Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yalançı yalançı
Yalançı yalançı (ing. Liar Liar) — 1997-ci il ABŞ istehsalı komediya filmi. Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdirü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Qalxansız
Qalxansız (lat. Athyrium) - woodsiaceae fəsiləsinə aid bitki cinsi.
Yalançı Yalançı (film)
Yalançı yalançı (ing. Liar Liar) — 1997-ci il ABŞ istehsalı komediya filmi. Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdirü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Yalançı, yalançı (film, 1997)
Yalançı yalançı (ing. Liar Liar) — 1997-ci il ABŞ istehsalı komediya filmi. Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdirü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Göyrüşyarpaqlı yalanqoz
Pterocarya fraxinifolia (lat. Pterocarya fraxinifolia) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin qozkimilər fəsiləsinin pterocarya cinsinə aid bitki növü. == Arealı == İran, Şimali Qafqaz, Cənubi Qafqaz və Türkiyə üçün endemik növdür. Belçika, Finlandiya, Fransa, Birləşmiş Krallıq, Macarıstan, İtaliya, Polşa, İsveç və Tacikistanda da becərilir. == Sinonimləri == === Homotipik sinonimləri === Juglans fraxinifolia Poir. Wallia fraxinifolia (Poir.) Alef.
Qanadmeyvə yalanqoz
Pterocarya fraxinifolia (lat. Pterocarya fraxinifolia) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin qozkimilər fəsiləsinin pterocarya cinsinə aid bitki növü. İran, Şimali Qafqaz, Cənubi Qafqaz və Türkiyə üçün endemik növdür. Belçika, Finlandiya, Fransa, Birləşmiş Krallıq, Macarıstan, İtaliya, Polşa, İsveç və Tacikistanda da becərilir. Juglans fraxinifolia Poir. Wallia fraxinifolia (Poir.) Alef.
Yaraqsız nemertinlər
Yararsız torpaqlar
Bedlend (ing. badlands - pis (yararsız) torpaqlar) — alçaq dağlıq ərazidə kəskin və mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. Azərbaycan Respublikasında Bozqır yaylaq ərazisində daha çox rast gəlinir. İstifadəsi mümkün olmayan torpaqlar Bedlendlər adlanır. Badlands sözündən götürülüb Burada Bad-pis Land torpaq anlamındadır. Azərbaycanda belə torpaqlara Bozqır ərazilərində rast gəlinir. ASE, V cild, Bakı, 1981, səh.
Oksigen balansı
Oksigen balansı – fotosintez zamanı avtotrof orqanizmlərin ayırdığı və qismən yer qabığında gedən kimyəvi reaksiyalardan əmələ gələn oksigenin miqdarının heterotrof orqanizmlərin tənəffüs prosesində, üzvi və qeyri üzvi maddələrin oksidləşməsi zamanı sərf etdiyi oksigenin miqdarına nisbəti. Mühitdə həll olan (adətən suda) oksigenin miqdarının minimum dərəcəsi, bu həddə çatdıqda oksigenin çatışmazlığından hidrobiontlar məhv olur. OKSİGENƏ TƏLƏBAT – orqanizmin oksigenə tələbatının miqdarı (bütün canlı orqanizmlər üçün fərdi doza). Bitkinin fotosintezi ilə ayrılan oksigenin ekosistemin biosenoloji mühitinə verilməsi ilə başlayan proses. Sonra oksigen daxili dövrlə aerob orqanizmlərə, o cümlədən bitkilərə daxil olur (tənəffüs prosesində). Onun bir hissəsi mikroorqanizmlər tərəfindən ölü kütlənin oksidləşməsinə sərf olunur, digər hissəsi isə ekosistemin biosenoloji mühitindən xarici dövrə keçir. Yerüstü, xüsusilə dəniz bitkilərinin (plankton yosunları) fotosintezi nəticəsində hər il atmosferə təqribən 70 ⋅ 109 ton oksigen daxil olur (Larxer, 1978). Bu karbon qazının dövranı ilə sıx bağlıdır. Oksigenin atmosferdən suya daxil olması (soxulması).
