Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yardanqlar
Yardanqlar (rus. ярданги, ing. yardangs) — /turk.-uçurum, sərt tirə düz xəttli dəhliz və bunların arasında yerləşən qalıq tirələrdən ibarət deflyasion relyef. Güclü hakim küləklərin istiqamətinə uyğun yerləşib gilli-qumlu, gilli, cavan göl, bəzən də allüvial çöküntülərində inkişaf edir.
Dardanlar
Dardanlar və ya dardanlı (q.yun. Δαρδανίωνες, Δαρδάνιοι, Δάρδανοι, lat. Dardani) — qədim balkan xalqı. Əsasən müasir Kosovo və cənubi Serbiyanın ərazilərində məskunlaşmışdılar. Dardan dilində danışırdılar. Mövcud hipotezlərdən birinə görə dardanlar müasir albanların əcdadlarıdır. == Mifologiya == Qədim Yunan mifologiyasına görə Dardan (Δάρδανον) İllirikin oğullarından biri idi. Məhs Dardan dardanların eponim əcdadı hesab olunur (Δάρδανοι). Bir sıra roma etnoqrafları Balkan Dardanlarını və İliadada bilinən Dardanlarla, Troas xalqı ilə əlaqələndirmək istəyirlər. Onların eponim əcdadı Zevsin oğlu, başqa bir Dardan hesab olunurdu.
Çardaqlar
Aşağı Çardaqlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Çardaqlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Çardaqlar
Aşağı Çardaxlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının Zaqatala rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd şimaldan Balakən rayonu (İtitala kəndi) Qərbdən Gürcüstan Respublikası (Alazan çayı vasitəsilə ayrılır) ilə, Şərqdən və Cənubdan Danaçı (Dinçi) kəndi ilə həmsərhəddir. Kəndin tarixi haqqında bir çox mülahizələr vardır, kənddə yerləşən Dərbəs Tap (Təpəlik) adlanan ərazidə mövcud olan Qədim Alban kilsəsinin izləri kəndin qədim tarixə aid olduğunu göstərir, ancaq kəndin hal-hazırda bilinən məskunlaşma tarixi XVIII əsrin sonlarından başlayır. Beləki kəndin əsası XVIII əsrin sonlarında Yuxarı Çardaxlar kəndindən buraya köç edərək məskunlaşmış Avarlar tərəfindən salınmışdır. İnsanӀar ilk əvvəl kəndin Alazan çayına yaxın olan hissəsində məskunlaşmış sonralar isə sel basqınlarının çoxalması nəticəsində kənd əhalisinin hal-hazırda məskunlaşdığı əraziyə köç etmişdilər. == Mədəniyyəti == Kənddə 1 onbirillik tam orta məktəb, XӀX əsrə aid Cümə Məscidi, Kənd Kitabxanası və Kənd Mədəniyyət evi, Kənd Mərkəzi Stadionu, Kənd ATEİS-i, Poçtu və Tibb Məntəqəsi fəaliyyət göstərir. Kənddə XVII əsrdən qalma məscid binası və klub mövcuddur. == Coğrafiyası və iqlimi == Ərazisi əsasən düzənlikdir. == Əhalisi == Hal-hazırda kənddə 240-dan çox ev və 1300 nəfərə-ə yaxın əhali yaşayır.
Bardaqlar vadisi
Küplər vadisi — Laosun Xienq Kxuanq əyalətində məskunlaşmamış rayon Dəniz səviyyəsindən 1000 m hündürlükdə təpələrin zirvəsinə naməlum mənşəli, hündürlüyü 1–3,5 m, diametrləri isə təqribən 1 m olan nəhəng bardaqlar səpələnmişdir və onların ən irisinin çəkisi 6 tondur. Onlar daha çox küpəgirən qarının daş həvəngdəstəsinə oxşayırlar. Bardaqlar elə süxurların daşlarından hazırlanmışlar ki, onlara bu ərazidə rast gəlmək mümkün deyil. Bardaqlar haqda çox az şey məlumdur. Onları kimin və hansı məqsədlə hazırladığı və bura necə düşdükləri heç kimə məlum deyil. Güman olunur ki, bardaqlarda nəhəng putalarda olduğu kimi, qədimdə ölülərin cəsədlərini yandırırlarmış. Digər fərziyyəyə görə onlardan düyü, yaxud şərab saxlamaq məqsədi ilə istifadə edilib. Fərziyyələrin heç biri inandırıcı deyil. Bir şey dəqiqdir: nəhəng daşların ən azı 2500–3000 il yaşı var. Hind-Çində müharibələr zamanı bardaqların çoxu amerikan bombaları tərəfindən zədələnmişlər.
Yuxarı Çardaqlar
Yuxarı Çardaxlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km məsafədə, mərkəzə nəzərən şimal-şərq hissəsində, Böyük Qafqazın cənub ətəklərində yerləşir. == Mədəniyyəti == Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, EATS, rabitə şöbəşi, məscid, futbol meydançası vardır. === Tarixi abidələr === XIII əsrə aid bürc, alban kilsəsi qalıqları, X1X əsrdə tikilmiş məscid, qədim qəbristanlıq, III-IV əsrlərə aid olan, el arasında "Qız qalası" mağarası adlanan Pəriqalası. Qala bir neçə otaqdan ibarətdir. Əvvəllər qalaya dağ ətəyi ilə pilləkən olub, sonralar isə təbii aşınma nəticəsində yol dağılmışdır. == Coğrafiyası və iqlimi == Yuxarı Çardaxlar kəndi, rayon mərkəzindən 16 km şimali-şərqdə yerləşir. Şimal tərəfdən Böyük Qafqaz sıra dağları, cənubdan Muxax kəndi ilə həmsərhəddir. Kəndin ərazisi 1293 hektardır. == Əhalisi == Əhalisi 2141 nəfər, əsasən avarlardan ibarətdir.