BÜRÜNMƏK

qayıd.
1. Özünü bir şeylə bürümək; örtünmək. Şala bürünmək.
– Qaydasıdır, qara çarqat bürünür; Siyah, zülfün ucu yerdən sürünür. Q.Zakir.
Xoş məsəldir bu kim, palasə bürün; Getsə hər yanə el, o yanə sürün. S.Ə.Şirvani.
Kəblə Fərəculla evin qapı tərəfində, altında döşək … Ərdəbil kürkünə bürünüb əyləşərək qapının döyülməsini gözləyir. H.Sarabski.

2. Əhatə olunmaq, dövrələnmək, araya alınmaq.
Ana baxır: izdihamla bürünmüşdür dörd yanı; Milyon-milyon əl uzanıb; Dağıtmaqçın qara mənfur zindanı. R.Rza.

3. Qaplanmaq, çulğalanmaq, örtülmək.
Qarlı dağlar dumanlara bürünür. A.Səhhət.

// Obrazlı təşbehlərdə.
Qara dəniz gecənin qara donuna bürünüb yatmışdı. M.S.Ordubadi.
Səhralar al geyib gülə bürünür; Sevinir yurdumun oğulu, qızı. S.Vurğun.
Qadının üzünü bir acılıq bürüdü. S.Hüseyn.
Gecə qatı qaranlığa bürünmüşdü. M.İbrahimov.

Синонимы

  • BÜRÜNMƏK BÜRÜNMƏK Qaydasıdır, qara çarqat bürünür; Siyah zülfün ucu yerdən sürünür (Q.Zakir); SARINMAQ Molla əbasına bərk sarındıqdan sonra məktubu Qurbana oxu
BÜRÜNMƏ
BÜRÜNÜKLÜ

Значение слова в других словарях

а́рника ашу́гский бесчелове́чно зна́харствовать отпола́скиваться прощеголя́ть шо́у образова́тельный ценз отре́бье переру́бка сверхра́нний ринуть auto-da-fe beam tetrode Coptic delicatessen fill in ipecac Lucullan Octavia standard vehemence waterman оттепель счесть