргит, d. 10 fevral 1919 – 4 avqust 1984) - Tandı Tuva ölkəsi, Ambın kojununda (indiki Tes-Hem bölgəsi) Çırqalandında anadan olmuşdur. Tuva türklərindən olan yazıçı, nasir. İlk tuvalı uşaq yazıçısı olan Badra İrgit XX əsr Tuva ədəbiyyatının ən böyük nümayəndələrindən hesab edilir.. Tuva Arat Respublikasının Yazıçılar Birliyinin ilk üzvlərindən biridir. == Həyatı == İrgit 10 fevral 1910-cı ildə Tandı Tuva Ambın vilayətində Çırqalandı adlı yerdə anadan olmuşdur. Oxuma-yazmanı Samaqalday Buda düşüncəsi məbədində öyrənmişdir. Kiçik yaşlardan etibarən xarratlıq, əkinçilik etmişdir. 1929-cu ildə Tıvanın inqilab ordusunda xidmət etmişdir. Arat İnqilab Ordsuunun Kiçik Komandanlar Məktəbini bitirib, Moskvanın Frunze adına Hərb Akademiyasında və Sovet Partiya Məktəbində təhsil almışdır.
Badra İtgit

Badri Kvaratsxeliya
Badri Kvaratsxeliya (15 fevral 1965, Salencix bələdiyyəsi[d]) — gürcü futbol mütəxəssisi. Azərbaycan milli futbol komandasının oyunçusu. == Karyerası == Peşəkar futbolçu kimi karyerasını Gürcüstanda Dinamo Tbilisi klubunda başlayıb. 1992-1993-cü il mövsümündə Gürcüstan çempionluğunu qazanıb, daha sonra başqa klublarda oynasa da çoxda fərqlənməyib. 1999-cu ildə Azərbaycana gələrək Gəncənin Kəpəz Gəncə klubuna keçid edib. Çıxış etdiyi ilk mövsümdəcə ən çox qol vuran oyunçu olub. Daha sonra isə Şəmkir klubuna keçib.
Badri Patarkatsişvili
Badri Patarkatsişvili (gürc. ბადრი პატარკაციშვილი; 31 oktyabr 1955, Tbilisi – 12 fevral 2008) — gürcü biznesmeni və siyasətçisi. 2008-ci il Gürcüstan prezident seçkilərində prezidentliyə namizəd kimi iştirak etmiş və səslərin 7,1%-ni toplamışdır. Özünün əsl adı Arkadi Patarkatsişvili olsa da, hər yerdə Badri Patarkatsişvili kimi tanınırdı. Badri Patarkatsişvili Gürcüstan prezidenti Mixael Saakaşvilinin qatı əleyhdarı kimi tanınırdı və bir çoxları onun ölümündə Saakaşvilini günahlandırır. Ölümündən qabaq Gürcüstanın Baş Prokurorluğu iş adamını hakimiyyəti devirməyə cəhddə və terror aktı hazırlamaqda təqsirləndirirdi. == Həyatı == Badri Patarkatsişvili 1955-ci ilin oktyabrın 31-də Tbilisidə dindar yəhudi ailəsində anadan olub. Gənc yaşlarından SSKP-yə üzv olub, komsomol təşkilatında karyera quraraq yüksəlib. SSRİ dağıldıqdan sonra 1994-cü ildə Moskvaya gedərək orada bizneslə məşğul olub. Onun Boris Berezovski, Roman Abramoviç və Vladimir Putinlə yaxın əlaqələri olub.
Badri Xasaia
Badri Xasaia (gürc. ბადრი ხასაია; 24 sentyabr 1979, Kutaisi) — Gürcüstan yunan-roma güləşçisi, Avropa çempionu, dünya çempionatlarının mükafatçısı. == Həyatı == 1979-cu ildə Kutaisi şəhərində anadan olub. 1995-ci ildə kadetlər arasında dünya birinciliyinin gümüş mükafatçısı olmuşdur. 1998-ci ildə yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı olmuşdur. 1999-cu ildə yeniyetmələr arasında Avropa çempionu oldu. 2002-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Avropa çempionu oldu. 2005-ci ildə Avropa çempionatının bürünc medalçısı oldu. 2007-ci ildə dünya çempionatının bürünc medalını qazandı. 2008-ci ildə Avropa Çempionatının gümüş medalına sahib oldu, lakin Pekin Olimpiya oyunlarında yalnız 16-cı ola bildi.
Bardo (dəqiqləşdirmə)
Bardo müqaviləsi
Bardo (qevoq)
Bardo (dz. བར་ད།, ing. Bardho) — Butanın Jemqanq dzonqxaqında qevoq. == Coğrafiya == Qevoqun ərazisi Jemqanq dzonqxaqının şərqi və bir qədər mərkəzi hissəsində yerləşir. Qevoq 210 km2-lik bir ərazini əhatə edir. Bu qevoq, Çamqxar çayının (ing. Chamkhar Chu) vadisində, çayın şərq sahillərində yerləşir.Qevoqun ərazisinə daxil olan yaşayış məntəqələri arasında dəniz səviyyəsindən ən yuxarıda olanın hündürlüyü 1770 metr, ən şağıda olanın hündürlüyü isə 1050 metrdir.Bardo qevoqu 5 çivoqa – Bardo, Xomşar, Pxulabi, Lanqdorbi və Diqala çivoqlarına bölünür. Qevoqun ərazisində 15 kənd mövcuddur.Qevoq ərazisinin 75%-i meşəliklərdən ibarətdir. == İqtisadiyyat == Bardo qevoqunun şimalında kultivasiya edilmiş ərazilər tədricən çoxalır. Xomşar, Lanqdurbi və Diqala çivoqlarında torpaqlar daha çox becərilir.