Yuli Borisoviç Xariton (rus. Ю́лий Бори́сович Харито́н;27 fevral 1904[2], Sankt-Peterburq[6] – 18 dekabr 1996[3][4], Sarov[d], Nijeqorod vilayəti[3]) — Sovet və rus nəzəri fiziki və fiziki kimyaçısı, fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki.[8][9]
Yuli Xariton | |
---|---|
Doğum tarixi | 27 fevral 1904[2] |
Doğum yeri | |
Vəfat tarixi | 18 dekabr 1996[3][4] (92 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Elm sahələri | nəzəri fizika, fizika[1], fiziki kimya[1] |
Elmi dərəcələri | |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbərləri | Ernest Rezerford, Ceyms Çedvik |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sovet atom bombası layihəsinin liderlərindən biri. Lenin (1956) və üç Stalin mükafatı (1949, 1951, 1953) laureatı. Üç dəfə Sosialist Əməyi Qəhrəmanı (1949, 1951, 1954).
Yuli Xariton 14 (27) fevral 1904-cü ildə Sankt-Peterburqda yəhudi ailəsində anadan olub.[10] O, 13 yaşından real məktəbdə oxuyarkən xadimə, şagird mexanik, çilingər kimi çalışmağa başlayıb.[11][12][13][14]
Xariton 1920–1925-ci illərdə Petroqradda Politexnik İnstitutunun elektromexanika fakültəsində, 1921-ci ilin yazından fizika-mexanika fakültəsində təhsil alıb.
O,1921-ci ildə N. N. Semyonovun rəhbərliyi ilə Fizika-Texniki İnstitutunda elmi-tədqiqat işlərinə başlayır.
1926–1928-ci illərdə Yuli Xariton Kavendiş Laboratoriyasında (Kembric, İngiltərə) təlim keçib. Ernest Rezorford və Ceyms Çadvikin rəhbərliyi altında o, elmlər doktoru (D. Sc., Doctor of Science) elmi dərəcəsi alıb.
Xaritonun dissertasiya mövzusu: "Alfa hissəciklərinin yaratdığı ssintillyasiyaların hesablanması haqqında" olub. Ezamiyyətdən qayıtdıqdan sonra Q. M. Frank ilə birlikdə mitogenetik şüalanma məsələləri ilə məşğul olmağa başlayır. Xariton bir müddət sonra kimyəvi kinetikaya — partlayıcı maddələrin nəzəriyyəsi məsələlərinin tədqiqi sahəsinə qayıdır.
Xariton 1931–1946-cı illərdə Leninqradda Kimya-Fizika İnstitutunda partlayıcı maddələr laboratoriyasının müdiri vəzifəsində çalışıb. Detonasiya, yanma nəzəriyyəsi və partlayış dinamikası üzrə elmi işlər aparıb. Eyni zamanda o, Leninqrad Sənaye İnstitutunda ümumi fizika kursundan dərs deyib və "Eksperimental və nəzəri fizika" jurnalının redaktoru olub.[15]
1935-ci ildən — əsərlərinin məcmusuna görə fizika-riyaziyyat elmləri doktoru dərəcəsini alıb.
