Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yalman
Yalman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Yalman oyk, sadə. Göyçay r-nunun Ləkçılpaq i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Çərəkə kəndindən çıxmış bir qrup ailənin Yalman adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yalman türk dillərində “keçilməz yer”, “dağ başı” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1024 nəfər əhali yaşayır.
Yaxmos
I Ahmos, I Yahmos (təq. e.ə. 1560 – təq. e.ə. 1525) — Misirin qədim dövrünə aid XVIII sülalənin ilk fironu, Ahmos-Nefertarinin əri. Onun fironluğu ilə başlanan Qədim dövr 500 il sürmüşdür. I Ahmos ölkəni hiksosların istilasından qurtarmışdır. I Ahmos Qədim Misirin xilaskarı olaraq tanınır. Hökmranlığı e.ə. 1550–1525-ci illərə təsadüf edir.
Çaxmaq
Çaxmaq (zirvə) — Şuşa rayonu ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Çaxmaq (Amasiya) — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonununda kənd. Çaxmaq (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Yatmaq
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Axmaz
Axmaz göl — Axmaz — Ağdaş rayonunda gol; Axmaz — Mingəçevir Şəhərindən cənubda, Kurun sol sahilində gol; Axmaz — Sabirabad rayonunda gol; Axmaz — Yevlax rayonunda gol.
Ayxax
Ayxax (alm. Aichach‎) — Almaniyada, Bavariya federal torpağında şəhər, rayon mərkəzi.
Daxma
Daxma və ya koma — Azərbaycanda qədim xalq yaşayış evi. Həmçinin daxmalar digər ərazilərdə də istifadə edilir. == Tərtibatı == Birgözlü, divarları çiy kərpic və möhrəpalçıqdan hörülən daxmanın memarlıq tərtibatı çox sadə idi. Daxma evlərə işıq divarda açılmış dəlikdən, yaxud damdakı bacadan düşürdü. Qapısı təktaylı, damı balıq-beli formasında olurdu. == Yaşayış == Bu cür evləri keçmişdə əsasən, yoxsul kəndlilər tikirdilər. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası, III cild, səh.
Yamac
Maili səth və ya yamac — yer səthinin maili hissəsi, müsbət və mənfi relyef formalarını ayırır. Mənşəinə görə M.s. ilkin (dəniz altından çıxmış) tektonik struktur, denudasion, akkumulyativ və ya erozion ola bilər. M.s. əksəriyyəti mürəkkəb mənşəli olub, yamac prosesləri nəticəsində yaranır və müəyyən dəyişikliyə uğrayır. Sin.: yamac. — dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir. Yamac geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya proseslərindən asılı olaraq dik, meyilli, qabarıq, batıq və pilləli formada olur. Yamac, adından göründüyü kimi, səthi mailli olan sahələrə deyilir. Yamacın əksinə olaraq üfüqi səthi olan sahələr – hamar düzənliklərə ayrılır.
Yanma
Yanma – ekzotermik reaksiya nəticəsində ilkin maddələrin intensiv istilik ayrılması ilə müşayiət olunan, yandırılma məhsullarına çevrilməsi ilə gedən mürəkkəb fiziki-kimyəvi prosesdir. İlkin maddə qarışığının komponentlərində toplanmış kimyəvi enerji istilik şüalanması və işıq kimi də ayrıla bilər.İşıqlanan zona alov cəbhəsi və ya sadəcə alov adlanır. 1770-ci ilin əvvələrində Karl Şeele və Jozef Pristli oksigeni kəşf edənədək belə hesab olunurdu ki, yana bilən bütün cisimlər “floqiston” adlanan xüsusi başlanğıca malikdir ki, bu da yanma prosesində cisimdən çıxır və yalnız kül qalır. 1775-ci ildə Lavuazye göstərdi ki, əksinə, yanar maddəyə yanma zamanı havanın oksigeni birləşir, 1783-cü ildə isə Lavuazye və Laplas müəyyən etdilər ki, hidrogenin yanma məhsulu təmiz sudur. Bu kəşflər yanmanın təbiətinə müasir elmi baxışların əsasını qoymuş oldu. Yanma nəzəriyyəsinin inkişafında növbəti addım Millar və Le Şatelyenin 1880-ci illərdə apardıqları işlərlə əlaqədardır. 1890-cı ildə Mixelsen alovun boruda yayılması haqqında elmi iş dərc etdirdi və Bunzen lampasının nəzəriyyəsni təklif etdi. Müasir yanma nəzəriyyəsi öz başlanğıcını N.N. Semyonovun 1920-ci ildə istilik partlayışı üzrə apardığı işlərdən alır. 1931-ci ldə N.N. Semyonov tərəfindən əsası qoyulmuş Kimyəvi Fizika İnstitutu kimyəvi fizika və yanma üzrə aparıcı mərkəz oldu. 1938-ci ildə D.A. Frank-Kamenskiy istilik partlayışı nəzəriyyəsini və J.B. Zeldoviçlə birgə əvvəlcədən qarışdırılmış qarışıqlarda [8] laminar alovun yayılması nəzəriyyəsini inkişaf etdirdi.
