Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laybax
Lyublyana (sloven. Ljubljana) − Sloveniyanın paytaxtı. Əhalisi 247,000 nəfərdir. Şəhər icra başçısı Zoran Yankovic-dir. Əhalinin etnik tərkibini əsasən Sloven dilində danışan Slovenlər təşkil edirlər 87%. Xristianlığın Katolik məzhəbinin üzvləri 39,2% təşkil edirlər. Dinsizlər şəhərin 30,1%-ni təşkil edirlər. Ateistler isə 18,7%, Pravoslavlar 5,5%, Müsəlmanlar 5%[mənbə göstərin] == Qısa məlumat == Sloveniyanın ən böyük şəhəri və paytaxtıdır. Ölkənin tam ortasında. 300.000 əhalisi ilə bir paytaxt üçün çox kiçik.
Maybax
Maybach — Vilyam Maybax və oğlu Karl tərəfindən qurulan alman avtomobil şirkəti. Dirijabllar üçün mühərrik istehsal etməklə fəaliyyətə başlamış, sonradan böyük və lüks avtomobillər istehsalına keçmişdir. İkinci dünya müharibəsi illərində Almaniya hərbi zirehli maşınları üçün mühərrik hazırlamışdır. Hazırda şirkətin mərkəzi Ştuttqartdadır və Daimler-Chrysler avtokonserninin bir qoludur.
Yaplar
Yap (özünüadlandırma) və ya yaplı — Yap adasının yerli xalqı, mikroneziyalılar. Ümumi sayı— 500, bəzi mənbələrdə isə — 5 min göstərilir. Etnik baxımdan belaulara daha yaxındılar. Yerli dil — Yap dilidır. İngilis dili daha geniş yayılmışdır. Əsas din - xristianlıqdır. Ancaq yerli inanclarda üstünlük təşkil edir. Formalaşmasını avstroneziya xalqları ilə bağlasalarda, yayılma mexanizmi tam öyrənilməyib. Aid olduğu yap dili mikroneziya dilləri daxilində ərimiş. Antropoloji və linqvistik baxımdan yaplar daha çox melaneziya ilə bağlıdır.
Yappa
Yappa — Yəhudi soyadı. Tanınmış şəxslər Yuri Yappa — Kəndlər Yappa — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində kənd. Yappa (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində kənd. Digər Yappa papaq — Qarabağda parça üzlü papaq "yappa papaq" (və ya "qara papaq") kimi tanınırdı.
Yapan
Yapan (mont. Јапан) – Monteneqronun Andriyevitsa bələdiyyəsində yerləşən kənd. Yaponiya ilə olan ad oxşarlığı səbəbilə məşhurlaşmışdır. Kənd Komovi dağının cənub-şərq yamacında, Andriyevitsadan 13 kilometr uzaqlıqda yerləşir. Kəndin adının mənşəyi mübahisəlidir və bununla bağlı bir neçə rəvayət mövcuddur. Bir versiyaya görə 1904-cü ildə Rus-yapon müharibəsi zamanı kənd əhalisinin bir qismi Rusiyanı dəstəkləmiş, bir qismi tərəfsiz qalmışdır. Bu səbəbdən kənd Yapan adını almışdır. Digər versiya Birinci Dünya müharibəsində Avstriya-Macarıstan imperiyasına qarşı döyüşmüş, kəndin sakini olmuş Samilo Fatiçlə bağlıdır. Fatiç Monteneqro kralı I Nikola tərəfindən medalla təltif olunarkən ondan kəndə su çəkilməsini xahiş etmişdir. I Nikola kəndin yerini soruşanda "çox uzaqda, Yaponiya qədər uzaqda" cavabını vermişdir.
Yaeba
Yoba (Yaponca mənası: "ikiqat diş") — əyri dişlər Yaponiyada qadın gözəlliyinin atributu hesab olunan əyri dişlər "yoba" adlanır və qızlara xüsusi gözəllik verən məqam hesab edilir. Yapon kişiləri hesab edirlər ki, yoba xanımları pişiklərə bənzədir.
Tambax Muzeyi
Tambax Muzeyi — Keniyanın Tambax regionunda yerləşən muzeydir. Muzey keçmiş Rayon Komissarlığının iqamtgahına yerləşmişdir.