Radiasiya balansı
Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Azərbaycanda radiasiya balansının və onun komponentlərinin tədqiqi ilə Ə. M. Şıxlinski məşğul olmuşdur. İlin isti və soyuq dövründə radiasiya balansının paylanma və yüksəklikdən asılılıq qanunauyğunluqlarıtədqiq edilmişdir Yer kürəsində radiasiya balansının və onun tərkib hissələrinin coğrafi paylanma xəritələri sovet alimləri M. İ. Budıko, T. Q. Berlyand və b. tərəfindən 1963-cü ildə " İstilik balansı" atlasında verilmişdir.
Su balansı
Su balansı — atmosferdə, yer kürəsində və onun ayrı-ayrı sahələrində suyun bütün gəlir və çıxarının nisbəti. Su balansı Yerdə su dövranının kəmiyyətcə ifadəsidr. Yerin su balansı bərabərliyi ilə səciyyələnir. Burada okeanların və qurunun səthinə düşən atmosfer yağıntılarının miqdarı (1020 mm) okeanların və qurunun səthindən buxarlanmanın cəminə bərabərdir (müvafiq olaraq 880 mm, 140 mm). Çoxillik dövrdə hər hansı ərazi üçün su balansı qurunun səthinə düşən atmosfer yağıntılarının miqdarı buxarlanma və həmin ərazidən olan axım miqdarının cəminə bərabər olur. Azərbaycan ərazisinin su balansında yağıntılar 427 mm, buxarlanma 308 mm, axım 199 mm (69 mm-i səth axımı, 50 mm-i yeraltı axım) təşkil edir.
Ticarət balansı
Ticarət balansı (ing. Trade balance) ― Tədiyyə balansında bir ölkənin mal alqı-satqısının, başqa sözlə idxal-ixracının balansı. İxracat miqdarı, xaricə satılan malların dəyərlərinin toplamına, İdxal miqdarı isə xaricdən ölkəyə girən malların dəyərləri toplamına bərabərdir. Buna əsaslanaraq, Ticarət balansı (Xarici ticarət balansı) ixrac ilə idxal arasındakı münasibətdir. Ölkənin ixracı, idxalından böyükdürsə, təmiz (net) ixracat 0-dan böyük olar və bu halda ölkənin xarici ticarət balansı artmış olar (müsbət balans). Bir sözlə Ticarət balansı müsbət olar. Əks halda isə, ölkə ixracı, idxaldan kiçik olarsa, təmiz (net) ixrac 0-dan kiçik olar. Bu halda ölkənin xarici ticarət açığı olar. Yəni ticarət balansi mənfi olar. Müsbət ticari balans ölkənin istehsal etdiyi məhsulların dunya bazarında tələbinin yüksək olmasının göstəricisidir.
Tədiyə balansı
Tədiyə balansı və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir. Tədiyyə balansının tərtibi zamanı əldə rəhbər tutulan əsas prinsip ikili yazılış sistemidir. Bu prinsip ona əsaslanır ki, tədiyyə balansında əks etdirilən istənilən əməliyyat xarakterindən, növündən asılı olmayaraq bərabər miqdarda iki dəfə qeyd olunur. Belə yazılışlardan biri müsbət işarəli kredit, digəri isə mənfi işarəli debet adlanır. Qaydalara müvafiq olaraq kredit üzrə aşağıdakı əməliyyatlar əks etdirilir: 1) real resurslar maddələri üzrə ixrac, 2) maliyyə resursları maddələri üzrə mövcud ölkənin rezidentlərinə məxsus xarici aktivlərin azalmasına, yaxud ölkənin xarici öhdəliklərinin artmasına gətirib çıxaran əməliyyatlar. Debet üzrə isə əksinə, 1) real resurslar maddələri üzrə idxal, 2) maliyyə resursları maddələri üzrə ölkə rezidentlərinə məxsus xarici aktivlərinartmasına, yaxud ölkənin xarici öhdəliklərinin azalmasına gətirib çıxaran əməliyyatlar qeyd olunur. Başqa sözlə, aktivlər üçün onun real, yaxud maliyyə aktivi olmasından asılı olmayaraq müsbət rəqəm (kredit) onun ehtiyatlarının azalmasını, mənfi rəqəm (debet) isə artmasını əks etdirir. Müvafiq olaraq öhdəliklər üçün müsbət kəmiyyət artmanı, mənfi kəmiyyət isə azalmanı xarakterizə edir. Standart tədiyə balansının strukturu aşağıdakı kimidir: 1. Cari əməliyyatlar hesabı 1.1.
