BARİTÓN

[ ital. ] mus.
1. Yüksəkliyinə görə tenor ilə bas arasında kişi səsi.
// Sif. mənasında. Bariton səs.
2. Bu cür səsi olan müğənni.
3. Trubadan bir oktava aşağı səslənən, nəfəslə çalınan mis musiqi aləti.
BARİT
BÁRİUM
OBASTAN VİKİ
Bariton
Bariton (it. baritono, q.yun. βαρύτονος — aşağı səs βαρύς) — Yunan sözü olan "barytonos" - tərcümədə "ağır" mənasında işlənir. Bu səsə belə ad verilməsi təsadüfi deyil. Gözəl, dolğun bariton səsinə malik olan opera müğənniləri, adətən, ifadəli, qəhrəman xasiyyətli rolları ifa edirlər. Bariton səsinin diapozonu böyük oktavanın lyab səsindən birinci oktavanın lyab səsinədək davam edir. Bariton səsli müğənnilərdən Müslüm Maqomayev, Andrey Sereda, İvan Doroşşuk, Yevgeni Kibkalo, Georq Ots və b. göstərmək olar. Görkəmli italyan müğənnisi Titt Ruffo bütün dünyada geniş şöhrət qazanmış baritonlardan olmuşdur. Bariton - Bizenin "Karmen" operasında toreodor Eskamilyo, Rubinşteynin "Demon" operasında Demon, Çaykovskinin "Yevgeni Onegin" operasında Yevgeni Onegin, Qunonun "Faust" operasında alentin, Verdinin "Riqoletto" operasında Riqoletto...

Значение слова в других словарях