Vilhelm Maybax
Vilhelm Maybax (alm. August Wilhelm Maybach‎; 9.2.1846, Haylbronn — 29.12.1929, Ştutqard, Almaniya) — alman konstruktoru. Vilhelm Maybax 9 fevral 1846-cı ildə Nekkar çayı üzərindəki Haylbronn şəhərində anadan olub. Atası xarrat idi. 10 yaşında ikən uşaq tamamilə yetim qaldı və Roytlingendəki uşaq evi tərəfindən tərbiyəyə götürüldü. Orada Vilhelm çertyojçəkən və konstruktor peşəsinə yiyələndi. Uşaq evinin nəzdindəki məktəbi bitirdikdən sonra Vilhelm maşınqayırma zavodunda peşə təhsili almağa başladı. O, gündüzlər emalatxanada və konstruktor bürosunda praktiki biliklərə yiyələnir, axşamlar isə qiraət və təbiət elmləri üzrə dərs alırdı. Daha sonra şəhərdəki regional təhsil məktəbində riyaziyyat dərsləri də almağa başladı. Onun bacarıqlılığı, məqsədyönlülüyü və inadkarlığı vaxtında qiymətləndirildi.
Xaybax qalası
Xaybax (qala)(çeç. Хьайбах бIов) — Çeçenistan Respublikasının orta əsrlərə aid qala kompleksinin bir hissəsidir. Qalançoj rayonu, keçmiş Xaybax kəndi ərazisində yerləşir. 1886-cı ilin iyununda arxeoloq Vsevolod Miller Moskva Arxeologiya Cəmiyyətinin ekspedisiyası ilə Çeçenistan və İnquşetiyanın dağlıq rayonlarına səfər edir. Tədqiqat nəticəsində Xaybaxdakı qala kompleksinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxır. Sonralar, 1957-ci ildə Şimali Qafqaz ekspedisiyasında xüsusi Dağ (Arqun) dəstəsi yaradılmış, onun vəzifələrindən biri də dağ memarlığı abidələrinin tədqiqi olmuş, respublikanın səkkiz rayonunda bir çox tikililər müəyyən edilmiş və təsvir edilmişdir. Xaybax qala kompleksinin təsviri, fotoşəkilləri və rəsmləri arxeoloqlar V. İ. Markovin və S. Ç. Umarovun əsərlərində dərc edilmişdir. Xaybax kəndinin mərkəzi hissəsində, aşağı tikili cərgəsində döyüş qalası və iki yaşayış qülləsini özündə birləşdirən bir qrup bürc var. Bürclər 2007-ci ildə ikinci Çeçenistan müharibəsi zamanı raket hücumlarından sonra qismən məhv edilib. 2019-cu ildə qüllənin bərpası işlərinə başlanmışdır.
Xaybax qətliamı
Xaybax qətliamı — Çeçenistanın dağlıq bölgələrində olan Xaybax aulunda yaşayan Çeçen əhalinin NKVD-nin polkovnik Mixail Gveşiyani rəhbərliyindəki Sovet qüvvələri tərəfindən toplu olaraq edam edilməsinə verilən addır. Əldə edilən bilgilərə görə hadisə 27 fevral 1944-cü ildə Mərcimək əməliyyatı (bölgə əhalisinin Qazaxıstana sürgün edilməsi) zamanı reallaşmışdır. Qar fırtınasına görə sürgün olunmalı olan kəndliləri qatara stansiyasına aparmaq münkün olmadığı üçün içində qadın və uşaqların da olduğu 700 kəndli axıra yığıldı, qaçmağa çalışanlar da güllələnərək öldürüldü. Axıra yığılanların hamısı yandırıldı. Deyilənlərə görə Gveşiyanı uğuruna görə özünə medal sözü vermiş Lavrenti Beriya tərəfindən buna görə təbrik edilmişdi. Ukraynada əldə edilən arxeolojik tapıntılar sayəsində Xaybax aulu təkrar gün üzünə çıxdı. Arxeoloqlar düşmən içində işləyən Qafqazlı kəşfiyyatçıların cəsədlərini tapdılar. Bu cəsədlərin ciblərində olan məktublarda Xaybax auunda olan insanların adları yazılmaqda idi. Arxeoloqlar köhnə Sovet generalının müşayiətində tapılan cəsədlərin qohumlarına xəbər vermək istədilər, lakin araşdırmalarının nəticəsində Çeçenistandakı Xaybax aulunun artıq var olmadığını öyrəndilər. Araşdırmalarına davam edərkən məlum oldu ki, hərbiçilər cəbhədə döyüşərkən, onların qohumları Sovet əsgərləri tərəfindən canlı-canlı yandırılmışdır.
