Aşağı Çardaxlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati-ərazi vahidində kənd.
Aşağı Çardaxlar | |
---|---|
41°32′38″ şm. e. 46°20′43″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 193 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Azərbaycan Respublikasının Zaqatala rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd şimaldan Balakən rayonu (İtitala kəndi) Qərbdən Gürcüstan Respublikası (Alazan çayı vasitəsilə ayrılır) ilə, Şərqdən və Cənubdan Danaçı (Dinçi) kəndi ilə həmsərhəddir. Kəndin tarixi haqqında bir çox mülahizələr vardır, kənddə yerləşən Dərbəs Tap (Təpəlik) adlanan ərazidə mövcud olan Qədim Alban kilsəsinin izləri kəndin qədim tarixə aid olduğunu göstərir, ancaq kəndin hal-hazırda bilinən məskunlaşma tarixi XVIII əsrin sonlarından başlayır. Beləki kəndin əsası XVIII əsrin sonlarında Yuxarı Çardaxlar kəndindən buraya köç edərək məskunlaşmış Avarlar tərəfindən salınmışdır. İnsanӀar ilk əvvəl kəndin Alazan çayına yaxın olan hissəsində məskunlaşmış sonralar isə sel basqınlarının çoxalması nəticəsində kənd əhalisinin hal-hazırda məskunlaşdığı əraziyə köç etmişdilər.
Kənddə 1 onbirillik tam orta məktəb, XӀX əsrə aid Cümə Məscidi, Kənd Kitabxanası və Kənd Mədəniyyət evi, Kənd Mərkəzi Stadionu, Kənd ATEİS-i, Poçtu və Tibb Məntəqəsi fəaliyyət göstərir.
Kənddə XVII əsrdən qalma məscid binası və klub mövcuddur.
Ərazisi əsasən düzənlikdir.
Hal-hazırda kənddə 240-dan çox ev və 1300 nəfərə-ə yaxın əhali yaşayır. Kənd əhalisinin 95%-ni Avarlar, 4%-ni Azərbaycanlılar, 1%-ni isə digər xalqlar təşkil edir.
Əhalisi əsasən avarlardan ibarətdir. Hazırda kənddə 1253 nəfər yaşayır.
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tütünçülük, fındıqçılıq, baramaçılıq, taxılçılıq, maldarlıq, qoyunçuluq və.s-dir. Son illər qeyri-neft sektorunun inkişafı ilə bağlı olaraq aparılan siyasətə əsasən kənddə tütünçülük və baramaçılığın yüksək məhsuldarlığı qeydə alınmışdır.