Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antey
Antey (yun. Ανταίος, qədim yun.Antios) — qədim yunan mifologiyasında nəhəng, Liviya hökmdarı, Poseydon (dəniz allahı) və Geyanın (Yer ilahəsi) oğlu. Yerdən qüvvət alan Antey yenilməz idi. Bunu bilən Herakl Anteyin ayağını yerdən üzərək onu havada boğmuşdur. == Xarici keçidlər == Vikianbarda Antey ilə əlaqəli mediafayllar var.
Banten
Banten İndoneziyadakı Yava adasında ən qərbdə olan bölgədir. Onun əyalət paytaxtı Seranqdır. Vilayət Qərbi Yava və şərqdə Cakartanın xüsusi paytaxt bölgəsi, şimalda Yava dənizi, cənubda Hind okeanı və qərbdən Zond boğazını qonşu Sumatra adasından ayıran bölgədir. Bantenin əhalisi rəsmi olaraq, 2014-cü ilin əvvəlində 11,834,087 səviyyəsində, 2010-cu il siyahıyaalma zamanı 10,6 milyon nəfərdən çox olub. Əvvəllər Qərbi Yava əyalətinin bir hissəsi olan Banten 2000-ci ildə ayrı bir vilayətə çevrildi. Bölgə qonşu İndoneziyanın Sumatra adasına tranzit dəhlizdir. Tarixən Yava və digər İndoneziya arxipelaqının digərlərindən fərqli bir mədəniyyətə sahib idi. Son illərdə şimal yarısı, xüsusilə Cakarta və Yava dəniz sahilləri yaxınlığında bölgələr əhalinin və şəhərləşmənin sürətli artımını yaşadı, cənub yarısı isə xüsusən də Hind okeanı ilə üzbəüz, ənənəvi xarakterini daha çox qoruyur. == İstinadlar == == Xarici linklər == VikiSəyahətdə Banten haqqında səyahət məlumatları var.
Manteye
Manteye (fr. Manteyer, oks. Manteier) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Qap-Kampan kantonuna daxildir. INSEE kodu — 05075. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 414 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 258 nəfər (15-64 yaş) arasında 194 nəfər iqtisadi fəal, 64 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstəricisi 75.2%, 1999-cu ildə 77.3%). Fəal 194 nəfərdən 186 nəfər (99 kişi və 87 qadın) çalışdı, 8 nəfər işsiz (2 kişi və 6 qadın).
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Xanten
Ksanten — Almaniyanın Şimali Reyn — Vestfaliya əyalətində iştirak edən bir şəhərdir. Şəhərin əhalisi 31 dekabr 2010 statistikasına görə 21.572 nəfərdir.
Yandex
Yandex xidməti (Yandex.ru saytı) — Rusiyanın ən çox istifadə olunan veb axtarış motorudur. Yandex digər Post-Sovet ölkələrində də geniş istifadə olunur. "Yandex"in geniş istifadəçi auditoriyasına malik olması ilə bərabər, qalmaqallarda adının sadalanması da onun məşhurlaşmasına az səbəb olmayıb. Belə ki, Qırğızıstan hökumətinin Yandex-dən Qırğızıstan istifadəçilərinin elektron məktublaşma bazasını almaq istəməsi və bu elektron poçt xidmətinin həmin məlumatı verməsi həmin yazışmaların sahiblərinin təzyiqlərlə nəticələnməsinə səbəb olmuşdu. == Tarixi == 1989-cu ildə sahibkar və proqramçı Arkadi Voloj fərdi kompüterlər satan və iş yerlərinin avtomatlaşdırılması ilə məşğul olan CompTek firmasını təsis etmişdir. Voloz həmçinin məlumatların emal alqoritmləri ilə maraqlandı və dilin morfologiyasını nəzərə alaraq, böyük miqdarda mətndə informasiya axtarışını həyata keçirə biləcək bir proqram yazmaq imkanı ilə maraqlandı. Kompüter dilçiliyi üzrə mütəxəssis Arkadi Borkovski ilə birlikdə 1989-cu ildə "Arkadi"şirkətini təsis etmişdir. 1990-cı ildən sonra "Arkadi" əməkdaşları müxtəlif ETİ və Patent təşkilatlarında tələb olunan "ixtiraların beynəlxalq təsnifatı" və "mal və xidmətlərin Təsnifatçısı" informasiya-axtarış sistemlərini yazıblar. 1993-cü ildə" Arkadiya " CompTek-ə qatıldı, burada Volojanın məktəb dostu proqramçı İlya Seqaloviç işləyirdi. Həmin il kompüterin bərk diskində axtarış proqramı yaradılmışdır.