Yaplar (xalq)
Yap (özünüadlandırma) və ya yaplı — Yap adasının yerli xalqı, mikroneziyalılar. Ümumi sayı— 500, bəzi mənbələrdə isə — 5 min göstərilir. Etnik baxımdan belaulara daha yaxındılar. Yerli dil — Yap dilidır. İngilis dili daha geniş yayılmışdır. Əsas din - xristianlıqdır. Ancaq yerli inanclarda üstünlük təşkil edir. Formalaşmasını avstroneziya xalqları ilə bağlasalarda, yayılma mexanizmi tam öyrənilməyib. Aid olduğu yap dili mikroneziya dilləri daxilində ərimiş. Antropoloji və linqvistik baxımdan yaplar daha çox melaneziya ilə bağlıdır.
Yuxarı Çarbax
Yuxarı Çarbağ (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Yuxarı Çarbağ (Qəmərli) — Qəmərli rayonunda kənd. Aşağı Çarbax — Qəmərli rayonunda kənd.
Ajax capax
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Aquila rapax
Bozqır qartalı (lat. Aquila rapax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. == Qısa təsviri və yayılması == İri qartaldır. Rəngi qonurdur. Burun dəlikləri ovaldır. Səsi boğunuq çıxır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda miqrantdır. Burada Xəzər sahili boyunca uzanan düzənlik sahələrdə təsadüf olunur. Mart-aprel və sentyabr oktyabr aylarında görünür.
Narcissus capax
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Yabaş Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Apbak döyüşü
Apbak döyüşü — 1963-cü ildə Cənubi Vyetnam ordusu ilə Vyetkonq qüvvələri arasında baş vermiş döyüş. == Zəmin == Apbak kəndi Sayqonun cənub-qərbində, Mekonq deltasında yerləşirdi. 1962-ci ilin dekabrında Vyetnam Respublikası Ordusunun komandanlığı Aptanthoy kəndində Apbak yaxınlığında Vyetkonq radio ötürücüsünün olmasından xəbərdar olmuşdur. Cənubi Vyetnamın 7-ci piyada diviziyası ilə əraziyə basqın etmək qərarı verilmişdi. Plana görə, Apbak kəndi üç tərəfdən mühasirəyə alınmalı idi: 7-ci diviziyanın 11-ci alayının üç piyada rotası şimaldan irəliləməli idi; iki "ərazi qüvvələri" batalyonu cənubdan hərəkətə keçəcəkdi; piyada və artilleriya bölüyü tərəfindən dəstəklənən 4-cü mexanikləşdirilmiş bölük (13 "M113" zirehli personal daşıyıcısı) cənub-qərbdən hücum etməli idi. Kəndin şərqində yerləşən ərazi qəsdən açıq qalmışdı ki, partizanları o istiqamətə geri çəkilməyə məcbur etsinlər və Cənubi Vyetnam təyyarələrinin hücumuna məruz qalsınlar. Buna baxmayaraq, kənddə yerləşdirilmiş Vyetkonq qüvvələri lazımi səviyyədə qiymətləndirilməmişdi. Orada bir bölük olduğuna inanılırdı, əslində isə bir batalyon var idi. == Döyüş == Əməliyyat 2 yanvar 1963-cü ildə, səhər saatlarında başlamışdır. Apbakın şimalına eniş edən helikopter Vyetkonq qüvvələrinin şiddətli atəşinə məruz qalmış, 15 helikopterdən 5-i vurulmuşdu.
Köhnə Yanbay (Baltas)
Köhnə Yanbay (başq. Иҫке Янбай, rus. Староякшеево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Köhnə Yanbay şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 22 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 90 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (61%), tatarlar (32%) üstünlük təşkil edir.
Yeni Yanbay (Baltas)
Yeni Yanbay (başq. Яңы Янбай, rus. Новоянбаево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Köhnə Yanbay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 28 km., kənd sovetliyindən (Köhnə Yanbay): 12 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 75 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (69%), tatarlar (31%) üstünlük təşkil edir.
