Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Göyük (Yevlax)
Göyük — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Hacımahmudlu (Yevlax)
Hacımahmudlu — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hacımahmudlu Yevlax rayonunun Qaramanlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Kəndi Hacı Mahmud adlı şəxs saldığına görə belə adlandırılmışdır..
Kolanı (Yevlax)
Kolanı — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Ağdam rayonunun Kolanı kəndindən gəlmiş ailələr salmışlar. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları - XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalı adlanırdı. XIX əsr Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtərçay hövzəsini kolanıların məskəni adlandırırdı. XIX əsrdə Cavad qəzasında 282 ailəli Kolanı eli yaşayırdı. Sonralar onlar müxtəlif yerlərdə məskunlaşmışlar. Mənbələrə görə, Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücumu zamanı Qarabağ elatlarının bir qismi, o cümlədən kolanılar köçüb Naxçıvanda, Şirvanda və b. yerlərdə məskunlaşmışlar.
Meyvəli (Yevlax)
Meyvəli — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə.
Mingəçevir (Yevlax)
Mingəçevir — Azərbaycan Respublikasının Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun şəhər tipli Mingəçevir qəsəbəsi şəhər tipli "28 Aprel" qəsəbəsi ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılmış, Mingəçevir qəsəbə Soveti ləğv edilmişdir.
Nemətabad (Yevlax)
Nemətabad — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Nemətabad kəndi Mingəçevir qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nemətabad kənd Soveti yaradılmışdır.
Nəmirli (Yevlax)
Nəmirli (keçmiş adı Nərminli) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Nərimanabad (Yevlax)
Nərimanabad (əvvəlki adı: Mironabad) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetinin Mironabad kəndi Nərimanabad kəndi adlandırılmış və Səmədabad kənd Sovetinin tərkibinə verilmişdir.
Qaramanlı (Yevlax)
Qaramanlı — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Qaraməmmədli (Yevlax)
Qaraməmmədli — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Qaraoğlan (Yevlax)
Qaraoğlan — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Quşçu (Yevlax)
Quşçu — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. SSRİ dövründə kənddə tibb məntəqəsi, kino və kitabxana olsa da, hal hazırda heç bir sosial fəaliyyət üçün mərkəz yoxdur. Kənd ərazisində bir ədəd natamam orta məktəb, bir dükan və bir bərbər fəaliyyət göstərir. Kənddə daimi su problemi var. Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.
Rüstəmli (Yevlax)
Rüstəmli — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Salahlı (Yevlax)
Salahlı — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) – Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
Yevlax
Yevlax — Azərbaycanda şəhər. 1939-cu ildə rayon tabeli şəhər statusu almışdır. 6 yanvar 1965-ci ildən respublika tabeli şəhərdir. 2019-cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Yevlax rayonunun əhalisi 128,700 nəfərdir. Onun 69,798 nəfəri şəhər əhalisidir. Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir. Rayon 1 şəhər, 3 qəsəbə və 46 kənddən ibarətdir.
Səmədabad (Yevlax)
Səmədabad — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Səmədabad kəndi Mingəçevir qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səmədabad kənd Soveti yaradılmışdır. 1918-ci ildə Milli qırğın zamanı Ermənistanın, Qədim İRƏVAN XANLIĞININ SƏRDARABAD MAHALININ ( HOKTANBERYAN - ОКТАНБЕРЯН) Ağca-arx(Arcaxda deyirlər), Kürəkən, Zeyvə, Kərimarx, Qarğabazar və Qarxun kəndlərindən didərgin düşmüş azərbaycanlı ailələr bir müddət Xoruzlu kəndində, sonralar Bərdə ətrafında yaşamış, əlavə olaraq 1948- çi ildə Göyçə mahalının kəndlərində də gələnlər var. 1992-93 ci illər Qarabağdan da məcburi köçkünlər gəlmisdir.1926-cı ildə isə Yevlax rayonu ərazisindəki Meşəli San oğlu Məhəmmədin yatağı adlı yerdə məskunlaşmışdılar. Kənd bolşevik Səmədağa Ağamalı oğlunun (1867-1930) adı ilə adlandırılmışdır. Memorial toponimdir. Kənd Qarabağ düzündə yerləşir.Aran bölgəsinə aiddir. Qazax - Bakı magistral yolunun yaxınlığında yerləşir.Kənd artezian quyularının suyundan istifadə edir. Əkinçilik və heyvandarlıqla məşğul olurlar, Bakı-Tiflis-Ceyhan neft boru xətti əkin sahələrinin ərazisindən keçir.