Antep
Qaziantep — Türkiyənin Qaziantep ilinin inzibati mərkəzi.
Dante
Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; təq. 1265, Florensiya, Florensiya Respublikası[…] – 14 sentyabr 1321, Ravenna, Papa dövləti[…]) — italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır. Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292).
Andrea Mantea
Andrea Mantea - tanınmış fotomodel, musiqiçi == Həyatı == Andrea Mantea 1986-cı il sentyabrın 20-də Rumıniyanın paytaxtı Buxarest şəhərində anadan olub. Əsl adı Andrea Kərimlidir. Bioqrafiyasında atasının adı haqda məlumat olmasa da, azərbaycanlı olduğu bildirilir. Buxarestdə Sfantul Pantelimon Liseyini bitirib. Eyni zamanda, Buxarest Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur. Andrea modellik karyerasına yeniyetmə yaşlarından başlayıb və bir neçə gözəllik müsabiqəsinin qalibi olub. Andrea Manteanın ilk iş yeri doqquzuncu sinifdə oxuyarkən Buxarestdə işlədiyi bir restoran idi. Müştərilərdən biri onun nə qədər gözəl olduğunu görüb fiziki keyfiyyətlərindən istifadə etməyi təklif etdikdən sonra bu, onu modellərin dünyası ilə tanış edir. Beləliklə, Andrea moda kastinqlərində görünməyə başlayır. Bu təklifdən sonra İspaniyaya gedəndə heç 18 yaşı yoxdu.
Conas Hanvey
Conas Hanvey (1712-1786)—İngilis səyyahı, taciri, ictimai xadimi. == Həyatı == C.Hanvey haqqında yazılanlardan məlum olur ki, o, "eyni zamanda tanınmış tacir, səyyah, ictimai xadim… və müəllim idi. 1712-ci ildə doğulmuşdur. S-Peterburqda Dinqli evinin şərikinə çevrilmiş Hanvey 1743-cü ildə kompaniyanın maraqları ilə əlaqədar İran və Rusiyaya səfər etmiş, 1750-ci ildə Londona qayıtmışdır. Burada o, ictimai fəaliyyətlə məşğul olmağa başlamış, çox sayda yüksək qurumlar (institutlar) yaratmış, gənclərin rifahı ilə xüsusilə maraqlanmışdır. 1786-cı ildə vəfat edən Hanveyin şərəfinə Vestminster Abbatlığında monument inşa edilmişdir". 1743-1744-cü illərdə İranda olmuş Conas Hanvey 1753-cü ildə özünün iki cildlik "An historical account of the British Trade over the Caspian Sea, with a journal of travels" (Xəzər dənizi hövzəsində ingilis ticarətinin tarixi nəticələri və səyahətlər jurnalı) (61) əsərini çap etdirmişdir. C.Hanvey bu əsərini daha iki cildlə tamamlamışdır: I cild – "İran inqilabı" adlanır ki, buraya "Şah Sultan Hüseynin hakimiyyəti, əfqanların müdaxiləsi, Sultan Mir Mahmud və onun xələfi Əşrəfin hakimiyyətləri haqda" ("The reign of Shah Sultan Hussein, with the invasion of the Afghans. and the reigns of Sultan Mir Mahmud and his successor Ashreff") hissə daxildir. II cild isə "Uzurpator Nadirqulunun hakimiyyətə yiyələnməsi…" ("The history of the selebrated usurper Nadir Kouli: from his birth in 1687 till his death in 1747, to which are added some particulars of the unfortunate reign of his successor Adil Shah") adlanır.