Yuxarı Çarbax (Zəngibasar)
Yuxarı Çarbağ — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. İrəvan xanlarına məxsus “Çahar bağ” bağlarının adından qoyulmuşdur. 1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1925-ci ildə əhalisi geri kəndlərinə qayıtmışdır. 1948-ci ildə kəndin azərbaycanlı əhalisi Ermənistan SSRdən Azərbaycan SSRnə doportasiya edilmişdir, əhalinin bir hissəsi Gəncəyə digər hissəsi isə Quba rayonu Arzu kəndinə (indi ki Xaçmaz rayonu Arzu qəsəbəsinə) köçmüşdür.
Aquila rapax nipalensis
Çöl qartalı (lat. Aquila nipalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir, köçəri növdür. == Yayılması == Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Dunay çayının aşağı axarında, Qazaxıstanın şimalında və Sibirin cənub-qərbində yuvalayır. Afrikada və başqa isti ölkələrdə qışlayır. == Yaşayış yeri == Açıq sahələrdə yaşayır. Xam torpaqların istifadə edilməsi çöl qartalının yaşayış yerlərini azaldır. == Təbiətdə sayı == Dəqiq məlumat yoxdur.
Yabba-Dabba dinozavrları
Yabba-Dabba dinozavrları — Amerikan animasiya serialı və Çaxmaqdaşlar orijinal serialının spin-offudur. Mağara Uşaqları kimi, cizgi serialı Daş dövrü ndə çoxlu macəra yaşamaq üçün Dinozavra qoşulan və ən yaxın dost olan Çınqıl Çaxmaqdaş ilə Bam Bam Dağıntının həyatları haqqındadır. Serial Boomerang IPTV abunə xidməti nin bir hissəsi kimi yayımlanmaq üçün planlaşdırılmışdır. Bu serial Uilyam Hanna ilə Cozef Barberanın ölümü və Hanna-Barbera studiyasının qapanışından sonra 17 il yayımlanan Dağıntılar serialından əvvəl Çaxmaqdaşlar teleserialının birinci serialı ola bilərdi. Cessika DiÇiko — Çınqıl Çaxmaqdaş İlay Henri — Bam Bam Dağıntı Cef Berqman — Fred Çaxmaqdaş Tress MekNilli — Uilma Çaxmaqdaş Kevin Maykl Riçardzon — Barni Dağıntı Qri Qriffin — Betti Dağıntı Erik Bauza — Dino, Böyük Qazo Tom Micalis — Kapitan Mağara Adamı Yabba-Dabba dinozavrları ilk dəfə 2016-cı il də istehsala başladı. Serial əvvəlcə 2019 üçün planlaşdırılmış tarixlə 2018-ci ilin may ayında elan edildi. 2018-ci ilin avqust ayında serialdan bir animatik yükləndi. 2018-ci ilin sentyabr ayında "Ot həmişə naharda" (ing. The Grass Is Always Dinner) seriyası Boomerangın bülleteninə bir baxış hissəsi kimi daxil oldu. Seriya sonra yayıldı və müxtəlif vebsaytları tərəfindən paylaşıldı.
Yaprak Dökümü (serial,2006)
Yaprak Dökümü, 2006–2010-cu illər arasında Kanal D-də yayımlanan ailə və dram janrlı türk serialıdır. Reşat Nuri Güntekinin eyniadlı kitabından uyğunlaşdırılıb. Ümumilikdə 5 sezondan ibarət olan serial 174-cü bölümü ilə sona çatdı. Ömrünü biri oğlan olan 5 övladına yaxşı fikirlər, təmiz şəxsiyyətlər bəxş etməyə həsr edən Əli Rıza bəy bir hadisədə haqsızlığa göz yumması istənildikdə rayon qubernatorluğundan istefa verir. yaşadı. Qızı Necla da İstanbulda universitet təhsili alanda ailə İstanbula, öz köhnə malikanəsinə köçür. Leylanın universitetə hazırlıq kursu, Necla ilə Ayşenin məktəb xərcləri ailəni çətin vəziyyətə salır və Əli Rıza bəy yenidən işə başlayır. Ondan yeni işində öz prinsiplərini güzəştə getməsi tələb olunduqda, o, yenidən istefa verir. İndi şərtlər daha çətin olduğundan, ana Hayriyə xanım ərinin işdən çıxmaq qərarını dəstəkləmir və evdə iğtişaşlar başlayır. Şövkət əsgərlikdən qayıdıb bankda işə başlayanda Əli Rıza bəyin yükü yüngülləşir.