Yarma
Yarma – dənli, qarabaşaq və paxlalı bitkilərin emalı nəticəsində kənar qarışıqlardan, orqanizm tərəfindən mənimsənilməyən və ya pis mənimsənilən hissələrdən, çiçək qişasından, meyvə qılafından, aleyron təbəqəsindən və rüşeymdən azad edilmiş bütöv, xırdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur. Yarma yüksək qidalılıq dəyərinə malik olan, orqanizmdə yaxşı mənimsənilən kalorili məhsuldur. Yarma uşaqların və bir çox xəstələrin qidası üçün əvəzedilməz yeyinti məhsulu hesab edilir. Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar, bitki zülalları, müxtəlif vitaminlər və mineral maddələr (kalium, kalsium, dəmir, fosfor, maqnezium) vardır. Yarmalardan kulinariyada, uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti konsentratları və müxtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur. Yarmalar növlərə (məsələn, buğda, arpa, qarabaşaq və s.), tiplərə (məsələn, düyü) və bəziləri əmtəə sortlarına (məsələn, düyü, darı) və iriliyindən asılı olaraq nömrələrə (arpa, perlova, poltava yarmaları) ayrılır. Müxtəlif yarma növləri biri digərindən xarici əlamətlərinə (formasına, ölçüsünə, rənginə), toxumalarının quruluşuna, nişasta dənələrinin formasına və ölçüsünə, biokimyəvi xassələrinə, tərkibində olan zülalların, karbohidratların (xüsusilə nişastanın), yağların, mineral maddələrin, vitaminlərin miqdarına görə fərqlənirlər. Əhmədov Ə. I. Ərzaq malları əmtəəşünaslığı. Ali məktəblər üçün dərslik. Yenidən işlənmiş və tamamlanmış ikinci nəşr.
Yaxta
Yaxta — motorlu, yaxud yelkənli yüngül gəmi, su nəqliyyat növü. "Yaxta" holland sözüdür, qovmaq, təqib etmək mənasını verir. Motorlu, yaxud yelkənli yüngül gəmidir. Yelkənli yaxtalar daha geniş yayılıb. İlk yelkənli yaxtalar 17-ci əsrdə meydana çıxıb. Hazırda yaxta əsasən imkanlıların istifadə etdiyi su nəqliyyat növüdür. Müasir dövrdə yaxtaları üç qrupa bölmək olar: yelkənli yelkənli-motorlu motorlu yaxtalar. Amma bütün müasir yelkənli yaxtaların da, demək olar, hamısının köməkçi motoru olur.
Yayma
Yayma (texnika) — mexaniki emal üsuludur. Yayma (qida) — çörək növü.