Yalançı akasiya
Robinia pseudoacaci (lat. Robinia pseudoacaci) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yayılması, Şimali Amerika və Şimali Meksikada bitir.
Yalançı ağqovaq
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Yalançı cirə
Cirəgülü (lat. Pimpinella) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Adi cirəgülü birillik bitki olub, hündürlüyü 50-60 sm-dir. Gövdəsi düzqalxan, dairəvi, yuxarı tərəfi budaqlanandır. Kökətrafı və gövdənin aşağı hissəsinin yarpaqları uzun saplaqlı, bütöv və dayaz üçpərli, dairəvi-böyrəkşəkilli formalı, kənarları iridişli, orta uzunluqlu saplaqlı, qovuşuq olmaqla kənarları ikiyə bölünmüş, yan seqmenti normal, son seqmenti isə üçpərlidir.Yuxarı yarpaqları 3 və 5-ə bölünmüş dar xətti seqmentlidir. Çiçəkləri kiçik 5 üzvlü, ağ rəngli olub, mürəkkəb çətir çiçək qrupunda formalaşmışdır. Meyvələri müəyyən edilməyən sallaq meyvədir. Yumurtavari və ya tərs armadvari formalı, yan tərəfdən azacıq yastılaşmış, əsası geniş, zirvəsi isə daralmışdır. Zirvəsi beşdişli, kasacığı və dişiciküstü yarılmış vəziyyətdədir. Meyvənin yuxarı tərəfi kələ-kötür, nahamar, xarici tərəfi qabarıq, daxili tərəfi isə yastıdır.
Yalançı elm
Yalan elmlər ( yun. ψευδής — «yalan» + elm, yaxın terminlər: paraelm, kvazielm, 'alternativ elm, qeyri-akademik elm) — məqsədli və ya qeyri-məqsədli şəkildə elmə oxşar, ancaq elm olmayan fəaliyyət və ya nəzəriyyə. Yalançı elm çox mürəkkəb bir ictimai fenomendir. Onun təzahürləri arasında bir tərəfdən elmi əsası olmayan, lakin elm kimi təqdim olunan ideyalar, digər tərəfdən isə dünyanın mövcud qanunauyğunluqlarına uyğun olmayan, guya yeni qanunlara əsaslanan ixtiralardır. Bacarıqlı yalançı alimlər iddia etdikləri tədqiqatların dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə çalışır və bununla da vergi ödəyicilərinin pulunu mənimsəyirlər. Üstəlik, yalançı elm bir qayda olaraq, korrupsiya ilə bağlıdır. Vətəndaşlar da bu cür saxtakarlardan əziyyət çəkirlər. Məs.,“ulduz falı” (qoroskop), əl, pəncə və barmaq izləri əsasında falçılıq edənlər, ekstrasenslər heç bir elmi əsası olmayan, saxtalaşdırılmış elmi faktlarla insanları inandırmaqla müalicə edir, ixtisas seçmək və ya idman, musiqi ilə məşğul olmaq üçün təkliflərini verirlər. Postsovet dövründə Rusiyada, həmçinin postsovet dövlətlərində yalançı elm nəzarətdən çıxaraq vətəndaşların sağlamlığı və təhsilindən başlayaraq dövlət proqramları və strategiyalarına qədər bütün səviyyələrdə dövlət qurumlarının fəaliyyəti və təhlükəsizliyinə dağıdıcı təsirlər etməyə başladı. Rusiyanın dövlət orqanları yaranmış fövqəladə hala yaxın olan bu vəziyyəti nəzərə alaraq məsələnin həlli ilə məşğul olan xüsusi Komissiya yaratdılar.
Yalançı jenşen
Yalançı jenşen (lat. Panax pseudoginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. P. pseudoginseng ssp. himalaicus P. pseudoginseng ssp. pseudoginseng P. pseudoginseng ssp.