Yamba Tenmey Sel Muzeyi
Yamba Tenmey Sel Muzeyi (やんば天明泥流ミュージアム, Yanba Tenmey Deyryu Myuciamu) – Yaponiyanın Qunma prefekturasının Naqanohara qəsəbəsində yerləşən muzey. Muzey 1783-cü ildə baş vermiş Tenmey püskürməsi hadisəsinə həsr olunmuşdur. == Tarixi == 1994–2019-cu illərdə Qunma Prefektura Arxeoloji Tədqiqat Mərkəzi və qəsəbənin təhsil şurası tərəfindən Yamba su bəndinin tikintisi zamanı ərazidə arxeoloji qazıntı işləri aparılmışdır. Əsasən Aqatsuma çayı boyunca aparılmış qazıntılar nəticəsində Comon dövrünə aid qalıqlar, eləcə də, 1783-cü ildə baş vermiş Tenmey püskürməsi nəticəsində torpağın altında qalmış kəndlərin xarabalıqlar tapılmışdır. Muzey aparılmış qazıntı işlərinin nəticələrini nümayiş etdirmək məqsədilə 3 aprel 2021-ci ildə açılmışdır. Muzeyin yaradılması üçün 1,86 milyar yen vəsait xərclənmişdir. == Ekspozisiya == Muzey 5 avqust 1783-cü ildə baş vermiş Tenmey püskürməsi hadisəsinə və hadisə zamanı burada yaşayan əhalinin gündəlik həyatına həsr olunmuşdur. Asama dağının püskürməsi nəticəsində baş verən bu insident yaxınlıqda yaşayan 1523 nəfərin nəfərin ölümünə və 2065 evin zərər görməsinə səbəb olmuşdur. Muzeydə bu hadisə nəticəsində torpaq altından çıxarılmış xarabalıqlar və əşyalar mühafizə olunur. Tonomiya, Nişinomiya və İşikavahara xarabalıqları qazıntılar zamanı kəşf edilmiş ən əhəmiyyətli xarabalıqlardır.
Demon Slayer: Kimetsu no Yaiba
İblis Qatilinin Bıçağı (鬼滅の刃, Kimetsu no Yaiba) — Koyoharı Qotouge tərəfindən yazılıb illüstrə edilən yapon manqa seriyası. Hekayələr ailəsi qətlə yetirildiktən və bacısı bir iblisə çevrildikdən sonra iblis qatili olmaq üçün çalışan yeniyetmə Tanciro Kamadonu izləyir. Şueişanın şonen manqa jurnalı Weekly Shōnen Jumpda 2016 fevralından 2020 mayınadək nəşr olunmuş və bölümləri 23 tankobonda toplanmışdır. Ufotable tərəfindən istehsal olunan 26 bölümlük bir anime TV serialı adaptasiyası 2019-un aprelindən sentyabrınadək yayımlanmışdır. Bir sikvel filmi olan Demon Slayer: Kimetsu no Yaiba — The Movie: Mugen Train isə 2020-nin oktyabrında bazara çıxarılmış və bütün dövrlərin ən çox gəlir gətirən anime filmi olmuşdur. Anime serialının 18 bölümlük ikinci sezonu isə 2021-in oktyabrından 2022-nin fevralınadək yayımlanmışdır. İkinci mövsümdə bir orijinal bölüm, Sonsuzluq Qatarı filmindən yenidən redaktə edilmiş 6 bölüm və manqanın Əyləncə Rayonu hissəsini ehtiva edən 11 bölüm mövcuddur. Manqadakı Svordsmit Kəndi bölümünün olacağı 3-cü sezonun isə 2023-ün aprelində çıxmağı gözlənilir. 2021-ci ilin fevral ayı etibarilə bütün zamanların ən çox satılan 9-cu manqa seriyasının dövriyyədə rəqəmsal versiyalar da daxil olmaqla 150 milyondan artıq kopiyası var idi. Seriya, habelə 2019 və 2020-nin ən çox satan manqası olmuşdu.