Enes Kanter
Enes Kanter (türk. Enes Kanter; doğulub 20 may 1992-ci il, Sürix, İsveçrə) — türk basketbolçusu. Son vaxtlar NBA-da Boston Seltiks komandasında oynamış. 2011-ci ildə keçirilən NBA Draftın birinci raunduna 3 nömrə ilə seçilmişdir. == Bioqrafiyası == 2006-2008-ci illərdə Fənərbaxça Ülker gənclər komandasında oynamışdır. Sonra 2008-2009-cu il mövsümündə böyüklər komandasına keçdi, lakin nadir hallarda oynaya bildi. Komandanın ən azı doqquz matçında - dördü Avroliqada, beşi isə Türkiyə çempionatında oynamışdır. Fənərbaxça və Olympiakos Kanterə peşəkar müqavilələr təklif etdilər, lakin ABŞ-dəki kolleclərdən birində oynamaq istədiyi üçün imtina etdi. === Kollej === Kanter ABŞ-yə getdi və Kaliforniyanın Simi-Velli şəhərinin Stounridj hazırlıq məktəbində oynamağa başladı. 14 aprel 2010-cu ildə Kanter Kentukki Universitetinə keçdi və NCAA-da çıxış etməyə başladı.
Jorj Dantes
Jorj Dantes (fr. Georges Charles de Heeckeren d'Anthès; 5 fevral 1812[…], Kolmar (Yuxarı Provans Alpları) – 2 noyabr 1895[…], Sulz-Haut-Rin) — fransız zabiti, diplomatı və senatoru. 1837-ci ildə Aleksandr Puşkini dueldə ağır yaralaması ilə məşhurlaşmışdır. Həmin dueldən iki gün sonra Aleksandr Puşkin aldığı güllə yarasından vəfat etmişdir. == Həyatı == Jorj Dantes 1812-ci ilin 5 fevral tarixində Fransanın Kalmar şəhərində varlı zadəgan ailəsində andan olmuşdur. Atası Yozef Konrad Dantesin Jorjdan başqa daha beş övladı vardı və o, Jorjun hərbi təhsil alıb, hərbçi olmasını istəyirdi. Ailəsinin dəstəyi ilə Jorj Dantes Seyint-Küyra hərbi təhsil almağa göndərilir və 1830-cu ildə kavalyer zabiti rütbəsini alır. Jorj 1830-cu ildə Fransada baş vermiş iyul inqilabı zamanı Kral X Karlın partiyasını dəstəkləmişdir. İyul inqilabı nəticəsində dəstəklədiyi tərəfin məğlub olması Jorjun rəqib qüvvələrin nəzarəti altında fəaliyyət göstərməkdən imtina etməsinə səbəb olur və o, atasının malikanəsinə çəkilir. Fransanı xaricdə təmsil etmək üçün Jorj Dantes əvvəlcə Prussiya daha sonra isə Rusiya imperiyasına doğru yola çıxır.
Mixael Yanker
Mixael Yanker (23 mart 1992) — Almaniyalı atıcı. Mixael Yanker Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mixael Yanker birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.8 xal toplayaraq 29-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Montey (Averon)
Montey (fr. Monteils, oks. Montelhs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12150. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 50 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 530 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 308 nəfər (15-64 yaş) arasında 204 nəfər iqtisadi fəal, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,2%, 1999-cu ildə 67.8%).
Nansey adaları
Nansey adaları (yap. 南西諸島) — Yaponiyanın Sakit okeanın 31° şimal enliyində yerləşən adaların ümumi adı. == Coğrafiya == Nansey arxipelaqına daxil olan iri adalar: Sasunan adaları (Kaqoşima prefekturası): Osumi adaları: Taneqaşima, Yakuşima, Kuçinoerabuşima, Maqeşima. Tokara adaları: Kuçinoşima, Nakanoşima, Suvanosecima, Akusekicima, Tayracima, Kodakaracima, Takaracioma. Amami adaları: Oşima adası, Kikaycima, Kakeromacima, Yoyoşima, Ukeşima, Tokunoşima, Okinoerabu, Yoironcima. Ryukyu adaları (Okinava prefekturası): Okinava adaları: Okinava, Kumecima, İheyacima, İdzeynacima, Aqunicima, İecima. Kerama adaları: Tokasikicima, Camamicima, Akacima, Qerumacima. Dayto adaları: Kitadayto, Minamidayto, Okidayto. Sakişima adaları. Miyako adaları: Miyakocima, İkema, Oqami, İrabu, Şimoci, Kurima, Nakanobanare, Futeiva, Minna, Tarama.
Nanter (rayon)
Nanter (fr. Nanterre) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — O-de-Sen. Suprefektura — Nanter. Rayon əhalisi 2006-cı ildə 823 566 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 10167 nəf / km². Rayon ərazisi — 81 km².