Xanabad (Yevlax)
Xanabad — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Yevlax rayonunun Aşağı Bucaq inzibati ərazi vahidində kənd. Düzənlikdədir. XIX əsrdə Şəki əyalətinə məxsus olmuşdur. Yaşayış məntəqələri vaxtilə Qarabağ xanlarına məxsus olduğundan belə adlandırılmışdır. Oykonim "xana məxsus kənd" mənasındadır. 1978-ci ildə inşa olunmuş Yevlax rayonunun Xanabad kəndindəki tam orta məktəb artıq köhnəldiyindən istifadəyə yararsız vəziyyətdə idi. 2023-cü ildə Heydər Əliyev Fondu yeni tədris ilinə Xanabad kəndi üçün 360 şagird yerlik yeni məktəb inşa edərək istifadəyə verib. Üç mərtəbəli 4 korpusdan ibarət olan yeni təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Yevlax TV
"Yevlax" TV "Yevlax TV" 14 iyul 2006-cı il tarixdə yaradılmışdır. 57-ci kanalda yayımlanır. "Yevlax TV" Məhdud Məsuliyyətli Cə­miy­yə­ti­nin təsisçisi Əliyev Niftalı Müseyib oğludur. "Yevlax TV"–nin həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir. Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. "Yevlax TV"–nin yayım dilini dövlət dili (70%), əcnəbi dil (30%) təşkil edir.
Yevlax Televiziyası

Yevlax aeroportu
Yevlax Hava Limanı Azərbaycanın Yevlax şəhərində yerləşən aeroportdur. Hava limanının texniki-iqtisadi göstəriciləri, 2013-cü ildə yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınmışdır. Əvvəllər isə uçuş-enmə zolağının uzunluğu cəmi 1200 metr idi. Bununla yanaşı, 345 metr uzunluğunda, 25 metr enində, ümumi sahəsi 10,7 min kvadratmetr olan yeni asfalt-beton örtüklü yönəldici yolun tikintisi, sahəsi 30,8 min kvadratmetr olan yeni asfalt-beton örtüklü perronun, sahəsi 1200 kvadratmetr olan aerovağzalın yenidən qurulması da görülən işlər sırasına daxildir. Uçuş-enmə zolağı, yönəldici yol və perron xaricdə istehsal olunan işıq-siqnal sistemləri ilə təchiz edilmişdir. Burada sərnişinlərin uçuşa gediş və gəliş zonaları, qeydiyyat masaları, kafe, brifinq və hava limanının işçiləri üçün ofis otaqları yaradılmışdır. Ümumi sahəsi 1300 kvadratmetr olan və dispetçer məntəqəsinin yerləşdiyi dördmərtəbəli bina da tamamilə yenidən qurulmuşdur. Aerodrom bir çox iri həcmli təyyarələrin və bütün tipli helikopterlərin qəbulu üçün yararlıdır. 2020-ci ildə Azərbaycanın Dövlət Mülki Aviasiya Agentliyinin Azərbaycan Respublikasının Yevlax da daxil olmaqla altı aeroportunun coğrafi koordinat indeksləri siyahısına daxil edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciəti müsbət cavablandırılıb. 10 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Yevlax hava limanının açılışında iştirak etmişdir.
Yevlax bələdiyyələri
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yevlax bələdiyyəsi

Yevlax rayonu
Yevlax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Yevlax şəhəridir. Yevlax XIX əsrin əvvəllərinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1935-ci il 20 fevral tarixdə Yevlax rayonu təşkil edilmişdir. 1939-cu il 1 fevralda Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxa şəhər statusu verilmişdir. 1962-ci il 26 dekabrda çağırılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına veilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il taixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır. Ötən əsrin 70–80-ci illərində Yevlaxda Pambıqtəmizləmə, Tütün fermentləmə, 2 Dəmir-beton məmulatları, Traktor təmiri, Pivə və spirsiz içkilər zavodu, "Qarabağ" istehsalat, Taxıl məhsulları, sənaye kombinatları, onlarca iri nəqliyyat, tikinti müəssisələri, rayonlarası təchizat bazaları və s. fəaliyyət göstərmişdir. Yevlax-Xankəndi, Yevlax-Balakən dəmiryol xətti çəkilmiş, Yevlax hava limanı, respublikadan kənarda da şöhrət qazanmış Xaldan kənd kompleks orta məktəbi, Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, 10535 yerlik 19 orta məktəb, 840 yerlik 15 uşaq bağçası, xəstəxana, mədəni-maarif müəssisələri, çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir.
