Yuxarı Çardaqlar

Yuxarı ÇardaxlarAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km məsafədə, mərkəzə nəzərən şimal-şərq hissəsində, Böyük Qafqazın cənub ətəklərində yerləşir.

Yuxarı Çardaxlar
41°35′05″ şm. e. 46°45′17″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 12,93 km²
Mərkəzin hündürlüyü 786 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.141 nəf.
  • 2.083 nəf.
Xəritəni göstər/gizlə
Yuxarı Çardaxlar xəritədə
Yuxarı Çardaxlar
Yuxarı Çardaxlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, EATS, rabitə şöbəşi, məscid, futbol meydançası vardır.

Tarixi abidələr

[redaktə | mənbəni redaktə et]
  • XIII əsrə aid bürc,
  • alban kilsəsi qalıqları,
  • X1X əsrdə tikilmiş məscid,
  • qədim qəbristanlıq,
  • III-IV əsrlərə aid olan, el arasında "Qız qalası" mağarası adlanan Pəriqalası. Qala bir neçə otaqdan ibarətdir. Əvvəllər qalaya dağ ətəyi ilə pilləkən olub, sonralar isə təbii aşınma nəticəsində yol dağılmışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Yuxarı Çardaxlar kəndi, rayon mərkəzindən 16 km şimali-şərqdə yerləşir. Şimal tərəfdən Böyük Qafqaz sıra dağları, cənubdan Muxax kəndi ilə həmsərhəddir.

Kəndin ərazisi 1293 hektardır.

Əhalisi 2141 nəfər, əsasən avarlardan ibarətdir. Dini mənsubiyyəti müsəlman.

Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Yuxarı Çardaxlar Bələdiyyəsi tərəfindən idarə olunur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və heyvandarlıqdır.