Qara panter
Qara panter — bəbir (Panthera pardus) və yaquarın (Panthera onca) melanistik rəng variantıdır. Hər iki növün qara panterləri qara piqmentlərə malikdirlər, lakin onlarda tipik xallar da mövcuddur. Onlar əsasən tropik meşələrdə yaşayırlar. Qara bəbirlərə əsasən Keniya, Hindistan, Şri-Lanka, Nepal, Tailand, Qərbi malayziya və Yava, qara yaquarlara isə Meksika, Panama, Kosta-Rika və Paraqvayda rast gəlmək mümkündür. Bəbirlərdəki melanizmə ressesiv allel, yaquarlarda kı melanizmə isə dominant allel səbəb olur. allel səbəb olur. == Bəbir == 1788-ci ildə fransız araşdırmaçı Jan Klod Delametri Benqaliyadan gətirilmiş və London qəsrində saxlanılan qara bir bəbirdən bəhs edir. 1794-cü ildə Fridnix Albreçt Anton Meyer isə Hindistan bəbiri olan bu pişik üçün Felis fusca elmi adını təklif etdi. 1809-cu ildə isə Jorj Küvye Yavadan gətirilmiş və "Ménagerie du Jardin des plantes" botanik bağında saxlanılan qara bəbirdən bəhs edir. Küvye həmin Yava bəbirinə Felis melas adını verməyi təklif etdi.
Ridhima Pandey
Ridhima Pandey (ing. Ridhima Pandey; 18 fevral 2008) — iqlim dəyişikliyinə qarşı fəaliyyətin tərəfdarı olan Hindistandan olan ətraf mühit fəalı. O, doqquz yaşında olanda, iqlim dəyişikliyi ilə mübarizə üçün kifayət qədər tədbir görmədiyi üçün Hindistan hökumətinə qarşı iddia qaldırır. Bir neçə digər gənc iqlim dəyişikliyi fəalları ilə yanaşı, o, həm də bir neçə ölkənin iqlim böhranına qarşı tədbir görməməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına şikayət edən iddiaçılardan biri olur. == Bioqrafiya == Pandey Hindistanın şimalındakı Uttarakhand əyalətində yaşayır. Onun atası Dineş Pandey də 16 il Uttarhandda işləyən bir iqlim dəyişikliyi fəalıdır. Uttarakhand son on il ərzində kəskin hava şəraitindən əziyyət çəkib. 2013-cü ildə daşqınlar və torpaq sürüşmələri 1000-dən çox insanın həyatına son qoyub. 100.000-ə yaxın insan bölgədən təxliyə edilməli olub. Dünya Bankının məlumatına görə, iqlim dəyişikliyi Hindistanın su təchizatına təzyiqi artıra bilər.
Ruben Yanyes
Ruben Yanez (Ornando Ruben Yanez Albart) — "Real Madrid"" futbol klubunun qapıçısı. Ruben Yanez 12 oktyabr 1993-cü ildə İspaniyanın Blanez şəhərində doğulub. 19 yaşı olanda "Real Madrid C" klubuna yazılıb. Buradan sonra "Real Madrid Kastilla" və ya "Real Madrid B"-də oynayıb. Nəhayət, 2015-ci ildə "Real Madrid"in əsas heyətinə qatılıb. == Milli komanda == Ruben İspaniya milli futbol komandasının heyətinə cəlb olunub və cəmi bir oyun keçirib.
Sandey (desert)
Sandey (ing. sundae) — dondurmadan desert. Adətən meyvə şərbəti və ya jele, doğranmış qoz-fındıq, şokolad, çalınmış krem və giləmeyvə ilə bəzədilmiş dondurma toplarından hazırlanır. == Həmçinin bax == Dondurma Affoqato == Xarici keçidlər == The Ice Cream Sundae’s Birthplace? That’s the 64,000-Calorie Question New York Times. 6 August 2006.