Yalançı körkəröküz
Yalançı körkəröküzlər
Yalançı mahmızlalə
Yalançı mahmızlalə (lat. Corydalis ambigua) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Yalançı nərgizgülü
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Yalançı quşüzümü
Yalançı quşüzümü (lat. Solanum pseudocapsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Bitkinin vətəni Peru və Ekvadordur. Cənubi Amerika və Afrika, Avstraliya və Yeni Zelandiyada bitir. Yer kürəsinin isti ölkələrinə introduksiya olunmuşdur. İerusalim albalısı və ya qış albalısı kimi məlumdur. Hündürlüyü 1,5 m- dək olan həmişəyaşıl koldur. Yarpaqları lansetvari, bir az dalğalı, uzunluğu 10 sm-dək, qısa saplaqlarda oturur. Çiçəkləri ağ, kiçik, salxımvari çiçək quruplarına yığılmış və ya təkdir. Meyvəsi qırmızı və ya sarı rəngli, diametri 1,5 −2 sm olan yumru giləmeyvədir.
İstilik balansı
Yer səthində və atmosferada eyni zamanda istər qısa dalğalı (düz və səpələnən) və istərsə də uzun dalğalı (Yerin və atmosferanın şüalanması) radiasiya axınları müşahidə edilir. Deməli hər hansı bir anda yer səthində radiasiyanın gəliri və çıxarı vardır. Radiasiya balansı istilik balansının ən əsas üzvlərindən biri olub belə sadə düsturla idarə olunur: B=LE+V+P B — radiasiya balansı LE — buxarlanmaya sərf olunan istilik, V — səth örtüyü ilə hava arasında istilik mübadiləsi, P — torpaqda istilik axınıdır İstiliyin gəlir və çıxarına uyğun olaraq istilik balansı ünsürləri müsbət və ya mənfi kəmiyyətlərə malik ola bilər. Çoxillik nəticədə torpaqğın yuxarı təbəqələrinin və Dünya okeanının suyunun orta çoxillik temperaturası daimi hesab edilir. Ona görə də torpaqda və Dünya okeanında üfiqi və şaquli istilik mübadiləsi təcrübi olaraq sıfıra bərabər hesab edilir. Ümumiyyətlə bütün yer kürəsi üçün buxarlanmaya sərf olunan istiliyin illik miqdarı quru üçün 25, okean üçün 59 kkal/sm2-ə bərabərdir. Bu rəqəmlər quru və okeanın radiasiya balansının uyğun olaraq 51 və 82%-ni təşkil edir. Bu rəqəmlərdən aydın olur ki, il ərzində quru səthindən 41 sm, okeanların səthindən isə 100 sm su buxarlanır.
Yalançı mətbuat
Yalançı mətbuat (alm. Lügenpresse‎, hərf. yalanlar mətbuatı) — əsasən çap mətbuatı və bütövlükdə kütləvi informasiya vasitələri üçün istifadə olunan təhqiredici və aşağılayıcı siyasi termin. Bu, təbliğatın vacib hissəsi kimi istifadə olunur, buna görə də adətən qeyri-dürüstdür və ya diqqətli araşdırmaya əsaslanmır. "Lügenpresse" termini XIX əsrdən bəri fasilələrlə Almaniyada siyasi polemikalarda, müxtəlif qruplar və hərəkatlar tərəfindən müxtəlif müzakirələr və qarşıdurmalarda istifadə olunmuşdur. Təcrid olunmuş istifadələri Martdan əvvəlki dövrə qədər izləmək olar. Bu termin 1848-ci ilin Mart inqilabında katolik dairələri tərəfindən yüksələn, düşmənçilik edən liberal mətbuata hücum etmək məqsədilə istifadə edilən zaman maraq əldə etmişdir. Fransa–Prussiya müharibəsi (1870–1871) və xüsusilə Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ziyalıları və jurnalistləri düşmənin müharibə təbliğatı olduğuna inandıqları şeyi pisləmək üçün bu termindən istifadə etmişdilər. "Evangelischer Pressedienst" öz missiyasını "düşmənin ən güclü silahı" hesab etdiyi "yalançı mətbuata" qarşı mübarizə aparmaq olaraq müəyyən etmişdir. Müharibədən sonra Karl Radek və Aleksandr Parvus kimi almandilli marksistlər sinfi mübarizə ritorikasının bir hissəsi kimi "burjua yalançı mətbuatı"nı təhqir etmişdilər. Nasistlər bu termini yəhudi, kommunist və daha sonra xarici mətbuata qarşı təbliğatları üçün qəbul etmişdilər.