Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yarımton
Yarımton – çapda fotoqrafiyanın və başqa görüntülərin diametrləri müxtəlif olan çox kiçik, müntəzəm paylanmış “ləkələr” şəklində verilməsindən ibarət texnologiya; çapda onların qarışığından boz rəngin bu və ya digər çaları əmələ gəlir. Nəşriyyat işində istifadə olunan printerlərin çoxu (xüsusən, lazerli printerlər və fotoyığım maşınları) yarımton görüntülər çap edə bilər. Adi nəşriyyat işində yarımton, görüntünün xüsusi ekran vasitəsilə fotoşəklinin çəkilməsi yolu ilə alınır; görüntünün hər hansı nöqtəsinin çaları nə qədər tünd olarsa, alınan fotoşəkildə uyğun ləkələrin sayı da bir o qədər çox olacaq. Nəşriyyat proqramlarında yarımton ləkələr elektron üsulla yaradılır: boz rəngin hər bir səviyyəsi lazerli printerdə və ya fotoyığım qurğusunda çap edilən nöqtələr çoxluğu kimi göstərilir. Yarımton görüntünün keyfiyyətinə iki əsas amil təsir edir: printerin çözümlülüyü nə qədər çox olarsa, ləkələr arasındakı keçidlər də bir o qədər müntəzəm olacaq və boz rəngin bir o qədər çox səviyyəsini əks etdirmək mümkün olacaq, çünki hər bir ləkə nöqtələrin daha geniş diapazonu ilə göstərilə biləcək. (PostScript-uyumlu printerlərin ən geniş yayılmış çözümlülük qiymətləri bir düymə 300-dən 2540-dək nöqtə aralığında yerləşir). Yarımtonların ekran tezliyi verilmiş sahədə boz rəngin səviyyələrini göstərmək üçün istifadə olunan ləkələrin sayını müəyyən edir: adi nəşriyyat işində ekran tezlikləri bir düymdəki xətlərin sayı ilə, nəşriyyat proqramlarında isə bir düymdəki nöqtələrin sayı ilə ölçülür. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Halftone What is halftone printing?
Yarımtıx
Bariton
Bariton (it. baritono, q.yun. βαρύτονος — aşağı səs βαρύς) — Yunan sözü olan "barytonos" - tərcümədə "ağır" mənasında işlənir. Bu səsə belə ad verilməsi təsadüfi deyil. Gözəl, dolğun bariton səsinə malik olan opera müğənniləri, adətən, ifadəli, qəhrəman xasiyyətli rolları ifa edirlər. Bariton səsinin diapozonu böyük oktavanın lyab səsindən birinci oktavanın lyab səsinədək davam edir. Bariton səsli müğənnilərdən Müslüm Maqomayev, Andrey Sereda, İvan Doroşşuk, Yevgeni Kibkalo, Georq Ots və b. göstərmək olar. Görkəmli italyan müğənnisi Titt Ruffo bütün dünyada geniş şöhrət qazanmış baritonlardan olmuşdur. Bariton - Bizenin "Karmen" operasında toreodor Eskamilyo, Rubinşteynin "Demon" operasında Demon, Çaykovskinin "Yevgeni Onegin" operasında Yevgeni Onegin, Qunonun "Faust" operasında alentin, Verdinin "Riqoletto" operasında Riqoletto...
Xariton Pliyev
Xariton Pliyev (oset. Плиты Хадо; 19 sentyabr 1908, Ruk[d], Tiflis quberniyası – 26 dekabr 1966, Orconikidze) — Cənubi Osetiya şairi və tərcüməçisi. Kosta Xetaqurov adına Dövlət Mükafatı laureatı (1972). 1908-ci ildə Tiflis quberniyasının Ruk kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini yerli bir məktəbdə alır. 1928-ci ildə "Fidiuaq" ədəbi jurnalında "Kosta" və "Bahar gəldi" (oset. «Ралӕууыд уалдзӕг») adlı ilk şeirlərini çap etdirir. 1926-cı ildə 1930-cu ildə bitirdiyi Stalinir Pedaqoji Texnikumuna daxil olur. Sonra iki il müəllim və "Bolşevikon Aivad" (Bolşevik incəsənəti) qəzetinin redaktoru olaraq çalışır. 1931-ci ildə Cənubi Osetiyadakı vətəndaş müharibəsini təsvir etdiyi "Səlimət" adlı ilk şeiri nəşr olunur.
Yuli Xariton
Yuli Borisoviç Xariton (rus. Ю́лий Бори́сович Харито́н;27 fevral 1904, Sankt-Peterburq – 18 dekabr 1996, Sarov[d], Nijeqorod vilayəti) — Sovet və rus nəzəri fiziki və fiziki kimyaçısı, fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki. Sovet atom bombası layihəsinin liderlərindən biri. Lenin (1956) və üç Stalin mükafatı (1949, 1951, 1953) laureatı. Üç dəfə Sosialist Əməyi Qəhrəmanı (1949, 1951, 1954). Yuli Xariton 14 (27) fevral 1904-cü ildə Sankt-Peterburqda yəhudi ailəsində anadan olub. O, 13 yaşından real məktəbdə oxuyarkən xadimə, şagird mexanik, çilingər kimi çalışmağa başlayıb. Xariton 1920–1925-ci illərdə Petroqradda Politexnik İnstitutunun elektromexanika fakültəsində, 1921-ci ilin yazından fizika-mexanika fakültəsində təhsil alıb. O,1921-ci ildə N. N. Semyonovun rəhbərliyi ilə Fizika-Texniki İnstitutunda elmi-tədqiqat işlərinə başlayır. 1926–1928-ci illərdə Yuli Xariton Kavendiş Laboratoriyasında (Kembric, İngiltərə) təlim keçib.