Sen-Kanten
Sen-Kante — Fransanın şimalında O-de-Frans regionunda bir şəhərdir. Ena departamentinin ən böyük şəhəridir. Lillyadan 107 km cənubda və Parisdən 150 km şimal-şərqdə yerləşir. Somma çayının sağ sahilindədir. Əhalisi 55878 nəfərdir (2014) == Tarixi == Şəhər III əsrdə xristian Kvintinin şərəfinə adlandırılıb. Şəhər o zaman indiki ərazisidən 11 km aralıda yerləşirdir. Kral dövründən sonraa şəhər əsas ipəkçilik mərkəzi oldu. XV vəba xəstəliyi zamanı Fransa kralı və Burdund hersoqaniya burada vəfat edir.
Sen-Santen
Sen-Santen (fr. Saint-Santin, oks. Sent Antin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12246. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 45 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 561 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 323 nəfər (15-64 yaş arasında) 244 nəfər iqtisadi fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə bu 67.5%).
Vinsent Yansen
Vinsent Petrus Anna Sebastyan Yansen (15 iyun 1994, Xes[d], Şimali Brabant) — Türkiyə Super Liqası təmsilçilərindən olan Fənərbaxça klubunda çıxış edən hollandiyalı peşəkar futbolçudur. == Karyerası == Yansen əsasən hücumçu mövqeyində çıxış edir. 23 yaşlı futbolçu peşəkar karyerasına Hollandiyanın "Almere Siti" klubunda başlayıb, daha sonra "AZ Alkmaar", İngiltərənin "Tottenhem Hotspur" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu "Fənərbaxça" klubuna transfer olunub. Hollandiya milli komandasıyla 15 oyuna çıxan Yansen 7 qolla yadda qalıb.
Vyante burnu
Vyante burnu (latış. Ventės ragas‎, alm. Windenburger Eck‎) - Kurş körfəzinin şərqində, Neman deltasında Vyante kəndindən cənubda yerləşən elə də böyük olayan yarımada. Sahilin digər hissəsində isə Preyla kəndi yerləşir. Bu Litvada ən uzun yarımadadır. Onun uzunluğu 5,5 km, eni isə 2,2 km təşkil edir. == Adının etimalogiyası == Adı böy ehtimal ki, pruss və kurş dillərində balıqçəlıqla işlənən terminlərlə bağlıdır. Burada balıqkarın sayının çox olması bura Neman çayınln axması ilə əlaqədardır. Burada tarixən çoxlu sayda balıq torları quraşdırılmışdır. Pruss dili: "wenter" - Verşa xüsusi olaraq hazırlanmış dəmir bir tordur.
Yandex.Browser
Yandex xidməti (Yandex.ru saytı) — Rusiyanın ən çox istifadə olunan veb axtarış motorudur. Yandex digər Post-Sovet ölkələrində də geniş istifadə olunur. "Yandex"in geniş istifadəçi auditoriyasına malik olması ilə bərabər, qalmaqallarda adının sadalanması da onun məşhurlaşmasına az səbəb olmayıb. Belə ki, Qırğızıstan hökumətinin Yandex-dən Qırğızıstan istifadəçilərinin elektron məktublaşma bazasını almaq istəməsi və bu elektron poçt xidmətinin həmin məlumatı verməsi həmin yazışmaların sahiblərinin təzyiqlərlə nəticələnməsinə səbəb olmuşdu. == Tarixi == 1989-cu ildə sahibkar və proqramçı Arkadi Voloj fərdi kompüterlər satan və iş yerlərinin avtomatlaşdırılması ilə məşğul olan CompTek firmasını təsis etmişdir. Voloz həmçinin məlumatların emal alqoritmləri ilə maraqlandı və dilin morfologiyasını nəzərə alaraq, böyük miqdarda mətndə informasiya axtarışını həyata keçirə biləcək bir proqram yazmaq imkanı ilə maraqlandı. Kompüter dilçiliyi üzrə mütəxəssis Arkadi Borkovski ilə birlikdə 1989-cu ildə "Arkadi"şirkətini təsis etmişdir. 1990-cı ildən sonra "Arkadi" əməkdaşları müxtəlif ETİ və Patent təşkilatlarında tələb olunan "ixtiraların beynəlxalq təsnifatı" və "mal və xidmətlərin Təsnifatçısı" informasiya-axtarış sistemlərini yazıblar. 1993-cü ildə" Arkadiya " CompTek-ə qatıldı, burada Volojanın məktəb dostu proqramçı İlya Seqaloviç işləyirdi. Həmin il kompüterin bərk diskində axtarış proqramı yaradılmışdır.