1939–1941-ci illərdə Yuli Xariton və Yakov Zeldoviç ilk dəfə uranın parçalanmasının zəncirvari reaksiyasını hesabladılar. İkinci Dünya müharibəsinin başlaması ilə nüvə silahı üzərində işlər dayandırıldı, Çünki Xaritonun laboratoriyası adi silahlar üzərində işlərlə dolu idi. Böyük Vətən müharibəsinin qızğın vaxtında ağır nüvələrin kortəbii parçalanmasını kəşf edənlərdən biri Georgi Flerov İosif Stalinə məktub göndərərək, atom bombasının dizaynı və istehsalı üzərində işlərin təxirə salınmadan başlanmasını təkid etdi.[16]
1946-cı ildə Xariton İqor Kurçatovun təşəbbüsü və təkidi ilə SSRİ Elmlər Akademiyasının Sarov şəhərində yerləşən 2 saylı məxfi laboratoriyasına (Arzamas-16) baş konstruktoru və elmi rəhbəri təyin olundu. Onun rəhbərliyi altında nüvə silahı proqramının həyata keçirilməsi işlərinə SSRİ-nin ən yaxşı fizikləri cəlb edildi. Yuli Xariton ən ciddi məxfilik şəraitində Sarovda ilk sovet atom (29 avqust 1949) və hidrogen (12 avqust 1953) bombalarının uğurlu sınağı ilə yekunlaşan işlərə rəhbərlik edənlərdən biri oldu. Atom silahının hazırlığının birinci mərhələsində əsas vəzifə sirlərinə yalnız dörd elm adamının daxil olduğu Amerika silahını öyərnmək idi. Bu qrupa Əlixanov, Kurçatov, Kikoin və Xariton daxil edilmişdi. İkinci mərhələdə isə silahın özü hazırlandı.[17]
Yuli Xariton xatirələrində atom bombasının ilk sınağını belə təsvir edib: "29 avqust 1949-cu ildə atom bombasının sınağı keçirilirdi. Paliqona ali rütbəli hərbçi və tanınmış fiziklərlə yanaşı atom layihəsinin kuratoru Lavrenti Beriya da gəlmişdi. Həyəcanlı dəqiqələr yaşanırdı. İosif Stalin məruzə gözləyirdi. Hər şey uğurlu alındı. Beriya əvvəlcə Kurçatovu qucaqlayıb öpdü. Sonra məni qucağına alaraq alnımdan öpməyə başladı. Bəli, o, dəqiqələr sonra Stalinə zəng vurub SSRİ-nin nüvə silahına sahib olduğunu deyəcəkdi və bununla da özünün əvəzolunmaz kadr olduğunu sübut edəcəkdi." Xaritonun nəvəsi A. Y. Semenovun xatirələrinə görə isə, babası Beriyanın həyatında rastlaşdığı ən dəhşətli insan olduğunu söyləyirdi.[16]
Yuli Xariton 1946-cı ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1953-cü ildən isə akademiki idi.[16]
Xariton elmi fəaliyyəti dövründə normadan qat-qat artıq şüalanmaya məruz qalsa da, uzun ömür yaşayıb. 1996-cı il dekabrın 18-də 92 yaşında Sarovda vəfat edib. Moskvada, Novodeviçye qəbiristanlığında 9-cu bölmədə dəfn olunub.
Yuli Xariton 1955-ci ildə "Üç yüz məktubu"nu imzalayanlar arasında idi. 1956-cı ildən Sov.İKP üzvüdür.
O, 3–11 çağırış SSRİ Ali Sovetinin deputatı olub.
Xariton 1973-cü ildə "Pravda" qəzetinə alimlərin "akademik Andrey Saxarovun davranışını" pisləyən məktubunu imzalayan SSRİ Elmlər Akademiyasının akademiklərindən biri idi. Məktubda Saxarov "Sovet İttifaqının dövlət sistemini, xarici və daxili siyasətini gözdən salan bir sıra bəyanatlar verməkdə" ittiham olunurdu.[18][19]
1965-ci ildə A. P. Aleksandrov və N. N. Semyonovla birlikdə Leonid Brejnevə Stalin şəxsiyyətinə pərəstişin pislənməsini ləğv etməməyə çağıran məktub imzalayıb.[20]
1981-ci ildə o, A. Saxarovun ögey oğlu A. Semyonovun gəlini — Yelizaveta Alekseevanın SSRİ-ni tərk etməsini asanlaşdırmaq xahişi ilə Yuri Andropova müraciət edib.[21]
1988-ci ildə o, Leninqrad ekologiyasına vurduğu zərərlə əlaqədar təsdiq edilmiş layihə üzrə Leninqrad bəndinin tikintisinə qarşı çıxıb.[22]