Yaşma
Yaşma — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Yaşma Xızı rayonunun Şuraabad inzibati ərazi vahidində qəsəbə, Bakı-Xaçmaz dəmiryolu xəttində stansiya. XIX əsrdə dəmiryolu xəttinin çəkilişi ilə əlaqədar stansiya kimi salınmış, Böyük Vətən müharibəsindən (1941-1945) sonra ətraf kəndlərin əhalisi hesabına yaşayış məntəqəsinə çevrilmişdir. Yerli tələffüz variantı Eşmə olan bu oykonim türk dillərindəki "əyri-üyrü çay yatağı", "qumsallıqda su mənbəyi", "qumluqda çeşmə" mənalarını bildirən əşnid sözü ilə əlaqələndirilir. Yerli məlumata görə, bu ərazinin keçmiş adı Eşməyeri olmuşdur. Tədqiqatçılara görə, bu termin eşilmək sözündən olub, dəniz sularının sahili yuması nəticəsində yaranmış sahəyə deyilir. Bu coğrafi termin qazaxlarda espe, qırğızlarda eşme variantında işlənir.
Yomax
Yatma
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Fevzi Çaxmaq
Mustafa Fevzi Çakmaq (12 yanvar 1876 – 10 aprel 1950) — türk feldmarşalı (Mareşal) və siyasətçi. O, 1918 və 1919-cu illərdə Baş Qərargah rəisi, daha sonra 1920-ci ildə Osmanlı İmperiyasının Hərbi Naziri vəzifələrində çalışıb. Daha sonra Böyük Millət Məclisinin müvəqqəti hökumətinə daxil olub , baş nazirin müavini , milli müdafiə naziri və daha sonra 1921–1922-ci illərdə Türkiyənin baş naziri. O, müvəqqəti Ankara hökumətinin ikinci Baş Qərargah rəisi olub .və Türkiyə Respublikasının ilk Baş Qərargah rəisi . Hərb Kollecini qərargah kapitanı kimi bitirən və Baş Qərargahın 4-cü şöbəsinə təyin olunan Mustafa Fevzi Osmanlı İmperatorluğunun uzun sürən süqutu zamanı Birinci Balkan müharibəsi və Monastir döyüşü kimi çoxsaylı döyüşlərdə iştirak edib . O, V Korpusun Komandiri kimi Gelibolu müdafiəsi boyunca məşqul olub və bu müddətdə kiçik qardaşı Çunuk Bayır döyüşündə şəhid olub . Birinci Dünya Müharibəsindən sonra Osmanlı İmperatorluğunda Paşa və Baş Qərargah rəisi olmuş və Birinci Ordu Qoşunları Müfəttişliyinə komandir təyin edilmişdir.1919-cu ildə Sadrazam Əhməd Tofiq Paşa tərəfindən . 1920-ci ildə qısa müddətə Hərbi Nazirlik vəzifəsini yerinə yetirdikdən sonra Fevzi müxalif Ankara Böyük Millət Məclisinə Kozan millət vəkili olaraq qatılmaq üçün ayrıldı . 1920-ci ildə Mustafa Kamal Paşa tərəfindən Milli Müdafiə Naziri və Baş Nazirin müavini vəzifəsinə təyin edilmiş , Türk Qurtuluş Savaşı boyunca , xüsusilə Sakarya Döyüşündə çoxsaylı hərbi uğurlara komandanlıq etmişdir . 1921-ci ildə Mustafa Kamalın yerinə baş nazir oldu, 1922-ci ildə Dumlupınar döyüşündə müvəffəqiyyətli olmaq üçün istefa verdi .
Fəvzi Çaxmaq

Seyfəddin Çaxmaq
Seyfəddin Çaxmaq (ərəb. الظاهر سيف الدين جقم‎; 1373 – 13 fevral 1453) — 9 sentyabr 1438–1 fevral 1453-cü illər arasında Misirin Məmlük sultanı.
Sədəf Çaxmaq
Sədəf Çaxmaq (türk. Sedef Çakmak; 9 iyun 1982) — Türkiyə siyasətçisi, LGBT fəalı. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. O, lezbiyandır. Sədəf Çaxmaq 9 iyun 1982-ci ildə anadan olmuşdur. O, 2015-ci ildən bəri Cümhuriyyət Xalq Partiyasının İstanbul Başakşəhər bələdiyyəsi rayon məclis üzvüdür. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. Sədəf Çaxmaq Qalatasaray Universitetinin Sosiologiya Fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, universitet illərində mülki cəmiyyət təşkilatlarında işləməyə başlamışdır. 2004-cü ildən bəri LGBT fəalı olaraq fəaliyyət göstərir.