Yevlax stansiyası
Yevlax Dəmiryol Stansiyası — Yevlax şəhərində dəmiryol stansiyası.
Yevlax şəhəri
Yevlax — Azərbaycanda şəhər. 1939-cu ildə rayon tabeli şəhər statusu almışdır. 6 yanvar 1965-ci ildən respublika tabeli şəhərdir. 2019-cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Yevlax rayonunun əhalisi 128,700 nəfərdir. Onun 69,798 nəfəri şəhər əhalisidir. Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir. Rayon 1 şəhər, 3 qəsəbə və 46 kənddən ibarətdir.
28 Aprel (Yevlax)
Aran (əvvəlki adı: 28 Aprel) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Yevlax rayonunun 28 Aprel qəsəbəsi Aran qəsəbəsi adlandırılmışdır. == Tarixi == Qəsəbə 1935-ci ildə qurulub. Yevlax rayonunun ən böyük yaşayış məntəqəsidir. Aran qəsəbəsi sovet vaxtlarında maldarlıqla ad göstərib. == Əhali == Aran qəsəbəsində 7.263 nəfər yaşayır. Onlardan 4.103 kişi, 3.160 qadındır. == Mədəniyyət == Qəsəbədə Seyid Maral Seyid Bayram qızının ziyarətgahı vardır. == Təhsil == Aran qəsəbəsi Yevlax rayonunun ən böyük qəsəbəsidir və iki hissədən ibarətdir: Aran 1 və Aran 2, Aran qəsəbəsində 2 tam orta məktəb və 1 ümumi tam ora məktəb var 1-№-li ümumi tam orta məktəb Aran-1 ərazisində yerləşirə, 2-№-li orta məktəb isə Aran-2 ərazisində yerləşir. == İnfrastruktur == Yaxın gələcəkdə isə Aran-Duzdağ yolunun çəkilməsi gözlənilir.
48 saylı Yevlax seçki dairəsi
49 saylı Yevlax-Mingəçevir seçki dairəsi
Nərimanabad bələdiyyəsi (Yevlax)
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraca (dağ, Yevlax)
Qaraca — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağdır. Həmin rayondakı Düzdağ qəsəbəsinin şərqində Qaraca adlı sahə də vardır. Yerli məlumata görə, bu ad Qaraca adlı şəxsin adı ilə bağlıdır. Etno-toponimdir.
Qaraca dağı (Yevlax)

Qaraməmmədli bələdiyyəsi (Yevlax)
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraoğlan bələdiyyəsi (Yevlax)
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Salahlı bələdiyyəsi (Yevlax)
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yevlax-Xankəndi dəmiryolu
Yevlax-Xankəndi dəmiryolu — Yevlax ilə Xankəndi arasında 1978-ci ildə salınmışdır. Bu dəmiryolunu həm yük, həm də sərnişin qatarları üçün istifadə edirlər. Xankəndinə gedən relslər 1942-ci ildə döşənib başa çatmışdır, amma bu yol, yəqin ki, müharibə səbəbindən rentabelli olmamış, 1960-cı illərdə bu xətt yenidən qurulmağa başlamışdır. 1962-ci ildə Bakıdan Yevlaxa gələn marşrut xətti Bərdəyə qədər uzadıldı. 1967-ci ildə isə bu bölgənin qatarla Bakıya getmək istəyən sakinləri artıq Ağdamdan yola düşə bilirdilər. 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndi oldu.
Yevlax Şəhidlər Xiyabanı
Yevlax Şəhidlər Xiyabanı — Yevlax şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Yevlax şəhərində yaradılıb və 126 şəhid dəfn olunub.