Yalman bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yalmar Brantinq
Yalmar Brantinq (isv. Hjalmar Branting; 23 noyabr 1860[…] – 24 fevral 1925[…]) — İsveçli dövlət xadimi və sosial demokratiyanın öncüllərindəndir. 1921-ci ildэ Norveçli diplomat Kristian Lanqe ilə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Üç dəfə İsveçin Baş naziri olmuşdur. Stokholm və Uppsalada təhsil aldıqdan sonra, 1883-cü ildə radikal Tiden qəzetində işə başlamışdır. 1886-ci ildə Sosial demokratiyada yazmağa başlamışdır. 1889-ci ildə İsveç Sosial Demokrat Partiyası qurulduğunda, partiyanın əhəmiyyətli qurucuları arasında yer almışdır. Fəal Axel Daniyelssonun ölümündən sonra Sosial Demokrat Partiyanın spikeri olmuşdur. 1896-ci ildə parlamentin alt qanadına (Riksdag) seçilmiş və 1902-ci ilə qədər də burada tək Sosial Demokrat Partiya üzvü olaraq qalmışdır. 1907-ci ildə partiya lideri olmuş və 1917-ci ildə Liberal-Sosialist koalisiya hökumətində İqtisadiyyat naziri vəzifəsini yerinə yetirmişdir.
Yaxsay (Dağıstan)
Yaxsay (qum. Яхсай) — qumuq kəndi. Yaxsay Xasavyurtun şimalında Axsay çayının sahilində, Çeçenstanla sərhəddə yerləşir. Yaxsay yaxın yüzillərdə Dağıstanın ən inkişaf etmiş inzibati mərkəzlərindən biri olmuşdur. Buradakı mədrəsədə dövrünün savadlı din bilginləri çalışmışlar. Onlarda təhsil və tərbiyə alanların bir çoxu sonralar Doğuda məşhurlaşmışlar. Şair Seyid Əzim Şirvani də bu mədrəsədə oxumuşdur. 1835-ci il iyulun 10-da Şamaxıda anadan olan Seyid Əzim 7 yaşında atasını itirir. Anası Gülsüm xanım övladlarını da götürüb Yaxsayda qazi-şəriət hakimi işləyən atası Molla Hüseynin yanına gedir Molla Hüseyn Seyid Əzimin fərasətinə, hazırcavablığına, diribaşlığına görə onu əzizləyir və təhsilini davam etdirməsinə yardımçı olur. On ilə yaxın Yaxsayda yaşayan Seyid Əzim 1853-cü ildə anası Gülsüm xanımla geriyə — Şamaxıya qayıdır.
Çaxmaq (Qars)
Çaxmaq — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 673 nəfərdir (2022).
Yalmar Syoqren
Yalmar Syoqren (isv. Hjalmar Sjögren; 13 iyun 1856 – 23 mart 1922) — isveçli geoloq və mineroloq. Sten Anders Yalmar Syoqren 1882–84-cü illərdə Uppsala Universitetində mineralogiya və geologiya üzrə dosent kimi çalışıb. 1883-cü ildə Almaniyada və Avstriya-Macarıstanda təhsil alıb. 1885–89-cu illərdə Bakıdakı Branobel şirkətində baş geoloq kimi çalışıb. Bu illərdə o, Qafqazda, Ermənistana və İrana səyahət edib. 1888-ci ildə Uppsalada mineralogiya və geologiya üzrə tam professor təyin edilib, lakin 1894-cü ildə istefa verib.
Yalmar Şaxt
Horace Greeley Yalmar Şaxt (22 yanvar 1877[…] – 3 iyun 1970, Münxen) — alman bankir. Reyxsbankın sədri və nasist Almaniyasının iqtisadiyyat naziri.